Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1531/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X23 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10825/2022 saylı, 26 oktyabr 2022-ci il il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddiaçının xx.xx.1976-cı ildən xx.xx.1986-cı ilə qədər, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər Cəlilabad rayonu Kalinin adına üzümçülük sovxozunda, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə qədər Cəlilabad "xxxx" Müəssisəsində, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər Cəlilabad rayonu Adnalı kəndində Əli Əliyevin evində açılmış uşaq bağçasında, xx.xx.1991-ci ildən xx.xx.2002-ci ilə qədər RF-nın Xabarovsk diyarı Komsomolsk şəhərində “İntervostok” X5 125 nömrəli uşaq baxçasında işlədiyi dövrlər sığorta stajı kimi nəzərə alınmaqla 62 yaş 6 ay yaşının tamam olduğu xx.xx.2022-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu ildə doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, 62 yaş 6 ayı 2022-ci ilin aprel ayının 27-də tamam olmuşdur. xx.xx.1976-cı ildən xx.xx.1986-cı ilə qədər, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər Cəlilabad rayonu Kalinin adına üzümçülük sovxozunda, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə qədər Cəlilabad "xxxx" Müəssisəsində, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər Cəlilabad rayonu Adnalı kəndində Əli Əliyevin evində açılmış uşaq bağçasında, xx.xx.1991-ci ildən xx.xx.2002-ci ilə qədər Xabarovsk diyarı Komsomolsk şəhərində “İntervostok” X5 125 nömrəli uşaq bağçasında işləmişdir. Əmək kitabçasına əsasən 26 ildən çox iş stajı vardır. Yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etdikdə cavabdeh təqdim edilən əmək kitabçasında göstərilən əmək stajını nəzərə almaqdan imtina etmişdir. Qızlıq soyadı İbişova olmuşdur, nikaha daxil olduqdan sonra yoldaşının İbadova soyadını götürmüşdür ki, bu da nikah haqqında şəhadətnamə ilə təsdiqlənir. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubu ilə ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İmtinanın əsası kimi göstərilmişdir ki, iddiaçının xx.xx.1976-cı ildən xx.xx.1986-cı ilə qədər, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər Cəlilabad rayonu Kalinin adına üzümçülük sovxozunda, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə qədər Cəlilabad "xxxx" Müəssisəsində, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər Cəlilabad rayonu Adnalı kəndində Əli Əliyevin evində açılmış uşaq bağçasında işlədiyi dövrdə əmək haqqı kitabları arxivə təhvil verilməmişdir. Habelə, 125 nömrəli uşaq bağçasının arxiv sənədlərinin saxlanıldığı ünvan məlum deyildir. İddiaçı həmin imtina məktubunu qanunsuz hesab edir. Cavabdeh tərəfindən əmək kitabçasında göstərilən məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. Belə olan halda onun əmək fəaliyyəti ilə bağlı bütün şübhələr onun xeyrinə şərh olunmalıdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, 30 aprel 2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar müraciət etmişdir. Lakin filialın xx.xx.2022-ci il tarixli aktına əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1986-cı il tarixədək Cəlilabad rayonu Kalinin adına üzümçülük sovxozunda və xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Cəlilabad rayonu "xxxx" müəssisəsində fəhlə vəzifəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək 125 nömrəli uşaq bağçasında işlədiyi dövrün əmək kitabları Cəlilabad rayon Dövlət Arxivinə təhvil verilmədiyi bildirilmişdir. Bundan başqa, filialın keçirdiyi monitorinq nəticələrinə əsasən əmək kitabçasında qeyd olunmuş 125 nömrəli Uşaq bağçasının xx.xx.1991-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan arxiv sənədlərinin saxlanıldığı ünvan məlum deyil. Qanunvericiliyin tələblərinə əsasən İddiaçı əmək kitabçasında əks olunmuş Cəlilabad rayonu Kalinin adına üzümçülük sovxozunda və Cəlilabad rayonu "xxxx" müəssisəsində fəhlə vəzifəsində, 125 nömrəli uşaq bağçasında işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10825/2022 saylı, 26 oktyabr 2022-ci il il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona dair verilmiş etirazın dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla müəyyən edilmiş yaş həddinə 62 yaş 6 ayda, yəni xx.xx.2022-ci il tarixdə çatmışdır. İddiaçıya pensiya təyin olunması üçün müəyyən yaş həddinə çatması ilə yanaşı Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2. pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Belə ki, İddiaçı 30 aprel 2022-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar müraciət etmişdir. Lakin filialın xx.xx.2022-ci il tarixli aktına əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1986-cı il tarixədək Cəlilabad rayonu Kalinin adına üzümçülük sovxozunda və xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Cəlilabad rayonu "xxxx" müəssisəsində fəhlə vəzifəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək 125 nömrəli uşaq bağçasında işlədiyi dövrün əmək kitabları Cəlilabad rayon Dövlət Arxivinə təhvil verilmədiyi bildirilmişdir. Filialın keçirdiyi monitorinq nəticələrinə əsasən əmək kitabçasında qeyd olunmuş 125 nömrəli Uşaq bağçasının xx.xx.1991-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan arxiv sənədlərinin saxlanıldığı ünvan məlum deyil. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi İddiaçı əmək kitabçasında əks olunmuş Cəlilabad rayonu Kalinin adına üzümçülük sovxozunda və Cəlilabad rayonu “Tara" müəssisəsində fəhlə vəzifəsində, Xabarovsk diyarı Komsomolsk şəhərində İntervostok X5 125 nömrəli uşaq bağçasında işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, həmçinin ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilən hallara birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmədən yekun qərar çıxarılmışdır. Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(112)-10825/2022 nömrəli qərarı əsassız olduğundan ləğv edilməlidir. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz verilərək qeyd olunmuşdur ki, 13 iyun 2022-ci il tarixli akta əsasən Cəlilabad rayonunda DSMF 2 saylı X17 filialının Pensiya təminatı şöbəsinin mütəxəssisi X2, həmin filialın Cəlilabad rayon qəbul şöbəsinin baş mütəxəssisi X20 və Cəlilabad rayon Dövlət arxivinin müdiri X6 tərəfindən akt imzalanaraq ona görə tərtib edilmişdir ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1986-cı ilədək “Kalinin” sovxozunda, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilədək “X9”, xx.xx.1990-cı ildən xx.xx.1991ci ilədək Cəlilabad Rayonu Adnalı kəndində açılmış uşaq baxçasında işləməsi yoxlanılmışdır. Əmrlər əmr kitabçası ilə üzləşdirilmişdir. Heç bir kənarlaşma faktı aşkar edilməmişdir. Yuxarıda aktda göstərilən müəssisənin əmək haqqı kitabçası arxivə təhvil verilmədiyi üçün əmək haqqının yoxlanılması mümkün olmamışdır. 13 iyun 2022-ci il tarixli akta əsasən Cəlilabad rayonunda DSMF 2 saylı X17 filialının Pensiya təminatı şöbəsinin mütəxəssisi X2, həmin filialın Cəlilabad rayon qəbul şöbəsinin baş mütəxəssisi X20 və Cəlilabad rayon Dövlət arxivinin müdiri X6 tərəfindən akt imzalanaraq ona görə tərtib edilmişdir ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1986-cı ilədək “Kalinin” sovxozunda, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilədək “X14”, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək Cəlilabad Rayonu Adnalı kəndində açılmış uşaq baxçasında işləməsi yoxlanılmışdır. Əmrlər əmr kitabçası ilə üzləşdirilmişdir. Heç bir kənarlaşma faktı aşkar edilməmişdir. Yuxarıda aktda göstərilən müəssisənin əmək haqqı kitabçası arxivə təhvil verilmədiyi üçün əmək haqqının yoxlanılması mümkün olmamışdır. Cəlilabad rayon Dövlət Arxivinin 183 nömrəli, xx.xx.2022-ci il tarixli arxiv çıxarışına əsasən 1959-cu il təvəllüdlü X16 xx.xx.1976-cı il tarixli, 26 saylı əmrlə “Kalinin” adına sovxoza 9 nömrəli briqadaya fəhlə qəbul edilmiş, xx.xx.1986-cı il tarixli, 662 nömrəli əmrlə işdən azad edilmiş, xx.xx.1987-ci il tarixli, 23 nömrəli əmrlə “X21”nə fəhlə qəbul edilmiş, xx.xx.1988-ci il tarixli, 27 nömrəli əmrlə işdən azad edilmişdir, xx.xx.1990-cı il tarixli, 05 nömrəli əmrlə Şiləvəngə kənd ərazi nümayəndəliyinin Adnalı kəndində evdə açılmış uşaq baxçasına müdir təyin edilmiş, xx.xx.1991-ci il tarixli, 35 nömrəli əmrlə işdən azad edilmişdir. Qeyd: “Kalinin” sovxozunun şəxsi-hesab kitabları Arxivə təhvil verilməmişdir. Şivələngə kən-nin şəxsi-hesab kitabları (cədvəlləri) Arxivə tam təhvil verilməmişdir. “Cəlilabad Tara müəssiəsi”nin şəxsi-hesab kitabları 1987-ci il üzrə Arxivə təhvil verilməmiş, 1988-ci ilin yanvar ayında isə 58 manat əmək haqqı almışdır. Göründüyü kimi cavabdehin araşdırmağa zərurət yaranmasını hesab etdiyi hal araşdırılmış və əmək kitabçasında kənarlaşma olmadığı təsdiq edilmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı onun Kalinin adına üzümçülük sovxozunda, X10, Cəlilabad rayonu Adnalı kəndində Əli Əliyevin evində açılmış uşaq bağçasında, Xabarovsk diyarı Komsomolsk şəhərində “İntervostok” X5 125 nömrəli uşaq bağçasında xx.xx.1976-xx.xx.2002-ci illərdə işlədiyini iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçası, Cəlilabad rayonu DSMF 2 saylı X4 tərəfindən təsdiq olunmuş akt və Cəlilabad rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv çıxarışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edildiyini haqlı olaraq hesab etmişdir, onu qeyd etmişdir ki, digər tərəfdən əmək kitabçasında və orqanlar tərəfindən verilmiş aktda və arxiv çıxarışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarında hər hansı əsaslar da müəyyən edilməmişdir. Belə ki, qanuna və sübutlara əsaslanmaqla, məhkəmə araşdırması tərəfindən xx.xx.1976-cı ildən xx.xx.1986-cı ilə qədər, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər Cəlilabad rayonu Kalinin adına üzümçülük sovxozunda, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə qədər X10, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər Cəlilabad rayonu Adnalı kəndində Əli Əliyevin evində açılmış uşaq bağçasında, xx.xx.1991-ci ildən xx.xx.2002-ci ilə qədər Xabarovsk diyarı Komsomolsk şəhərində “İntervostok” X5 125 nömrəli uşaq baxçasında işlədiyi dövrlər sığorta stajı kimi nəzərə alınmaqla 62 yaş 6 ay yaşının tamam olduğu xx.xx.2022-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsinin uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10825/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı Azərbaycan Respublikası vətəndaşıdır və xx.xx.1959-cu ildə Cəlilabad rayonunda anadan olmuşdur. Nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X7 ilə X16 arasında xx.xx.1991-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlanandan sonra iddiaçının soyadı “İbadova”ya dəyişdirilmişdir. İT-İ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətinə əsasən, iddiaçı xx.xx.1976-cı ildən xx.xx.1986-cı ilədək və xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək “Kalinin” sovxozunda, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilədək “X14”, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər Cəlilabad rayonu Adnalı kəndində Əli Əliyevin evində açılmış uşaq bağçasında, xx.xx.1991-ci ildən xx.xx.2002-ci ilə qədər Xabarovsk diyarı Komsomolsk şəhərində “İntervostok” X5 125 nömrəli uşaq bağçasında işləmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********9 nömrəli imtina məktubuna əsasən bildirilmişdir ki, “X1 Sistemi Pensiya altsistemi proqram təminatına əsasən Sizin sığorta stajınız 2 ay təşkil edir. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 65,69 manat təşkil edir ki, bu məbləğ pensiya yaşınızın tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçanızda qeyd olunmuş xx.xx.1976-cı il tarixindən xx.xx.1986cı il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1991-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Araşdırma zamanı məlum olub ki, Fondun 2 saylı X4nın xx.xx.2022-ci il tarixli aktına əsasən Cəlilabad rayonu Kalinin adına üzümçülük sovxozunun xx.xx.1976-cı il tarixindən xx.xx.1986-cı il tarixinədək, Cəlilabad rayonu "xxxx" müəssisəsinin xx.xx.1987-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, Adnalı kəndindəki Uşaq bağçasının xx.xx.1989-cu il tarixindən xx.xx.1991-ci il tarixinədək olan əmək haqqı kitabları Cəlilabad rayon Dövlət Arxivinə təhvil verilməyib. Eyni zamanda, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın keçirdiyi monitorinqin nəticəsinə əsasən əmək kitabçanızda qeyd olunmuş 125 №-li Uşaq bağçasının xx.xx.1991-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək olan arxiv sənədlərinin saxlanıldığı ünvan məlum deyil. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə sığorta stajınız qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinizə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi və Milli Arxiv İdarəsi Cəlilabad rayon filialına ünvanladığı xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubuna əsasən iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1986-cı il tarixədək Cəlilabad rayonu Kalinin adına üzümçülük sovxozunda və xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Cəlilabad rayonu "xxxx" müəssisəsində fəhlə vəzifəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək 125 nömrəli uşaq bağçasında işlədiyini, əməkhaqqı aldığını iddia edir. İşə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə İddiaçı qeyd olunan müəssisələrdə əmək fəaliyyətini təsdiq edən sənədlərin (əməkhaqqı cədvəllərinin, işə daxilolma, işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma əmrlərinin) təsdiq olunmuş surətlərinin mümkün qədər qısa müddət ərzində təqdim edilməsinə dair göstəriş verilməsi xahiş edilmişdir. Həmçinin, işdə olan 13 iyun 2022-ci il tarixli akta əsasən Cəlilabad rayonunda DSMF 2 saylı X4nın Pensiya təminatı şöbəsinin mütəxəssisi X3, həmin filialın Cəlilabad rayon qəbul şöbəsinin baş mütəxəssisi X20 və Cəlilabad rayon Dövlət arxivinin müdiri X6 tərəfindən akt imzalanaraq ona görə tərtib edilmişdir ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1986-cı ilədək “Kalinin” sovxozunda, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilədək “X9”, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək Cəlilabad Rayonu Adnalı kəndində açılmış uşaq baxçasında işləməsi yoxlanılmışdır. Əmrlər əmr kitabçası ilə üzləşdirilmişdir. Heç bir kənarlaşma faktı aşkar edilməmişdir. Yuxarıda aktda göstərilən müəssisənin əmək haqqı kitabçası arxivə təhvil verilmədiyi üçün əmək haqqının yoxlanılması mümkün olmamışdır. Cəlilabad rayon Dövlət Arxivinin 183 nömrəli, xx.xx.2022-ci il tarixli arxiv çıxarışına əsasən 1959-cu il təvəllüdlü X16 xx.xx.1976-cı il tarixli, 26 saylı əmrlə “Kalinin” adına sovxoza 9 nömrəli briqadaya fəhlə qəbul edilmiş, xx.xx.1986-cı il tarixli, 662 nömrəli əmrlə işdən azad edilmiş, xx.xx.1987-ci il tarixli, 23 nömrəli əmrlə “X15”nə fəhlə qəbul edilmiş, xx.xx.1988-ci il tarixli, 27 nömrəli əmrlə işdən azad edilmişdir, xx.xx.1990-cı il tarixli, 05 nömrəli əmrlə Şiləvəngə kənd ərazi nümayəndəliyinin Adnalı kəndində evdə açılmış uşaq baxçasına müdir təyin edilmiş, xx.xx.1991-ci il tarixli, 35 nömrəli əmrlə işdən azad edilmişdir. Qeyd: “Kalinin” sovxozunun şəxsi-hesab kitabları Arxivə təhvil verilməmişdir. Şivələngə kəndinin şəxsi-hesab kitabları (cədvəlləri) Arxivə tam təhvil verilməmişdir. “X15”nin şəxsi-hesab kitabları 1987-ci il üzrə Arxivə təhvil verilməmiş, 1988-ci ilin yanvar ayında isə 58 manat əmək haqqı almışdır. İnzibati işin araşdırılmış hallarından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1986-cı ilədək və xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək “Kalinin” sovxozunda, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilədək “X9”, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər Cəlilabad rayonu Adnalı kəndində Əli Əliyevin evində açılmış uşaq bağçasında, xx.xx.1991-ci ildən xx.xx.2002-ci ilə qədər Xabarovsk diyarı Komsomolsk şəhərində “İntervostok” X5 125 nömrəli uşaq bağçasında işlədiyini əsas götürərək 62 yaş 6 ay yaşının tamam olduğu xx.xx.2022-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən əmək kitabçasında göstərilən müvafiq dövrlərin əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Göründüyü kimi, iddiaçının hazırkı tələbi əmək pensiyası ilə bağlı olduğundan bu tələbin əsaslılığına dair məsələyə ““Əmək pensiyaları haqqında” Qanunun normalarına əsasən qiymət verilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin əsas dəlilləri əmək kitabçasında göstərilən müvafiq dövrlərin əmək stajı kimi təsdiqlənmədiyindən, həmçinin ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamasından ibarətdir. Apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya pensiya yaşına çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında haqlı olaraq qeyd etmişdir ki, iddiaçının Kalinin adına üzümçülük sovxozunda, X9, Cəlilabad rayonu Adnalı kəndində Əli Əliyevin evində açılmış uşaq bağçasında, Xabarovsk diyarı Komsomolsk şəhərində “İntervostok” X5 125 nömrəli uşaq bağçasında xx.xx.1976-xx.xx.2002-ci illərdə işlədiyini iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçası, Cəlilabad rayonu DSMF 2 saylı X4 tərəfindən təsdiq olunmuş akt və Cəlilabad rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv çıxarışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən, əmək kitabçasında və orqanlar tərəfindən verilmiş aktda və arxiv çıxarışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarında hər hansı əsaslar da müəyyən edilməmişdir. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (Qanunun 11.2-ci maddəsi). Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında göstərilən xx.xx.1976 - xx.xx.2002-ci ilədək müddətdə işləməməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının iş stajı, o cümlədən onun mübahisəli hissəsi (xx.xx.1976-xx.xx.2002-ci ilədək) əmək kitabçasında, arxiv çıxarışında olan məlumatlarla təsdiqlənir. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. İş materiallarından və qanunvericliyin tələblərindən də görünür ki, iddiaçıya xx.xx.1976-cı ildən xx.xx.1986-cı ilə qədər, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər Cəlilabad rayonu Kalinin adına üzümçülük sovxozunda, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə qədər X9, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər Cəlilabad rayonu Adnalı kəndində Əli Əliyevin evində açılmış uşaq bağçasında, xx.xx.1991-ci ildən xx.xx.2002-ci ilə qədər Xabarovsk diyarı Komsomolsk şəhərində “İntervostok” X5 125 nömrəli uşaq baxçasında işlədiyi dövrlər sığorta stajı kimi nəzərə alınmaqla 62 yaş 6 ay yaşının tamam olduğu xx.xx.2022ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 22- 1(112)-10825/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10825/2022 saylı, 26 oktyabr 2022-ci il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1531/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1531/2023
04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver