Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1537/2020 24.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı, vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X10nin nümayəndəsi X9, vəkili X3, 3-cü şəxs X14 və nümayəndəsi X15, 3-cü şəxs X7 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1nə və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X10nə (Azərbaycan Respublikası Prezidenti X6- Südçülük Sovxozu) (3-cü şəxslər X20, X21, X5, X11, X8) qarşı “sərəncamdan çıxarışın və əmrin etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3209/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X10nə (3-cü şəxslər X20, X21, X5, X11, X8) X20, X21, X1 adlarına verilmiş Azərbaycan Respublikası Cavabdeh1 üzrə xx.xx.1999-cu il tarixli 096 nömrəli əmrdən çıxarışın və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X10nin xx.xx.2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışın etibarsız hesab edilməsi, X11, X4 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320 və 178.2.4-cü maddələrinin tərkib əlamətləri olduğuna görə barələrində xüsusi qərar çıxarılaraq Prokurorluq orqanına göndərilməsi barədə qərardad çıxarılması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(112)-3209/2020 saylı qərardadı ilə iddia, mümkün sayılmamışdır. İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(103)-1537/2020 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3209/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından apelyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3209/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxılması mümkün hesab edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə, təqdim olunmuş ərizəni, sübut və faktları hərtərəfli və obyektiv araşdırmamış, onlara düzgün hüquqi qiymət verə bilməmiş, müdafiəçinin iştirakını təmin etməmiş, nəticədə prosessual və maddi hüquq normalarının tələbləri pozulmaqla qərardad qəbul edilmişdir. xx.xx.2020ci il tarixə təyin edilmiş məhkəmə prosesində vəkilin anası vəfat etdiyinə görə təxirə salınmasını xahiş etsə də məhəl qoyulmamış, bununla da onun peşəkar hüquqi yardımdan istifadə hüququ pozulmuşdur. İddianın dəqiqləşdirilməsinə dair ərizə məhkəməyə poçt vasitəsilə xx.xx.2020-ci il tarixdə göndərilməsinə baxmayaraq müddəti ərizənin dəftərxanaya daxil olduğu gündən hesablayır. Hansı ki, müddət poçta daxil olduğu gündən hesablanmalıdır. Həmçinin məhkəmə öz mülahizəsinə uyğun olaraq təqdim olunmuş sərəncamdan çıxarışa hüquqi qiymət vermişdir. Məhkəmə normanın tələbini təhrif etmiş, öz mülahizəsinə uyğun olaraq təqdim olunmuş sərəncamdan çıxarışa hüquqi qiymət vermişdir. Hansı ki, inzibati akt həmin normada qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri kimi hüquqi qiymət verilir. İddiaçının təqdim etdiyi Abşeron İHB-nin xx.xx.1999-cu il tarixli, 096 saylı sərəncamdan çıxarışda da konkret məsələni nizama salır, iddiaçıya hüquqi nəticə yaradır. Yəni konkret olaraq sərəncamdan çıxarışın mətnində iddiaçıya konkret olaraq torpaq sahəsinin ayrılması göstərilmiş və icrasına nəzarət qeyd edilmişdir. Belə olan halda məhkəmənin sərəncamdan çıxarışı inzibati akt saymaması aydın deyil və məntiqsizdir. İş üzrə 3-cü şəxslərin həmin sərəncamı nə vaxt almaları və necə əldə etmələri ona axır zamanlar, yəni torpaq sahəsini satmaq istəyərkən məlum olmuşdur. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili apelyasiya şikayətini müdafiə edib təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, 30 gün müddətində şikayət verilə bilər. Həmin normanın bu işə aidiyyəti yoxdur. Torpaq 1999-cu ildə sərəncam əsasında ayrılıb. Hansı hüquqlarına toxunur ki, sərəncamdan şikayət versin. Əmrdən çıxarış icra hakimiyyəti tərəfindən verilməyib. Rayon məhkəməsi iddianı qismən təmin edirsə, Bakı Apelyasiya Məhkəməsi xitam verirsə, inzibati məhkəmə də mümkün hesab etmirsə harada baxılmalıdır. Birinci instansiya məhkəməsinin sərəncamdan çıxarışın inzibati akt olmaması fikri ilə qətiyyən razı deyillər. Torpaq onlardadır. Sənədlərin əsli yoxdur deyə reyestr xidmətinə müraciət edə bilmirlər. Onlar torpaq sahəsini sənədlərin əsli və etibarnamə ilə satmaq istəyirlər. Daşınmaz Əmlak onlardan sənədlərin əsllərini istəyir. Əslləri onlarda deyil. Mülki qaydada baxılan işdə eyni predmet və eyni subyektlər olublar. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X10nin nümayəndəsi və vəkili apelyasiya şikayətinin təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdıqlarının bildirdilər. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X21 və nümayəndəsi X22, 3-cü şəxs X7 nümayəndəsi Nümayəndə apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Digər cavabdeh və 3-cü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə qeyd olunan şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddia tələbi iki hissədən ibarətdir: - X20, X21, X1 adlarına verilmiş Azərbaycan Respublikası Cavabdeh1 xx.xx.1999cu il tarixli 096 nömrəli Sərəncamından çıxarışın və X20, X21, X1 adlarına verilmiş Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X10nin xx.xx.2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışın etibarsız hesab edilməsi; - X11, X4 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320 və 178.4-cü maddələrinin tərkib əlamətləri olduğuna görə barələrində xüsusi qərar çıxarılaraq Prokurorluq orqanına göndərilməsi barədə qərardad çıxarılması. Birinci instansiya məhkəməsi iddia tələbinin birinci hissəsinn qeyri-mümkün hesab edilməsi ilə bağlı dörd əsasa istinad etmişdir. - Tərəflər mübahisə predmeti üzrə eyni hüquqi maraqlara malik deyillər və cavabdehlərə qarşı yönələn tələb eyni faktiki və hüquqi hallara söykənmir. - Sərəncamdan çıxarış və əmrdən çıxarış inzibati akt deyil. - Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X18 inzibati orqan deyil. - xx.xx.2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarış inzibati akt hesab edilsədə belə Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X10 tərəfindən 3-cü şəxslərin adlarına hər hansı əmrin verilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi qeyd edir ki, hazırkı inzibati məhkəmə icraatında iddia tələbi yalnız Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30-cu maddəsində nəzərdə tutulmuş halda birgə cavabdehlərə qarşı yönəldilə bilərdi. İddiaçı birgə cavabdeh qismində Azərbaycan Respublikası Cavabdeh1 və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X10ni göstərsə də, onlara qarşı yönələn tələbin eyni faktiki və hüquqi hallara söykənməsini əsalandıra bilməmişdir. Prosessual həmiştirakçılıq o zaman mümkündür ki, tərəflər mübahisə predmeti üzrə eyni hüquqi maraqlara malik olsunlar və ya eyni faktiki və hüquqi hallara söykənən hüquq və vəzifələrə malik olmaqlarını bildirsinlər. Məhkəmə “X20, X21, X1 adlarına verilmiş Azərbaycan Respublikası Cavabdeh1 xx.xx.1999-cu il tarixli 096 nömrəli Sərəncamından çıxarışın və “Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X10nin xx.xx.2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışın etibarsız hesab edilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, etibarsızlığının tanınması tələb edilən müvafiq olaraq Sərəncamdan və əmrdən çıxarışlar inzibati akt deyil. Belə ki, iddiaçı Sərəncam və əmr deyil Sərəncamdan və əmrdən çıxarışların etibarsız hesab edilməsini tələb edir, Sərəncamdan və əmrdən çıxarış isə məlumat xarakteri daşıyır və heç bir hüquqi nəticə yaratmadığı üçün inzibati akt hesab edilmir. (hüquqi nəticə yaradan və inzibati akt olan mçüvafiq olaraq sərəncam və əmrdir). Sözügedən aktda “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin (inzibati aktın mövcudluğu üçün) şərtləndirdiyi inzibati orqan tərəfindən kənara (xaricə) münasibətdə bilavasitə nəticələr yaratmaqla “nizamasalma (həll etmə)” ünsürü yoxdur və ünvanlandığı şəxs (şəxslər) üçün hər hansı hüquqi nəticələr yaratmır. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh kimi göstərilmiş Azərbaycan Respublikası Prezidenti İşlər idarəsinin X18 inzibati orqan deyildir. Belə ki, “İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Azərbaycan Respublikası Prezidenti İşlər idarəsinin X10 inzibati orqan kimi müəyyən olunmamışdır. Məhkəmə daha sonra qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X10 inzibati orqan, xx.xx.2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışı isə inzibati akt hesab edilsə də belə, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X10 tərəfindən X20, X21, X1 adlarına hər hansı əmrin verilməsi iş materialları ilə öz təsdiqini tapmadığından iddia tələbi bu hissədə də mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin mümkün hesab edilməməsi ilə bağlı qeyd etdiyi hallarla qismən razılaşaraq əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. İş materiallarının araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh1 Başçısının xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0,10 hektar hesabı ilə 50 ailə üçün 5 hektar həyətyanı torpaq fondu, 1.5 hektar küçə altına, cəmi 6.5 hektar torpaq sahəsi ayrılmışdır. İddiaçı 0,10 torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti X19 qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin xx xxxx 1999-cu il tarixli qərarı və sovxozun xx xxxxxx 1999-cu il tarixli 27/K nömrəli əmri nəzərə alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddiaçıya ayrılmış torpaq sahəsinin hazırda onların istifadəsində olduğunu bildirmişdir. İddiaçının nümayəndəsi dövlət reyestrindən çıxarışın alınması ilə bağlı müraciət etməmələrinin səbəbi kimi isə sənədlərin əsllərinin onlarda olmadığını bildirmişdir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X10nin xx.xx.2019-cu il tarixli 153 nömrəli məktubunda isə qeyd edilir ki, İddiaçı X10 tərəfindən 0.10 ha mənzil tikintisi üçün torpaq sahəsi ayrılmışdır. X20, X21 və X2 adları isə X10nin arxiv qovluğunda aşkar edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hazırkı halda iddiaçı 3-cü şəxslər X20, X21, X1 adlarına verilmiş sərəncamdan və əmrdən çıxarışların (həmin sənədlərin qanuni olaraq verilməsi hazırkı iş materialları ilə müəyyən edilmir) onun hansı hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. Yəni həmin sənədlərin mövcud olmasının iddiaçıya dövlət reyestrindən çıxarışın verilməsi ilə müvafiq inzibati orqana müraciət etməsinə və ona dövlət reyestrindən çıxarışın verilməsindən imtina olunmasına əsas təşkil etməsi müəyyən edilmir. Birinci instansiya məhkəməsinin Cavabdeh1 sərəncamından çıxarışın inzibati akt olmaması ilə bağlı qeyd etdiklərinə münasibətdə isə kollegiya qeyd edir ki, həmin sərəncamın çıxarışından da göründüyü kimi, torpaq sahəsi Cavabdeh1 Başçısının xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamı ilə tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0.10 hektar hesabı ilə 50 ailə üçün ayrılmışdır. İş materiallarında olan xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamdan çıxarış isə iddiaçıya Azərbaycan Respublikası Prezidenti X19 qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin xx xxxx 1999-cu il tarixli qərarı və sovxozun xx xxxxxx 1999cu il tarixli 27/K nömrəli əmri nəzərə alınaraq verilmişdir. Yəni ilkin olaraq sərəncam veriləkən kimə münasibətdə torpaq sahələrinin ayrılması nəzərdə tutulmamış, yalnız ümumi olaraq torpaq sahəsi ayrılmışdır. “İnzibati icraat haqqında” qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Belə olan halda qeyd edilən sərəncamdan çıxarışın inzibati akt hesab edilməməsi üçün heç bir əsas yoxdur. İddia tələbinin ikinci X11, X4 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320 və 178.4-cü maddələrinin tərkib əlamətləri olduğuna görə barələrində xüsusi qərar çıxarılaraq Prokurorluq orqanına göndərilməsi barədə qərardad çıxarılması hissəsinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının iddia tələbi mümkün hesab edilmədiyindən, tərəflərin və digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərinin aşkara çıxarılması hazırkı mərhələdə mükünsüzdür. Bu səbəbdən iddia tələbi həmin hissədə də mümkün hesab edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi mümkün hesab edilə bilməz və iddianı mümkün saymayan birinci instansiya məhkəməsi doğru nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(112)-3209/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1537/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1537/2020
24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver