Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1529/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2- 1(112)-4349/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan hərbi biletini, diplomlarını, şəhadətnaməni, əmək kitabçasında göstərilən bütün əmək stajını, həmin stajın 14 ilinin güzəştli şərtlərlə əmək pensiyasına çıxmasına əsas verməsini nəzərə almaqla, güzəştli şərtlərlə əmək pensiyasına çıxarılması və pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən hesablanması və yaranacaq məbləğ fərqinin hesablanaraq, birdəfəlik ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, o, xx.xx.1963-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Bəyəhməd kəndində anadan olmuşdur. O, xx.xx.1980-ci il tarixdə 94 nömrəli şəhər texniki peşə məktəbinə daxil olmuş, xx.xx.1981-ci il tarixdə Avtomat və yarımavtomat xətlərdə operator peşəsinə yiyələnmişdir. O, xx.xx.1981xx.xx.1983-cü illərdə Sovet ordusunda həqiqi hərbi xidmət keçmiş, xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Kalininqradda sürücülük məktəbində oxumuş, 1985- 1987-ci il tarixlərdə X5 Texnikumunda Aqronom ixtisası üzrə təhsil almış, 1992-ci ildə Qarabağ uğrıında gedən döyüşlərdə iştirak etmiş və Qarabağ müharibəsi veteranıdır. Müxtəlif yerlərdə və müxtəlif peşələrdə olmaqla ümumi stajı 25 ildən çox təşkil edir. Bu illərin tam olaraq 14 ildən çoxunu o, zərərli sayılan peşələrdə və yerlərdə çalışmışdır. Hazırda onun 57 yaşı var. Artıq 1 il 1 aydır ki, pensiya hüququndan istifadə edə bilmir. Belə ki, bununla əlaqədar əvvəllər cavabdehə dəfələrlə müraciət etsə də, onun müraciətinə müsbət cavab verilməmiş, hər dəfə müxtəlif növ bəhanələrlə onun pensiya hüququndan istifadə elməsinə maneə yaratmışlar. Əvvəl pensiya kapitalının az olmasını, sonuncu dəfə isə ümumi stajının 25 ildən az olmasını əsas gətirməklə ona imtina cavabı vermişlər. Lakin onun təhsil və hərbi xidmətdə olduğu illər, işlədiyi illər nəzərə alınmaqla onun pensiya hüququ yarandığı 57 yaşında, yəni xx.xx.2020-ci il tarixədək 25 ildən çox ümumi iş stajı olmuşdur kı, bu stajın 14 ildən çoxunu güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərə aiddir. Cavabdehin imtinası əsassızdır. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” qanun iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinin «b» bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər - 57 yaşma çatdıqda və azı 25 il iş stajı olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək, “Əmək pensiyaları haqqında” qanunun qüvvəyə minməsinə qədər güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşma çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması: və 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında» 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2-ci şərtə əməl edilməmişdir. İddiaçının əmək stajını təsdiq edən sənədlərdən görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən azdır. Belə olan halda, iddiaçı xx.xx.2006-cı il tarixədək tələb edilən 25 il ümumi iş stajı müddətini tamamlamamışdır. Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasinin 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarının Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edirlər. Qeyd edilən 2 saylı əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir. Lakin iddiaçının işləmiş olduğu müəssisələr tərəfindən belə bir arayış təqdim edilməmişdir. Bu səbəbdən də qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2-1(112)-4349/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuş, xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək Bakı şəhəri 94 nömrəli şəhər texniki peşə məktəbində təhsil almış, xx.xx.1981-cı ildən xx.xx.1983-cü ilədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir, hazırda müharibə veteranıdır. O, xx.xx.1983-cü ildə Kalininqrad vaqon tikinti zavodunda Mexaniki sexə 3-cü dərəcəli xarrat vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci ildə öz xahişi ilə vəzifəsindən azad edilmiş, xx.xx.1985-ci ildə Polevskiy rayonu “Zarya” Kolxozunda Tikinti fəsli ilə bağlı müvəqqəti olaraq işə qəbul edilmiş, xx.xx.1985-ci ildə öz xahişi ilə vəzifəsindən azad edilmiş, 1985-ci ildə X5 Texnikumuna daxil olmuş və 1987-ci ildə həmin Texnikumun aqronomluq ixtisası üzrə tam kursu bitirmiş, xx.xx.1985-ci ildə Jdanov adına kolxozda Tikinti briqadasına fəhlə kimi qəbul edilmiş, xx.xx.1986-cı ildə öz xahişi ilə vəzifəsindən azad edilmiş, xx.xx.1988-ci ildə X8nda Nəqliyyat sexinə müvəqqəti tərtibatçı dumpkarşik qəbul edilmiş, xx.xx.1989-cu ildə Koryer sexinə “Belaz” avtomobilinin sürücüsü kimi qəbul edilmiş, xx.xx.1994-cü ildə Qaraja (Şahqaya) “Belaz” avtomobilinin 2- ci dərəcəli sürücüsü vəzifəsinə keçirilmiş, xx.xx.1997-ci ildə Avtokran sürücüsü 2-ci ixtisası verilmiş, xx.xx.2000-ci ildə Avtonəqliyyat sexinə “Belaz” avtomobilinin sürücüsü kimi keçirilmiş, xx.xx.2002-ci ildə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2002-ci ildə "xxxx" MMC üzrə BELAZ sürücüsü vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2004-cü ildə öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilmiş, xx.xx.2006-cı ildə "xxxx" MMC üzrə BELAZ sürücüsü vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2008-ci ildə öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilmiş, xx.xx.2008ci ildə "xxxx" MMC-də sürücü işinə qəbul edilmiş, xx.xx.2011-ci ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2011-ci ildə "xxxx" MMC-də sürücü işinə qəbul edilmiş, xx.xx.2011-ci ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2011-ci ildə “X3 Services” LTD şirkətinin filialına sürücü vəzifəsinə qəbul edimiş, xx.xx.2018-ci ildə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2018-ci ildə “X3 Services” LTD şirkətinin Bakı filialına sürücü (dərəcə 2) vəzifəsinə təyin olunmuşdur. Eyni zamanda iddiaçı xx.xx.1986-cı ildə Qusyev rayonu, Qusyev adına Kolxozda Kolxozun üzvlüyünə tikinti briqadasına fəhlə kimi qəbul edilmiş, xx.xx.1987-ci ildə öz xahişi ilə kolxoza üzvlükdən çıxarılmış (1986-cı ildə - kolxoz tərəfindən qəbul olunan ictimai təsərrüfatda əmək iştirakı üzrə illik minimum 275, ictimai təsərrüfatda əmək iştirakı üzrə illik minimumun yerinə yetirilməsi 230 (cəmi 10 ay), xx.xx.1986-cı ildən işə başlayıb; 1987ci ildə - kolxoz tərəfindən qəbul olunan ictimai təsərrüfatda əmək iştirakı üzrə illik minimum 275, ictimai təsərrüfatda əmək iştirakı üzrə illik minimumun yerinə yetirilməsi 171 (cəmi 8 ay), xx.xx.1987-ci ilədək işləyib), xx.xx.1994-cü ildə “Çəmən-yurd” k/m-də fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü ildə öz xahişi ilə işdən azad edilmişdir. O, Culfa 52 №-li Tikinti Quraşdırma idarəsində 1979-cu ildə iyul və avqust aylarında, Başbaşı Kimya Birliyində isə 1980-ci ildə iyul, avqust və sentyabr aylarında işləmiş və əməkhaqqı almış, xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək fərdi sahibkar kimi fəaliyyət göstərmişdir. ƏƏSMN yanında DSMF-nun Bakı şəhəri Qaradağ rayon Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 11 fevral 2020-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı (VÖEN:**********), (SSN-**********654) xx.xx.2003-ci ildən xx.xx.2006-cı il tarixədək 2 il 8 ay olmaqla qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: İddiaçı (VÖEN: **********) xx.xx.2004-cü ildən xx.xx.2006-cı il tarixədək fəaliyyətinin olub-olmaması və məcburi dövlət sosial ödənişlərinin olub-olmaması ilə bağlı məlumatın verilməsi barədə müraciətinizə Bakı şəhəri X6 üzrə Baş İdarəsində baxılmışdır. Bildiririk ki, uçot-baza məlumatlarına əsasən İddiaçı qeyd olunan dövrdə fəaliyyətinin aktiv olması və xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək hesabat dövrləri üçün sadələşdirilmiş vergi bəyannamələri üzrə dövriyyə məbləği 5675,0 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət xx.xx.2019-cu il tarixdən etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edildiyi üçün xx.xx.2004-cü ildən xx.xx.2006-cı il tarixədək məcburi dövlət sosial ödənişlərinin olub-olmaması ilə bağlı məlumatın verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Sizin fiziki şəxs İddiaçı (VÖEN: **********) xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlər üçün məcburi dövlət sosial sığorta ödənişləri, vergi dövriyyələri, vergi ödənişləri və fəaliyətinin olub-olmaması barədə məlumatların təqdim edilməsinə dair məktubunuza Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsində baxılmışdır. Müraciətinizlə əlaqədar bildiririk ki, fiziki şəxs İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlər üçün vergi ödənişləri 212,00 manat təşkil etmiş, hal-hazırda isə fəaliyyəti dayandırılmışdır. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət xx.xx.2019-cu il tarixdən etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmiş, müvafiq dövrlər üzrə sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə hesabatların nəzarət funksiyası isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna aid olduğundan müvafiq dövrlər üzrə məcburi dövlət sosial sığorta ödənişləri barədə məlumatların təqdim edilməsi mümkün olmamışdır. “Holcim (Azərbaycan)” ASC-nin xx.xx.2019-cu il tarixli güzəşt arayışdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü Orucov X1 zavodunda 126 K saylı əmrlə 25 sentyabr 1989-cu il tarixindən 1 iyun 2000-ci il tarixinədək “Karxana” sexində avtomovbil sürücüsü (Belaz tipli avtomobildə) vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı qərarının “1.Dağ-mədən işləri” maddəsinin “1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər”i bəndinin “a) fəhlələr” hissəsinə əsasən “avtomobil sürücüləri (özüboşaldanların)” peşəsi güzəştli şərtlərlə pensiyaya gedir. Güzəştli stajın müddəti 10 il 8 ay 6 gündür. Azərbaycan Respublikası Vergilər Nazirliyinin ********** saylı qeydiyyatı əsasında X8 20 aprel 2012-ci il tarixdən Holcim (Azərbaycan) ASC-nə çevrilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 Saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası “Əmək Məcəlləsi”nin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Mərkəzi Filiala təqdim etdiyiniz 4 aprel 1986-cı il tarixli İT-İ ******* nömrəli əmək kitabçanızdan göründüyü kimi, Sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (22 il 7 ay 26 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 24.0.1-ci maddəsinə əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) əmək pensiyası hüququ verən sığorta stajına ikiqat ölçüdə daxil edilir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının (2 nömrəli siyahı üzrə) mövcud olması. Apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli cavab məktubundada qeyd edilmişdir ki, uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan hesabat dövrləri üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən dövriyyə məbləği 6400,0 manat təşkil etmişdir. Təhsil aldığı müddət və həqiqi hərbi xidmət keçdiyi müddət də daxil olmaqla (eləcə də döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət dövrü əmək pensiyası hüququ verən sığorta stajına ikiqat ölçüdə daxil edilməklə) xx.xx.2006-cı il tarixədək iddiaçı 25 il 14 gün ümumi sığorta stajına malikdir. Göründüyü kimi, xx.xx.2006cı il tarixədək iddiaçının ümumi sığorta stajı 25 ildən artıqdır. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.20-ci bəninə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışları təqdim edilmişdir. İddiaçı xx.xx.1989-cu ildən xx.xx.2000-ci ilədək X8nda Karxana sexində, xx.xx.2002ci ildən xx.xx.2004-cü ilədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Belaz avtomobil sürücüsü vəzifəsində işləmişdir (hər iki vəzifə üzrə cəmi 12 il 08 ay 22 gün). Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, 28 saylı güzəşt arayışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Qaradağ rayonunun inzibati ərazisində yerləşir. Cəmiyyətin əsas fəaliyyəti mişar daşı istehsalı karxanalarının tullantılarının daşınaraq xırdalanması və gil yatağından götürülmüş gilin əzilərək sement istehsalı üçün xammal hazırlanmasından ibarət olmuşdur. Cəmiyyətin işçisi olan İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək (Əmr № 23; xx.xx.2002), xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək (Əmr № 42; xx.xx.2006), xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək (Əmr № 07; xx.xx.2011) BELAZ sürücüsü işləmişdir. İddiaçı iş sahəsi zərərli və tozlu olmuşdur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarının 1.2.1-ci maddəsinin “Açıqda dağ-mədən işləri və yer səthində işlər” “a” bəndinin “fəhlələr” yarımbəndinin texnoloji prosesdə dağ-mədən kütləsinin nəqli ilə məşğul olan avtomobil sürücüləri peşəsi üzrə güzəştli şərtlərlə pensiyaya gedir. Güzəştli stajın müddəti 5 il, 20 gündür. “Holcim (Azərbaycan)” ASC-nin xx.xx.2021-ci il tarixli güzəşt arayışdan görünür ki, İddiaçı güzəştli şərtlə yaşa görə pensiya hüququ verən Avtomobil sürücüsü (özüboşaldan) (Belaz tipli avtomobildə) vəzifəsində X8nda 126 K saylı əmrlə xx.xx.1989-cu il tarixindən 1.06.2000-ci il tarixədək işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta(və ya iş) stajı: 10 il, 8 ay, 6 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: avtomobillə sement zavodunun 15 km-də yerləşən əgəng daşı karxanasında partlayış üsulu ilə yaranmış əhəng daşı kütləsinin partlayış ərazisindən ekskavator vasitəsilə yüklənərək vaqonlara doldurmaq məqsədilə təyin olunmuş əraziyə daşınmaqdan ibarət olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 saylı “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” qərarı ilə təsdiq edilmiş siyahının “1. Dağ mədən işləri” maddəsinin “a) fəhlələr(1010300a) bəndinə əsasən Avtomobil sürücüsü (özüboşaldan) vəzifəsi 1010300a-11442 kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin ********** saylı qeydiyyatı əsasında X8 20 aprel 2012-ci il tarixdən Holcim (Azərbaycan) ASC-nə çevrilmişdir. İddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda (İ Bölmə - Dağ-mədən işləri, 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər, a) fəhlələr, kod 2010100a—11442, texnoloji prosesdə dağ-mədən kütləsinin nəqlilə məşğul olan avtomobil sürücüləri) nəzərdə tutulmuşdur. İddiaçının işlədiyi həmin sahələr və vəzifələr qeyd olunan Siyahılara uyğundur. İddiaçının təqdim etdiyi iş yerindən arayışlarda da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahılarda göstərilən sahələr və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan dövrlər güzəştli şərtlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq güzəştl iş stajının olması iş materialları ilə öz təsdiqini tapır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifəyə uyğun arayış təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşdan (xx.xx.2020-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2-1(112)-4349/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Fuad Babayev Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1529/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1529/2022
20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver