Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-153/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehnə qarşı “üçüncü qrup əlilliyin müddətsiz təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-436/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı məcburetmə haqqında iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 27 may 2021-ci il tarixdən 3-cü qrup əlilliyin müddətsiz təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir (İ.v.20). İddianın əsaslarına görə iddiaçıya 2006-cı ilin may ayında üçüncü qrup əlillik təyin edilib. O, hər il müayinələrdən keçərək TSEK tərəfindən 27 may 2021-ci il tarixinə qədər 15 il fasiləsiz əlillik təyin olunmuş, lakin 2021-ci ilin iyun ayından əlilliyi dayandırılmışdır. 2021-ci ildə Xətai rayonu 6 saylı şəhər Poliklinikası tərəfindən ona müalicə almaq üçün Tədqiqat və Kardiologiya İnstituna göndəriş verilmiş və xx.xx.2020-xx.xx.2021 dövründə İnstitutun xəstəxanasında yataraq müalicə almışdır. Lakin xx.xx.2021-ci il tarixdə əyani müayinəyə dəvət olunduğunda bütün müayinələrin nəticələrini komissiyaya təqdim etsə də ona məhəl qoyulmamış, imtina cavabı verilmişdir. Cavabdeh iddia ərizəsinə dair məhkəməyə ünvanlanmış xx.xx.20222-ci il tarixli mülahizəsində bildirmişdir ki, İddiaçı xx.xx.2022-ci ildə Agentlikdə nəzarət qaydasında komissiyada əyani müəyinə olunmuş, təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində əlavə potensialın kompleks halda qiymətləndirilməsi zamanı müalicə tədbirlərinin səmərəliliyi orqanizmin kompensator mexanizmlərinin vəziyyəti nəzərə alınaraq müalicənin davam etdirilməsi məsləhət görülmüşdür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-436/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 27 may 2021-ci il tarixdən 3-cü qrup əlilliyin müddətsiz təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci madəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın müddalarına istinadən onunla əsaslandırılmışdır ki, maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı inzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. İşin apellyasiya mərhələsində məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” (PHŞ) tərəfindən həmin qərarda icra olunaraq məhkəməyə T/824/2023 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyi təqdim edildikdən sonra iş üzrə hazırkı günə məhkəmə baxışı təyin olunmuşdur. Hazırkı məhkəmə iclası barədə məlumat verilsə də cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun şikayəti müdafiə etmişdir). Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, ona yaşa görə əmək pensiyası təyin edildiyini, əlillik almaqda məqsədinin isə ötən müddət üçün əlillyinin təsdiq olunması olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. İş materiallarından, o cümlədən, 2 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının müayinə məlumatlarından görünür ki, 6 saylı şəhər poliklinikasının göndərişlərinə əsasən iddiaçıya “ÜİX: Stabil gərginlik stenokardiyası fs İİ.İnfarktdan sonraki kadioskleroz. Hipertaniya xəstəliyi İİ mər.QDÇ İ.” Diaqnozu ilə 1 il müddətinə (xx.xx.2007-ci il tarixədək), daha sonra həmin diaqnozla, xx.xx.2015-ci il tarixədək, bundan sonra da həmin diaqnozla xx.xx.2016ci il tarixədək, sonuncu dəfə avtomatlaşdırılmış qaydada 5 il müddətinə xx.xx.2021-ci il tarixədək ona üçüncü dərəcəli əlillik təyin edilmişdir. Lakin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli müayinə məlumatlarından görünür ki, iddiaçının 5 illik əlillik müddəti bitdikdən sonra, həmin poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişinə əsasən ona üçüncü dərəcəli əlillik təyin olunmasından imtina olunaraq, bunun səbəbi kimi - “Şəxsi əlavə müalicəyə ehtiyac olması, «diaqnozun ağırlaşmaları əlilliyin təyininə əsas vermir. İxtisaslaşmış tibb müəssisəsində funksional ağırlaşmalar köməkçi diaqnostik müayinələrlə əsaslandırılmaqla dəqiqləşdirilsin»göstərilmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən, məhkəmə-tibbi ekspertizası təyin edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X1 tərəfindən T231/2022 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyi verilmişdir. Həmin rəydə ekspertlər qarşısında qoyulan suallar üzrə aşağıdakı rəyə gəlinmişdir: -Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəində tərtibedilmiş göndərişlərdə olan diaqnozlar stasionarlarda müayinə və müalicələrdə olarkən kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmiş, aparılmış müalicə tədbirləri əsasında,xəstəliyin dinamikası vəklinik proqnozu qənətbəxş olmuşdur. Qeyd edilən «Əsas diaqnoz:120.8-“Stenokardiyanın digər formaları, ÜİX (ürəyin işemik xəstəliyi). Stabil gərginlik stenokardiyası İİİ f.s. Ağırlaşma: durğunluq ürək çatmamazlığı ürək çatmamazlığı ÜÇ İİ f.s(40%).125.2- əvvəllər keçirilən miokard infarktı. Aortokoronar şuntlu transplantatın olması AKŞx4. Ürəyin aterosklerotik xəstəliyi; Yanaşı xəstəliklər: Hipertoniya xəstəliyi İİİ dər.(yüksək əlavə risk). Periferik angiopatiya, İnsulindən asılı olmayan şəkərli diabet,presbiopsiya» diaqnozundakı xəstəliklərdən əziyyət çəkir və şəxsin əyani müayinəsi zamanı da instrumental müayinələrə göndərilərkən müayinələrdə aşkar edilmiş patofunksional dəyişikliklər xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair» Əsasnamənin 2.3-cü bəndinin 2.3cü bəndinin əhatə dairəsinə uyğun gəlmir. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə, ekspertlərin gəldiyi həmin nəticə ilə razılaşmayaraq öz mülahizəsinə görə hesab etmişdir ki, göndərişdə olan əsas diaqnoz, ağırlaşma və yanaşı xəstəliklər iddiaçıda müəyyən edilmişdir. Göndərişin göndərildiyi dövrdə qüvvədə olan Əsasnamədə üçüncü dərəcəli əlilliyin təyininə əsas verən xəstəliklər sırasında (XBT-10 kodu əsasında) müəyyən olunmuşdur. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların (əsas diaqnoz) eyni olduğu görünür. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya ən azından xx.xx.2016-cı il tarixli göndəriş əsasında 5 il müddətinə əlillik təyin etməsinə və hal-hazırda ekspert rəyində və forma 88 arayışında qeyd olunan xəstəliyin iddiaçıda olmasına rəğmən, həmin diaqnoz əsasında 2021-ci il tarixdə təkrar əlilliyin müəyyən olunmasından imtina etmişdir. Hazırkı apellyasiya mərhələsində bir daha qüvvədə olan əlillik meyarları baxımından, əlavə məhkəmə-tibbi ekspertizasının keçirilməsi zəruri bilinərək ekspertiza təyin olunmuş və “Məhkəmə-Tibbi Ekspertiza və X1” (PHŞ) tərəfindən ekspertiza tədqiqatı aparılaraq T824/2023 saylı xx.xx.2023-cü il tarixli rəy tərtib olunmuşdur. Məhkəməyə təqdim olunmuş həmin rəydə ekspertlərin gəldiyi nəticədə qeyd olunmuşdur ki, “tibb müəssisəsi tərəfindən tərtib olunmuş göndərişdə qeyd edilən diaqnoz onun stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinəlrinin nəticələri əsasında təyin edilmişdir. Aparılmış müalicə nəticəsində xəstəliyin proqnozu qənətbəxş olmuşdur. O, həmin xəstəlikdən hazırda əziyyət çəksə də diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər onun sağlamlıq durumuna ciddi təsir etmir və diaqnoz və əlillik səviyyəsində olmadığından, ona istər AR Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər hansı bir bəndini aid etmək mümkün deyildir.” Göründüyü kimi, ekspert tətdqiqatı zamanı tibbi sənədlərin təhlilinə və müayinənin nəticələrinə görə iddiaçıda 088 forma tibbi göndərişdə təsbit olunan əlillik təyinatına əsas olan halların mövcudluğu öz təsdiqini tapmamışdır. İPM-in 1.2-ci maddəsinin tələbi baxımından MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5-ci bəndi isə nəzərədə tutur ki, göndəriş aşağıdakı hallarda verilə bilər: - 1.5.1. şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; - 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); -1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; - 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; - 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Konkret halda işin halları onu göstərir ki sözügedən «Qayda»da nəzərdə tutulan həmin hallar öz tamlığı ilə iddiaçıda aşkar olunmamışdır ki, belə olan halda da ona əlillik təyinatı aparılması mümkünsüzdür. İPM-in 14.3-cü maddəsi isə nəzərədə tutur ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə araşdırması ilə müəyyən edilən hallardan göründüyü kimi, iddiaçı tərəfindən ona əlillik dərəcəsinin verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Əksinə belə şərtləri istisna edən faktiki şərtlərin mövcudluğu təsdiqlənir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya əlillik təyin olunmasından imtina olunması əsaslıdır. Əsaslı imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin məzmunundan isə görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirilə bilməz. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-436/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-436/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-153/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-153/2024
01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver