Məhkəmə qərarları › İş №2-1(103)-1535/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1535/2021

21.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1535/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Yusifov Cahangir Afər oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə (hazırki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı onun pensiyanın yenidən təyin edilməsi tələbinə dair inzibati mübahisəyə dair iş üzrə cavabdeh (ərizəçi) tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə üzrə Bakı İnzibati Məhkəməsinin 25.0.2021-ci il tarixli, 2- 1(81)-4679/2014 saylı qərardadından cavabdehin vəkili və nümayəndəsi C.Əhmədov tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: Cavabdeh (ərizəçi) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 28.10.2014-cü il tarixli 2-1(81)-4679/2014 nömrəli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 25.0.2021-ci il tarixli, 2-1(81)-4679/2014 saylı qərardadı ilə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə rədd edilmişdir (hakim P.Hüseynov). Həmin qərardaddan cavabdehin vəkili və nümayəndəsi C.Əhmədov apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək, çıxışında göstərmişdir ki, İddiaçı müvafiq artımla əlaqədar 1 sentyabr 2019-cu il tarixindən əmək pensiyasının yenidən hesablanması ilə bağlı ərizəçiyə müraciət etmişdir. Bununla əlaqədar ərizəçinin müraciətinə əsasən iddiaçinin sonuncu xidmət etdiyi orqan tərəfindən ərizəçiyə daxil olmuş 11,06.2020-ci il tarixli ZE-59551 nömrəli yeni məlumat vərəqəsində İddiaçının vəzifəsi “zenit raket briqada komandirinin şəxsi heyət üzrə müavini (şəxsi heyət bölməsinin rəisi-qərargah rəisinin şəxsi heyət üzrə köməkçisi”), tərxis səbəbi “xəstəliyə görə” olaraq qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının adına tərtib edilmiş yeni məlumat vərəqəsindəki vəzifəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.10.2014-cü il tarixli, 2-l(81)-4679/2014 saylı qərarındakı vəzifəyə uyğunlaşdırılmamışdır. Yuxarıda qeyd ediləni nəzərə alaraq, iddiaçinin əmək pensiyasının məhkəmə qərarına uyğun hesablanaraq ödənilməsi üçün həmin məhkəmə qərarında göstərilən “xidmət rəisi-idarə rəisinin müavini” vəzifəsinə uyğun adıçəkilən şəxsə dair dəqiqləşdirilmiş məlumat vərəqəsinin tərtib edilərək Ərizəçiyə göndərilməsi ilə bağlı İddiaçının sonuncu xidmət etdiyi orqana ərizəçi tərəfindən sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 5 oktyabr 2020- ci il tarixli 12/2177 nömrəli məktubunda İddiaçıya dair 11.06.2020-ci il tarixli ZE-59551 nömrəli dəqiqləşdirilmiş məlumat vərəqəsinin Ərizəçiyə göndərildiyi bildirilmişdir. Bununla da aydın olur ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.10.2014-cü il tarixli, 2-1 (81 )-4679/2014 nömrəli qərarının mövcud olması barədə məlumatsızdır. Ərizəçi isə, öz növbəsində, 18.11.2008-ci il tarixindən İddiaçıya məhkəmə qərarında qeyd olunan “xidmət rəisi-idarə rəisinin müavini” vəzifə maaşına uyğun əmək pensiyası hesablayaraq ödəməkdədir. AR Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün AR DSMF-yə göndərilir. Lakin məhkəmə qərar qəbul edərkən üzərinə öhdəlik qoyduğu orqanı düzgün müəyyənləşdirməmiş, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi isə işə ümumiyyətlə cəlb etməmişdir. Bu səbəbdən də, iddiaya dair məhkəmə qərarına uyğun yenilənmiş məlumat vərəqi Müdafiə Nazirliyi tərəfindən təqdim edilməmişdir. nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.10.2014-cü il tarixli 2-1(81)-4679/2014 saylı qərarı üzrə ərizəçi tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, ona dair yazılı etiraz təqdim edərək, bildirmişdir ki, hərbi qulluqçunun qulluq etdiyi orqan yalnız hərbi qulluqçu ehtiyata buraxılarkən onun aldığı pul təminatı barəsində AR Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların ləqdim olunması Qaydalarına” uyğun olaraq məlumat vərəqi tərtib edərək AR DSMF-na göndərir. Hərbi qulluqçunun pul təminatmdakı növbəti artımlar isə (məsələn pul təminatının artırılması) Ak DSMF tərəfindən həyata keçirilir. Bundan əlavə qeyd etmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi AR Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 495 və 499 №-li Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci ilin 1 yanvar tarixidən AR DSMF-na həvalə edilmişdir. Ərizəçinin yeni açılmış hal kimi təqdim etmək istədiyi fakt həmin məhkəmə qərarında cavabdehin nümayəndəsinin etirazında öz əksini tapmışdır. Ərizəçi isə hüquq pozuntuları hesab etdiyi halları (iddiaçı barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 27 avqust tarixli 135 nömrəli Qprarı ilə təsdiq olunmuş Qaydaların və “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının düzgün tətbiq edilməməsini) yeni açılmış hal kimi qələmə verərək Azərbaycan Respublikası adından çıxarılmış, qanuni qüvvəsini almış və özləri tərəfindən artıq 7-ci ildir ki icra olunan məhkəmə qərarını hüquqi cəhətdən təftiş etməyə çalışır. İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 oktyabr 2014-ci il tarixli, 2-1(81)-4679/2014 saylı qərarından görünür ki, iddia təmin edilmiş, İddiaçı 18.11.2008-ci il tarixdən Müdafiə Nazirliyi Aparatının “xidmət rəisi-idarə rəisinin müavini” vəzifəsinin vəzifə maaşı əsas götürülməklə pensiyanın yenidən təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan apelyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün 22.12.2014-cü il tarixdə cavabdehə göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 25.02.2015-ci il tarixdə məktubda həmin qərarın tərəflərindən icra edildiyi bildirilmişdir. Məhkəmə qeyd etmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4679/2014 saylı qərarı 28 oktyabr 2014-ci il tarixdə qəbul edilmişdir, cavabdeh tərəfindən hazırki ərizə isə 6 ildən artıq müddət keçdikdən sonra 27.01.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər, mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə isə yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Cavabdeh tərəfindən hazırki ərizə isə qeyd olunan müddətlər buraxılmaqla verilmişdir. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmə iş materiallarına və məhkəmə iclasında araşdırılmış digər sübutlara əsaslanmaqla İddiaçı 18.11.2008-ci il tarixdən Müdafiə Nazirliyi Aparatının “xidmət rəisi-idarə rəisinin müavini” vəzifəsinin vəzifə maaşı əsas götürülməklə pensiyanın yenidən təyin edilməli olması qənaətinə gəlmişdir. Cavabdeh tərəfindən ərizədə qeyd olunan hallar işə məhkəmə tərəfindən baxılarkən inzibati məhkəmə icraatı başa çatmamış da məlum olmuş, cavabdeh tərəfindən verilmiş imtina məktubunda və məhkəmə iclasında təqdim edilmiş iddia ərizəsinə etirazda həmin hallar göstərilmişdir. Həmin hallar məhkəmə araşdırmasının predmeti olmuş, tərəflərin iştirakı ilə araşdırılmış və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddələri tətbiq edilməklə (20.18-ci maddə və sair) məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. Ərizədə qeyd olunan hallar inzibati məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar hesab edilmir. Eyni zamanda, ərizədə cavabdeh məhkəmə tərəfindən işə baxılarkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin tələblərinin pozulduğunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydaların və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun müddəaların düzgün tətbiq edilmədiyini, bununla da məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğunu göstərməklə həmin halları yeni açılmış hal kimi əsaslandırmışdır. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən yeni açılmış hallar məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra aşkar olunmuş və ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmayan yeni sübutlar və ya hallardır. Ərizədə qeyd olunan hallar işin hüquqi hallarını təşkil edir və qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər; 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər; 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər; 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir; 106.1-ci maddəsinə əsasən məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır; 106.3-cü maddəsinə əsasən icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir, hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin vəkili və nümayəndəsi C.Əhmədov tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25.0.2021-ci il tarixli, 2-1(81)-4679/2014 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Cahangir Yusifov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar