Məhkəmə qərarları › İş №2-1(103)-1529/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1529/2024

28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1529/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Apellyantın nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(81)-3924/2017 saylı 03 noyabr 2023-cü il tarixli qərardaddan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə 28 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2008-ci il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə təyin edilərək hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3924/2017 saylı 20 iyun 2017-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2221/2017 saylı 11 oktyabr 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3924/2017 saylı 20 iyun 2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-288/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2271/2017 saylı 11 oktyabr 2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sonradan xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə qarşı “xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə təyin edilərək hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin üzərinə qoyulması” tələbinə dair inzibati işin icraatının təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən şöbəyə pensiya təyinatı üçün müraciət edilərkən onun ərizəsinin sonradan gizli şəkildə pensiya işinə tikildiyi, habelə İAMAS-da vətəndaşın adına aktiv olan 0******* nömrəli şəxsiyyət vəsiqəsi ilə müvafiq müraciət ərizəsində qeyd olunmuş imzaların müqayisə edildikdə fərqli olduğu, həmin imzaların saxtalaşdırıldığı ehtimal olunur. İddiaçı müraciətinə şöbə tərəfindən əmək pensiyasının təyinatından imtinaya dair xx.xx.2017-ci il tarixli 17-03/290 nömrəli məlumatın rəsmiləşdirilməsinə baxmayaraq, həmin qərar şöbə tərəfindən 3 gün sonra xx.xx.2017-ci il tarixdə təsdiqlənmiş, pensiya təyinatı kommisiyası tərəfindən baxılmadan ona xüsusi olaraq (əlbəəl qaydada) imtina cavabı verilmişdir. Bundan əlavə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 20 iyun 2017-ci il tarixli 2-1(81)-3924/2017 nömrəli qərarından şöbə tərəfindən verilmiş apellyasiya şikayətinə baxış zamanı məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində 2006-2013-cü il tarixlərdə Suraxanı rayon şöbəsinin pensiya təyinatı sektorunda işləmiş X6 iştirak etmişdir. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.1-ci maddələri ilə başlanılmış ********* nömrəli cinayət işində təqsirləndirilərək onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.1985-ci il təvəllüdlü İddiaçı xx.xx.1974-xx.xx.1977, xx.xx.1979-xx.xx.1987-ci il tarixlərdə Ermənistan SSR-nin Qaçaran şəhərində Zəngəzur X4 işləməsi faktı məhkəmə tərəfindən onun 1974cü il tarixdə hələ 18 yaşının tamam olmamasına baxmayaraq təsdiq edilmişdir. Vətəndaşın 18 yaşının tamam olduğu xx.xx.1976-cı il tarixədək olan dövr, yəni 01 il 08 ay nəzərə alınmadığı təqdirdə onun qanunvericiliklə tələb edilən 10 il güzəştli iş stajı mövcud olmayacaqdır. İddiaçı pensiya işinə tikilmiş əmək kitabçasının titul vərəqi, 10-13-cü səhifələrdə bölmələr rus dilində, 18-25-ci səhifələrdə bölmələr isə azərbaycan dilində çap edilmişdir ki, bu da kitabçanın rus dili bölməsinin işdə maddi marağı olan şəxslər tərəfindən saxtalaşdırıldığı, 1975-ci ildən sağlamlıq vəziyyətinə görə işdən azad olunduğu dövrədək olan dövrün yazıldığı vərəqlərin qəsdən kitabçadan çıxarıldığı müəyyən edilmişdir. İddiaçı məxsus hərbi biletin surətində onun xx.xx.1977-ci il tarixdə həqiqi hərbi xidmətə çağırıldığı, xx.xx.1979-cu il tarixdə Bakı şəhəri Nərimanov rayon Hərbi Komissarlığından ehtiyata buraxıldığı qeyd edilmişdir ki, bu fakt və əmək kitabçasının Azərbaycan seqmenti onun 1974-1977 və 1979-1987-ci il tarixlərdə X4 işləmədiyini təsdiq edir. Vətəndaş əgər həmin müəssisədə işləsə idi, kitabçada azərbaycanca deyil, ermənicə bölmə olardı. Eyni zamanda Suraxanı rayon Məhkəməsində şahid qismində dindirilmiş X2 İddiaçılə eyni əsaslarla məhkəmə qaydasında 50 yaşdan 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsinə dair iddia tələbinin təmin edildiyi müəyyən edilmiş, həmin hal üzrə araşdırma aparılaraq saxtalaşdırıldığı ehtimal olunan sənədlər əsasında pensiya təyinatının aparıldığı aşkar edilmiş, müəyyən olunmuş faktlara hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq materiallar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. İddiaçı müvafiq sənədlərinin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya hüququ qazanması faktına hüquqi qiymətin verilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq materiallar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Daxil olmuş materiallar əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində cinayət işi açılaraq istintaqı aparılır. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3924/2017 saylı 07 03 noyabr 2023-cü il tarixli qərardadı ilə ərizənin mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti yeni açılmış hallarla bağlı ərizənin məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, qərardad əsassızdır və qanunazidd olduğundan ləğv edilməlidir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Apellyantın nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişlər. İşə birinci instansiya qaydasında baxmış məhkəmə ərizəçi tərəfindən ərizənin İnzibati Prosessual Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə verilməsinə dair sübutların əlavə olunmamasına və müddətin ötürülməməsini təsdiq edən sübutların iş materiallarına əlavə olunmamasına istinad edərək ərizənin mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin “yeni açılmış hallarla bağlı ərizənin mümkün sayılmaması” barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə mübahisə edilən məhkəmə qərarı haqqında məlumat, icraatın təzələnməsi üçün əsaslar, məhkəmə qərarının mübahisə edilən hissəsi və ya həcmi barədə məlumat və ərizənin bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə verildiyini təsdiq edən sübutetmə vasitələri haqqında məlumat göstərilməlidir. Ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir (100, 103, 104,106). Sadalanan qanunvericilik normalarının məzmunundan görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsinə yalnız sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə yol verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 103-cü maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. İş materiallarından görünür ki,1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 iyun 2017- ci il tarixli 2-1(81)-3924/2017 nömrəli qərarı xx.xx.2018-ci il tarixdə qanuni qüvvəsini almış, DSMF-nin Səbail rayon şöbəsinin 1702/791 nömrəli xx.xx.2018-ci il tarixli məktubu ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3924/2017 saylı 20 iyun 2017-ci il tarixli qərarının icra edildiyi bildirilmişdir. Cavabdeh inzibati orqan iş üzrə məhkəmə qərarlarını rəsmi qaydada əldə etdiyindən ərizəsində yeni açılmış hal kimi istinad etdiyi məlumatlar barəsində həmin qərarları əldə etdiyi və ya ən geci icra etməyə başladığı vaxtdan məlumatlı olsa da, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni qanunla nəzərdə tutulmuş 3 illik müddət ötürülməklə, yəni 5 il keçdikdən sonra xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etmişdir ki, bu da ərizə üzrə icraatın təzələnməsi barədə ərizənin verilməsini qeyri-mümkün edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin və “yeni açılmış hallarla” bağlı ərizənin dəlilləri qanunvericiliyin tələblərinə görə qanuni qüvvədə olan məhkəmə qərarının yeni açılmış hal üzrə icraat qaydasında ləğv edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3924/2017 saylı 03 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar