Məhkəmə qərarları › İş №2-1(103)-1527/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1527/2024

07.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1527/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı: İddiaçı2 Cavabdeh: Bakı şəhəri Cavabdehnə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində X11, X6 cəlb olunmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: « qeydiyyatdan çıxarma») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X12 və X2 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi, İddiaçı2 nümayəndəsi İddiaçı1, 3-cü şəxs X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3638/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 (yeni qaydalarla: AZ1102, Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi, 61, M1, m3) İddiaçı1 adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır.

2. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli ******* saylı arayışından görünür ki, X6 və X11 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon MKTB-nin 31 saylı MKİS-nin xx.xx.2014cü iltarixli 31/1051 saylı Forma-2 arayışından görünür ki, ünvan 1 ünvanında yalnız İddiaçı1 qeydiyyatdadır və mənzil ona məxsusdur.

3. İş materiallarında olan Bakı şəhəri Nəsimi Polis İdarəsi tərəfindən İddiaçı1 ünvanmış xx.xx.2020-ci il tarixli 082-6132A-3220 saylı məktubda qeyd edilir: Sizin, Nəsimi RPİnə ünvanladığınız ərizənizə X3 baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən, vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız Məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. Nəzərinizə çatdırırıq ki, Sizin Məhkəmə orqanlarına müraciət etmək hüququnuz var.

4. İş materiallarında olan Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontorunun 4ə-261 nəmrəli notariat işində olan (notariat işinin təsdiq edilmiş surəti) 06 aprel 2006-cı il tarixli, AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, satıcı X9 özünə məxsus olan ünvan 5ov küçəsi, 15 saylı evin 3 saylı mənzilini alıcı İddiaçı1 satmışdır. Həmin notariat işində olan sənədlərdən görünür ki, həmin tarixdə qeyd olunan mənzildə X8, X7, X13 (xx.xx.1996-cı il təvəllüdlü), X14, X10 qeydiyyatda olmuşlar və onlar tərəfindən verilmiş ərizələrdən görünür ki, onlar həmin mənzilin satılmasına etiraz etmədiklərini bildirmişlər.

5. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 082-30749-1220 saylı məktubda qeyd edilir: qeyd olunmuş şəxslərin qeydiyyata düşməsi üçün əsasverici sənədlər “DİN-in sistemində istifadə olunan sənədlərin saxlanma yeri və müddətləri haqqında Siyahının təsdiq edilməsi barədə” DİN-in xx.xx.2015-ci il tarixli Q36-001-15 nömrəli Qərara əsasən arxivdə saxlanıldıqdan sonra yandırılaraq məhv edilmişdir.

6. İş materiallarında olan İddiaçı1 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, ünvan 5ov küçəsi, 15 saylı evin 3 saylı mənzilində qeydiyyatda olan X6 və X11 onun qohumu və tanışı deyildirlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər X11, X6) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1957-ci il təvəllüdlü X1 və xx.xx.1995-ci il təvəllüdlü X5 iddiaçı onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən 15 saylı evin, 3 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən 15 saylı evin 3 saylı mənzili ona məxsusdur. Bu barədə ona ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə dövlət reyestrindən çıxarış verilmişdir. O, həmin mənzili xx.xx.2006-cı il tarixdə alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin tarixdən etibarən mənzildə tək yaşayır. Bakı şəhəri Nəsimi rayon MənzilKommunal Təsərrüfat Birliyinin 31 saylı Mənzil- Kommunal İstismar Sahəsinin xx.xx.2014- cü il tarixli FORMA 2 arayışında da daimi qeydiyyatda olan şəxs kimi yalnız onun qeydiyyatda olduğu öz əksini tapmışıdır. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2020-ci il tarixli arayışdan məlum olur ki, üçüncü şəxslər X6 və X11 həmin mənzildə pasport qeydiyyatındadırlar. O, həmin şəxsləri ümumiyyətlə tanımır və həmin şəxslər onun mənzilində yaşamırlar. Həmin şəxslərin onun mənzilinə hansı yolla qeydiyyata düşməsi barədə məlumatı yoxdur. Adları qeyd olunan şəxslərin ona məxsus olan mənzildə qeydiyyatda olması onun mülkiyyət hüquqlarını pozur. O, cavabdeh Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət etmiş və qeydiyyatda olan şəxslərin pasport qeydiyyatından çıxarılması barədə müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Lakin cavabdehin xx.xx.2020-ci il tarixli cavab məktubunda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanununun tələblərinə əsasən, vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin yalnız Məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirildiyi qeyd edilmişdir. Odur ki, o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3638/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin olunmuşdur.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3638/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından üçüncü şəxs X6 tərəfindən apellyasiya şikayəti verərək qərarın ləğv edilib, iddianın təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

11. İş materiallarında olan bağışlama müqaviləsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə ünvan 1 (yeni qaydalarla: AZ1102, Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi, 61, M1, m3) İddiaçı2 adına xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından İddiaçı1 İddiaçı2 ilə əvəz olunmuşdur.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

c) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən 15 saylı evin 3 saylı mənzili Rabitə Nazirliyində xadimə işlədiyi üçün 09 yanvar 1987-ci il tarixli Orderə əsasən ona verilmişdir.Həmin vaxtdan hal-hazıra kimi bu ünvanda yaşayır.İddiaçının mülkiyyətində olan mənzillə ona məxsus yaşayış sahəsinin ünvanları eyni olsa da başqa-başqa evlərdir və bunu mənzil istismar sahələri tərəfindən verilən arayışlar da təsdiq edir.Belə ki, ona məxsus yaşayış sahəsi üzrə Xüsusi Təyinatlı Mənzil –Kommunal Təsərrüfatı Birliyi 70 saylı Mənzil –Kommunal İstismar sahəsi xidmət göstərir, iddiaçının yaşadığı yaşayış sahəsi üzrə isə Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon MKTB-nin 31 saylı Mənzil –Kommunal İstismar sahəsi xidmət göstərir.Həmçinin, iddiaçını tanımır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxs X6 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etmişdir.

16. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPMin 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

18. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.

19. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.

20. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə –məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

21. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayəti 3-cü şəxs X6 tərəfindən verildiyindən birinci instansiya məhkəməsinin aktı yalnız ona münasibətdə yoxlanılır.

25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

27. Həmçinin, iddia mümkünlük şərtlərinə cavab verir.

28. Məhkəmə kollegiyası işin faktiki hallarına tətbiq edilən hüquq normalarından (Bu qərarın 20 və 21-ci bəndləri) çıxış edərək daha sonra qeyd edir ki, aşağıdakı səbəblərə əsasən apellyasiya şikayəti əsaslıdır, odur ki, təmin edilməlidir.

29. Belə ki, mübahisələndirilən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3638/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin olunaraq iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 15 saylı evin 3 saylı mənzilindən X1 və X5 qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə olunmuşdur.

30. Hazırkı apellyasiya şikayəti üzrə apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən 15 saylı evin 3 saylı mənzili Rabitə Nazirliyində xadimə işlədiyi üçün 09 yanvar 1987-ci il tarixli Orderə əsasən 3-cü şəxs X4 verilmişdir.Həmin vaxtdan hal-hazıra kimi bu ünvanda yaşayır.İddiaçının mülkiyyətində olan mənzillə 3-cü şəxs X4 məxsus yaşayış sahəsinin ünvanları eyni olsa da başqa-başqa evlərdir və bunu mənzil istismar sahələri tərəfindən verilən arayışlar da təsdiq edir.Belə ki, 3-cü şəxs X4 məxsus yaşayış sahəsi üzrə Xüsusi Təyinatlı Mənzil – Kommunal Təsərrüfatı Birliyi 70 saylı Mənzil –Kommunal İstismar sahəsi xidmət göstərir, iddiaçının yaşadığı mənzil üzrə isə Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon MKTB-nin 31 saylı Mənzil –Kommunal İstismar sahəsi xidmət göstərir.

31. İddiaçı isə apellyasiya şikayətini əsassız sayır ona görə ki, onun evi ilə 3-cü şəxs X6 yaşadığı ev başqa-başqa binalar olmasına, həmin evlərin arasında xeyli məsafə olmasına baxmayaraq 3-cü şəxs X1 iddiaçının evində qeydiyyatda olması onun mülkiyyət hüququnu pozur.

32. Məhkəmə Kollegiyası vurğulayır ki, iddiaçının mənzili ilə 3-cü şəxs X1 yaşadığı ev başqa-başqa tikililərdir və 3-cü şəxs X6 yaşadığı evə Rabitə Nazirliyində xadimə işlədiyi üçün 09 yanvar 1987-ci il tarixdə verilmiş Orderə əsasən qeydiyyata alınmışdır.

33. Məhkəmə Kollegiyası qeyd edir ki, nəzərə alsaq ki, 3-cü şəxs X6 yaşadığı evə Rabitə Nazirliyində xadimə işlədiyi üçün 09 yanvar 1987-ci il tarixli verilmiş Order əsasında qeydiyyata alınmışdır, bu halda onun yaşadığı evə hüququ yaranıb-yaranmadığını, qanuni gözlənti hüququnun olub-olmamasını müəyyən etmək hazırkı məhkəmə icraatının predmetinə daxil deyildir.

34. Beləliklə, məhkəmə Kollegiyası tətbiq edilmiş hüquq normalarına və işin yuxarıda sadalanan faktiki hallarına istinad edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3638/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı qismən –ləğv edilməli və iddia qərarın ləğv olunduğu hissədə rədd olunmalıdır.(Apellyasiya şikayətində qərar digər 3-cü şəxsə münasibətdə mübahisələndirilməmişdir, odur ki, həmin hissə apellyasiya baxışının predmetinə daxil deyildir..)

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3638/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı qismən-3-cü şəxs X4 münasibətdə ləğv edilsin. İddia Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 15 saylı evin 3 saylı mənzilindən X1 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə olunması hissədə rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar