Məhkəmə qərarları › İş №2-1(103)-1536/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1536/2020

30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1536/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və İddiaçı Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 X1rşı pensiyanın yenidən hesablanaraq ödənilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3024/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 X1rşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddiaçının “İddiaçı faktiki xidmət illərinin 37 il 6 gün olmasını nəzərə alaraq onun pensiya təminat xərcliyinin 100 faizi məbləğində yenidən hesablanması və 1 qrup əlil həyat yoldaşı X2 müalicəsi üçün keçmiş dövr üçün fərq məbləğinin tam şəkildə ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X13 X7 İdarəsinə həvalə edilməsi”nə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2014-cü ilin dekabr ayında Daxili İşlər orqanlarından xidmətdən xaric edilmişdir və xx.xx.2015-ci il tarixli məlumat vərəqinə əsasən xx.xx.2014-cü il tarixdə 35 il 10 ay 13 gün iş stajı ilə müvafiq təminat xərcliyinin 95 faizi məbləğində əmək pensiyası təyin edilmişdir. DİO-da xidmətdən əsassız çıxarıldığından xx.xx.2015-ci il tarixdə yenidən DİO-ya qaytarıldığına görə əmək pensiyasının dayandırılması barədə DSMF-yə ərizə ilə müraciət etmişdir. xx.xx.2016-cı ıl tarixdə öz xahişi ilə təqaüdə çıxmış və ona 37 il 6 gün iş stajı ilə müvafiq təminat xərcliyinin 100 faizi məbləğində əmək pensiyası təyin edilmişdir. Əvvəlki pensiya məbləğinin sonrakından çox olduğunu nəzərə alaraq məcbur qalıb məhkəməyə müraciət etmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə xx.xx.2015-ci il tarixli məlumat vərəqinə əsasən xx.xx.2014-cü il tarixdə təyin edilmiş yaşa görə əmək pensiyasının xx.xx.2016-cı il tarixdən yenidən hesablanaraq verilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmənin qərarı qismən icra olunmuş, yəni faktiki iş stajı 37 il 6 gün olduğu halda, pensiyası 35 il iş stajı ilə müvafiq təminat xərcliyinin 95 faizi məbləğində hesablanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən, iş stajının faktiki olaraq 37 il 6 gün olması nəzərə alınaraq müvafiq təminat xərcliyinin 100 faizi məbləğində əmək pensiyasının yenidən hesablanması və ötən dövrə görə fərq məbləğinin ödənilməsi üçün xx.xx.2019-cu il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Həmin idarənin xx.xx.2019cu il tarixli **********0 saylı cavab məktubuna əsasən ərizənin təmin edilməsinin əvvəlki məhkəmə qərarının tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya xx xxxxxx 2014-cü il tarixindən xx xxxxxx 2015-ci il tarixli məlumat vərəqəsi əsasında 35 il 10 ay 13 gün xidmət ilinə görə həmin məlumat vərəqəsindəki təminat xərcliyinin (886.85 manat) 95 faizi məbləğində pensiya təyin edilmişdir. Daxili İşlər Nazirliyi tərəfindən cavabdehə daxil olmuş xx xxxxxx 2015-ci il tarixli məktuba əsasən, iddiaçının daxili işlər orqanlarında yenidən xidmətə qəbul olunması ilə əlaqədar olaraq pensiya ödənişi dayandırılmışdır. Xidmətdən tərxis olunduqdan sonra iddiaçıya aid Daxili İşlər Nazirliyi tərəfindən cavabdehə təqdim olunmuş xx xxxxxx 2017-ci il tarixli məlumat vərəqəsinə əsasən 37 il 6 gün xidmət illərinə görə təminat xərcliyinin 100 faizi məbləğində pensiya hesablanmışdır. Lakin iddiaçı bununla razılaşmamış, məhkəməyə müraciət etmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-1(81)-5302 nömrəli qərarı ilə iddiaçının pensiyasının xx xxxxxx 2017-ci il tarixli məlumat vərəqəsinə əsasən deyil, xx xxxxxx 2015-ci il tarixli məlumat vərəqəsinə əsasən hesablanması qət olunmuşdur. Qətnamədən şikayət verilməmiş, qətnamə artıq qüvvəyə minmiş və icra olunmaqla iddiaçıya pensiya yenidən hesablanmışdır. Hazırda isə iddiaçı pensiyasının xx xxxxxx 2017-ci il tarixli məlumat vərəqəsindəki xidmət illərinə uyğun olaraq hesablanmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3024/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 X1rşı pensiyanın yenidən hesablanaraq ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış və məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, onlar pensiyanı daxil olan məlumat vərəqəsi əsasında hesablayırlar. İddiaçının da pensiyası onun tərəfindən təqdim olunmuş məlumat vərəqəsi əsasında hesablanmışdır. Lakin iddiaçı bununla razı olmamış və məhkəməyə müraciət edərək onun pensiyasının təminat xərcliyinin daha çox olduğu əvvəlki məlumat vərəqəsi əsasında hesablanmasını xahiş etmiş və 01 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə iddiası təmin olunmuşdur. Məhkəmənin həmin qərarı qüvvəyə minmiş və inzibati orqan tərəfindən icra olunmaqla pensiyası yenidən hesablanmışdır. Cavabdeh orqan tərəfindən iddiaçıya aid məlumatların başqa başqa məlumat vərəqələrindən götürülməsi qanunun tələblərinə ziddir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx xxxxxx 2015-cil tarixində İdarəyə xx xxxxxx 2015-ci il tarixli 01 nömrəli məlumat vərəqəsi göndərmiş və həmin məlumat vərəqəsinə əsasən iddiaçının xidmət illəri 35 il 10 ay 13 gün (təqvimi xidmət illəri 31 il 3 ay 4 gün, güzəştli xidmət illəri 4 il 7 ay 9 gün), sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı isə 385,00 manat, rütbə maaşı 134,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavə -207,60 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə -96,25 manat və ərzaq payı əvəzinə verilən kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyinin 886,85 manat göstərilmişdir. Həmin məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq x xxxxxx 2015-ci il tarixində İdarə tərəfindən iddiaçıya 35 il 10 ay 13 gün xidmət müddətinə görə təminat xərcliyinin (886,85 manat) 95 faizi-842,51 manat məbləğində pensiya təyin edilmiş və pensiyası hüququnun yarandığı xx xxxxxx 2014-cü il tarixindən hesablanmışdır. Əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 8832,67 manat məbləğində pul vəsaiti xx.xx.2015xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində hissə-hissə müvafiq kart hesabına köçürülmüşdür. İddiaçının daxili işlər orqanlarında yenidən xidmətə qəbul olunması ilə əlaqədar pensiya ödənişi dayandırılmışdır. Xidmətdən yenidən tərxis olunduqdan sonra ona aid Daxili İşlər Nazirliyi tərəfindən İdarəyə təqdim olunmuş xx xxxxxx 2017-ci il tarixli 1267 nömrəli məlumat vərəqəsinə əsasən 37 il 6 gün xidmət müddətinə görə pensiya ödənişi bərpa edilmişdir. Bundan sonra iddiaçı köhnə məlumat vərəqəsinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanmasına dair məhkəmədə iddia qaldırmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-1(81)- 5302/2017 nömrəli qərarı ilə xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsindən İddiaçı barəsində cavabdehə ünvanlanmış məlumat vərəqinə əsasən xx xxxxxx 2014-cü il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının xx.xx.2016-cı il tarixdən yenidən hesablanaraq verilməsi və xx.xx.2016-cı il tarixdən sonrakı dövr üçün yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 Hərbi Qulluqçular və X8 İş İdarəsinə həvalə edilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-1(81)- 5302/2017 nömrəli Qərarı qanuni qüvvəyə minmiş və icra edilərək iddiaçının əmək pensiyası xx xxxxxx 2016-cı il tarixindən yenidən hesablanmışdır. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını qanuni və əsaslı hesab edərək iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Hazırkı iddia tələbindən göründüyü kimi iddiaçı əmək pensiyasının xx xxxxxx 2017-ci il tarixli 1267 nömrəli məlumat vərəqəsində göstərilən (hansı ki, məhkəmə qaydasında imtina etdiyi) 37 il 6 gün xidmət müddətinə görə əlavəni nəzərə almaqla məhkəmə qərarı ilə pensiya təyin edilməsini tələb etdiyi məlumat vərəqəsində (hansı ki, həmin vaxt xidmətdən buraxılarkən 37 il stajı yox idi) göstərilən təminat xərcliyi əsasında yenidən hesablanmasını tələb edir. Yəni iddiaçı pensiya təyin edilməsi üçün göndərilən məlumat vərəqəsi tərtib edilərkən (xidmətdən buraxılarkən) mövcud olmuş stajının yox, sonradan işlədiyi və topladığı stajının və həmin stajın verdiyi əlavənin nəzərə alınmaqla pensiyasına əlavə edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən hərbi qulluqçunun təminat xərcliyi hərbi xidmətdən buraxıldığı günə mövcud olan məbləğə uyğun hesablanır. İddiaçı hərbi xidmətdən buraxıldığı gün, yəni hazırda pensiyanın təyin edilməsinə əsas olan və qüvvədə olan məhkəmə qərarı əsasında yenidən hesablanmasını nəzərdə tutan məlumat vərəqəsi tərtib edilərkən müvafiq iş stajına malik olmamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası-bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular-Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları» təsdiq edilmişdir. Qaydaların 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara – Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X11 təqdim olunması qaydalarını müəyyən edir. Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Qaydaların 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X11 təqdim edilir. Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X11 təqdim olunur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiyası məhkəmənin qanuni qüvvəyə minmiş qərarı (1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-1(81)-5302/2017 nömrəli Qərarı) əsasında xx.xx.2015-ci il tarixli məlumat vərəqinə uyğun hesablandığından və həmin vaxt, yəni hərbi xidmətdən buraxıldığı günə müvafiq iş stajına (37 il 6 gün) malik olmadığından iddia əsassızdır. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinə əsasən pensiyanın yenidən hesablanmasına dair dəlillərini əsassız hesab edir. Belə ki, iddiaçının pensiyası qüvvədə olan məhkəmə qərarı əsasında yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqe qanuni və əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3024/2020 saylı, xx xxxx 2020ci il tarixli qərarıdəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar