Məhkəmə qərarları › İş №2-1(103)-1528/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1528/2024

16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1528/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: « qərarın ləğv olunması») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Elsun Canməmməd oğlu Bəyalıyevin katibliyi, İddiaçının nümayəndəsi X1, Nümayəndə, X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9092/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Xronometraj metodu ilə müşahidənin aparılması haqqında xx.xx.2021-ci il tarixli **********41 nömrəli qərara əsasən iddiaçıya məxsus olan obyektdə 15 iş günündən çox olmayan müddətdə xronometraj metodu ilə müşahidənin aparılması qərara alınmışdır (həmin qərara daha sonra yoxlayıcı şəxslərlə bağlı əlavə edilmişdir).

2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışa əsasən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində istehsalat həcminin və satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi (xronometraj metodu ilə) üçün iddiaçıya məxsus obyektdə operativ vergi nəzarətinin aparılması barədə məlumat qeydə alınmışdır (yoxlayıcı şəxslər barədə məlumat reyestrə əlavə edilmişdir).

3. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********653200 nömrəli qərarda kameral yoxlama nəticəsində 559.224,99 manat əlavə vergi məbləği hesablanmışdır.

4. Azərbaycan Respblikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2023-cü il tarixli **********946500 nömrəli qərara əsasən İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2023-cü il tarixli inzibati şikayəti təmin edilməmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********653200 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə tapşırılmışdır ki, İddiaçı 2022-ci ilin fevral ayı üçün ƏDV bəyannaməsi üzrə xronometraj metodu ilə müşahidənin nəticəsinə uyğun yenidən kameral vergi yoxlaması keçirilməsini təmin edilsin; İddiaçı real vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə səyyar vergi yoxlaması keçirilsin.

5. İddiaçı tərəfindən təqdim edilmiş İddiaçı MMC-nin satış dövriyyələri haqqında məlumata əsasən: 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci, 2022-ci, 2023-cü ilin Fevral ayı üzrə və müvafiq illərə görə - 4 085 645.00, 4 636 326.00, 4 757 225.00, 5 460 212.00, 4 769 266.00, 9 358 437.00, 8 681 534.00 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci, 2022-ci ilin Oktyabr ayı üzrə və müvafiq illərə görə - 7 094 256.00, 9 481 888.00, 9 581813.00, 7 271 671.00, 13 508 435.00 17 100 591.00 kimi olmuşdur.

6. İş materiallarına əlavə edilmiş elektron daşıyıcı-diskdə verilən məlumatlara əsasən (xx.xx.2021-ci il tarixindən – xx.xx.2021-ci ilə qədər): 1) Dövriyyə yaradan qaimələr: ƏDV-yə cəlb edilən əməliyyatların məbləği – ********.43 ƏDV-dən azad olunan əməliyyatlar – 778674.93 ƏDV-yə "0" dərəcə ilə cəlb edilən – 222463.03 ƏDV məbləği – ********.17 Yekun məbləği – ********.43 2) Yük gömrük bəyannamələri: İ.Cəmi (ixrac): Qiyməti – 514669.17 Tam qiyməti manatla – 874937.61 İdxal rüsumu – 0 ƏDV – 2332.8 Aksiz – 0 Digər rüsum və vergilər – 15630 Faktura dəyəri – 514669.17 İİ. Cəmi (idxal): Qiyməti – ********.77 Tam qiyməti manatla – ********.84 İdxal rüsumu – 232732.37 ƏDV – 9457178.1 Aksiz – 0.8 Digər rüsum və vergilər – 229727.34 Faktura dəyəri – ********.82 3) Vergi ödəyicisi üzrə kassa əməliyyatları (onlayn kassa): İ.Dövriyyə üzrə vergitutma: ƏDV-dən azad – 16275.66 18% – 860452.4 İİ. Vergi: 18% – 131255.45 Cəmi – 131255.5

7. İş materiallarına xronometraj metodu ilə müşahidə aparılması haqqında aktlar əlavə edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul olunmuş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********653200 nömrəli Qərarın ləğv olunması barədə qərar qəbul edilməsi xahiş etmişdir.

9. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı "MET-AK” MMC xx.xx.1997-ci il tarixində dövlət qeydiyyatına alınmaqla, əsas fəaliyyəti plastik və metal məhsullarının istehsalı və satışı olan kommersiya hüquqi şəxsidir. Cəmiyyət uzun illik fəaliyyət dövründə daim qanunun tələblərini rəhbər tutmuş, vergi ödəmələrini və bu sahədə zəruri olan digər öhdəliklərini vaxtında və vicdanla yerinə yetirmişdir. İddiaçı MMC xx.xx.2022-ci il tarixində 2022-ci ilin fevral ayı üçün dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edərək, “Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar” sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda həmin ay üzrə baş tutmuş satış dövriyyəsinin ümumi məbləğini, yəni 9.204.991,99 AZN (doqquz milyon iki yüz dörd min doqquz yüz doxsan bir manat, 99 qəpik) qeyd etmişdir. Lakin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi, kameral vergi yoxlaması keçirərək təqdim olunmuş vergi bəyannaməsinin rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş - 12.718.115,73 AZN (on iki milyon yeddi yüz on səkkiz min yüz on beş manat, 73 qəpik) məbləğdən 3.513.123,74 AZN (üç milyon beş yüz on üç min yüz iyirmi üç manat, 74 qəpik) az olduğunu bildirmişdir. Nəticədə cavabdeh tərəfindən əlavə dəyər vergisi üzrə 2022-ci ilin fevral ayı üçün 559.224,99 AZN (beş yüz əlli doqquz min iki yüz iyirmi dörd manat, 99 qəpik) hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********653200 nömrəli qərar qəbul olunmuşdur. Qeyd edilən qərardan iddiaçı xx.xx.2023-cü il tarixində şikayət instansiyasına inzibati şikayətlə müraciət edərək hesablanmış vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Həmin şikayətlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xx.xx.2023-cü il tarixində “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********946500 nömrəli qərar qəbul etmişdir. Cavabdeh tərəfindən qanunun tələblərini pozmaqla əlavə vergi məbləğinin hesablanması barədə qərar qəbul etməsi, eləcə də şikayət instansiyasının həmin qərardan verilmiş şikayəti təmin etməməsi nəticəsində hazırda iddiaçının pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə məhkəməyə müraciət etmək zəruriliyi yaranmışdır. Belə ki, cavabdeh, 2021-ci ilin xx.xx.2021-xx.xx.2021-ci tarixi aralığında İddiaçı MMC-nin təsərrüfat subyektlərində aparılmış xronometraj metodu ilə müşahidənin nəticələrinə əsaslanaraq, 2022-ci ilin fevral ayı üçün dövriyyə məbləğini müəyyən etmiş, həmin dövriyyə məbləğinə müvafiq olaraq 559.224,99 AZN (beş yüz əlli doqquz min iki yüz iyirmi dörd manat, 99 qəpik) əlavə vergi məbləği hesablanması barədə qərar qəbul etmişdir. Lakin, cavadeh vergi orqanı nəzərə almamışdır ki, kommersiya subyektlərinin satış dövriyyəsinin həcmi hər bir halda bazar münasibətlərində yaranmış mövcud şərait, ilin müəyyən zaman kəsiklərində hər hansı məhsullara tələbatın artması və ya azalması, habelə digər mühüm amillərdən asılıdır. Nəzərə almaq lazımdır ki, cavabdeh orqan tərəfindən xronometraj metodu ilə aparılan müşahidə 2021-ci ilin oktyabrın sonları - noyabrın əvvəllərinə təsadüf edir ki, bu da metal və plastik məhsullar bazarının müvafiq ilin ilk ayları ilə müqayisədə daha da aktiv olduğu dövrlərdən hesab olunur. İddiaçının son illərinin fəaliyyətinə nəzər yetirilsə, eyni halın hər il təkrarlandığını müşahidə etmiş olarıq. Qeyd etmək zəruridir ki, iddiaçının əsas xammal tədarükçüləri olan Rusiya və Ukrayna dövlətləri, 2022-ci ilin fevral ayında hərbi münaqişəyə daxil olmaları səbəbindən həmin xammalın idxalı xeyli azalmışdır ki, bununla da Cəmiyyətin dövriyyəsinə ciddi xələl gəlmişdir. Bundan əlavə, iddiaçının 2021-ci ilin 01 iyun - 30 oktyabr zaman kəsiyində olan satış dövriyyəsinin 2022- ci ilin eyni zaman kəsiyində olan satış dövriyyəsi ilə müqayisə etdikdə, 2021-ci ilin eyni zaman kəsiyində olan satış dövriyyəsinin 2022-ci illə müqayisədə 12,263 milyon manat artıq olduğunu müşahidə etmək olar. Qeyd edilənlər belə nəticəyə gəlməyə əsas verir ki, 2021-ci il müvafiq ayları üzrə satış dövriyyəsi 2022-ci illə müqayisədə xeyli artıq olmuşdur. Bu səbəbdən 2021-ci ilin müvafiq zaman kəsiyində aparılmış xronometraj müşahidəsinin nəticələrini 2022-ci ilin fevral ayı üçün tətbiq edilməsi əsassızdır. İddiaçı MMC tərəfindən 2022-ci ilin fevral ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində göstərilən məbləğ həmin ay ərzində aparılmış əməliyyatlar əsasında hesablanaraq qeyd edilmişdir. Həmin əməliyyatlar müvafiq olaraq elektron qaiməfakturalar, pərakəndə satış qəbzləri və digər sənədlərlə təsdiq olunur. Cavabdeh orqanın göstərilən metodla İddiaçı MMC-nin fevral ayı üzrə satış dövriyyəsinin müəyyən edilməsi əsassız və qanunsuz inzibati aktın qəbul olunmasına gətirib çıxarmışdır. Hesab edilir ki, İddiaçı MMC barəsində 2022-ci ilin fevral ayı üçün əlavə vergi məbləğinin hesablanması barədə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********653200 nömrəli Qərar ləğv edilməli, iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli 2022-ci il fevral ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təsdiq olunmalıdır.

10. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddiaçının əsas fəaliyyət növü “sair plastik məmulatların istehsalından ibarətdir, kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 2022-ci ilin fevral ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin 301.1 “Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar" sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda olan 9.204.991,99 manat məbləğin, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (12.718.115,73 manat) məbləğdən 3.513.123,74 manat az olduğu müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********669500 nömrəli məktub göndərilmişdir. İddiaçı tərəfindən bəyannamədə olan uyğunsuzluq barədə məktuba cavab olaraq müvafiq izahat məktubunun və ya kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən əlavə dəyər vergisi bəyannaməsi üzrə 2022-ci ilin fevral ayı üçün 559.224,99 manat hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********653200 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Uçotbaza məlumatlarının və bəyannamə göstəricilərinin araşdırılması zamanı Cəmiyyət tərəfindən 2022-ci ilin fevral ayında ümumilikdə ƏDV daxil 10.615.498,28 manat, o cümlədən ƏDV-yə 18% dərəcə cəlb olunan əməliyyatlar üzrə 8.925.655,22 manat (ƏDV-si 1 606 619,16 manat), ƏDV-dən azad olunan əməliyyatlar üzrə 62.664,26 manat, ƏDV-yə "0" dərəcə ilə cəlb edilən əməliyyatlar üzrə 20.559,66 manat dəyərində elektron qaiməfakturaların təqdim edildiyi, 150.241,16 manat dəyərində ixrac əməliyyatlarının aparıldığı, onlayn kassa məlumatlarına əsasən ƏDVdaxil 375.436,25 manat (ƏDV-yə cəlb olunan 318.166,30 manat, ƏDV-si 57.269,95 manat) pərakəndə ticarətdən satış dövriyyəsinin olduğu, bu dövr üzrə təqdim edilmiş ƏDV bəyannaməsində təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri sütununda 18 faiz dərəcə ilə ƏDV-yə cəlb olunan əməliyyatlar üzrə 9.204.991,99 manat, daxil olmuş məbləğin 9.611.310,21 manat, hesablanmış ƏDV məbləğinin 1.730.035,84 manat, 0 faiz dərəcə ilə ƏDV- yə cəlb olunan əməliyyatlar üzrə 82.392,32 manat, daxil olmuş məbləğin 76.696,64 manat, ƏDV-dən azad olunan əməliyyatlar üzrə 62.664,26 manat, daxil olmuş məbləğin 51.927,0 manat, hesabat dövrü ərzində silinən debitor borc məbləğinin 416.318,23 manat bəyan edilməsinə baxmayaraq, kameral vergi yoxlaması ilə mal, iş və xidmətlərin dəyəri sütununda 18 faiz dərəcə ilə ƏDV-yə cəlb olunan əməliyyatlarının cəminin 12.718.115,73 manat, daxil olmuş məbləğin 12.718.115,73 manat, hesablanmış ƏDV məbləğinin 2.289.260,83 manat, 0 faiz dərəcə ilə ƏDV-yə cəlb olunan əməliyyatlarının cəminin 82.392,32 manat, daxil olmuş məbləğin 76.696,64 manat, ƏDV-dən azad olunan əməliyyatlarının cəminin 62.664,26 manat, daxil olmuş məbləğin 51.927,0 manat olduğu müəyyən edilmişdir. Həmçinin bildirirlər ki, cavabdehin xx.xx.2021-ci il tarixli, **********5241 nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” qərarına əsasən iddiaçının ünvan 1i ünvanında olan, **********-47001 kodlu təsərrüfat subyektində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, 15 təqvim günü ərzində aparılmış xronometraj metodu ilə müşahidənin nəticəsinə əsasən (bazar günü iş günü kimi qeyd edilmişdir) ümumi satış dövriyyəsi 207.893,2 manat, orta günlük satış dövriyyəsi 13.859,55 manat, xx.xx.2021 -ci il tarixli, **********5249 nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” qərarına əsasən iddiaçının ünvan 2 ünvanında olan, **********-15002 kodlu təsərrüfat subyektində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, 15 təqvim günü ərzində aparılmış xronometraj metodu ilə müşahidənin nəticəsinə əsasən (bazar günü qeyri iş günü kimi qeyd edilmişdir) ümumi satış dövriyyəsi 8.139.700,92 manat, orta günlük satış dövriyyəsi 542.646,73 manat və xx.xx.2021-ci il tarixli **********5242 nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” qərarına əsasən iddiaçının Sumqayıt şəhəri, Sənaye zonası, Metalbazaya gedən yol ünvanında olan, **********- 29001 kodlu təsərrüfat subyektində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, 15 təqvim günü ərzində aparılmış xronometraj metodu ilə müşahidənin nəticəsinə əsasən (bazar günü qeyri iş günü kimi qeyd edilmişdir) ümumi satış dövriyyəsi 997.367,36 manat, orta günlük satış dövriyyəsinin isə 66.491,16 manat müəyyən edilməklə xronometraj metodu ilə müşahidənin keçirildiyi 3 (üç) sayda təsərrüfat subyektinin geyd olunan göstəriciləri nəzərə alınmaqla orta günlük satış dövriyyəsi 622.997,44 manat müəyyən olunmuşdur. Tərtib olunmuş yekun akt(lar) iddiaçının səlahiyyətli nümayəndəsi(ləri) tərəfindən imzalanmış, həmin aktın 2-ci səhifəsində Vergi Məcəlləsinin 37.5-ci maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş gaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmağla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə biləcəyi barədə məlumatın iddiaçının vəzifəli şəxsinə izah edildiyi geyd edilmişdir. Beləliklə, sonuncu xronometraj metodu ilə müşahidənin nəticəsinə əsasən orta günlük satış dövriyyəsinin 622 997,44 manat olduğunu nəzərə alaraq, 2022-ci ilin fevral ayı üzrə dövriyyə məbləğinin 15 007 376,76 manat (12595186,59 manat ƏDV-yə cəlb olunan (ƏDV-si 2267133,59), 82 392,32 manat 0 dərəcə ilə cəlb olunan, 62 664,26 manat ƏDV-dən azad) bəyan edilməli olduğu, Cəmiyyət tərəfindən xx.xx.2022ci il tarixdə 2022-ci ilin fevral ayı üzrə təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində hesabat dövrü ərzində silinən debitor borc məbləğinin 416 318,23 manat bəyan edildiyi üçün daxil olmuş məbləğin ƏDV daxil 15 498 632,27 manat (13025431,04 manat ƏDV-yə cəlb olunan (ƏDV-si 2344577,59), 76696,64 manat 0 dərəcə ilə cəlb olunan, 51 927,00 manat ƏDV-dən azad), kameral vergi yoxlaması ilə hesablanmalı vergi məbləğinin 614541,75 manat olmalı halda 559224,99 manat hesablanmışdır ki, nəticədə vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlaması ilə hesablanmalı ƏDV məbləğinə nisbətən 55316,76 manat az hesablandığı müəyyən olunmuşdur. Həmçinin onu da əlavə edirlər ki, cavabdehin xx.xx.2021-ci il tarixli, **********8648 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən iddiaçının nağd pul hesablaşmalarına riayət edilməsi vəziyyəti yoxlanılmış və xx.xx.2021 -ci il tarixli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında" aktda 1757,19 manat ödəniş müqabilində müştəriyə nəzarət kassa aparatından çek təqdim edilmədiyi üçün DVX seriyalı, 008180 nömrəli və xx.xx.2022-ci il tarixli, **********4844 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən iddiaçının fəaliyyət göstərdiyi obyektdə nağd pul hesablaşmalarına riayət edilməsi vəziyyəti yoxlanılmış və xx.xx.2023-cü il tarixli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktda 171,60 manat ödəniş müqabilində müştəriyə nəzarət kassa aparatından çek təqdim edilmədiyi üçün və DVX 020179 nömrəli akt tərtib edilmiş, müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********2935 nömrəli “Məsuliyyətə cəlb etmə haqqında” qərarına əsasən 6000,0 manat və xx.xx.2023-cü il tarixli **********9958 nömrəli “Məsuliyyətə cəlb etmə haqqında” qərarına əsasən 1000,0 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Məlumat üçün həmçinin qeyd edirlər ki, iddiaçı xronometraj metodu ilə yeni müşahidə aparılması barədə xx.xx.2022-ci il tarixli **********360200 nömrəli məktubla vergi orqanına müraciət etmişdir. Lakin Vergi Məcəlləsinin 15.1.13-ci maddəsinə əsasən xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50- 1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla (yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər) istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək vergi ödəyicisinin hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 50-1-ci maddəsinə əsasən xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50- 1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. 50-1.3. Xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. 50-1.4. Müşahidəyə başlamazdan əvvəl xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi orqanının nəzarət qaydasında mal (iş, xidmət) alqısı həyata keçirmək hüququ vardır. 50-1.5. Xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. 50- 1.6. Xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur. Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Vergi Məcəlləsinin 37.5-ci maddəsinə əsasən Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5.vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmağa, həmin Məcəllənin 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. "xxxx" MMC-nin (VÖEN: **********) iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9092/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinin tətbiq edilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, iddiaçı yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi sonuncu xronometraj metodu ilə müşahidədən 1 ay keçdikdən sonra irəli sürmək hüququ olsa da, bu hüququndan istifadə etməmişdir, yəni xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə ərizə ilə vergi orqanına müraciət etməmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

13. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 9092/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar olmaqla əlavə onunla əsaslandırılmışdır ki, 1) İddiaçı tərəfindən 2022-ci ilin fevral ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində göstərilən məbləğ həmin ay ərzində aparılmış əməliyyatlar üzrə tərtib olunmuş elektron qaimə-fakturalar, pərakəndə satış qəbzləri və digər sənədlərlə təsdiq olunmuşdur.Cavabdeh orqan tərəfindən isə həmin dövr üçün İddiaçı MMC-nin daha artıq məbləğdə satış dövriyyəsinin və daxilolmalarının olmasını təsdiq edə biləcək hər hansı sübut təqdim olunmanuşdır. Qərar yalnız Vergi Məcəlləsinin 37.5-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada xronometraj metodu ilə sonuncu müşahidənin nəticələrini vergilərin hesablanması üçün əsas götürülə bilməsi imkanı verdiyindən qəbul olunmuşdur. Lakin belə olan halda, müvafiq dövrə (2022-ci ilin fevral ayı) münasibətdə vergilərin hesablanması üçün əsas hesab olunan həmin dövr ərzində sahibkarın faktiki satış dövriyyəsi və daxilolmalar nəzərə alınmadan, yalnız əvvəlki və ilin digər dövrləri üçün nəzərdə tutulmuş göstəricilərə əsasən, 2022-ci ilin fevral ayına münasibətdə reallığa uyğun olmayan dövriyyə üçün vergi məbləği hesablanmışdır.2) Cavabdeh orqan tərəfindən xx.xx.2021 - 10.1 1.2021-ci tarixi aralığında İddiaçı MMC-nin təsərrüfat subyektlərində aparılmış xronometraj metodu ilə müşahidənin nəticələrinə əsaslanaraq, 2022-ci ilin fevral ayı üçün dövriyyə məbləğini müəyyən etmişdir.Vergi orqanı nəzərə almamışdır ki, xronometraj metodu ilə aparılan müşahidə 2021-ci ilin oktyabrın sonları -noyabrın əvvəllərinə təsadüf edir ki, bu da metal və plastik məhsullar bazarının müvafiq ilin ilk ayları ilə müqayisədə daha da aktiv olduğu dövrlərdən hesab olunur.İddiaçı tərəfindən məhkəməyə son illərin, yəni 2017-2023-cü illər ərzində fevral və oktyabr aylarında satış dövriyyələri məlumatları özündə əks etdirən arayış təqdim olunmuşdur. Həmin arayışa nəzər yetirdikdə hər il fevral və oktyabr aylarında satış dövriyyələrində əhəmiyyətli dərəcədə fərqlərin olmasını müşahidə etmiş olarıq. Göstərilən hal cavabdeh vergi orqanı tərəfindən də təsdiq olunmuşdur.3) Vergi qanunvericiliyinə müvafiq olaraq, xronometraj metodu ilə müşahidərin obyektin fəaliyyətinə maneçilik törətməməklə 15 iş günündən çox olmayan müddətdə aparılmasının nəzərdə tutulmasına baxmayaraq, həmin müşahidənin ardıcıl olaraq 5 aydan çox müddətdə aparıldığının şahidi olduq.Xronometraj müşahidəsinin 2021-ci ilin iyun-noyabr aylarını əhatə etməsinə və həmin müşahidənin nəticəsi olaraq müxtəlif məbləğlərdə satış dövriyyəsinin müəyyən olunmasına baxmayaraq, iddiaçının 2022-ci ilin fevral ayı üçün satış dövriyyəsinin müəyyən edilməsi zamanı məhz ən yüksək göstəricisi olan xronometraj müşahidənin nəticələri (2021-ci ilin oktyabr-noyabr ayları, hansı ki, iddiaçının satış dövriyyəsinin pik dövrlərinə təsadüf edir) əsas götürülmüşdür. 4) Vergi orqanı tərəfindən 2021-ci ilin iyun-noyabr ayları ərazində xronometraj müşahidənin keçirilməsindən sonraki dövr ərzində iddiaçının obyektində vergi postları quraşdırılmış, bununla da iddiaçının fəaliyyətinin şəffaf həyata keçirilməsi daim müşahidə altında olmuşdur. Həmin postlar həmçinin mübahisələndirilən qərarın şamil edildiyi 2022-ci ilin fevral ayında da mövcud olmuşdur.5) Məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, iddiaçının əsas xammal tədarükçüləri olan Rusiya və Ukrayna dövlətləri 2022-ci ilin fevral ayından etibarən hərbi münaqişəyə daxil həmin dövlətlərdən xammalın idxalı xeyli azalmışdır ki, bununla da iddiaçının dövriyyəsinə ciddi xələl gəlmişdir;6) Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasında tərəflərindən şifahi vəsatətlərin verilməsinə baxmayaraq, iddiaçının 2022-ci ilin fevral ayı üçün hesablanmalı olan vergi və sığorta haqqlarının məbləğinin müəyyənləşdirilməsi üçün müvafiq ekspertiza təyin olunmamışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

16. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndələri apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdirlər.Əlavə olaraq ekspertiza təyin olunması barədə vəsatət təqdim etmişlər.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Vergi Məcəlləsindən: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.3. vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə bu Məcəllənin 50-1-ci maddəsində müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan sənədləri və əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) bu Məcəllədə müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan inventarizasiyasını aparmaq; 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.13. Xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 50-1.1. Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda ; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. 50-1.2. Bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan müddət daxil edilmir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mümkün iddiadır.

23. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu qərarın 18-ci bəndi) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

24. Belə ki, işin hallarından müəyyən edilmişdir ki, mübahisə xronometraj metodu ilə müşahidənin nəticələri əsasında kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləği ilə bağlıdır.

25. Məhkəmə Kollegiyası nəzərə alır ki, yuxarıda qeyd edildiyi kimi xronometraj metodu ilə müşahidənin nəticələri əsasında kameral vergi yoxlaması aparmaq vergi orqanının hüququdur. Odur ki, qeyd edilən halda məhkəmənin səlahiyyətləri müşahidənin aparılması zamanı vergi orqanın prosedur öhdəliklərinə riayət etməsini və müşahidə müddətində müəyyən edilmiş satış dövriyyəsinin müəyyən edilmiş həcminin rəsmiləşdirilməsini yoxlamaqla məhdudlaşır.

26. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

27. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”yə əsasən: Bənd 1.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri (bundan sonra - Reyestr) xüsusi idarələrarası dövlət informasiya ehtiyatıdır. Bənd 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

28. Cavabdeh tərəfindən xronometraj metodu ilə müşahidə barədə qəbul edilmiş xx.xx.2021- ci il tarixli **********5241 nömrəli qərar barədə məlumat sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmış (yoxlama dövrü: xx.xx.2021- xx.xx.2021-ci il), yoxlamanın nəticələri həmin dövrdə aparılmış xronometraj müşahidələrinə əsaslanmış, məhkəməyə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış təqdim edilmişdir.

29. Müşahidə aparılan dövrdə satış dövriyyəsinin həcmi ilə bağlı hər hansı mübahisə yoxdur. Belə ki, cavabdeh tərəfindən yoxlama aparılan dövrləri əks etdirən xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük aktlar təqdim edilmişdir. Həmin aktların məzmunu (dövriyyənin həcmi) iddiaçı tərəfindən mübahisələndirilmir.

30. Mübahisə xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinin tətbiq edilməsi ilə bağlıdır.

31. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi sonuncu xronometraj metodu ilə müşahidədən 1 ay keçdikdən sonra irəli sürmək hüququ olsa da, bu hüququndan istifadə etməmişdir, yəni xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə ərizə ilə vergi orqanına müraciət etməmişdir.

32. İddiaçı xronometraj metodu ilə yeni müşahidə aparılması barədə xx.xx.2022-ci il tarixli **********360200 nömrəli məktubla vergi orqanına müraciət etmişdir. Lakin Vergi Məcəlləsinin 15.1.13-ci maddəsinə əsasən xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla (yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər) istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək vergi ödəyicisinin hüquqlarına aid edilmişdir.

33. İddiaçının apellyasiya şikayətindəki birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasında tərəflərindən şifahi vəsatətlərin verilməsinə baxmayaraq, iddiaçının 2022-ci ilin fevral ayı üçün hesablanmalı olan vergi və sığorta haqqlarının məbləğinin müəyyənləşdirilməsi üçün müvafiq ekspertiza təyin olunmaması dəlilinə, həmçinin apellyasiya baxışı zamanı da təqdim edilmiş ekspertiza ilə bağlı vəsatətin təmin edilməməsinə münasibətdə məhkəmə Kolleggiyası qeyd edir ki, ekspertiza keçirilməsinə zərurət müəyyən eilməmişdir.Belə ki, ddiaçı tərəfindən bəyannamədə olan uyğunsuzluq barədə məktuba cavab olaraq müvafiq izahat məktubunun və ya kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən əlavə dəyər vergisi bəyannaməsi üzrə 2022-ci ilin fevral ayı üçün 559.224,99 manat hesablama aparılmışdır.

34. Daha sonra məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmaqla yuxarıda göstərilənlərdən (Bu Qərarın 30-32-ci bəndləri) əlavə apellyasiya şikayətinin 2022-ci ilin fevral ayına münasibətdə reallığa uyğun olmayan dövriyyə üçün vergi məbləği hesablanması dəlilinə münasibətdə qeyd edir ki, kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 2022-ci ilin fevral ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin 301.1 “Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar" sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda olan 9.204.991,99 manat məbləğin, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (12.718.115,73 manat) məbləğdən 3.513.123,74 manat az olduğu müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********669500 nömrəli məktub göndərilmişdir. İddiaçı tərəfindən bəyannamədə olan uyğunsuzluq barədə məktuba cavab olaraq müvafiq izahat məktubunun və ya kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən əlavə dəyər vergisi bəyannaməsi üzrə 2022-ci ilin fevral ayı üçün 559.224,99 manat hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********653200 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir.

35. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd olunur ki, cavabdehin xx.xx.2021-ci il tarixli, **********5241 nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” qərarına əsasən iddiaçının ünvan 1i ünvanında olan, **********- 47001 kodlu təsərrüfat subyektində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, 15 təqvim günü ərzində aparılmış xronometraj metodu ilə müşahidənin nəticəsinə əsasən (bazar günü iş günü kimi qeyd edilmişdir) ümumi satış dövriyyəsi 207.893,2 manat, orta günlük satış dövriyyəsi 13.859,55 manat, xx.xx.2021 -ci il tarixli, **********5249 nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” qərarına əsasən iddiaçının ünvan 2 ünvanında olan, **********-15002 kodlu təsərrüfat subyektində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, 15 təqvim günü ərzində aparılmış xronometraj metodu ilə müşahidənin nəticəsinə əsasən (bazar günü qeyri iş günü kimi qeyd edilmişdir) ümumi satış dövriyyəsi 8.139.700,92 manat, orta günlük satış dövriyyəsi 542.646,73 manat və xx.xx.2021-ci il tarixli **********5242 nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” qərarına əsasən iddiaçının Sumqayıt şəhəri, Sənaye zonası, Metalbazaya gedən yol ünvanında olan, **********- 29001 kodlu təsərrüfat subyektində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, 15 təqvim günü ərzində aparılmış xronometraj metodu ilə müşahidənin nəticəsinə əsasən (bazar günü qeyri iş günü kimi qeyd edilmişdir) ümumi satış dövriyyəsi 997.367,36 manat, orta günlük satış dövriyyəsinin isə 66.491,16 manat müəyyən edilməklə xronometraj metodu ilə müşahidənin keçirildiyi 3 (üç) sayda təsərrüfat subyektinin geyd olunan göstəriciləri nəzərə alınmaqla orta günlük satış dövriyyəsi 622.997,44 manat müəyyən olunmuşdur.

36. Beləliklə, sonuncu xronometraj metodu ilə müşahidənin nəticəsinə əsasən orta günlük satış dövriyyəsinin 622 997,44 manat olduğunu nəzərə alaraq, 2022-ci ilin fevral ayı üzrə dövriyyə məbləğinin 15 007 376,76 manat (12595186,59 manat ƏDV-yə cəlb olunan (ƏDV-si 2267133,59), 82 392,32 manat 0 dərəcə ilə cəlb olunan, 62 664,26 manat ƏDV-dən azad) bəyan edilməli olduğu, Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə 2022-ci ilin fevral ayı üzrə təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində hesabat dövrü ərzində silinən debitor borc məbləğinin 416 318,23 manat bəyan edildiyi üçün daxil olmuş məbləğin ƏDV daxil 15 498 632,27 manat (13025431,04 manat ƏDV-yə cəlb olunan (ƏDV-si 2344577,59), 76696,64 manat 0 dərəcə ilə cəlb olunan, 51 927,00 manat ƏDV-dən azad), kameral vergi yoxlaması ilə hesablanmalı vergi məbləğinin 614541,75 manat olmalı halda 559224,99 manat hesablanmışdır ki, nəticədə vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlaması ilə hesablanmalı ƏDV məbləğinə nisbətən 55316,76 manat az hesablandığı müəyyən olunmuşdur.

37. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

38. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

39. Məhkəmə Kollegiyası yuxarıda sadalanan işin faktiki hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək hesab edir ki, cavabdeh qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.

40. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9092/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9092/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar