Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1534/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və digərilərinin cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxslər: X13 və X5) qarşı iş üzrə (Açar sözlər: sərəncamın ləğv edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, X18 və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, X17 qızının katibliyi katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndə-vəkili Vəkil1 və üçüncü şəxs X7 nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və digərilərinin cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxslər: X13 və X5) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5183/2024 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıların ataları X8 1999-cu ildə Qanuni nümayəndə ilə ailə qurmuşdur. Faktiki nikahlarından iki bacı və xx.xx.2013-cü il tarixində bir nəfər anadan olmuşdur. xx.xx.2016- cı il tarixində X8 vəfat etmişdir. X8 1963-cü ildə anadan olmuş və anadan olduğu gündən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.İmanov küçəsi ev 3 mənzil 25-də yaşamış, orta məktəbə getmiş, hərbi xidmətdə olmuş və vəfat edənədək həmin evdə yaşamışdır. Babaları vəfat etdikdən sonra ondan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.İmanov küçəsi ev 3 mənzil 25-də yerləşən daşınmaz əmlak miras qalmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)- 2332/2022 saylı, 14 dekabr 2022-ci il tarixli, prossesual pozuntu ilə 09 yanvar 2023-cü il tarixində rəsmən təqdim edilmiş qətnaməsi ilə iddia təmin edilərək İddiaçı1 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Rasim İmanov küçəsi ev 3 mənzil 25-dən istifadə hüququnun itirilmiş hesab edilməsi və digər cavabdeh olan İddiaçı2 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Rasim İmanov küçəsi ev 3 mənzil 25-dən istifadə hüququnun 9720 manat kompensasiya ödənilməklə xitam verilməsi, İddiaçı1 350 manat pul tutularaq iddiaçı X10 verilməsi qət edilmişdir. İş üzrə cavabdeh olan X5 həmin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi R.İmanov küçəsi ev 3 mənzil 25-də yerləşən ********** saylı əmlakı öz adına rəsmiləşdirərək xx.xx.2018-ci il tarixində Çıxarış almışdır. 18 gün ərzində həmin əmlakı Bakı şəhəri 125 saylı notariat ofisində (iş N-4ə-16) bağışlama yolu ilə digər cavabdeh X10 bağışlayır və o da öz növbəsində Çıxarış alır və bunun davamı kimi iddiaçıların anadan olub, böyüyüb boya-başa çatdığı, ailələrinin yaşadığı və vərəsələri olduqları evdən çıxarılmaqlarını tələb etmişdir. Halbuki qeyd olunduğu kimi iddiaçılar həmin evdə vəsərə olmaqla, qeydiyyatda olmaqla ailəliklə yaşayırlar və miras əmlakı qəbul etməklə onu idarə edirlər.
3. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X7 və X1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.
4. Cavabdehin iddiaya qarşı təqdim etdiyi etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. Belə ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbində Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 20 nömrəli sərəncamı ilə mənzilin kirayə müqaviləsinin X1 adına keçirildiyini və həmin sərəncamın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Digər ailə üzvlərinin notarial qaydada təsdiqlənmiş razılıq ərizələri əsasında sərəncam imzalanmışdır. "Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri 5 il müddətindən sonra daimi mühafizə məqsədilə dövlət arxivinə təhvil verildiyindən Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 20 nömrəli Sərəncamın; məhkəməyə təqdim etmək mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
5. Sonradan Qanuni nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2013cü il təvəllüdü X4 iddiaçı qismində işə cəlb edilməsini və onun adıçəkilən şəxsin qanuni nümayəndəsi qismində tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5183/2024 saylı qərardadı ilə iddia tələbi mümkünsüz hesab edilmişdir.
7. Qərardaddan iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün hesab edilərək işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən mənzil iddiaçıların babası X3 Bakı şəhəri XDS-nin 105241 saylı, 30 mart 1973-cü il tarixli orderlə (ataları X8 ailə üzvü kimi qeyd olunmaqla) verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin oxşar məsələlərin həlli üçün tez-tez istinad etdiyi Azərbaycan SSR Mənzil Məcəlləsinin 51ci maddəsinə əsasən Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla – mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar – adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Maddə 52. Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını(ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla birlikdə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 83. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsinin icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər.Maddə 84. İcarədarın ailə üzvlərinin payına düşən mənzil sahəsi təcrid olunabilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. Ayrıca icarə müqaviləsi bağlamaq tələbi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. İddiaçıların yazılı razılığı olmadan verilmiş sərəncamla onların mənzil hüquqları pozulmuş və bu hüquq pozuntusu Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2322/2022-ci il tarixli qətnaməsinin çıxarılması ilə iddiaçıların xeyrinə olmayan qərarın çıxarılması ilə nəticələnmişdir. Sərəncamın çıxarılma və qətnamənin çıxarılma tarixlərinə diqqət etsək aydın olar ki, Bakı şəhəri Cavabdeh mübahisə predmeti olan sərəncamı verən zaman iddiaçıların razılığını (onlar yetkinlik yaşına çatmadıqları üçün qanuni nümayəndələrinin) almadıqlarını hərçənd istər indi qüvvədə olan istərsə də Azərbaycan Respublikası SSR Mənzil Məcəlləsində də göstərilib ki, mənzildə təsərrüfat aparan həmin mənzildə yaşayan şəxslər də eyni hüquq və vəzifələr daşıyırlar bir şərtlə ki aralarında bununla bağlı ayrı saziş olmasın. Göründüyü kimi belə bir sazişdən və ya razılaşmadan söhbət belə gedə bilməz. Məhkəmə tərəfindən hüquq tətbiq edilərkən həmin evə olam vərəsəlik, yaşamaq və mülkiyyət hüquqlarımızın pozulmasına dair hüquq norması tətbiq edilməmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ:
7. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndə-vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh və digər üçüncü şəxs məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
11. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
12. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
14. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
15. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
16. İş materiallarında olan Bakı şəhəri Cavabdeh 29 yanvar 2018-ci il tarixli, 20 №-li Sərəncamı ilə vətəndaş X2 vəfat etməsi ilə əlaqədar onun adında olan Buzovna qəsəbəsi, R.İmanov küçəsi, məhəllə 23, 3 nömrəli evin 25 nömrəli mənzilinin kirayə müqaviləsi vətəndaş X1 adına keçirilmişdir.
17. 111 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı1, İddiaçı2, X9 və Qanuni nümayəndə ünvan 1 ünvanında qeydiyyatsız yaşayır.
18. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)2332/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh İddiaçı2 Bakı şəhər Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzilindən istifadə hüquqlarını itirmiş hesab edilməsi, cavabdeh İddiaçı1 9720 manat miqdarında kompensasiya ödənilməklə onun Bakı şəhər Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzilindən istifadə hüququna xitam verilməsi qət edilmişdir.
19. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12852/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X5 və X13 üçüncü şəxslər qismində cəlb olunmaqla “çıxarışın ləğv edilməsi” barədə iddia tələbi mümkün sayılmamışdır.
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2944/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 12852/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və şikayətin qəbulundan imtina edilmişdir.
21. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçıların hazırki iddia tələbi ilə Bakı şəhəri Cavabdeh 29 yanvar 2018-ci il tarixli, 20 №-li Sərəncamının ləğv edilməsinə nail olmaq istəyirlər. İddiaçılar hesab edirlər ki, onlar X2 vərəsələri olduğundan, sonuncun vəfatından sonra ünvan 1 ünvanında yerləşən əmlak onlara qalmalıdır.
22. Məhkəmə isə iddiaçıların irəli sürdüyü tələbin mahiyyəti üzrə əsaslı olubolmamasından asılı olmayaraq, hazırki iddia tələbinin mümkünlük şərtlərinə cavab vermədiyi qənaətindədir ki, hazırki iddia həm subyektiv baxımından, həm də müddət ilə bağlı şərtləri ödəmir.
23. Məhkəmə iddianın İddiaçı1 və İddiaçı2 münasibətdə mümkünlük şərtlərinə cavab verməməsini, adıçəkilən şəxslərin subyektiv hüquqa malik olmamaqları ilə əsaslandırır.
24. Belə ki, İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
25. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
26. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir.
27. Eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd).
28. Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olub-olmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir.
29. Prosessual qanunvericiliyin aşkar tələbindən də göründüyü kimi məhz qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut edilməli, inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırılmalı, konkret halda hüquqi müdafiəyə ehtiyacının olub müəyyən edilməlidir.
30. Göründüyü kimi iddia tələblərinə uyğun subyektiv hüququnun, eləcə də hüquqi marağın mövcud olub-olmaması iddianın mümkünlüyünün qiymətləndirilməsi baxımından önəmlidir ki, həmin kriteriyalar üzrə aparılan qiymətləndirmə hazırkı iş üzrə iddiaların mümkünlüyünü istisna etməkdədir.
31. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən əmlaka dair hazırki mərhələdə hər hansı hüquqları olmamışdır.
32. Belə ki, işin faktiki hallarından da göründüyü kimi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)2332/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı1 9720 manat miqdarında kompensasiya ödənilməklə onun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzilindən istifadə hüququna xitam verilmişdir. Həmin məhkəmə aktı qanuni qüvvəsini almışdır.
33. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, adıçəkilən şəxslər inzibati məhkəmə icraatı çərçivəsində iddia irəli sürərək Bakı şəhər Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzilinə dair verilmiş çıxarışın ləğv olunmasına nail olmaq istəsələr də, inzibati icraat çərçivəsində onların iddiaları mümkün sayılmamış, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
34. Göründüyü kimi iddiaçıların Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzilinə dair hüquqlarının mövcudluğu hazırki mərhələdə müəyyən olunmamaqdır ki, bu hal qanuni qüvvəsini almış məhkəmə aktları ilə də təsdiq olunur.
35. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.
36. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarından görünür ki, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).
37. Eyni ilə Məhkəmədə qanuni qüvvəsini almış məhkəmə aktlarının preyudisiallığını nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzilinə dair istifadə hüquqları itirilmiş hesab olunduğundan, digər İddiaçı1 isə 9720 manat miqdarında kompensasiya ödənilməklə onun mənzilə dair istifadə hüququna xitam verildiyindən, beləliklə adıçəkilən şəxslərin mənzilə dair kirayə müqaviləsinin X1 adına keçirilməsi barədə sərəncama münasibətdə onların hər hansı subyektiv hüququ da mövcud olmamışdır.
38. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 münasibətdə iddia subyektiv cəhətdən mümkün sayılmamalıdır.
39. Məhkəmə iddianın X6 münasibətdə isə müddət ilə mümkünlük şərtlərinə cavab vermədiyi qənaətindədir.
40. Belə ki, hazırkı iş üzrə iddiaçının sərəncamın ləğv edilməsi barədə iddia İPM-nin 2.2.1-ci və 32-cı maddələrinə əsasən mübahisələndirmə haqqında iddiadır. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur.
41. Qeyd olunur ki, mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014- cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir.
42. İstinad edilən qərarda göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır.
43. Hazırkı iş üzrə isə mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddətə riayət olunmadığı görünür.
44. Belə ki, doğrudur ki, iddiaçı X9 yetkinlik yaşına çatmayan fiziki şəxsdir və onun öz hüquqlarının hansı tarixdən pozulması gözləmək ağlabatan deyil. Lakin nəzərə alınmalıdır ki, iddiaçının qanuni nümayəndəsi qismində çıxış edən Qanuni nümayəndə oğlu X4 hüquqlarının pozulduğunu bildiyi vaxtdan etibarən qanuni nümayəndə qismində çıxış edərək övladının hüquqlarının pozulması ilə əlaqədar hüquq mühafizə orqanlarına müraciət etmək səlahiyyətində olmuşdur.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29.1-ci maddəsinə əsasən bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır.
46. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər.
47. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən uşağın valideynləri, eləcə də övladlığa götürənlər, qəyyumlar, himayəçilər, uşaq evlərinin müdiriyyəti uşaqların hüquq və mənafelərini müdafiə edən nümayəndələridir.
48. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə qanuni nümayəndə yetkinlik yaşına çatmayan və ya məhdud fəaliyyət qabiliyyətli olan şəxsin maraqlarını müdafiə etmək və onu təmsil etmək səlahiyyətinə malik olan şəxsdir. Qanuni nümayəndə yetkinlik yaşına çatmayan və ya məhdud fəaliyyət qabiliyyətli olan uşağın hüquq və maraqlarının pozulduğunu müəyyən etdiyi andan etibarən uşağın qanuni nümayəndəsi kimi onu məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilər.
49. İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə oğlu X4 hüquqlarının Bakı şəhəri Cavabdeh 29 yanvar 2018-ci il tarixli, 20 №-li Sərəncamı əsasında pozulduğunu iddia etsə də, həmin Sərəncamın mövcudluğundan həm mülki icraat çərçivəsində, həm də inzibati icraat çərçivəsində işlərə baxıldığı vaxtdan məlumatlı olsa da, sərəncamın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan 30 günlük prosessual müddətə riayət etməmişdir.
50. Eyni zamanda, nəzərə alınmalıdır ki, İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; 24.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir.
51. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Nəzərə alınmalıdır ki, prosessual müddətin bərpa edilməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, prosessual müddətin bərpa edilməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə,hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. İnzibati hüquq münasibətlərini tənzimləyən qanunvericilik müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməsini istisna edən hal kimi ərizənin müddətin buraxılmasından 1 il keçməsi ilə şərtləndirir.
52. Hazırkı iş üzrə iddiaçının qanuni nümayəndəsi yetkinlik yaşına çatmayan oğlunun hüququnun pozulduğunu bildiyi vaxtdan artıq 1 ildən çox müddət keçdiyindən, iş üzrə iddia müddətin bərpa edilməsi barədə ərizənin verilməsi istisna olunur.
53. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır
54. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
55. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5183/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Günel Abbasova Hakimlər Elvin Əliyev Cahangir Yusifov