Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1525/2023 01.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10272/2022 saylı 23 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia qaldıraraq “Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin alqı-satqı əsasında 06 sentyabr 2007-ci il tarixli 21/37 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 600 kv.m (6 sot) torpaq sahəsi dövlət ehtiyacları üçün alınmaya məruz qaldığı üçün, torpaq sahəsinin 1 sotunun bügünki tarixə olan bazar qiyməti 15000 (on beş min) manat olmaqla 90 000 (doxsan min) manat məbləğində kompensasiyanın və torpaq sahəsinin bazar qiymətinin 20 faiz, yəni 18 000 (on səkkiz min) manat miqdarında satınalma qiymətinin, ümumilikdə 108.000 (yüz səkkiz min) manat məbləğdə pulun (kompensasiyanın) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 06 sentyabr 2007-ci il tarixli 21/37 saylı qərarı ilə 600 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 357 saylı Sərəncamı ilə Xocəsən-Lökbatan yolunun şərq hissəsindən 23,7 ha torpaq sahəsi elektrik deposunun tikinti işlərinin layihələndirilməsi və tikintisi üçün Bakı Metropoliteninin daimi istifadəsinə ayrılmışdır. İddiaçıya məxsus torpaq sahəsi Bakı Metropoliteninin daimi istifadəsinə ayrılmış 23,7 ha torpaq sahəsinin hüdudlarına daxil olduğundan "xxxx" QSC ilə İddiaçı nümayəndəsi X5 arasında "X2 üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq torpaq sahəsinin sahibinə ödəniləcək kompensasiya məbləğinə dair xx.xx.2013-cü il tarixdə "Razılaşma Aktı" imzalanmışdır. Həmin vaxt nümayəndə X3 bildirilmişdir ki, razılaşdırılmış məbləğ qısa zamanda ödəniləcək. Razılaşma aktına görə iddiaçıya ödənilməli məbləğ 36 000 (otuz altı min) manat olmalı idi. Belə ki, “Bakı Metropoliteni" QSC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən Bakı Metropoliteninə göndərilən qiymətləndirmə məktubundan müəyyən etmək olur ki, iddiaçıya məxsus torpaq sahəsi 36.000 manat dəyərində qiymətləndirilmişdir. Sonradan qeyri-rəsmi olaraq bildirmişlər ki, torpağa görə pul ödənilməyəcək. Bununla bağlı dəfələrlə "xxxx" QSC-yə və yuxarı dövlət orqanlarına dəfələrlə müraciət edilsə də, konkret olaraq pulun verilməsi və ya verilməməsi ilə bağlı məlumat verilməmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə "xxxx" QSC-yə kompensasiya məbləğinin ödənilməsi tələbi ilə müraciət edilmiş, lakin onların xx.xx.2022-ci il tarixli məktubu ilə kompensasiyanın ödənilməsindən imtina edilmişdir. İddiaçıya 2007-ci il tarixdən ayrılmış torpaq sahəsində Elektrik deposunun tikintisinə 2011-ci ildən başlanmış və həmin tarixdən torpaq sahəsi “Bakı Metropoliteni" QSC tərəfindən kompensasiya ödənilmədən zəbt olunmuşdur. İddiaçı 2011-ci il tarixdən bu günədək torpaq sahəsindən istifadə edə bilmir. Halbuki, torpaq sahəsi iddiaçının istifadəsində olsaydı o torpağı təyinatına uyğun istifadə edərdi. İddiaçı ilə qonşuluqda olan və eyni sənədlərə malik digər torpaq sahələri və tikililərə malik şəxslərə “Bakı Metropoliteni" QSC tərəfindən kompensasiya ödənilmişdir. Torpaq sahəsinə görə ödəniləcək qiymətləndirmə 2013-cü ilin may ayında aparılmışdır. Həmin dövrdən bu günədək həmin ərazidə torpaq sahəsinin qiyməti dəfələrlə artmışdır. Həmin ərazidə hal-hazırda torpaq sahəsinin bir sotun bazar qiyməti 15 000 (on beş min) manat olmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-1İİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında fərmanının 2.3-cü bəndinə görə dövlət ehtiyatı üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Bu müddəa nəinki torpaq sahələrinin, habelə digər daşınmaz əmlakların (binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri) dövlət ehtiyacları üçün alınması hallarına da şamil olunur. Bu səbəbdən ödəniləcək kompensasiya məbləğinə əlavə olaraq 20 faiz məbləğ hesablanmalı və ödənilməlidir. Odur ki, “Bakı Metropoliteni" QSC tərəfindən İddiaçı ona məxsus torpaq sahəsinə görə 90 000 (doxsan min) manat və həmin məbləğə əlavə olaraq hesablanmış 20 faiz pul - 18000 (on səkkiz min) manat, ümumilikdə isə 108000 (yüz səkkiz min) manat pul ödənilməlidir. Qanunvericiliyə baxanda aydın olur ki, kompensasiyalar təyin olunarkən sakinlərin fərdi maddi və sosial vəziyyəti, əmlakın xüsusiyyətləri, yerləşdiyi ərazi və bazar qiyməti ayrıayrılıqda nəzərə alınmalıdır. Kompensasiyanın ödənilməsi qanunvericilikdə imperativ qaydada müəyyən olunmuşdur. İddiaçı qanunsuz olaraq əmlaklarından məhrum olmuşdur. Nəticə etibarilə bu günə qədər qanuni əsaslarla istifadə hüququ olan ona məxsus torpaq sahəsi üçün heç bir kompensasiya ödənilmədən və torpağın məcburi alınmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan alınması faktına məhkəmə əhəmiyyət verməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10272/2022 saylı 23 noyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10272/2022 saylı 23 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: -Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 06 sentyabr 2007-ci il tarixli 21/37 saylı qərarına əsasən, Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 0,06 ha (600 kv.m) torpaq sahəsi alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. Qeyd olunan qərar nəzərə alınmaqla torpaqların alqı-satqısına dair akt tərtib olunmuşdur. -Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 357 saylı Sərəncamı ilə Xocəsən-Lokbatan yolunun şərq hissəsindən 23,7 ha torpaq sahəsi elektrik deposunun tikinti işlərinin layihələndirilməsi və tikintisi üçün Bakı Metropolitenin daimi istifadəsinə ayrılmışdır. -Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli qərarına əsasən, Bakı Metropoliteninə elektrik deposunun tikinti işlərinin layihələndirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 357 saylı xx.xx.2011-ci il tarixli Sərəncamı ilə ayrılmış (23,7 ha) torpaq sahəsinin hüdudları daxilində yerləşən torpaq sahələrinin ayrılması barədə Binəqədi rayonu Xocəsən bələdiyyəsinin aşagıdakı qərarları ləğv edilməsi qərara alınmışdır: 9. X6- fərdi yaşayış evinin tikintisi təyinatı ilə 600 kv.m torpaq sahəsinin mülkiyyətinə verilməsi barədə Xocəsən bələdiyyəsinin 21/37 saylı, xx.xx.2011-ci il tarixli qərarı. -Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin sədri M.Əsgərovun Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və X1 direktoru Ramiz Quliyevə ünvanlanmış Mərkəzin yuxarıda qeyd edilən **********97 saylı 01 aprel 2013-cü il tarixli məktubuna cavabdan müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən yuxarıda qeyd edilən dövrə kimi Xocəsən Bələdiyyəsinə torpaq sahəsi verilməmişdir. -1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-2614/2016 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır Hazirki iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə qərarında qeyd etmişdir ki, “iddiaçı kompensasiya verilməsini tələb etdiyi torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş əsaslarla hüquq əldə etməmişdir. Belə ki, sözügedən torpaq sahəsi Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin mülkiyyətində olmamışdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması; öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsi; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları alqı-satqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqısatqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xəttlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafıə əhəmiyyətli obyektlərin tikilməsi məqsədi ilə müvafıq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, X2 üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “X2 üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506İİİ QD nömrəli Qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 680 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20% miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. "X2 üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Həmin Qanunun 1.1.2-ci maddəsinə əsasən torpaq — mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər. Həmin Qanunun 54-cü maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən, itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfiyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili (65.1.2); torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğun olaraq müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi (65.1.5) formalarında kompensasiya ödənilə bilər. Hazırkı iş üzrə iddia tələbinin məzmunundan görünür ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin alqı-satqı əsasında 06 sentyabr 2007-ci il tarixli 21/37 saylı qərarı ilə mülkiyyətinə verilmiş 600 kv.m (6 sot) torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmaya məruz qaldığı üçün torpaq sahəsinin 1 sotunun bügünki tarixə olan bazar qiyməti 15000 (on beş min) manat olmaqla 90000 (doxsan min) manat məbləğində kompensasiyanın və torpaq sahəsinin bazar qiymətinin 20 faiz, yəni 18 000 (on səkkiz min) manat miqdarında satınalma qiymətinin, ümumilikdə 108.000 (yüz səkkiz min) manat məbləğdə pulun (kompensasiyanın) cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. İlk növbədə qeyd edilməlidir ki, yuxarıda göstərilən qanunvericilik normalarının məzmunundan göründüyü kimi bələdiyyə yalnız bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verə bilər. Hazırki işdə iddiaçıya satılmış torpağın Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin mülkiyyətində olması barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən iddiaçı kompensasiya verilməsini tələb etdiyi torpaq sahəsinə sahiblik etməsi və ya torpaqdan fayda almasını sübut edə bilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kompensasiya verilməsini tələb etdiyi torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş əsaslarla hüquq əldə etməsi, həmçinin sözügedən torpaq sahəsinin Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin mülkiyyətində olması iş materialları ilə müəyyən edilmədiyindən iddia tələbi haqlı olaraq təmin edilməmişdir. İş materiallarından iddiaçıya 2007-ci il tarixdə bələdiyyə qərarı ilə torpaq sahəsi ayrılması müəyyən edilsə də, həmin qərar Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin qərarı ilə xx.xx.2011-ci il tarixdə ləğv olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10272/2022 saylı 23 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10272/2022 saylı 23 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1525/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1525/2023
01.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver