Məhkəmə qərarları › İş №2-1(103)-1535/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1535/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1535/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, üçüncü şəxsin nümayəndəsi Vəkil1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: «Azərbaycan Respublikası Dövlət Neft Şirkəti») “bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınıb çıxarışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12262/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında (İPM m.34.1) iddia ərizəsi, sonadan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı inzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesi ərazisində yerləşən və faktiki ölçüsü 538 kv.m olan 20 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması və bununla bağlı iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çxıarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “…Bakı şəhər İHB-nın xx.xx.2005-ci il tarizxli 126 saylı sərəncamına əsasən AR Dövlət Neft Şirkətin “Azneft” İB “Qum adası” NQÇİ-yə Suraxanı r. Zığ-Hövsan şossesinin cənubşərqində yerləşən sahədə bağ təsərrüfatı yaratmaq üçün 7 ha torpaq sazhəsi ayrılmış, 12 aprel 1995-ci il tarixdə isə Qum adası NQÇİ-nin Bağçılıq yoldaşlıq birliyinin nizamnəməsi qəbul edilmiş və həmin bağçılıq yoldaşlığın ümumi yığıncağının 03 iyun 2005-ci il tarixli 02 saylı protokol qərarı ilə bağçılığa ayrılmış torpaq sahəsindən ona 1000 kv.m Zığ-hövsan şossesi yaxınlığında 1000 kv.m torpaq sahəsi olan 20 nömrəli bağ sahəsi ayrılmış, və həmin tarixdə bağçılığın üzvlük kitabçası verilmişdir. O. Həmin sənədləri cavabdehə təqdim edərək bağ sahəsinə mülkiyyət hüququnun rəsmiləşdirilməsini xahiş etsə də sonuncu xx.xx.2023-cü il tarixli cavab məktubu ilə imtina edərək bildirmişdir ki, bağ sahəsinin üzvlərinin siyahısı aşkarlanmamış, elektron kadastr məlumatlarına əsasən neft şirkətinin ərazisində olmaqla, bağçılıqdan kənarda yerləşir, sənəd üzrə 1000 kv m faktiki ölçüsü isə 538 kv.m təşkil edir. Cavabdehin imtina məktubunda Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 15-ci maddəsində göstərilən imtina üçün əsaslardan hər hansı yoxdur. İmtina qanunsuzdur.” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12262/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesi ərazisində yerləşən və faktiki ölçüsü 538 kv.m olan 20 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması və bununla bağlı iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çxıarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Üçüncü şəxs apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Torpaq qanunvericiliyinə görə Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. İşin mübahisəsiz halıdır ki, həmin torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən, "sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar" kateqoriyasına aid olmaqla, dövlət mülkiyyətindədir və Dövlət Neft Şirkətinin ərazi hüdudları daxilində yerləşir. Belə olan halda, qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərinin təmin olunması məqsədi ilə, SOCAR-ın daimi istifadəsində olan, neft-qaz əməliyyatları aparılan torpaq sahələri yalnız təyinatı üzrə istifadə edilə biləcəyi nəzərə alınmalıdır. Bundan başqa, mübahisəli torpaq sahsinin koordinatlarının əldə edilməsi və ekspertiza rəyinin verilməsi ilə bağlı vəsatət verməyinə baxmayaraq, məhkəmə heç bir səbəb əsas gətirmədən vəsatəti təmin etməmiş, koordinatlar olmadığı halda isə mübahisəli torpaq sahəsinə dair SOCAR-a aid müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi mümkün deyil. Birinci instansiya məhkəməsinin araşdırma aparmadan, tələsik iddianın təmin edilməsi barədə qərar qəbul etməsi başa düşülən deyil…» Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçı isə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iclasda iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: …; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; …; İş materiallarına əsasən müəyyən olunur ki, Suraxanı rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2005-ci il tarixli 251 saylı razılıq məktubunu nəzərə alaraq, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20 may 2005-ci il tarixli 126 №-li Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Qum adası” Neft və Qazçıxarma İdarəsinə icarə əsasında istifadəsinə Suraxanı rayonu, Zığ Hövsan şossesinin cənubşərqində yerləşən sahədə bağ təsərrüfatı yaradılması məqsədilə 7 ha torpaq sahəsi ayrılmışdir. İşə əlavə olunmuş “Qum adası” NQÇİ-nin bağçılıq-yoldaşlıq cəmiyyətinin İdarə Heyyətinin iclasının 03 iyun 2005-ci il tarixli 02 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı həmin bacçılıq-yoldaşlıq cəmiyyətinə üzv kimi qəbul edilmiş və Zığ-Hövsan şossesi yaxınlığında bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən onun istifadəsinə 1000 kv.m sahəsi olan 20 saylı bağ sahəsi verilmişdir. Tədqiq olunan sübutlardan da göründüyü kimi, iddiaçının mübahisəli bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun qeyd olunan 8.0.7-ci maddəsində nəzərdə tutulan «Qum adası» NQÇİ-nin-«Qum adası» bağçılıq-yoldaşlıq cəmiyyəti tərəfindən verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışı mövcuddur. Qanunun həmin normasında göstərilən bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına gəldikdə iş materiallarından görünür ki, m birinci instansiya məhkəməsinin həmin siyahının məhkəməyə təqdim olunması ilə bağlı sorğusuna «SOCAR « Azneft» İB 28 avqust 2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki, həmin məktuba əlavə olunmuş bağçılıq-yoldaşlıq cəmiyyətinin siyahısında iddiaçsının adı mövcud deyildir. İşə əlavə olunmuş həmin Siyahıdan isə görünür ki, 2001-ci ildə tərtib olunmuş siyahısıdır. Birinci instansiya məhkəməsinin Bakı şəhəri İcra Hakimiyyətinə verdiyi məhkəmə sorğusuna sonuncu 5 sentyabr 2023-cü il tarixli cavab məktubunda məhkəməyə bildirilmişdir ki, kollektiv bağçılıq təsərrüfatının yaradılması haqqında Bakı şəhər İHB-nin xx.xx.2005-ci il tarixli 126 nömrəli sərəncamına əsas olumuş sənədlər – protokol, üzvlük kitabçaları, yerləşmə sxemi, bağçılıq yoldaşlığın üzvlərinin siyahısı əlavə edilməmişdir. Göründüyü kimi, iddiaçı «Qum adası» bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlüyünə 2005-ci ildə qəbul olunduğu halda, onun 2001-ci ilin siyahısında adı ola bilməzdi, ikinci bir tərəfdən ümumiyyətlə, Bakı İcra Hakmiyyəti tərəfindən xx.xx.2005-ci il tarixdə həmin bağbçılığıa müvafiq torpaq sahəsinin ayrılması barədə sərəncam qəbul edilərkən tərtib olunmuş belə bir Siyahı da təqdim olunmamışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının adı 2001-ci ilin siyahısında ola bilməzdi, bağçılıq üzvlərinin 2005-ci ildə tərtib olunmuş Siyahısı Bakı şəhər İHB-nin xx.xx.2005-ci il tarixli 126 nömrəli sərəncamı qəbul olunarkən də təqdim olunmamışdırsa, burada, birincisi, iddiaçının təqsiri müəyyən oluna bilməz, ikincisi, bunu mübahisələndirən cavabdeh tərəfindən apellyasiya şikayəti də verilməmiş, üçüncü şəxs Dövlət Neft Şirkəti isə bu halı mübahisələndirmir, mübahisələndirilsə belə, apellyator olaraq həmin Siyahını təqdim etmək vəzifəsi məhz onun üzərinə düşür. Üçüncü şəxsin mübahisələndirdiyi məsələnin yalnız, mübahisəli torpaq sahəsinin dövlət kadastr məlumatlarına əsasən torpaq sahəsinin neft şirkətinin ərazisində olması ilə bağlıdır. Bununla əlaqədar, birincisi, məhkəmə kollegiyası qeyd edir ki, Suraxanı rayonu, Zığ Hövsan şossesinin cənub-şərqində yerləşən sahədə bağ təsərrüfatı yaradılması məqsədilə «Qum adası» bağçılıq-yoldaşlıq cəmiyyətinə 7 ha torpaq sahəsi ayrılması barədə Bakı şəhər İHB-nin xx.xx.2005-ci il tarixli 126 nömrəli sərəncamı, məhz, «ARDNŞ Azneft İB «Qum adası» NQÇİ-nin əmək kollektivinin marağı nəzərə alınmaqla qəbul edilmişdir. İkincisi, işdən görünür ki, həmin sərəncam əsasında tərtib olunmuş Ayrıc aktının və bağçılığın bölgü sxemi, cavabdeh orqan tərəfindən öz arxivində aşkar edilmiş və əslindən edilmiş çıxarışların təsdiq olunmuş surətləri məhkəməyə təqdim olunmuşdur. Üçüncüsü, sözügedən sərəncam ləğv edilməmiş, bu gunudək qüvvəsindədir. Bağçılığın bölgü sxeminin arxiv nüxəsində isə 20 saylı bağ sahəsnin də mövcudluğu müəyyən olunur. Digər tərəfdən, onu da qeyd etmək lazımdır ki, həmin bağçılığın işə əlavə olunmuş aerokosmik görüntüsündə mübahisəli bağ sahəsi yerləşdiyi ərazi bütünlüklə içərisində tikililəri mövcud olan böyük bir bağ massivi ilə əhatə olunur. Hətta işdən görünür ki, «Qum adası» NQÇİ-nin bağçılıq yoldaşlığının iddiaçı ilə qonşu olan 19 saylı bağ sahəsinə dair «F.E.A.» adında başqa bir üzvünün mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, cavabdeh qeydiyyat orqanı tərəfindən ona reyestrdən xx.xx.2017 (№**********) çıxarış da verilmişdir. Beləliklə də, qeyd olunanlar birmənalı şəkildə üçüncü şəxsin apellyasiya şikayətinin mübahisəli bağ sahəsinin elektron kadastr məlumatlarına əsasən neft torpağı olduğuna istinadən, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasının maddi hüquq normalarına uyğun olmadığını mübahisələnlirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Onun tərəfindən bağ sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına əngəllik törədilməsi, eyni zamanda, buna rəğmən cavabdeh tərəfindən qeydiyyatdan imtina olunması, həmin bağ sahəsindən 20 ilə yaxın istifadə edən iddiaçının qanunla qorunan hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Beləliklə də, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının dolayısı ilə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12262/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12262/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar