Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1536/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X8 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdeh DƏDKR-in 1 saylı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və X2 cavabdehlər Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 5 saylı notariat ofisinə və Bakı şəhəri 27 saylı notariat ofisinə (üçüncü şəxs X5) qarşı “sərəncamın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13348/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçılar İddiaçı1 və X6 cavabdehlər Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 27 saylı notariat ofisinə və Bakı şəhəri 5 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilin icarə müqaviləsinin X3 adına keçirilməsi barədə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 1382 nömrəli, xx.xx.2000-ci il tarixli Sərəncamının ləğv edilməsi və həmin sərəncamdan irəli gələn hüquqi nəticələrin etibarsız hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13348/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar xx.xx.2023-cü il tarixdə nümayəndəsi vasitəsilə elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Daha sonra, iddiaçıların nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə e-kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək, buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, birinci insatnsiya məhkəməsinin qərardadı bu günə kimi ona çatdırılmamış, lakin xx.xx.2023-cü il tarixdə şəxsi kabinetinə yerləşdirilmişdir. Eyni zamanda bildirmişdir ki, səhhətində olan nasazlıq səbəbindən həmin məlumatlrla vaxtında tanış ola bilməmiş, nəticədə apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan müddəti ötürmüşlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 87.2-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məcəllənin qeyd olunan tələbi baxımından, iddiaçıların nümayəndəsi tərəfindən qərardaddan apellyasiya şikayəti vermə müddətinin buraxıldığı və müddətin bərpası barədə ərizə təqdim olunduğu nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixinə, yəni, hazırkı günə həmin ərizəyə və apellyasiyanın mümkünlük məsələsinə baxılması üzrə şifahi məhkəmə iclası təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil qərarın poçt vasitəsi ilə onlara təqdim olunmadığını, elektron kabinetə yüklənən vaxt səhhəti ilə əlaqədar kompüterlə işləmədiyini bildirərək, buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi məsələnin həllini məhkəmənin səlahiyətinə buraxdığını bildirmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə müddətin bərpası barədə ərizəsi təmin edilməməli, apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmamalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Həmin Məcəllənin 9-1.3-cü maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13348/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadının surəti e-məhkəmə informasiya sistemi vasitəsi ilə xx.xx.2023-cü il tarixidə rəsmi qaydada iddiaçıların vəkili Vəkil elektron kabinetinə yerləşdirilməklə ona təqdim edilmişdir (i.v.104). Göründüyü kimi, məhkəmənin qərardadı e-məhkəmə informasiya sistemi vasitəsilə xx.xx.2023-cü il tarixidə alındığı vaxtdan hesablandıqda, İPM-in 85.1-ci 22.1-ci maddələrinə əsasən 10 günlük şikayət vermə müddətinin son günü xx.xx.2023-cü il tarixinə düşür. Lakin işə əlavə olunmuş apellyasiya şikayətindən görünür ki, xx.xx.2023-cü il tarixdə e-kabinet vasitəsilə məhkəməyə təqdim edilmişdir. Yəni, şikayət İPM-in 85.1-ci maddəsi ilə müəyyən olunan 10 günlük şikayət vermə müddəti ötürülməklə verilmişdir. Belə olan halda, İPM-in 1.2-ci və 81.2 maddəlrinin göndərişləri baxımından, MPMin 130.1-ci maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İddiaçıların nümayəndəsi (vəkili) müddətin bərpası barədə ərizəsində müddətin ötürülməsinin üzürlü səbəbi kimi səhhətində olan problemləri əsas gətirsə də, həmin günlərdə onun stasionar və ya ambulator müalicə aldığına dair hər hansı sənəd-sübut ərizəsinə əlavə edilməmiş, hazırkı məhkəmə iclasında da belə sübutlar onun tərəfindən məhkəməyə təqdim edilməmişdir. Halbuki, İPM-in 24.2-ci maddəsinin tələbinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. «X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Beləliklə də, qeyd olunanlar baxımından, iddiaçıların nümayəndəsinin müddətin bərpası barədə ərizəsinin təmin olunması və onun apellyasiya şikayətinin mümkün sayılmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Bu baxımdan, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçıların nümayəndəsinin müddətin bərpası barədə ərizəsinin təmin edilməsindən imtina olunması və onun apellyasiya şikayəti üzrə apelyasiyanın mümkün sayılmaması, onu vermiş iddiaçılara (nümayəndəsinə) qaytarılması barədə qərardad çıxarılmalıdır. İPM-in 87.3-cü maddəsinin tələbinə görə apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçıların nümayəndəsi tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13348/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından verdiyi apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və onu vermiş iddiaçılara (nümayəndəsinə) qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1536/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1536/2024
08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver