Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1525/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı, X5, X8, X4, X1 Cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəsi üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı nümayəndəsi (oğlu) Qanuni nümayəndə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, 3-cü şəxs Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nümayəndəsi X9, 3-cü şəxs “xxxx” MTK-nın nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçılar İddiaçı, X5, X8, X4, X1 cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə İddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1822/2021 saylı 25 fevral 2021-ci il tarixli qərardadından iddiaçılar İddiaçı və X8 tərəfindən verilmiş apellyasiya şikayətinə 30 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı, X5, X8, X4, X2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 161 saylı 15.04.2014-cü il tarixli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Həmçinin İddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Baki şəhəri İcra Hakimiyyətinin 161 saylı 15.04.2014-cü il tarixli sərəncamının icrasının dayandırılması, cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə və 3-cü şəxs “xxxx” MTK-ya qanunsuz söküntü və tikinti işlərinin aparılmasının qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən bir sıra qanunvericilik aktının tələblərinin pozulduğu aşkardır. Belə ki, AR Şəhərsalma və Tikinti Məcəlləsinin 75.4-cü maddəsinə əsasən Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, yerli icra hakimiyyəti orqanı tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərir. Həmin sorğuya layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində rəy bildirilməlidir. Məcəllənin 75.6-cı maddəsi: Müvafiq icra hakimiyyəti orqanı layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 1 ay müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Lakin, "xxxx" MTK nəinki verilmiş sərəncamın 1- ci və 2-ci bəndlərinin tələblərini yerinə yetirməmiş, hətta müvafiq qaydada razılaşdırılmaqla tikintiyə icazə almadan tikinti işlərinə başlamışdır. MTK iyul ayından başlayaraq mülki, mənzil, tikinti və şəhərsalma qaydalarını pozaraq binanın həyətini zəbt etmiş, binaya giriş çıxışı bağlamış, həyət qeyri-qanuni olaraq tikinti meydançasına çevrilmişdir. Bina hər bir kommunal şəraiti olan, abad həyəti, uşaq meydançası, qocaların istirahəti üçün oturacaqlarla təmin edilmiş, həyəti çoxsaylı tut ağacları və digər ağaclarla yaşıllaşmış möhtəşəm bir binadır. Gecə səhərə kimi qazıntı işləri aparılır, səs-küydən sakinlər narahat olur və təhlükəsizliyi təmin etmək üçün heç bir tədbir görülmür, heç bir əsaslandırıcı sənəd təqdim edilmir. Qeyd olunanlara əsasən, cavabdeh tərəfindən söküntü və tikinti işlərinin dayanmadan aparılması gələcəkdə mövcud vəziyyətin dəyişəcəyi və hüquqların bərpa edilməsinin xeyli dərəcədə pisləşməsi səbəbindən müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardad qəbul edilməlidir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1822/2021 saylı 25 fevral 2021-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçılar İddiaçı və X8 tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ərizənin təmin edilməməsinin əsası kimi, işə mahiyyəti üzrə baxılana qədər cavabdeh tərəfindən hər hansı tikinti işinin aparılmasına qadağa qoyulmasına əsas olmaması, o cümlədən iddiaçıların arqumentlərinin ehtimal xarakteri daşımasına istinad etmişdir. Bina sakinləri konkret olaraq tələbdə məhkəmə qaydasında mübahisələndirilmiş Bakı Şəhər İcra Hakimiyyət başçısının 161 saylı 15.04.2014-cü il tarixli sərəncamının məhkəmə araşdırması dövründə dayandırılması, habelə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti və üçüncü şəxs “xxxx” MTK-ya qanunsuz apardığı söküntü və tikinti işlərinin aparılmasının qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Bakı Şəhər İcra Hakimiyyətinin ümumiyyətlə ərazi icra hakimiyyətlərinin 01.01.2001-ci ildən torpaq sahəsi ayırmaq səlahiyyəti olmamış, eləcə də mülkiyyətlərindəki mənzillərin sökülməsi və mənzillərin də daxil olduğu 7 saylı yaşayış binasının yerləşdiyi torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması barədə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən hər hansı qərar qəbul edilməmişdir. Hazırda da qeyd olunan sərəncamların qanuniliyi tərəflərindən məhkəmə qaydasında mübahisələndirilir. Əgər həqiqətən də mülkiyyətçisi olduqları mənzillərin yerləşdiyi 7 saylı yaşayış binası Bakı şəhər İcra Hakimiyyətinin və digər təşkilatların gözündə istifadəyə yararsız idisə, elə bina sakinləri olaraq özləri öz şəxsi vəsaitləri hesabına MTK təşkil etməklə, özlərinə müasir üslubda bina inşa edə bilərdilər. “xxxx” MTK-nın nizamnamə kapitalından da görünür ki, 5 nəfər təsisçi olmaqla, MTK-nın kapitalı 500 manatdır. 500 manatlıq nizamnamə kapitalına malik MTK-nın onların əvəzinə bina inşa etməsini qətiyyətlə istəmirlər. “xxxx” MTK sözügedən tikintini Şəhərsalma və Tikinti Məcəlləsinin normalarını pozmaqla aparır, inşaat işləri dayandırılmazsa, bu hal onların mənafelərinə mühüm zərər vurulmasına səbəb olacaq. Ən azından ona görə binanın həyətində yerləşən çoxlu sayda “xxxx” ağacları MTK tərəfindən məhv edilmiş, əvəzində isə orada 11 ədəd ağacın köçürülməsi barədə saxta akt tərtib edilmişdir ki, bunu sputnikdən çəkilmiş görüntülərlə tam sübut etmək olar. Tərəflərin izahatları İddiaçı nümayəndəsi (oğlu) Qanuni nümayəndə, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdilər. 3-cü şəxs Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nümayəndəsi X14 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 3-cü şəxs “xxxx” MTK-nın nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı zamanı digər iddiaçılar X5, X8, X4 və X2 məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə həmin şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə digər iddiaçıların iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından müəyyən olunur ki, iddiaçıların cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı tələbi Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 161 saylı 15.04.2014cü il tarixli sərəncamının ləğv edilməsi ilə bağlıdır. Eyni zamanda İddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə verərək, mübahisələndirilən sərəncamın icrasının dayandırılmasını, cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə və 3-cü şəxs “xxxx” MTK-ya qanunsuz apardığı söküntü və tikinti işlərinin aparılmasının qadağan edilməsini tələb edir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddia ərizəsində qoyulmuş tələblə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizədə qoyulmuş tələbin mahiyyət etibarilə üst-üstə düşməsinə, eyni zamanda iddianın uğurluluq ehtimalının olmamasına əsaslanaraq müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra-müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə, həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Belə ərizələr (mxmt) üzrə icraat zamanı nəzərə alınmalı vacib məsələ ondan ibarətdir ki, müvəqqəti müdafiə tədbirinin məqsədi “müvəqqəti olaraq” iddianın uğurlu olması ehtimalı yüksək olduğu halda, iddiaçıların hüquqlarının qorunmasına yönəlmiş təminat tədbiridir. Bu təminat tədbiri işi qabaqcadan həll etmir və onun sonradan ləğv və ya dəyişdirilməsi mümkündür. Qeyd olunanlardan belə nəticə hasil olur ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə vermiş şəxs iddiasının uğurlu olduğuna ilk öncə özü əmin olmalı və pozulması ehtimal edilən hüququnun müdafiəsi üçün, ilkin təcili tənzimləmənin həyata keçirilməsi məqsədilə məhkəmədən müvafiq tədbirin tətbiq edilməsini xahiş etməlidir. İşə baxan məhkəmə də ilkin araşdırma zamanı ərizəçi ilə eyni qənaətdə olarsa, yəni məhkəmə də iddianın uğurlu olacağı qənaətinə gələrsə, onda ərizəçinin ərizəsi təmin oluna bilər. Bu zaman nəzərdən qaçırmaq olmaz ki, müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq edərkən məhkəmə hər iki tərəfin mənafeyini nəzərə almalı, belə tədbirin tətbiqi zərurətinə abstrakt olaraq deyil, real olaraq yanaşmalı, ərizəçinin irəli sürdüyü (və ya sürəcəyi) maddi tələbinin uğurluluq ehtimalını yoxlamalı və onda belə ehtimalın mövcudluğu barədə ilkin əminliyə dair əsaslı qənaət formalaşmalıdır. İş materialında olan “Yaşayış binalarının layihələndirilməsi haqqında” Baki şəhəri İcra Hakimiyyətinin 161 saylı 15.04.2014-cü il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında “xxxx” MTK-nın istifadəsinə verilmişdir. Həmin Sərəncamın 2.6-cı bəndində göstərilmişdi ki, layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş tikinti layihəsi tikintiyə icazə verilməsi barədə sərəncamın hazırlanması və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilsin. Göründüyü kimi, iddiaçının iddia tələbi üzrə mübahisələndirdiyi sərəncam yaşayış binalarının layihələndirilməsi məqsədilə “xxxx” MTK-ya müvafiq torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi ilə bağlıdır. Həmin torpaq sahəsində tikinti işlərinin aparılması ilə bağlı müvafiq sərəncamın qəbulu sonrakı mərhələdə (layihələndirmə işləri başa çatdıqdan sonra) nəzərdə tutulmuşdur. Belə olan halda hazırki iş üzrə torpaq sahəsinin istifadəyə verilməsi ilə bağlı qəbul edilmiş sərəncamın mübahisələndirildiyini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, həmin iddia tələbi ilə “tikinti işlərinin dayandırılması” barədə müvəqqəti xarakterli müdafiə tədbiri arasında bağlılıq müəyyən olunmur. Yəni, belə müvəqqəti xarakterli tədbirin görülməsi hazırki vəziyyətdə iddiaçının hüquqlarının qorunmasına yönəlmiş təminat tədbiri kimi çıxış edə bilməz. Nəzərə alınmalıdır ki, belə tədbirin görülməsi torpaq sahəsinin istifadəyə ayrılması barədə inzibati aktın mübahisələndirilməsi üzrə ilkin təcili tənzimləmə mexanizmi kimi tətbiq oluna bilməz. Bu baxımdan Kollegiya hesab edir ki, iddiaçının iddiasının uğurluluq ehtimalı işin halları ilə öz təsdiqini tapmadığı üçün, ərizəçinin görülməsini tələb etdiyi müvəqqəti xarakterli müdafiə tədbirinin təmin olunmaması da onun gələcəkdə hüquqlarının qorunmasının xeyli dərəcədə çətinləşəcəyini ehtimal etmir və buna görə də belə tədbirin tətbiqi məqsədəmüvafiq deyildir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsinə əsas vermir. Məhkəmə kollagiyası birinci instansiya məhkəməsinin 25.02.2021-ci il tarixli qərardadında cavabdeh qismində Bakı şəhəri İcra Hakimiyyəti əvəzinə Nərimanov rayon İcra Hakimiyyətinin göstərilməsinə münasibətdə isə qeyd edir ki, həmin pozuntu kobud prosessual pozuntu hesab olunmadığından nəticə etibarı ilə qanuni və əsaslı olan məhkəmə qərardadının ləğvi üçün də əsas yaratmır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin 25.02.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı və X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1822/2021 saylı 25 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1525/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1525/2021
30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver