Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1534/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinə qarşı (3-cü şəxs X10 cəlb olunmaqla) iş üzrə QƏRARİ İş № 2-1(103)-1534/2023 (Açar sözlər:“qeydiyyata alınma”) Bakı şəhəri 30 may 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7536/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 30 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış 20 iyun 2022-ci il tarixli, BA03705-2022 nömrəli məktuba əlavə edilmiş keçmiş "xxxx" kooperativi idarə heyəti iclasının 02 aprel 1991-ci il tarixli, 16 №-li protokolunun lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, iclasın gündəlikdə duran məsələsi "xxxx" kooperativinin firmaya çevrilməsi, firmanın prezidentinin seçilməsi və Firmanın Nizamnaməsinin tərtibindən ibarət olmuşdur. Həmin iclasda "xxxx" kooperativinin Firmaya çevrilməsi və onun Nizamnamənin qeydiyyatı haqqında xahişilə rayon icraiyyə komitəsinə müraciət edilməsi, İddiaçı Firmanın prezidenti seçilməsi, Firmanın yeni Nizamnaməsinin hazırlanmasının N.Q.Qerberə, Y.K.Piskova, M.Laçınova tapşırılması və müzakirə edilməsi üçün Firmanın əmək kollektivinə təqdim etmələri qərara alınmışdır.
2. Həmin məktuba əlavə edilmiş "xxxx" Firmasının prezidenti tərəfindən tərtib edilmiş “İnşaat materialları istehsalı üzrə "xxxx" kooperativinin "xxxx" Firmasına yenidən təşkilinin” texniki-iqtisadi əsaslandırmasının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" kooperativi 26 Bakı Komissarı rayonu icraiyyə komitəsinin qərarı əsasında qeydiyyata alınmışdır. Özünün fəaliyyəti dövründə kooperativ yaşayış sahələrinin təmiri üzrə qarşısına qoyulan vəzifələri uğurla həll edib. Kooperativin fəaliyyəti dövrü ərzində onun fəaliyyətinin inkişaf etdirilməsi üçün müəyyən maddi baza toplanıb. Bununla əlaqədar kooperativin idarə heyəti tərəfindən əsas fəaliyyət növü kimi inşaat materiallarının istehsalını qurmaq təklifi qəbul edilib ki, bunu geniş miqyaslarda həyata keçirmək planlaşdırılır. Tərəflərindən bunun üçün zəruri olan avadanlıqlar da satın alınıb. Yuxarıda göstərilənlərlə əlaqədar və “SSRİ-də müəssisələr haqqında” SSRİ Qanununa, eləcə də “SSRİ-də vətəndaşların sahibkarlığının ümumi başlanğıcları haqqında” Qanununa müvafiq olaraq "xxxx" kooperativinin idarə heyətinin yığıncağınad (02 aprel 1991-ci il tarixli, 16 saylı protokol) "xxxx" kooperativini ləğv etmək və onun bazasında inşaat materiallarının sənaye istehsalı üzrə "xxxx" Firmasını yaratmaq qərarı qəbul edilib. Belə qərar təkcə kooperativin fəaliyyət sahəsinin genişləndirilməsi və geniş miqyaslarda sənaye fəaliyyətinin təşkili məqsədi ilə deyil, həm də bazar rəqabətinin kəskin dəyişməsi ilə əlaqəlidir, məhz: banklardan kooperativlərə ssudaların verilməsinin dayandırılması; kooperativin fəaliyyətinin inkişaf etdirilməsi üçün zəruri olan materialların mərkəzləşdirilmiş fondlardan alınmasının mümkünsüzlüyü; dövlət və digər təşkilatlar, müəssisələri ilə müqavilələrin bağlanması ilə çətinliklər və prestijsizliyin olması.
3. Həmin məktuba əlavə edilmiş "xxxx" Firmasının prezidenti tərəfindən imzalanmış inşaat materiallarının sənaye istehsalı üzrə "xxxx" Firmasının təsisçiləri haqqında məlumatların lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Firmanın prezidenti İddiaçı, baş mühəndisi X11, baş mühasibi X7 barəsində məlumatlar qeyd olunmuşdur.
4. Həmin məktuba əlavə edilmiş "xxxx" kooperativinin sədri İddiaçı tərəfindən Bakı şəhəri, 26 Bakı Komissarı rayon şəhər X9 İcraiyyə Komitəsinə ünvanlanmış xx.xx.1991-ci il tarixli, 38 nömrəli məktubun lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" kooperativinin iclasında kooperativin "xxxx" Firmasına çevrilməsi barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar ləğv edilmiş "xxxx" kooperativinin bazasında Bakı şəhəri, Qazolinovaya küçəsi 3 ünvan üzrə yerləşən "xxxx" Firmanın qeydiyyata alınması xahiş edilmişdir.
5. Həmin məktuba əlavə edilmiş "xxxx" Firmasının qeydiyyatı haqqında” 26 Bakı Komissarı rayon şəhər X9 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 20/3807 nömrəli qərarının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" kooperativinin rəhbərliyi İcraiyyə komitəsinə "xxxx" kooperativinin inşaat materiallarının sənaye istehsalı üzrə "xxxx" Firmasına təkrar qeydiyyatı haqqında xahişlə müraciət edilib. Azərbaycan Respublikası Nazirlər Sovetinin 12 oktyabr 1990-cı il tarixli, 480 saylı “Kiçik müəssisələrin yaradılması və inkişafı üzrə tədbirlər haqqında” Qətnaməsinə müvafiq olaraq İcraiyyə Komitəsi əsas vəzifələri inşaat materiallarının istehsalı; xalq istehlakı mallarının istehsalı və realizə edilməsi; əhaliyə məişət xidmətlərinin, nəqliyyat xidmətlərinin göstərilməsi olan "xxxx" Firmasının qeydiyyatdan keçirilməsini, "xxxx" Firmasının ünvan 3 ünvan üzrə qeydiyyata alınmasını qərara almışdır.
6. İnşaat materiallarının sənaye istehsalı üzrə "xxxx" Firmasının Nizamnaməsinin surətindən görünür ki, həmin nizamnamə inşaat materiallarının sənaye istehsalı üzrə "xxxx" Firmasının əmək kollektivinin ümumi yığıncağının 05 may 1991-ci il tarixli, 01 №-li protokolu və Bakı şəhəri, 26 Bakı Komissarları Rayon İcraiyyə Komitəsinin 11 oktyabr 1991-ci il tarixli, 20/3807 nömrəli qərarı ilə Nizamnamə təsdiq edilmişdir.
7. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış 01/3-918 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" tikinti materialları istehsalı firmasına dair məlumat mövcud deyildir. Bununla yanaşı bildirilir ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış **********929500 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, dövlət reyestrində "xxxx" Tikinti Materialları İstehsalı Firması adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********9 №-li məktubdan görünür ki, "xxxx" tikinti materialları istehsalı firmasının rekvizitləri (SUN və ya VÖEN) qeyd edilmədiyindən müraciətin araşdırılması tərəflərindən mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, müraciətin araşdırılması üçün lazımi məlumatları əlavə edib yenidən Filiala müraciət edilə bilər.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə üvanlanmış xx.xx.2022-ci il tarixli, 05/3284-11 №-li məktubdan görünür ki, "xxxx" tikinti materialları istehsalı firmasının hüquqi şəxs kimi qeydiyyata alınıb-alınmaması barədə məlumat qeyri-kommersiya qurumlarının dövlət reyestrində aşkar olunmamışdır.
11. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4/782 №-li məktubdan görünür ki, sorğuda qeyd olunan "xxxx" tikinti materialları istehsalı firmasının arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir.
12. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış **********975900 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, "xxxx" Tikinti Materialları İstehsal Firmasının qeydiyyat qovluğunun Ədliyyə Nazirliyindən təhvil-təslim işləri ilə bağlı təhvil verilməsinə dair məlumat aşkar edilməmişdir.
13. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan **********330300 №-li, xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, İdarəyə "Mais” Tikinti Materialları İstehsalı Firmasının (bundan sonra Firma) fəaliyyətinin yenidən bərpa edilməsi üçün 2-ci redaksiyada nizamnaməsinin təsdiq edilməsi ilə əlaqədar daxil olmuş müraciətinə qanunvericiliyə uyğun olaraq baxılmışdır. "Mais” Tikinti Materialları İstehsalı Firmasının 2- ci redaksiyada təqdim edilmiş nizamnaməsi İddiaçı tərəfindən təsdiqlənsə də, həmin şəxsin Firmanın təsisçisi olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Belə ki, ərizəyə əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş xarici dildə tərtib olunan 20/9807 nömrəli qərarda və xx.xx.1991-ci il tarixli nizamnaməsində təsisçi barədə məlumat əks etdirilməmişdir. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət bu Qanuna uyğun olaraq həyata keçirilir, o cümlədən kargüzarlıq işləri dövlət dilində aparılır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 20-ci maddəsinə əsasən "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" 1996-cı il 6 fevral tarixli, 17-İQ saylı Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək başqa dövlət orqanlarında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədləri bu Qanun qüvvəyə mindiyi gündən 1 il müddətində onları qeydiyyata almış orqanlar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir Bu sənədlər həmin hüquqi şəxslər və ya onların təsisçiləri tərəfindən də təqdim edilə bilər. Həmin Qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində bütün hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları öz qanuni təmsilçiləri haqqında məlumatları, əvvəllər bu məlumatlar təqdim edilməmişsə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər. Bundan başqa Qanunun 14-cü maddəsinə əsasən, qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət və ya bələdiyyə olduqda, bu Qanunun 5.3.2-1-cı maddəsində qeyd edilən məlumatlar, həmçinin qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri barədə məlumatlar dövlət reyestrinə daxil edilən məlumatlardır. Bildirilir ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. 1 yanvar 2001-ci il tarixindən etibarən qüvvəyə minmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.2-ci maddəsinə əsasən, vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 33.1 -ci maddəsinə əsasən, kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. 34.6-cı maddəsində isə qeyd edilir ki, hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Bununla əlaqədar bildirilir ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanununun (bundan sonra Qanun) 9-cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Yuxarıda qeyd olunan tarixdən əvvəl dövlət qeydiyyatına alınan "xxxx" Tikinti Materialları İstehsalı Firması vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq üçün hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə ərizə ilə müraciət etməlidir. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.12-ci maddəsinə əsasən, dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və qeydiyyatla bağlı müraciət ərizəsinin formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin ərizəyə təsisçilik faktı müəyyənləşdirilməklə Firmanın dövlət qeydiyyatını təsdiq edən sənədlərinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş surəti (xarici dildə olduqda tərcüməsi notarial qaydada təsdiq olunmaqla), firmanın nizamnaməsinə edilmiş dəyişiklik layihəsi, nizamnaməyə edilmiş dəyişik layihəsinin təsdiq edilməsi, idarəetmə orqanlarının yaradılması və nizamnamə kapitalının elan olunması barədə ümumi yığıncağın protokolu (qərarı), idarəetmə orqanlarının üzvlərinin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunmalıdır. Bildirilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdaifəsindən istifadə etmək hüququna malikdirlər. Nəzərə alınması xahiş olunur.
14. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan **********983100 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İdarəyə "xxxx" Firması tərəfindən daxil olmuş 10 rəqəmli VÖEN-in verilməsi və 2-ci redaksiyada nizamnaməsinin təsdiq edilməsi ilə əlaqədar müraciətinə qanunvericiliyə uyğun olaraq baxılmışdır. "xxxx" Firmasının 2-ci redaksiyada təqdim edilmiş nizamnaməsi və qərar yalnız İddiaçı tərəfindən təsdiqlənsə də Firmanın arxiv sənədlərinə əsasən 3 təsisçinin olduğu müəyyənləşdirilmişdir. Belə ki, ərizəyə əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən təsdiq edilmiş "Azərbaycan SSR 26 Bakı Komissarı Rayon Şəhər X9 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 480 saylı "Kiçik müəssisələrin yaradılması və inkişaf üzrə tədbirlər haqqında” qətnaməsi ilə "Mais” Firmasının qeydiyyata alınmasına qərar verilmişdir. Firmanın yenidən təşkil ilə bağlı xx.xx.1991-ci il tarixli İdarə Heyəti iclasının protokolunda və təsisçilər haqqında məlumatda firmanın təsisçiləri qismində İddiaçı, Nikolay Qenrioviç və X2 adları qeyd olunmuşdur, Azərbaycan SSR 26 Bakı Komissarı Rayon Şəhər X9 İcraiyyə Komitəsinin xx.xx.1991-cİ il tarixli qərarı ilə təsdiqlənmiş “Mais'' Firmasının nizamnaməsində isə Firmanın üzvləri barədə məlumat əks etdirilməmişdir. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20-ci maddəsinə əsasən, "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" 1996-cı il 6 fevral tarixli, 17-İQ saylı Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək başqa dövlət orqanlarında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədləri bu Qanun qüvvəyə mindiyi gündən 1 il müddətində onları qeydiyyata almış orqanlar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Bu sənədlər həmin hüquqi şəxslər və ya onların təsisçiləri tərəfindən də təqdim edilə bilər. Həmin Qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində bütün hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları öz qanuni təmsilçiləri haqqında məlumatları, əvvəllər bu məlumatlar təqdim edilməmişsə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər. Bundan başqa Qanunun 14-cü maddəsinə əsasən qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət və ya bələdiyyə olduqda, bu Qanunun 5.3.2-1-ci maddəsində qeyd edilən məlumatlar, həmçinin qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri barədə məlumatlar dövlət reyestrinə daxil edilən məlumatlardır. Eyni zamanda, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. 1 yanvar 2001-ci il tarixindən etibarən qüvvəyə minmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.2-ci maddəsinə əsasən vergi orqanlarından vergi ödəyıcisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi . ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. Məcəllənin 34.6-cı maddəsində isə qeyd edilir ki, hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Yuxarıda qeyd olunan tarixdən əvvəl dövlət qeydiyyatına alınan "Mais” Firması vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq üçün Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə ərizə ilə müraciət etməlidir. ‘‘Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 12.12-ci maddəsinə əsasən, dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və qeydiyyatla bağlı müraciət ərizəsinin formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin ərizəyə müəssisənin dövlət qeydiyyatını təsdiq edən sənədlərinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş surəti, müəssisənin nizamnaməsinə edilmiş dəyişiklik layihəsi, nizamnaməyə edilmiş dəyişiklik layihəsinin təsdiq edilməsi, idarəetmə orqanlarının yaradılması və nizamnamə kapitalının elan olunması barədə ümumi yığıncağın protokolu (qərarı), idarəetmə orqanlarının üzvlərinin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunur. Həmçinin təqdim olunan sənədlərə Firmanın üzvü olan digər təsisçi ilə bağlı vərəsəlik haqqında şəhadətnamə əlavə olunmalıdır. Belə ki, şəxsin ölümü və ya məhkəmə qaydasında ölmüş elan edilməsi hüquqi fakt kimi mirasın açılmasına səbəb olmaqla vərəsəlik hüquq münasibətlərinin yaranma əsasını təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə, vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
15. X10 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, inşaat materiallarının sənaye istehsalı üzrə "xxxx" Firmasında təsisçilik payından imtina edir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 05/2-9145/13 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1954-cü il təvəllüdlü X2 ölümü haqqında akt qeydinin surətinin istənilməsinə dair müraciətinə baxılmışdır. Bildirilir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən X2 deyil, X3 ölümü haqqında akt qeydi aşkar edilmişdir.
17. Həmin məktuba əlavə edilmiş ölüm haqqında akt qeydinin surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə ölümü qeydə alınmışdır.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2022-ci il tarixli, 05/7105-11 №-li məktubdan görünür ki, “Elektron notariat” informasiya sistemində xx.xx.2022-ci il tarixədək aparılmış araşdırma nəticəsində N.Hüseynovun adına vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
19. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" tikinti materialları istehsalı firmasının təsisçi kimi qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Sonradan İddiaçı nümayəndəsi X6 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək "xxxx" firmasının dövlət qeydiyyatına alınması, kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.
21. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1991-ci il tarixində "xxxx" tikinti materialları istehsalı firması təsis edilmişdir. Bununla bağlı olaraq tərəfindən Nizamnamə tərtib edilmiş, firma möhürü ilə də təsdiq edilmişdir. Təsisçisi olduğu "xxxx" tikinti materialları istehsalı firmasının yenidən fəaliyyətini davam etdirməsi ilə əlaqədar nizamnamənin 2-ci redaksiyanın təsdiq edilməsi üçün tərəfindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə xx.xx.2022-ci il tarixində müraciət olunmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş xarici dildə tərtib edilmiş 20/9807 saylı qərarda və xx.xx.1991-ci il tarixli nizamnamədə təsisçi barədə məlumatın olmaması bildirilərək xx.xx.2022-ci il tarixli, **********330300 saylı imtina məktubu verilmişdir. Halbu ki, "xxxx" tikinti materialları istehsalı firmasının təsisçisi olaraq Firmanın adından bütün prosessual hərəkətlər yalnızca onun tərəfindən realizə edilmişdir. Belə ki, "xxxx" tikinti materialları istehsalı firmasının təsisçisi kimi Firmanın adından bağlanılmış bir sıra hüquqi sənədlərdə onun Firmanın təsisçisi olmağının əyani sübutudur. Odur ki, bütün yuxarıda qeyd olunanları rəhbər tutaraq onun "xxxx" tikinti materialları istehsalı firmasının təsisçisisi kimi dövlət qeydiyyatına alınmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması qanunauyğundur. O "xxxx" tikinti materialları istehsalı firmasının təsisçisisi kimi qeydiyyata alındıqdan sonra "xxxx" tikinti materialları istehsalı firmasının yenidən fəaliyyətini davam etdirməsi üçün nizamnamənin 2-ci redaksiyanın təsdiq edilməsi ilə əlaqədar yenidən müraciət etmək hüququ əldə edə bilər. Belə olduğu təqdirdə pozulmuş hüquqlarının qorunması üçün ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edir, onun Konstitusiya ilə qorunan hüquqlarının məhkəmə qaydasında bərpa edilməsini məqsədəmüvafiq hesab edir.
22. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışıdır ki, İdarəyə "Mais” Tikinti Materialları İstehsalı Firmasının (bundan sonra- Firma) fəaliyyətinin yenidən bərpa edilməsi üçün 2-ci redaksiyada nizamnaməsinin təsdiq edilməsi ilə əlaqədar müraciət etmiş, ona qeydiyyatın mümkün olmadığı barədə izahat məktubu təqdim edilmişdir. Belə ki, "Mais” Tikinti Materialları İstehsalı Firmasının 2-ci redaksiyada təqdim edilmiş nizamnaməsi İddiaçı tərəfindən təsdiqlənsə də, həmin şəxsin Firmanın təsisçisi olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Dəyişiklik ilə əlaqədar təqdim edilmiş ərizəyə əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş rus dilində tərtib olunan 20/9807 nömrəli qərarda və xx.xx.1991-cı il tarixli nizamnaməsində təsisçi barədə məlumat əks etdirilməmişdir. “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Qanunun 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyrihökumət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət bu Qanuna uyğun olaraq həyata keçirilir, o cümlədən kargüzarlıq işləri dövlət dilində aparılır. Bundan əlavə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20-ci maddəsinə əsasən "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" 1996-cı il 6 fevral tarixli, 17-İQ saylı Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək başqa dövlət orqanlarında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədləri bu Qanun qüvvəyə mindiyi gündən 1 il müddətində onları qeydiyyata almış orqanlar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Bu sənədlər həmin hüquqi şəxslər və ya onların təsisçiləri tərəfindən də təqdim edilə bilər. Həmin Qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində bütün hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları öz qanuni təmsilçiləri haqqında məlumatları, əvvəllər bu məlumatlar təqdim edilməmişsə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər. Qanunun 14-cü maddəsinə əsasən, qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət və ya bələdiyyə olduqda, bu Qanunun 5.3.2-1-ci maddəsində qeyd edilən məlumatlar, həmçinin qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri barədə məlumatlar dövlət reyestrinə daxil edilən məlumatlardır. Əlavə olaraq bildirilir ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. 1 yanvar 2001-ci il tarixindən etibarən qüvvəyə minmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.2-ci maddəsinə əsasən, vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən kommersiya hüquqi . şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. 34.6-cı maddəsində isə qeyd edilir ki, hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Bununla əlaqədar bildirilir ki, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununun (bundan sonra- Qanun) 9-cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Yuxarıda qeyd olunan tarixdən əvvəl dövlət qeydiyyatına alınan "Mais” Tikinti Materialları İstehsalı Firması vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq üçün Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə ərizə ilə müraciət etməlidir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 12.12-ci maddəsinə əsasən dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və qeydiyyatla bağlı müraciət ərizəsinin formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin ərizəyə təsisçilik faktı müəyyənləşdirilməklə Firmanın dövlət qeydiyyatını təsdiq edən sənədlərinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş surəti (xarici dildə olduqda tərcüməsi notariat qaydada təsdiq olunmaqla), firmanın nizamnaməsinə edilmiş dəyişiklik layihəsi, nizamnaməyə edilmiş dəyişik layihəsinin təsdiq edilməsi, idarəetmə orqanlarının yaradılması və nizamnamə kapitalının elan olunması barədə ümumi yığıncağın protokolu (qərarı), idarəetmə orqanlarının üzvlərinin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunmalıdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir.
23. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
24. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, lakin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
25. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7536/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır.
26. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işin hallarından müəyyən edilmişdir ki, "xxxx" kooperativi idarə heyəti iclasının 02 aprel 1991-ci il tarixli, 16 №-li protokoluna əsasən "xxxx" kooperativi yenidən qurularaq "xxxx" Firmasına çevrilmiş, "xxxx" Firmasının təsisçiləri hazırki iş üzrə İddiaçı, X10 və X8 olmuşlar. İddiaçı həmçinin Firmanın prezidenti təyin edilmişdir. "xxxx" Firması Bakı şəhəri, 26 Bakı Komissarları Rayon İcraiyyə Komitəsinin . 11 oktyabr 1991-ci il tarixli, 20/3807 nömrəli qərarı ilə qeydiyyata alınaraq Nizamnaməsi təsdiq edilmişdir. "xxxx" Firmasının əsas vəzifələri inşaat materiallarının istehsalı; xalq istehlakı mallarının istehsalı və realizə edilməsi; əhaliyə məişət xidmətlərinin, nəqliyyat xidmətlərinin göstərilməsi olmuşdur. Firmanın təsisçisi və prezidenti olan İddiaçı 10 rəqəmli VÖEN-in verilməsi və 2-ci redaksiyada nizamnamənin təsdiq edilməsi ilə əlaqədar müraciəti cavabdeh inzibati orqan tərəfindən ilk dəfə sənədlərin xarici dildə təqdim edilməsi, 20/9807 nömrəli qərarda və xx.xx.1991-ci il tarixli nizamnaməsində təsisçi barədə məlumatın əks etdirilməsi, sonradan isə firmanın yenidən təşkli ilə bağlı xx.xx.1991-ci il tarixli İdarə Heyəti iclasının protokolunda və təsisçilər haqqında məlumatda firmanın təsisçiləri qismində İddiaçı, Nikolay Qenrioviç və X2 adları qeyd olunsa da Azərbaycan SSR 26 Bakı Komissarı Rayon Şəhər X9 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Mais'' Firmasının nizamnaməsində Firmanın üzvləri barədə məlumatın əks etdirilməməsini, xx.xx.2001-ci il tarixdən əvvəl dövlət qeydiyyatına alınan "Mais” Firması vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq üçün Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə ərizə ilə müraciət etməli olmasını, ərizəyə müəssisənin dövlət qeydiyyatını təsdiq edən sənədlərinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş surəti, müəssisənin nizamnaməsinə edilmiş dəyişiklik layihəsi, nizamnaməyə edilmiş dəyişiklik layihəsinin təsdiq edilməsi, idarəetmə orqanlarının yaradılması və nizamnamə kapitalının elan olunması barədə ümumi yığıncağın protokolu (qərarı), idarəetmə orqanlarının üzvlərinin şəxsiyyətini təsdiq edən sənədin surətinin əlavə olunmasını, həmçinin təqdim olunan sənədlərə Firmanın üzvü olan digər təsisçi ilə bağlı vərəsəlik haqqında şəhadətnamə əlavə olunmalı olması əsas gətirilərək təmin edilməmişdir. Halhazırda cavabdeh inzibati orqanın imtinası inzibati məhkəmə icraatı qaydasında iddiaçı tərəfindən mübahisələndirilir.
27. Məhkəmə müəyyən etmişdir ki, "xxxx" Firmasının Nizamnaməsinin 26 Bakı Komissarları (hazırda Səbail rayon İcra Hakimiyyəti) Rayon X9 İcraiyyə Komitəsinin 20/3807 №-li, xx.xx.1991-ci il qərarı ilə təsdiq edilməsi və həmin vaxtdan "xxxx" Firmasının qeydə alınması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı 20/3807 №-li, xx.xx.1991-ci il qərarı ilə təsdiq edilmiş Nizamnamədə təsisçilər barədə məlumatın olmaması, hal-hazırda təsisçilərinin müəyyən edilməməsi, ölən təsisçilərin miras əmlakının başqa şəxslərə (vərəsələrinə) keçməsi ilə bağlıdır.
28. Həmçinin aparılmış araşdırma zamanı məhkəmə işin hallarına qiymət verərək qeyd etmişdir ki, "xxxx" Firmasının ilkin Nizamnaməsində təsisçilər barədə məlumatlar qeyd olunmasa da həmin Firmanın qeydə alınması ilə bağlı təqdim edilmiş təsisçilər barədə məlumatda firmanın təsisçilərinin İddiaçı, X13 və X8 olması qeyd edilmişdir. Bundan əlavə 20/3807 №-li, xx.xx.1991-ci il qərarı ilə təsdiq edilmiş Nizamnamədə təsisçilər barədə məlumatın olmaması, hal-hazırda təsisçilərinin müəyyən edilməməsi, ölən təsisçilərin miras əmlakının başqa şəxslərə (vərəsələrinə) keçməsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə qeydə alınmış "xxxx" Firmasının təkrar dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə araşdırılması zamanı təsisçilərdən X3 xx.xx.2021-ci ildə ölməsi və adına vərəsəlik işini açılmadığı müəyyən edilmiş, digər təsisçi X10 isə notarial qaydada təsdiq edilmiş ərizəsində inşaat materiallarının sənaye istehsalı üzrə "xxxx" Firmasında təsisçilik payından imtina etdiyini bildirmişdir.
29. Məhkəmə Azərbaycan Respublikası “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə minənədək qüvvədə olmuş “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 06 fevral 1996-cı il tarixli Qanunun 22- ci maddəsinə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 20.3-cü maddəsinə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 12.1; 12.8; 12.8.1-12.8.3; 12.8.3-1; 12.8.3-2; 12.8.4; 12.12; 14cü maddələrinə, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.2; 33.1; 34.6-cı maddələrinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52; 68.1; 68.2; 73.1- ci maddələrinə istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
30. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7536/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağıdakı əsaslara görə Bakı İnzibati Məhkəməsinin sözügedən Qərarı qanunvericiliyə zidd olduğu üçün ləğv edilməlidir. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi Hüquqi səxslərin dövlət qeydiyyatı idarəsinə "xxxx" Tikinti Materialları İstehsalı Firmasının (bundan sonra- Firma) fəaliyyətinin yenidən bərpa edilməsi üçün 2-ci redaksiyada nizamnaməsinin təsdiq edilməsi ilə əlaqədar müraciət etmiş, ona qeydiyyatın mümkün olmadığı barədə izahat məktubu təqdim edilmişdir. Belə ki, "xxxx" Tikinti Materialları İstehsalı Firmasının 2ci redaksiyada təqdim edilmiş nizamnaməsi İddiaçı tərəfindən təsdiqlənsə də, həmin şəxsin Firmanın təsisçisi olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Dəyişiklik ilə əlaqədar təqdim edilmiş ərizəyə əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş rus dilində tərtib olunan 20/9807 nömrəli qərarda və xx.xx.1991-ci il tarixli nizamnaməsində təsisçi barədə məlumat əks etdirilməmişdir. “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Qanunun 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət bu Qanuna uyğun olaraq həyata keçirilir, o cümlədən kargüzarlıq işləri dövlət dilində aparılır. Bundan əlavə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20-ci maddəsinə əsasən, Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" 1996-cı il 6 fevral tarixli, 17-İQ saylı Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək başqa dövlət orqanlarında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədləri bu Qanun qüvvəyə mindiyi gündən 1 il müddətində onları qeydiyyata almış orqanlar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Bu sənədlər həmin hüquqi şəxslər və ya onların təsisçiləri tərəfindən də təqdim edilə bilər. Həmin Qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində bütün hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları öz qanuni təmsilçiləri haqqında məlumatları, əvvəllər bu məlumatlar təqdim edilməmişsə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər. Qanunun 14-cü maddəsinə əsasən, qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət və ya bələdiyyə olduqda, bu Qanunun 5.3.2-1-ci maddəsində qeyd edilən məlumatlar, həmçinin qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri barədə məlumatlar dövlət reyestrinə daxil edilən məlumatlardır. Əlavə olaraq bildirilir ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. 1 yanvar 2001-ci il tarixindən etibarən qüvvəyə minmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.2-ci maddəsinə əsasən, vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. 34.6-cı maddəsində isə qeyd edilir ki, hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Bununla əlaqədar bildirirlər ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununun (bundan sonra- Qanun) 9-cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Yuxarıda qeyd olunan tarixdən əvvəl dövlət qeydiyyatına alınan "xxxx" Tikinti Materialları İstehsalı Firması vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq üçün Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə ərizə ilə müraciət etməlidir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.12-ci maddəsinə əsasən, dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və qeydiyyatla bağlı müraciət ərizəsinin formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin ərizəyə təsisçilik faktı müəyyənləşdirilməklə Firmanın dövlət qeydiyyatını təsdiq edən sənədlərinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş surəti (xarici dildə olduqda tərcüməsi notarial qaydada təsdiq olunmaqla), firmanın nizamnaməsinə edilmiş dəyişiklik layihəsi, nizamnaməyə edilmiş dəyişik layihəsinin təsdiq edilməsi, idarəetmə orqanlarının yaradılması və nizamnamə kapitalının elan olunması barədə ümumi yığıncağın protokolu (qərarı), idarəetmə orqanlarının üzvlərinin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunmalıdır. Göründüyü kimi istər İddiaçıya ünvanlanmış izahlı məktub, istər birinci instansiya məhkəməsinə təqdim edilmiş yazılı etirazda dəfələrlə vurğulanmış əsas məsələ, "xxxx" Tikinti materialları istehsalı Firmasının təsisçilərinin əhatə dairəsinin müəyyən edilməməsi olmuşdur, lakın bu hal Bakı inzibati Məhkəməsi tərəfindən işin mübahisəli halı kimi qiymətləndirilməmişdir. Qeyd edilməsini bir daha zəruri hesab edirlər ki, Firmanın dövlət qeydiyyatına alınması üçün onun təsisçi dairəsini, nizamnamə kapitalını və həmin təsisçilərin firmadakı təsis aylarının müəyyən edilməlidir. Bu hüquqi şəxsin dövlət reyestrinə daxil edilməsi üçün əsas fakktordur. Hazırkı situasiyada Məhkəmənin cavabdehin üzərinə qoyduğu öhdəlik qanuna uyğun deyil və mümkünsüzdür. Həmçinin Məhkəmənin diqqətinə çatdırırlar ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə, vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Belə ki, şəxsin ölümü və ya məhkəmə qaydasında ölmüş elan edilməsi hüquqi fakt kimi mirasın açılmasına səbəb olmaqla vərəsəlik hüquq münasibətlərinin yaranma əsasını təşkil edir. Bu halda hüquqi faktın müəyyən edilməsi - hüquqi şəxslərin təsisçilərinin əhatə rəsinin və onların təsis paylarının (əmlak payı) müəyyən edilməsi məqsədi ilə aidiyyəti üzrə mülki məhkəmə qaydasında baxılması məqsədə müvafiq olardı. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 307.1-ci maddəsinə əsasən Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu tip işlər İnzibati Məhkəmələr tərəfindən baxılmalı işlərə aid edilməməlidir. Bundan əlavə, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Bununla əlaqədar bildirilməsini zəruri hesab edirlər ki, cavabdeh inzibati orqan ona Dövlət Vergi Xidmətinin əsasnaməsi üzrə verilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir, əsasnamə və qanunvericiliyin tələbinə uyğun olaraq, hüquqi şəxsin dövlət reyestri aparılan zaman təqdim edilmiş sənədlərin qanunvericilik normalarına uyğun olaraq əsli və ya notariat qaydada təsdiq edilmiş formada olması tələbi vardır. Məhkəmə hesab etmişdir ki, işə Azərbaycan Respublikasının İPM-nin 2.2.2-ci maddəsinə asən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Halbuki, təsisçilərin əhatə dairəsi müəyyən edilsə və müvafiq qaydada öz təsdiqini tapsa cavabdeh inzibati orqan bu hüquqi şəxsin dövlət reyestrində bərpa edilməsini özü həyata keçirərdi. Bundan əlavə, qeyd edilməsi zəruri hesab edilən məqamlardan biri də odur ki, Hüquqi şəxslərin dövlət reyestri sənədlərin əsli və ya notariat qaydasında təsdiq edilmiş surətləri əsasında aparılır.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Prosses iştirakçılarının izahatları
33. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
34. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
35. Apellyasiya baxışı zamanı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş X10 Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
36. “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Qanunun 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət bu Qanuna uyğun olaraq həyata keçirilir, o cümlədən kargüzarlıq işləri dövlət dilində aparılır.
37. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun : 20-ci maddəsinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" 1996-cı il 6 fevral tarixli, 17-İQ saylı Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək başqa dövlət orqanlarında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədləri bu Qanun qüvvəyə mindiyi gündən 1 il müddətində onları qeydiyyata almış orqanlar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Bu sənədlər həmin hüquqi şəxslər və ya onların təsisçiləri tərəfindən də təqdim edilə bilər. Həmin Qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində bütün hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları öz qanuni təmsilçiləri haqqında məlumatları, əvvəllər bu məlumatlar təqdim edilməmişsə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər. 14-cü maddəsinə əsasən, qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət və ya bələdiyyə olduqda, bu Qanunun 5.3.2-1-ci maddəsində qeyd edilən məlumatlar, həmçinin qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri barədə məlumatlar dövlət reyestrinə daxil edilən məlumatlardır. 9-cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. 12.12-ci maddəsinə əsasən, dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və qeydiyyatla bağlı müraciət ərizəsinin formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin ərizəyə təsisçilik faktı müəyyənləşdirilməklə Firmanın dövlət qeydiyyatını təsdiq edən sənədlərinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş surəti (xarici dildə olduqda tərcüməsi notarial qaydada təsdiq olunmaqla), firmanın nizamnaməsinə edilmiş dəyişiklik layihəsi, nizamnaməyə edilmiş dəyişik layihəsinin təsdiq edilməsi, idarəetmə orqanlarının yaradılması və nizamnamə kapitalının elan olunması barədə ümumi yığıncağın protokolu (qərarı), idarəetmə orqanlarının üzvlərinin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunmalıdır.
38. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 10-cu maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir.
39. 1 yanvar 2001-ci il tarixindən etibarən qüvvəyə minmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.2-ci maddəsinə əsasən, vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifəsidir. 33.1-ci maddəsinə əsasən, kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. 34.6-cı maddəsində isə qeyd edilir ki, hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir.
40. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.
41. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 2.2.3-inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1-öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
42. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
43. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia mümkün iddiadır.
45. İddia tələbinin mahiyyətinə gəlincə isə məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi Hüquqi səxslərin dövlət qeydiyyatı idarəsinə "xxxx" Tikinti Materialları İstehsalı Firmasının (bundan sonra- Firma) fəaliyyətinin yenidən bərpa edilməsi üçün 2-ci redaksiyada nizamnaməsinin təsdiq edilməsi ilə əlaqədar müraciət etmiş, ona qeydiyyatın mümkün olmadığı barədə izahat məktubu təqdim edilmişdir.
46. Belə ki, "xxxx" Tikinti Materialları İstehsalı Firmasının 2-ci redaksiyada təqdim edilmiş nizamnaməsi İddiaçı tərəfindən təsdiqlənsə də, həmin şəxsin Firmanın təsisçisi olubolmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Dəyişiklik ilə əlaqədar təqdim edilmiş ərizəyə əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş rus dilində tərtib olunan 20/9807 nömrəli qərarda və xx.xx.1991-ci il tarixli nizamnaməsində təsisçi barədə məlumat əks edilməmişdir.
47. Halbuki, qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət və ya bələdiyyə olduqda, bu Qanunun 5.3.2-1-ci maddəsində qeyd edilən məlumatlar, həmçinin qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri barədə məlumatlar dövlət reyestrinə daxil edilən məlumatlardır. (“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsi)
48. Daha sonra məhkəmə baxışı gedişində təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, Azərbaycan SSR 26 Bakı Komissarı rayon şəhər X9 İcraiyyə Komitəsinin Qərarı ilə yaradılmış "xxxx" Firmasının Təsisçiləri haqqında məlumatlardan görünür ki, İddiaçı Firmaya prezident təyin edilmiş, X7 və X11 təsisçilər olmuşlar.
49. Apellyasiya baxışı zamanı X11 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. X10 Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
50. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunan sənədlərə əsasən X10 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, inşaat materiallarının sənaye istehsalı üzrə "xxxx" Firmasında təsisçilik payından imtina edir.
51. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 05/2-9145/13 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1954-cü il təvəllüdlü X2 ölümü haqqında akt qeydinin surətinin istənilməsinə dair müraciətinə baxılmışdır. Bildirilir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən X2 deyil, X3 ölümü haqqında akt qeydi aşkar edilmişdir.
52. Həmin məktuba əlavə edilmiş ölüm haqqında akt qeydinin surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə ölümü qeydə alınmışdır.
53. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2022-ci il tarixli, 05/7105-11 №-li məktubdan görünür ki, “Elektron notariat” informasiya sistemində xx.xx.2022-ci il tarixədək aparılmış araşdırma nəticəsində N.Hüseynovun adına vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir.
54. Məhkəmə Kollegiyası xüsusi olaraq qeyd edir ki, "xxxx" Tikinti materialları istehsalı Firmasının təsisçilərinin əhatə dairəsinin müəyyən edilməməsinə baxmayaraq, bu hal birinci instansiya məhkəməsi tərəfindən işin mübahisəli halı kimi qiymətləndirilməmişdir. Qeyd olunmalıdır ki, Firmanın dövlət qeydiyyatına alınması üçün onun təsisçi dairəsi, nizamnamə kapitalı və həmin təsisçilərin firmadakı təsis payları müəyyən edilməlidir. Bu hüquqi şəxsin dövlət reyestrinə daxil edilməsi üçün əsas fakktordur.Odur ki, hazırkı vəziyyətdə Məhkəmənin cavabdehin üzərinə qoyduğu öhdəlik qanuna uyğun deyildir.
55. Bundan əlavə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən X2 deyil, X3 ölümü haqqında akt qeydi aşkar edilmişdir.
56. O da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə, vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Belə ki, şəxsin ölümü və ya məhkəmə qaydasında ölmüş elan edilməsi hüquqi fakt kimi mirasın açılmasına səbəb olmaqla vərəsəlik hüquq münasibətlərinin yaranma əsasını təşkil edir. Bu halda hüquqi faktın müəyyən edilməsi - hüquqi şəxslərin təsisçilərinin əhatə dairəsinin və onların təsis paylarının (əmlak payı) müəyyən edilməsi məqsədi ilə aidiyyəti mülki üzrə məhkəmə qaydasında baxılması məqsədə müvafiq olardı.
57. Daha sonra sonra Kollegiya qeyd edir ki, iddiaçının qeydə alınmasını iddia etdiyi Firmanın sənədləri 1991-ci il tarixdən ötən 30 ildən artıq müddətdə mövcud olmuş qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq dövlət orqanına təqdim edilməmişdir.
58. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20-ci maddəsinə əsasən, “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" 1996-cı il 6 fevral tarixli, 17-İQ saylı Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək başqa dövlət orqanlarında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədləri bu Qanun qüvvəyə mindiyi gündən 1 il müddətində onları qeydiyyata almış orqanlar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Bu sənədlər həmin hüquqi şəxslər və ya onların təsisçiləri tərəfindən də təqdim edilə bilər. Həmin Qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində bütün hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları öz qanuni təmsilçiləri haqqında məlumatları, əvvəllər bu məlumatlar təqdim edilməmişsə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər.
59. Əlavə olaraq qeyd edilməlidir ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir.
60. 1 yanvar 2001-ci il tarixindən etibarən qüvvəyə minmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.2-ci maddəsinə əsasən, vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifəsidir.
61. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir.
62. 34.6-cı maddəsində isə qeyd edilir ki, hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir.
63. Bununla əlaqədar qeyd edilir ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununun (bundan sonra- Qanun) 9-cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.
64. Yuxarıda qeyd olunan tarixdən əvvəl dövlət qeydiyyatına alınan "xxxx" Tikinti Materialları İstehsalı Firması vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq üçün Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə ərizə ilə müraciət etməlidir.
65. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.12-ci maddəsinə əsasən, dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və qeydiyyatla bağlı müraciət ərizəsinin formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin ərizəyə təsisçilik faktı müəyyənləşdirilməklə Firmanın dövlət qeydiyyatını təsdiq edən sənədlərinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş surəti (xarici dildə olduqda tərcüməsi notarial qaydada təsdiq olunmaqla), firmanın nizamnaməsinə edilmiş dəyişiklik layihəsi, nizamnaməyə edilmiş dəyişik layihəsinin təsdiq edilməsi, idarəetmə orqanlarının yaradılması və nizamnamə kapitalının elan olunması barədə ümumi yığıncağın protokolu (qərarı), idarəetmə orqanlarının üzvlərinin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunmalıdır.
66. Məhkəmə Kollegiyası diqqətə çəkir ki, yuxarıda sadalanan qanunvericiliyin tələbləri yerinə yetirilmədiyi halda inzibati orqanın iddiaçının müraciətini təmin etməkdən imtinası əsaslı olmuşdur.
67. Odur ki, iddia tələbinin təmin olunması ilə bağlı inzibati orqanın üzərinə öhdəlik qoyulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmamışdır.
68. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7536/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qərarı ləğv olunmalı, iddia tələbi rədd edilməlidir.
69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7536/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qərarı ləğv olunsun. İddia tələbi rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.