Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1534/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və X4 ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi ilə, iddiaçının, iddiaçını vəkili X2 iştirakı ilə. İddiаçı İddiaçı cаvаbdеh Bakı şəhəri Cavabdehnə qаrşı “soyadın dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)- 2394/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq Müəyyən etdi: İddiаçı İddiaçı cаvаbdеh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək soyadının “Məmmədov”dan “Mamedov”a dəyişdirilərək qeyd edilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə tapşırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı soyadını məktəbin ibtidai siniflərindən başlayaraq və bu günə kimi həyat boyu ətrafında olan insanlar Məmmədov olaraq yox Mamedov olaraq bilmişlər və yalnız Mamedov soyadı ilə onu hər zaman qeyd etmişlər. İllər keçdikcə Mamedov soyadı onun üçün onun həyatının ayrılmaz bir parçası olmuşdur. İddiaçının hərbi biletində və digər sənədlərində soyadı Mamedov kimi qeyd edilmişdir. Bundan başqa iddiaçının atasının soyadı sənədlərdə Mamedov kimi qeyd edilmişdir. Bununla əlaqədar iddiaçı soyadını dəyişdirmək üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Cavabdehnə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2394/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, o, müraciət edərkən soyadının başqa xarici dildə yazılmasını xahiş etməmiş, “Mamedov” soyadının yazılışında yalnız Azərbaycan Respublikasının dövlət dilində istifafədə edilən hərflər istifadə olunur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, vəkili T.Qasımov apellyasiya şikayətinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə, habelə, məhkəməyə gəlmədiyi təqdirdə onun iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiysı onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Belə ki, iddiaçının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1970-ci il təvəllüdlüdür, ünvan 1 ünvanda qeydiyyatdadır. Bakı şəhərində 1987-ci ildə rus dilində tərtib edilmiş orta təhsil haqqında attestata əsasən iddiaçının soyadı rus dilində “Mamedov” kimi göstərilmişdir. Bakı şəhərində 1988-ci ildə rus dilində açılmış ******* nömrəli hərbi biletə əsasən iddiaçının soyadı rus dilində “Mamedov” kimi göstərilmişdir. 072400 nömrəli xx xxxx 1998-ci il tarixli Bakı Dövlət Universiteti tərəfindən verilmiş diplomda iddiaçının soyadı “Məmmədov” kimi göstərilmişdir. 1957-ci ildə rus dilində Bakı Dövlət Universiteti tərəfindən verilmiş diplomda diplomun verildiyi şəxs kimi rus dilində “X5” göstərilmişdir. 1969-cu ildə rus dilində tərtib edilmiş “Elmlər namizədi diplomu”na əsasən diplomun sahibi kimi rus dilində “X5” göstərilmişdir. 1941609 nömrəli doğum haqqında şəhadətnamədə iddiaçının soyadı Məmmədov, adı Niyaz, atasının adı Kamal, valideynləri: atası - X3, anası - X1 göstərilmişdir. İddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək, soyadının “Məmmədov”dan “Mamedov”a dəyişdirilərək qeyd edilməsini xahiş etmiş, cavabdehin xx.xx.2019-cu il tarixli, 05/9-584/68 nömrəli imtina məktubuna əsasən iddiaçının soyadının “Məmmədov”dan “Mamedov”a dəyişdirilməsi barədə müraciətinin təmin edilməsindən imtina edilmişdir, imtina Azərbaycan Respublikasının vətəndaşlarının adlarının, atalarının adlarının və soyadlarının “Azərbaycan Respublikasının dövlət dili haqqında” Qanunun 8-ci maddəsinə əsasən dövlət dilində yazılması ilə əsaslandırılmışdır. Bundan sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 26-cı mаddəsinin İİ hissəsinə əsаsən dövlət hər kəsin hüquqlаrının və аzаdlıqlаrının müdаfiəsinə təminаt vеrir, 60-cı mаddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət оrqаnlаrının, siyаsi pаrtiyаlаrın, həmkаrlаr ittifаqının və digər ictimаi birliklərin, vəzifəli şəхslərin qərаr və hərəkətlərindən (yахud hərəkətsizliyindən) məhkəməyə şikаyət vеrə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təmina hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 26.1-ci mаddəsinə görə hər bir fiziki şəхsin аddаn, аtа аdındаn və sоyаddаn ibаrət аdı оlmаq hüququ vаrdır. Həmin Məcəllənin 26.3-cü mаddəsinə görə fiziki şəхsin qаnunlа müəyyənləşdirilmiş qаydаdа öz аdını dəyişdirmək iхtiyаrı vаrdır. Аzərbаycаn Rеspublikаsı Аilə Məcəlləsinin 190-cı mаddəsinə əsаsən аdın, аtа аdının və sоyаdın dəyişdirilməsi vətəndаşlаrın dаimi yаşаyış yеrində qеydə аlınır. Həmin Məcəllənin 26.4-cü maddəsinə əsasən, fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və bunları dəyişmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verilməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumat olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, soyadını, atasının adını dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Аzərbаycаn Rеspublikаsı Nаzirlər Kаbinеtinin xx.xx.2011-ci il tаriхli, 79 nömrəli Qərаrı ilə təsdiq еdilmiş «Аdın, аtа аdının və sоyаdının vеrilməsi və dəyişdirilməsi Qаydаlаrın»ın 1.1-ci bəndinə əsаsən, bu Qаydаlаr Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin, Nахçıvаn Muхtаr Rеspublikаsı ərаzisində Nахçıvаn Muхtаr Rеspublikаsı Ədliyyə Nаzirliyinin rаyоn (şəhər) qеydiyyаt şöbələri və yа rаyоn, şəhər, şəhər rаyоnu icrа hаkimiyyətlərinin nümаyəndəlikləri, хаricdə dаimi yаşаyаn Аzərbаycаn Rеspublikаsının vətəndаşlаrınа münаsibətdə kоnsulluqlаr tərəfindən аdlаrın, аtа аdlаrının və sоyаdlаrın vеrilməsi, həmçinin qеydiyyаt şöbəsi və yа kоnsulluq tərəfindən оnlаrın dəyişdirilməsi məsələlərini tənzimləyir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarınn öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 7.2-ci bəndinə əsasən ad, ata adı və soyad dəyişdirildikdə, qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən bu barədə akt qeydi tərtib edilməklə qeydiyyat aparılır. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanunun 1-ci maddəsində deyilir: 1.1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin İ hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vatəndaşının borcudur. 1.2. Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilir. 1.3. Azərbaycan Respublikası dövlət dilinin işlənməsini, qorunmasını və inkişafını təmin edir. 1.4. Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət bu Qanuna uyğun olaraq həyata keçirilir, o cümlədən kargüzarlıq işləri dövlət dilində aparılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Azərbaycan Respublikası vətəndaşlarının adları və soyadlarının dəyişdirilməsi müvafiq qanunvericiliklə tənzimlənir. Həmin Qanunun 18.1-ci maddəinə əsasən Azərbaycan Respublikasında dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının soyadı doğum haqqında şəhadətnamədə göstərilən valideynlərinin soyadına əsasən “Məmmədov”dur. Onun soyadının “Mamedov” kimi göstərilməsi ilə bağlı istinad etdiyi sənədlər isə rus dilində tərtib olunduğu üçün həmin rus dilində tərtib edilmiş sənədlərdə iddiaçının və atasının soyadı “Mamedov” (Məmmədov soyadının rus dilində yazılışı) göstərilmişdir. “Mamedov” soyadı “Məmmədov” soyadının rus dilində olan yazılışı olduğu və Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilində “Mamed” adı və “Mamedov” soyadı mövcud olmadığı üçün birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı əsaslı və qanuni, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2394/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2394/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aidə Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1534/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1534/2020
15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver