Məhkəmə qərarları › İş №2-1(103)-1530/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1530/2023

14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1530/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X1 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və onun həyat yoldaşı X1 və azyaşlı nəvələrinin X6 və X3 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata alınmaları öhdəliyinin cavabdehə həvalə edilməsi” bаrədə tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6032/2022 saylı, 16 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə və apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası ilə bağlı ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4, X2 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və onun həyat yoldaşı X1 və azyaşlı X4 və X3 yaşadıqları ünvan 1 ünvanına qeydiyyata alınmaları vəzifəsinin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6032/2022 saylı, 16 avqust 2022-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmişdir. Həmin qərardan narazı qalan iş üzrə cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası ilə bağlı ərizə verilməklə, məhkəmənin qərarının 14 oktyabr 2022-ci il tarixdə qəbul edildiyi, lakin iş çoxluğu ilə əlaqədar apellyasiya şikayəti vermək hüququnu yerinə yetirilə bilmədiyi göstərilmiş və apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 ərizənin təmin edilməməsini xahiş etdi. Lakin cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş və səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlük məsələsinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası tərəfindən araşdırma zamanı müəyyən olundu ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6032/2022 saylı, 16 avqust 2022-ci il tarixli qərarı poçt vasitəsilə cavabdehə xx.xx.2022-ci il tarixli göndəriş məktubu ilə göndərilmiş, işdə olan poçt qəbzindən görünür ki, qərar cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə alınmışdır. Hazırki işin apellyasiya araşdırması zamanı məlum olur ki, məhkəmə qərarı xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən poçt qəbzinə imza etdirilməklə rəsmi qaydada ona təqdim olunmuşdur (iş vərəqi-73). Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti iddiaçıya münasibətdə ona təqdim edildiyi tarixdən hesablanmaqla, (sonuncu gün qeyri-iş gününə təsadüf etdiyindən) xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Lakin işdən görünür ki, apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə verilmiş, bununla da qanunla müəyyən edilmiş müddət iddiaçı tərəfindən buraxılmışdır. Məhkəmə kollegiyası cavabdehin “apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsinə hüquqi qiymət verərək hesab edir ki, ərizədə müddətin ötürülməsinin səbəbi kimi göstərilmiş “iş yükünün çoxluğu” üzrlü səbəb kimi qiymətləndirilə bilməməklə, buraxılmış prosessual müddətin bərpa olunması üçün əsas hesab oluna bilməz. Odur ki, Məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, cavabdeh Binəqədi Rayon Polis İdarəsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6032/2022 saylı, 16 avqust 2022-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və apellyasiya şikayəti mümkün sayılmamalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6032/2022 saylı, 16 avqust 2022-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar