Məhkəmə qərarları › İş №2-1(103)-1535/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1535/2022

12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1535/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4278/2021 saylı 24.12.2021-ci il tarixli qərarından apellyasiya şikayətini geri götürməsi barədə cavabdeh tərəfindən verilmiş ərizəyə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi və sonrada iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X2 dördüncü ixtisas dərəcəsinə görə ona hər ay vəzifə maaşına minimum əmək haqqının 2 misli miqdarında ödənilməmiş əlavə haqqının nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin pensiya hüququnun yarandığı tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4278/2021 saylı 24.12.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş və mərhum X2 dördüncü ixtisas dərəcəsinə görə ona hər ay vəzifə maaşına minimum əmək haqqının 2 misli miqdarında ödənilməmiş əlavə haqqının nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin 03.11.2018-ci tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarı ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, cavabdeh 10.05.2022-ci il tarixində ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4278/2021 saylı 24.12.2021-ci il tarixli qərarından verilmiş apellyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Rüstəmli ərizəni müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasınının vaxtı və yeri, habelə məhkəmə iclasına gəlmədiyi təqdirdə işə onun iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş iddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan əizəyə baxılmasını mümkün hesab etmişdir. İPM-in 88.1-ci maddəsinin tələbinə görə şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Məcəllənin qeyd olunan tələbi baxımından, apellyasiya şikayətini geri götürmək işdə iştirak edən cavabdehin qanunla müəyyən edilən hüququdur və bu geri götürmə digər şəxslərin hüquqlarını pozmur. İPM-in 86.4-cü maddəsinin məzmunundan görünür ki, şikayətin geri götürüldüyü hallarda, həmin şikayətlə bağlı icraata xitam verilməsi barədə qərardad qəbul edilir. Prosessual qanunvericiliyin qeyd olunan tələbini nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin ərizəsi təmin olunmalı, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və apellyasiya icraatına xitam verilməlidir. Eyni zamanda, məhkəmə cavabdehə izah edir ki, həmin Məcəllənin 88.3-cü maddəsinin tələbinə görə şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Beləliklə də qeyd edilənlərə əsasən və İPM-in 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ərizəsi təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4278/2021 saylı 24.12.2021-ci il tarixli qərarından cavabdehin verdiyi apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar