Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1535/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X36 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X14 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13972/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Elçin Mustafayev küçəsi ünvanında yerləşən 3 nömrəli fərdi yaşayış evinə qeydiyyata alınmaları barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar 2014-cü ildən Bakı şəhəri, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə fərdi yaşayış evində bütün kommunal xərcləri ödəməklə yaşayırlar. İndiyədək yaşadıqları ünvana qeydiyyata düşə bilməmişlər. Belə ki, yaşadıqları fərdi yaşayış evinin çıxarışı yoxdur. İddiaçılar ünvan 2 ünvanına pasport qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə rəsmi müraciət etmişlər. Lakin Sabunçu rayon Polis İdarəsi qeyd olunan mənzilə dair çıxarışın olmaması əsası ilə onların yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5502/2023 saylı 23 iyun 2023-cü il tarixli qərarı iddia ərizəsi təmin olunmuş, iddiaçı və ailə üzvlərinin ünvan 2 ünvanına pasport qeydiyyatına alınması öhdəliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə həvalə olunmuşdur. Sonradan məlum olmuşdur ki, onların yaşadıqları ünvan ünvan 4onra Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Elçin Mustafayev küçəsi ev 3 ünvanına pasport qeydiyyatına alınması üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə rəsmi müraciət etmişlər. Lakin Sabunçu rayon Polis İdarəsi qeyd olunan mənzilə dair çıxarış olmadığından onları pasport qeydiyyatına alınmaqlarına dair imtina verərək məhkəməyə müraciət etmələrini tövsiyə etmişlər. “Azəriqaz” İB ilə mərhum həyat yoldaşı X45 arasında xx.xx.2019-cu il tarixli qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilədən görünür ki, iddiaçılar Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Elçin Mustafayev küçəsi ev 3 ünvanında yaşayırlar. Lakin Sabunçu rayonu, ünvan 6nçu rayon Polis İdarəsinin İnzibati Binasında müvəqqəti pasport qeydiyyatındadırlar. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13972/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdilər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi hərtərəfli, tam və obyektiv araşdırma aparmadan, hüquq normalarını düzgün tətbiq etmədən qərar qəbul etmiş, nəticədə maddi və prosesual hüquq normalarını pozmuşdur. Belə ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyət hüququnu təsdiq edən çıxarışı olmaması vəziyyəti dəyişmir. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun məqsədləri üçün qanunverici “şəxsin yaşayış yeri” anlayışını həmin Qanunun özündə təsbit etmişdir. Həmin Qanunun 2-ci maddəsinin birinci abzasına görə, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. ünvan 7 ünvanında yerləşən yaşadığımız fərdi yaşayış evinin texniki pasportunda ünvan öz əksini tapmışdır. Həmçinin, onların Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Elçin Mustafayev küçəsi ev 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşadıqları barədə Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən dəfələrlə aldıqları arayışlar və qeyd olunan ünvana dair Maştağa Bələdiyyəsinin vergi ödəyicisi kimi uçota alınma barədə verilmiş şəhadətnamə məhkəmə tərəfindən şübhə altına alınmışdır. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ona deməyə əsas verir ki, əgər iddia olunan yaşayış yeri üzrə başqa fiziki şəxslərin qeydiyyata alınması halı müəyyən olunursa, bu zaman qeydiyyata alınmağı tələb edən şəxsin də bərabərlik hüququ baxımından həmin yaşayış sahəsinə yaşayış yeri üzrə qeydiyyata alınmasını tələb etmək hüququ yaranır (oxşar qərarlar-Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-849/2022 saylı, xx.xx.2022-ci il tarixli, və 2-1(103)-474/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarları). Göründüyü kimi, işə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən iddiaçıların qeydiyyata alınmasını tələb etdiyi evin çıxarışı olmasa da, həmin evdə başqa şəxslərin qeydiyyatda olub-olmaması məsələsi araşdırılmamış, tələblərinin təmin olunmasından imtina üçün əsas kimi göstərilən “evə dair hüquqmüəyyənedici sənədin olmaması əsası”nın yeganə əsas kimi çıxış etməsinin mümkünlüyü məsələsinə həm də həmin evə başqa şəxslərin qeydiyyatının olması, inzibati orqan tərəfindən iddiaçıların tələbinin təmin olunmasından imtina edilərkən onların digər evə qeydiyyatı olan şəxslərə münasibətdə bərabərlik hüquqlarının pozulması meyarları baxımından hüquqi qiymət verilməmişdir. Beləliklə, iddiaçılar uzun illərdi qeydiyyata alınmasını tələb etdikləri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Elçin Mustafayev küçəsi ev 3 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayırlar. Buna görə də onlar uzun müddət yaşadıqları ünvana qeydiyyata alınmasını tələb etməkdə haqlıdır. Cavabdeh inzibati orqan isə onların sözügedən evə qeydiyyata almaqdan imtina edərkən buna əsas kimi həmin evin hüquqmüəyyənedici sənədinin mövcud olmadığına istinad edir. Halbuki, həmin evdə başqa şəxslərin qeydiyyatının aparılması işin araşdırılan halları ilə təsdiq olundu. Belə olan halda cavabdeh inzibati orqan başqa şəxslərin qeydiyyatının aparıldığı ünvana iddiaçının da (bu ünvanda daimi olaraq uzun müddət yaşamasına baxmayaraq) qeydiyyatının aparılmasından yalnız həmin evə dair hüquqmüəyyənedici sənədin mövcud olmaması əsası ilə imtina edə bilməzdi, başqa sözlə desək, cavabdehin göstərdiyi dəlil hazırki vəziyyətdə yeganə imtina əsası kimi çıxış edə bilməzdi. Birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçılar apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlıdırlar. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişlər. Cavabdeh inzibati orqan məhkəməyə məktub göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı tələbi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Elçin Mustafayev küçəsi ünvanında yerləşən 3 nömrəli fərdi yaşayış evinə qeydiyyata alınmaları vəzifəsinin cavabdehə həvalə edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmiş mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıların qeydiyyata alınmasını xahiş etdikləri əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır, özbaşına tikilidir. Belə olan halda aydın olur ki, iddiaçılar yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün istinad edilən Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş sənədlərdən hər hansı birinə malik deyildir. İddiaçılar qeydə alınmalarını tələb etdikləri evə dair Qanunun 5-ci maddəsində nəzərdə tutulan mülkiyyət və ya qanuni istifadə hüquqlarını təsdiq edən sənədi və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməməklə aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən iddia tələbi təmin olunmamalıdır. İddiaçıların həmin ünvanda yaşamaqla kommunal xidmətlərə görə haqq ödəməsi və ya yaşayış evinə ünvan verilməsi Qanunun 5-ci maddəsində göstərilən sənədləri əvəz edən hal kimi qiymətləndirilə bilməz. İddiaçıların sənəd qismində təqdim etdiləri “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasport əsasında da onların yaşayış yeri üzrə qeydiyyata alınma məsələsi həll olunmur. Birincisi həmin pasport iddiaçıların adına deyil, digər fiziki şəxsin adınadır ki, həmin şəxs ilə iddiaçılardan hər hansı biri arasında mülki münasibətlərin mövcudluğu müəyyən olunmur. İkincisi isə, həmin pasportda ünvan olaraq “Revolyusiya küçəsi 3” göstərilmişdir. Məhkəmə araşdırılması zamanı sorğuda ünvan 7 ünvanına dair bütün hüquqmüəyyənedici sənədlər tələb olunsa da, sözügedən pasportun həmin ünvana aid olduğu müəyyən olunmamışdır. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Hazırki işdən müəyyən olunur ki, cavabdeh inzibati orqanın imtinasının dəlili Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Elçin Mustafayev küçəsi ünvanında yerləşən 3 nömrəli fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən sənədin iddiaçılar tərəfindən təqdim olunmaması, yəni evin özbaşına tikili olmasıdır. Sabunçu RİH başçısının Maştağa qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 16 noyabr 2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilir ki, Maştağa qəsəbəsi E.Mustafayev küç., ev 3 ünvanında 3 fərdi yaşayış evi mövcuddur. Qəsəbə nümayəndəliyində olan məlumata əsasən faktiki yaşayan şəxslər bunlardır: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5, Quliyev Abbasqulu, Quliyeva Mehriban, Quliyev Gülmirzə, Quliyeva Turbət, Quliyev Məzahir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 11 noyabr 2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilir ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı1 xx.xx.2002-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Bakı şəhəri, Nəsimi rayonu, 7-ci Binəqədi küçəsi, ev ЗА, mənzil 36-da, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Bakı şəhəri, Ə.Salamzadə küçəsi, (Yasamal RPİ-nin İnzibati Binası) 5-də, xx.xx.2017-ci il tarixdən hazırki vaxtadək Bakı şəhəri, Sabunu rayonu, ünvan 9 ünvanında qeydiyyatdadır. xx.xx.1993-cü il təvəllüdlü İddiaçı2 xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixədək Bakı şəhəri, Nəsimi rayonu, Ə.İsgəndərov küçəsi, ev ЗА, mənzil 36-da, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Bakı şəhəri, Ə.Salamzadə küçəsi, (Yasamal RPİ-nin İnzibati Binası) 5-də, xx.xx.2022-ci il tarixdən hazırki vaxtadək Bakı şəhəri, Sabunu rayonu, ünvan 9 ünvanında qeydiyyatdadır. xx.xx.1992-ci il təvəllüdlü İddiaçı3 xx.xx.2017-ci il tarixdən hazırki vaxtadək ünvan 10 ünvanında qeydiyyatdadır. ünvan 11 ünvanında 08.11,1968-ci il təvəllüdlü X19, xx.xx.1969-cu il təvəllüdlü X4, xx.xx.1973-ci il təvəllüdlü X20, xx.xx.1974-cu il təvəllüdlü X21, xx.xx.1993-cü il təvəllüdlü X7, xx.xx.1997-ci il təvəllüdlü X1, 31,08.1997-ci il təvəllüdlü X12, xx.xx.1997-ci il təvəllüdlü X25, xx.xx.2004-cü il təvəllüdlü X40, xx.xx.2022ci il təvəllüdlü X22 yaşayış yeri üzrə qeydiyyatdadırlar. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən verilmiş 21 noyabr 2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilir ki, göstərilən vətəndaşlara məxsus “şəxsiyyət vəsiqəsi” aktivdir və Bakıxanov qəsəbəsi Sülh 8 inzibati binada qeydiyyatdadırlar. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 28 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, qeyd olunan fərdi yaşayış evlərinin dövlət reyestrində hüquqi qeydiyyatına dair məlumat aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 02 dekabr 2024-cü il tarixli məktubunda qeyd edilir ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Sorğuda qeyd olunan şəxslərin adlarına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçıların apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Elçin Mustafayev küçəsi ünvanında yaşayan digər şəxslərin qeydiyyata alınması həyata keçirilməsinə baxmayaraq, onlara qarşı fərqli mövqe nümayiş etdirilərək hüquqları pozulmuşdur. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı ünvan 7 ünvanında qeydiyyatda olan şəxslər barədə məlumatların, onların həmin evə qeydiyyata alınması üçün əsas olmuş sənədlərin təqdim edilməsi məqsədilə Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə sorğu göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 10 iyun 2025-ci il tarixli, 18/2-15671 nömrəli məktubunda qeyd edilir ki, ünvan 7 ünvanında X21 xx.xx.2006-cı il tarixdən, X26 xx.xx.2015-ci il tarixdən, X8 xx.xx.2011-ci il tarixdən, X19 xx.xx.2005-ci il tarixdən, X20 xx.xx.2005-ci il tarixdən, X2 xx.xx.2015-ci il tarixdən, X40 xx.xx.2016-cı il tarixdən, X9 xx.xx.2015-ci il tarixdən, X27 xx.xx.2013-cü il tarixdən, X41 xx.xx.2005-ci il tarixdən, X28 xx.xx.2016-cı il tarixdən, X10 xx.xx.2014-cü il tarixdən, X15 xx.xx.2018-ci il tarixdən, X16 xx.xx.2006-cı il tarixdən, X23 xx.xx.2009-cu il tarixdən, X3 xx.xx.2005-ci il tarixdən, X29 xx.xx.2015-ci il tarixdən, X37 xx.xx.2016-cı il tarixdən, X13 xx.xx.2015-ci il tarixdən, X17 xx.xx.2014-cü il tarixdən, X30 xx.xx.2004-cü il tarixdən, X31 xx.xx.2003-cü il tarixdən, X4 xx.xx.2009-cu il tarixdən yaşayış yeri üzrə qeydiyyatdadırlar. Qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olunmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərilməsi mümkün deyildir. Əlavə olaraq bildirilmişdir ki, göstərilən ünvanda xx.xx.2023-ci il tarixdən qeydiyyatda olan X24 həmin ünvanda qeydiyyatda olan valideyninin yaşayış yeri üzrə qeydiyyata alınmaqla azyaşlıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5502/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçılar eyni əsasa və sənədlərə istinad edərək, ünvan 12 ünvanına pasport qeydiyyatına alınmalarını xahiş etmiş, məhkəmənin həmin qərarı ilə iddia təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5502/2023 saylı, 02 iyun 2025-ci il tarixli qərardadına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(103)-5502/2023 nömrəli qərarı üzrə tələbdən imtinası qəbul edilmişdir. Göründüyü kimi, işə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən iddiaçıların qeydiyyata alınmasını tələb etdiyi evin özbaşına tikili olsa da, həmin ünvanda başqa şəxslərin qeydiyyatda olub-olmaması, iddiaçının tələbinin təmin olunmasından imtina üçün əsas kimi göstərilən “evə dair hüquqmüəyyənedici sənədin olmaması əsası”nın yeganə əsas kimi çıxış etməsinin mümkünlüyü məsələsinə həm də həmin evə başqa şəxslərin qeydiyyatının olması, inzibati orqan tərəfindən iddiaçıların tələbinin təmin olunmasından imtina edilərkən onların digər şəxslərə-evə qeydiyyatı olan şəxslərə münasibətdə bərabərlik hüququnun pozulması meyarları baxımından hüquqi qiymət verilməmişdir. Beləliklə, iş üzrə müəyyən olundu ki, iddiaçılar ünvan 7 ünvanında fərdi yaşayış evinə qeydiyyata alınmalarını tələb etməkdə haqlıdır. Cavabdeh inzibati orqan isə iddiaçıları sözügedən evə qeydiyyata almaqdan imtina edərkən buna əsas kimi həmin evin hüquqmüəyyənedici sənədinin mövcud olmadığına istinad edir. Kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan başqa şəxslərin qeydiyyatının aparıldığı ünvana iddiaçıların da qeydiyyatının aparılmasından yalnız həmin evə dair hüquqmüəyyənedici sənədin mövcud olmaması əsası ilə imtina edə bilməzdi, başqa sözlə desək, cavabdehin göstərdiyi dəlil hazırki vəziyyətdə yeganə imtina əsası kimi çıxış edə bilməzdi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə tərkibi hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Göründüyü kimi, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Qeyd olunanlara əsasən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13972/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Elçin Mustafayev küçəsi ünvanında yerləşən 3 nömrəli fərdi yaşayış evinə qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13972/2024 saylı, 02 dekabr 2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Elçin Mustafayev küçəsi ünvanında yerləşən 3 nömrəli fərdi yaşayış evinə qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-1535/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1535/2025
24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver