Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1534/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Nuriyeva (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Səriyyə Hüseyn qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2-1(112)-1386/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bаkı Аpеlyаsiyа Məhkəməsinin binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətnin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X2 İddiaçı MMC-nin vergi qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsinə dair 28.07.2020-ci il tarixli, **********138460 №-li qərarının ləğv edilməsi, hesablanmış mənfəət vergisinin, mənfəət vergisinin hesablanmasına dair maliyyə sanksiyasının, hesablanmış ƏDV-nin və hesablanmış ƏDV-yə dair tətbiq edilmiş maliyyə sanksiyasının, hesablanmış əmlak vergisinin şəxsi-hesab vərəqəsindən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək işə məhkəmə qaydasında baxılıb yekun məhkəmə aktı qəbul edilənədək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətnin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "İddiaçı" MMC-nın barəsində qəbul edilmiş səyyar vergi yoxlamasına dair 04.06.2020-ci il tarixli, **********10067 nömrəli aktın və 28.07.2020-ci il tarixli, **********138460 №-li "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarın icrasının, həmin qərar üzrə hesablanmış məbləğin iddiaçının bank hesablarından silinməsinin, "İddiaçı" MMC-nin ƏDV üzrə vergi, faiz və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcunun 105 faizi həcmində vergi ödəyicisinin ƏDV sub-uçot hesabında olan pul vəsaitinin dondurulması barədə 29.07.2020-ci il tarixli, **********622000 №-li qərarının, iddiaçının bank hesablarında məxaric əməliyyatları üzrə dondurulması barədə vergi orqanının müvafiq sərəncamlarının icrasının dayandırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2-1(112)-1386/2021 saylı qərardadı ilə ərizə təmin edilmişdir (hakim Ş.Həsənova). Həmin qərardan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəməyə İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən çıxarışları, cinayət işi üzrə icraata xitam verilməsi barədə 22.04.2021-ci il tarixli qərarın surətini və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərara düzəlişin edilməsi haqqında 04.06.2021-ci il tarixli qərarın surətini təqdim edərək, bildirmişdir ki, iddiaçı vergi borclarını ödəmiş və onun şəxsi hesab vərəqəsində düzəlişlər edilmişdir. Ona görə də apelyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kоllеgiyаsı məruzəçi hakimin məruzəsini dinləyərək, hesab edir ki, iddiaçının ərizəsi üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş cinayət işi üzrə icraata xitam verilməsi barədə 22.04.2021-ci il tarixli qərarın surətindən görünür ki, 22.10.1963-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olmuş, məhkum olunmamış, ailəli, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanda yaşayan X1, külli miqdar təşkil edən 150352,53 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması faktı üzrə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraata, cinayət nəticəsində vurulmuş ziyan tamamilə ödənildiyindən, Azərbaycan Respublikası CPM-nin 40.4-cü maddəsinə əsasən xitam verilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-nin (VÖEN **********) şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin aparılması təmin edilmiş, qəbul edilmiş qərar barədə İddiaçı MMC-nin vəzifəli şəxslərinə məlumat verilməsi, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquq Baş İdarəsinə göndərilməsi qərara alınmışdır. Bundan əlavə məhkəməyə təqdim edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərara düzəlişin edilməsi haqqında 04.06.2021-ci il tarixli **********147328 nömrəli qərarın surətindən görünür ki,vergi orqanı AR VM 23-cü və 49-cu maddələrini əsas tutaraq 28.07.2020-ci il tarixli, **********138460 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi məqsədilə İddiaçı MMC 2015, 2016, 2017-ci illər üzrə mənfəət vergisinin, 2015, 2016, 2017-ci illər üzrə əlavə dəyər vergisinin, 2017-ci il üzrə əmlak vergisinin cəmi 150352,98 manat verginin azaldılmasına görə 150352,98 manat əlavə hesablama, 19428,96 manat məbləğində maliyyə sanksiyası vergi məsuliyyətinə cəlb etmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş şəxsi hesab vərəqəsinə əsasən İddiaçı MMCnin vergi borcunun olmadığı müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinn 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinn 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı üçün iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə icraata xitam verilməlidir. Şərh оlunаnlаrı nəzərə аlаrаq, Аzərbаycаn Rеspublikаsı İnzibati Prоsеssuаl Məcəlləsinin 67-ci mаddəsini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı qərara aldı: Bakı İnzibati Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2-1(112)-1386/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1534/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1534/2021
30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver