Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1526/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(81)- 5421/2017 saylı, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-4350/2017 nömrəli Qərarına əsasən dövlət qulluğunda qulluq stajının 8 ildən artıq olması ilə əlaqədar 10% əlavə, hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15% məbləğində təyin edilən və ona ödənilən əlavə haqq, habelə dövlət qulluqçularıa il ərzində ödənilən 3 aylıq vəzifə maaşı məbləğində mükafat və 1 aylıq vəzifə maaşı məbləğində müavinat və ixtisas dərəcələsi nəzərə alınmaqla İddiaçı əmək pensiyasının xx.xx.2008- ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-4350/2017 nömrəli Qərarı xx.xx.2017-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə ünvanlanan xx.xx.2017-ci ill tarixli məktubla müvafiq qərarın icra edilməsi və məhkəmə qərarının icrası barədə məlumatın qısa müddət ərzində məhkəməyə göndərilməsi tələb olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə qeyd olunmuşdur ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı (bundan sonra inzibati orqan) iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək dövlət qulluğundan qulluq stajının 8 ildən artıq olması ilə əlaqədar 10 % əlavə, hakimiyyəti səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiiyyəlinin icrasına görə vəzifə maaşının 15%-i məbləğində təyin edilən və ödənilən əlavə haqq, habelə dövlət qulluqçularına il ərzində ödənilən 3 aylıq vəzifə maaşı məbləğində mükafat və 1 aylıq vəzifə maaşı məbləğində müavinət və ixtisas dərəcəsinə görə əlavə nəzərə alınmaqla əmək pensiyasının 19 mart 2008-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4350/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Bundan sonra qərar icra edilməsi üçün inzibati orqana göndərilmişdir. İnzibati orqan tərəfindən qərar icra edilmiş və iddiaçının pensiyası ödənilmişdir. Lakin sonradan, yəni 2023-cü ilin aprel ayından etibarən iddiaçının pensiyasının azaldılması inzibati orqan tərəfindən həyata keçirilmişdir. Qeyd edilməlidir ki, məhkəmə qəbul etdiyi qərarı Azərbaycan Respublikasının adından qəbul edir və onun icrası məcburidir. İddiaçı hesab edir ki, pensiyasının qanunsuz heç bir səbəb və əsas olmadan azaldılmasında ifadə olunan hərəkət və hərəkətsizliklər Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə qərarına hörmətsizlikdir. Odur ki, adıçəkilən qərarın məcburi şəkildə icra edilməsi üçün tədbirlər görülməsi zərurət təşkil edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Konstitusiyanın İİ hisssinə görə Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnzibati Prosessual Məcəllənin 116.1-ci madəsinə əsasən Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq maddələri tətbiq olunur. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Həmin Məcəllənin 117.1.1-ci maddəsinə görə icra qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 120-ci maddəsinə əsasən: 120.1. Bu Məcəllənin 33.4-cü. 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd qəbul edilməsini inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə ləmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edi niş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadj da, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə i lər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4 Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Yuxarıda sadalanan normalardan müəyyən edilir ki, cavabdeh inzibati orqan məhkəmə qərarını icra etməməklə qanunvericiliyin tələbini pozmuşdur. Belə olan halda həmin qərarın məcburi qaydada icrasının təmin edilməsi zərurət təşkil edir. İşin birinci instansiya icraatı zamanı cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, İddiaçı pensiya işinə aid sənədlərdə ona Fondun Binəqədi rayon şöbəsi tərəfindən 19 mart 2008-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 iyul 2017-ci il tarixli 2-1(81)-4350/2017 nömrəli qərarı nəzərə alınmaqla adıçəkilən şəxsin əmək pensiyası yenidən hesablanıb. Araşdırma nəticəsində məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013-cü il tarixindən adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 445,00 manat, qulluq stajına görə əlavəsi 44,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 66,75 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 148,33 manat olmaqla orta aylıq əmək haqqısı 784,58 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 8 il 1 ay 12 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (784,58 manat) 51 faizi - 400,14 manat məbləğində hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017- ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar İddiaçı 8 il 1 ay 12 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 26,94 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 490,00 manat, qulluq stajına görə əlavəsi 49,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 73,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 163,33 manat olmaqla orta aylıq əmək haqqısı 855,83 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (784,58 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısı (855,83 manat) arasındakı fərq məbləğinin (71,25 manat) 26,94 faizi19,19 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (400,14 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 419,33 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 735,00 manat, qulluq stajına görə əlavəsi 73,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 110,25 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 245,00 manat olmaqla orta aylıq əmək haqqısı 1243,75 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (855,83 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqısı (1243,75 manat) arasındakı fərq məbləğinin (387,92 manat) 26,94 faizi-104,51 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (419,33 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 523,84 manat məbləğində hesablanmalı olduğu halda, 969,37 manat məbləğində müəyyən edilməklə xx.xx.2019-xx.xx.2022ci il tarixləri arasındakı dövr ərzində hər ay İddiaçı müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 17821,20 manat artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən İddiaçı əmək pensiyası həmin tarixdən 576,22 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 660,92 manata artırılıb. Qeyd olunanlara əsasən, cari ilin yanvar, fevral və mart (1 gün üçün) ayları üzrə ona ümumilikdə 1343,16 manat ödənilməli olduğu halda, 2485,57 manat pul vəsaiti ödənilib. Buna görə də adıçəkilən şəxsə həmin dövr üzrə 1142,41 manat artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar İddiaçı artıq ödənilmiş pul vəsaiti 2 mart 2023-cü il tarixində daxil olmuş müraciətindən 3 il geri dövr üzrə məhdudlaşdırılıb. Qeyd olunanları nəzərə alaraq, adıçəkilən şəxsə xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 16276,06 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda bildirilir ki, İddiaçı Mərkəzi Filiala daxil olmuş müraciətinə əsasən (2 mart 2023-cü il tarixində) əmək pensiyası təyin edildikdən sonra fərdi hesabının sığorta hissəsində qeyd olunmuş sığorta kapitalına görə əmək pensiyası yenidən hesablanaraq 2 mart 2023-cü il tarixindən 1255,42 manat məbləğində müəyyən edilib, həmçinin cari ilin mart (30 gün üçün) ayı üzrə ona ödənilməli olan 31,31 manat fərq məbləği hesablanıb. Həmin 31,31 manat vəsait adıçəkilən şəxsə artıq ödənilmiş 16276,06 manatdan çıxılaraq büdcəyə bərpa edilib. Qalan 16244,75 (16276,06-31,31) manat artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün İddiaçı yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunub. Bundan başqa, maddi yardım üzrə 2022-ci il üçün adıçəkilən şəxsə 534,64 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 534,64 manat pul vəsaiti cari ilin aprel ayından hər ay 133,66 manat olmaqla əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilir. Bakı İnzibati Məhkəməsinin e-2-1(81)-5421/2017 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)- 4350/2017 nömrəli Qərarının icrası ilə əlaqədar İddiaçı əmək pensiyası hesablanarkən Fövqəladə və Səlahiyyətli Səfir vəzifəsi üzrə aylıq vəzifə maaşı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində təminedici idarə rəisinin aylıq vəzifə maaşına uyğun olaraq nəzərə alınması qərara alınmışdır. Cavabdeh qərardaddan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti xx.xx.2023-cü il tarixli məktuba uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - iddiaçı X1 əmək kitabçasının surətinə əsasən Azərbaycan Respublikası Prezidentinin 27 fevral 1996-cı il tarixli 283 saylı sərəncamına əsasən Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi verilmiş, Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2004-cü il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının Gürsüctanda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsindən azad edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-7- 6810/2023 saylı “Əmək pensiyasının yenidən hesablanması” Qərara əsasən İddiaçı xx.xx.2023-cü il tarixdən (müddətsiz) 1255,42 manat pensiya təyin olunmuşdur. - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin təminedici idarə rəisinin aylıq vəzifə maaşı 1470 (bir min dörd yüz yetmiş) manat təşkil edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli 10 nömrəli Qərarının beşinci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci və 116.1-ci maddələrinə uyğun olaraq inzibati işlər üzrə məhkəmə qərarlarının icrası ilə bağlı Mülki Prosessual Məcəllənin və “İcra haqqında” Qanunun müvafiq normalarına istinadla və inzibati mübahisələrin xüsusiyyətləri nəzərə alınmaqla məhkəmə aktının izah edilməsi, icrada dönüş, məhkəmə qərarının icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qərarın icra üsulunun və qaydasının dəyişdirilməsi, icra hərəkətlərinin təxirə salınması və icra üzrə icraatın dayandırılması məsələlərinə də baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Qətnamənin icra qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının (növbəliliyinin), yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtlərinin) dəyişdirilməsində ifadə olunur. “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 yanvar 2008-ci il tarixli, 11 nömrəli qərarının 2.2-ci maddəsi 31 yanvar 2023-cü il tarixli 29 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə aşağıda qeyd edilən redaksiyada verilmişdir: “Sosial sığorta haqqında”, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 780-VİQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 3 sentyabr tarixli 572 nömrəli, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2004-cü il 17 iyun tarixli 77 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 12 yanvar tarixli 1965 nömrəli Fərmanının 2-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfirlərinin, Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar yanında daimi nümayəndələrinin dövlət məvacibi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təminedici idarə rəisinin aylıq vəzifə maaşından, aylıq vəzifə maaşına əlavələrdən (ən yüksək olanı tətbiq edilməklə) və aylıq vəzifə maaşının 25 faizi məbləğində mükafatdan ibarətdir. Əvvəlki redaksiyada deyilirdi:
2. Diplomatik xidmət əməkdaşlarının əməkhaqqı 2.3. Dövlət qulluğunda olmayan şəxs Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 6.3.1-ci və 6.3.2-ci maddələrində göstərilən vəzifələrə təyin olunduqda, həmin şəxs üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində təminedici idarə (şöbə) rəisinin vəzifə maaşının, digər diplomatik vəzifələrə və ya inzibati-texniki xidmətin həyata keçirilməsi ilə bağlı vəzifələrə təyin olunduqda isə, həmin vəzifələrə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində uyğun gələn vəzifələr üçün müəyyən edilmiş vəzifə maaşının 50 faizi həcmində əməkhaqqı saxlanılır. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanunundan:
6. Diplomatik vəzifələr 6.1. Diplomatik xidmət orqanlarında diplomatik vəzifə tutan şəxslər diplomatik xidmət əməkdaşlarıdırlar. 6.2. Diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər diplomatik xidmət əməkdaşlarına aid deyildirlər. Həmin şəxslərin hüquqi statusu və ixtisas dərəcələri Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir. 6.3. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşları üçün aşağıdakı vəzifələr müəyyən edilir: 6.3.1. Fövqəladə və səlahiyyətli səfir, Azərbaycan Respublikasının beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi; Göründüyü kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 yanvar 2008- ci il tarixli, 11 nömrəli qərarına və “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nın 2-ci hissəsinin istər əvvəlki redaksiyasına, istərsə də hazırkı redaksiyasına uyğun olaraq fövqəladə və səlahiyyətli səfir vəzifələrində işləyən diplomatik xidmət əməkdaşlarının dövlət məvacibi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində təminedici idarə rəisinin (əvvəl şöbənin) aylıq vəzifə maaşından ibarət olur. İşin hazırkı hallarından müəyyən edilir ki, İddiaçı xx.xx.1996-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Gürcüstan Respublikası Tbilisi şəhərində Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində işləsə də, cavabdeh tərəfindən iddiaçının əmək pensiyası hesablanarkən işlədiyi vəzifə “digər diplomatik vəzifələrə və ya inzibati-texniki xidmətin həyata keçirilməsi ilə bağlı vəzifələr” kimi nəzərə alınmaqla Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində uyğun gələn vəzifələr üçün müəyyən edilmiş vəzifə maaşının (təminedici idarə rəisinin (əvvəl şöbənin)) 50 faizi həcmində əməkhaqqı saxlanılmaqla nəzərə alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-7-6810/2023 saylı “Əmək pensiyasının yenidən hesablanması” Qərara əsasən İddiaçı xx.xx.2023-cü il tarixdən (müddətsiz) 1255.42 manat pensiya təyin olunmuşdur. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin təminedici idarə rəisinin aylıq vəzifə maaşının 1470 (bir min dörd yüz yetmiş) manat təşkil etdiyi bildirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı diplomatik vəzifəsi vaxtilə fövqəladə və səlahiyyətli səfir olduğu üçün (digər diplomatik vəzifələrə və ya inzibati-texniki xidmətin həyata keçirilməsi ilə bağlı vəzifələr deyil) dövlət məvacibi müvafiq olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təminedici idarə rəisinin aylıq vəzifə maaşından ibarət olmaqla nəzərə alınmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(81)-5421/2017 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.