Məhkəmə qərarları › İş №2-1(103)-1537/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1537/2021

09.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1537/2021 09.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X5 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı birdəfəlik ödəmənin ödənilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1479/2021 saylı 09.02.2021-ci ilil tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqinqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, COVİD-19 pandemiyası ilə əlaqədar vətəndaşlara ayrılmış 190 manat məbləğində birdəfəlik ödəmənin aprel, may, iyul, avqust və dekabr ayları üçün birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı ailə başçısını (yoldaşını) itirdiyinə görə 2020-ci ilin yanvar ayına kimi müavinət almış, övladını təkbaşına böyütmüşdür. Hazırda onun 17 yaşı vardır. Müavinət dayandırıldıqdan sonra Dövlət Məşğulluq Xidmətinə iş axtaran kimi müraciət etmiş, iş olmadığından işsiz kimi qeydiyyata alınmış buna baxmayaraq işsizlik müavinəti təyin olunmamışdır. 2020-ci ilin fevral ayında məşğulluqda onu peşə hazırlığı üçün kursuna yazmışlar. həmin kurs mart ayının 10-da başlamalı olduğu halda, pandemiya ilə bağlı təxirə salınmışdır. Pandemiya (COVİD-19) ilə əlaqədar işsiz vətəndaşları üçün birdəfəlik yardım təyin edilmişdir. Belə ki, Nazirlər Kabinetinin 127 saylı Qərarına əsasən pandemiya dövründə xüsusi karantinin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi qaydası müəyyən olunmuşdur. O, işsiz, təkbaşına uşaq böyüdən bir ana olaraq bu yardımdan yararlanmaq üçün qeydiyyatdan keçmiş, lakin, telefonuna SMS bildirişi gələrək ona bildirilmişdir ki, peşə hazırlığına görə təqaüd (250 manat) təyin edildiyi üçün 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. Halbuki, həmin təqaüd ona təyin olunsa da verilməmiş, «Emin bəy» adlı şəxs “kursa yazılsanız da faktiki olaraq kursda iştirak etmək mümkün deyilsə, ödənişi edilə bilməz, gedib 190 manat almaq üçün çalışsın”- demişdir. Bundan sonra,o, DSMF-nin Yasamal rayon Şöbəsindən 190 manatı tələb etdikdə cavab olaraq, ona bildirmişlər ki, məşğulluq proqramı ilə təqaüdlü kursdan qeydiyyatdan keçmişdir, bu səbəbdən ona 190 manat yardım təyin oluna bilməz”. Cavabdehin iddiaçıya ünvanlanmış iddia ərizəsində iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırılmışdır ki, birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. İddiaçı müraciət tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD- 19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3.7-ci yarımbəndinə uyğun olaraq aztəminatlılıq meyarına cavab verməməsi səbəbindən birdəfəlik ödəməni almaq hüququ yaranmamış və buna görə birdəfəlik ödəmənin verilməsindən imtina olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1479/2021 saylı 09.02.2021-ci ilil tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və COVİD-19 pandemiyası ilə əlaqədar vətəndaşlara ayrılmış 190 manat məbləğində birdəfəlik ödəmənin aprel, may, iyul, avqust və dekabr ayları üçün cavabdeh tərəfindən birdəfəlik ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilərək, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə icraat İPM-in 85-ci və 35-ci maddələrinin tələblərii baxımından mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Qərar qanunsuz və əsassızdır. Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 №-li sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı»nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s saylı Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi və buna uğun vəsaitin ayrılması nəzərədə tutulmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 "ömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən birdəfəlik ödəmə Məşğulluq haqqında Qanuna uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur. Və ödənilir. Hazırda birdəfəlik ödəmənin verilməsi proqrammı başa çatdırılaraq icrası müddəti bitmiş və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödəmə təyin oluaraq, ödənişlər həyata keçirilmişdir. Birdəfəlik ödəmə həyata keçirilməmiş şəxs nazirliyin Məşbulluqu alt sisteminqdə (MAS) saxlanılır və bu şəxsin istəyi ilə müraciəti olduğu halda məşğuluğunun təmin olunması məsələsinə qanunvmüvafiq olaraq baxılır. Hazırda «Məşğulluq haqqında» Qanuna uyğun olaraq X4 tərəfindən işsiz şəxslərə onların işə düzəlməsinə və əmək bazarına qaytarılmsına kömək məqsədi ilə hazırlanan aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyən edən elektron sənəd olan fərdi məşğulluq proqramının tərtibi məqsədi ilə SMS-lər göndərilir. Fərdi məşğulluq proqramını təsdiq etmiş işsiz şəxslə Mərkəzdə iş aparılır, onun daimi işlə təmin edilməsi üçün vakansiyalara göndəriş verir və ya fərdi təsərrüfatının təşkili məqsədi ilə özünüməşğulluğa cəlb edir. Məhkəmə qanunvericiliyin imkanından istifadə etməəyərək dövlətin əlavə maliyyə yükünə səbəb olur. Məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmamış, işin həlli üçün zəruri olan halları müəyyən etmədən qərar qəbul etmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Qocayev apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, İddiaçı isə onunla razılaşmamış, iddia ərizəsinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, məhkəmənin qərarından görünür ki, iş materiallarına əsasən müəyyən etmişdir: «İddiaçı ailə başçısını (yoldaşını) itirməyə görə 2020-ci ilin yanvar ayına kimi müavinət almış, müavinəti dayandırıldıqdan sonra X3 işaxtaran kimi müraciət etmiş və işsiz kimi qeydiyyata alınmışdır. 2020-ci ilin fevral ayında peşə hazırlığına cəlb olunması barədə X3 yenidən müraciət etmiş və Agentliyin 03.03.2020-ci il tarixli, 03.03.2020-ci il tarixli, **********6 nömrəli məktubuna əsasən onun da cəlb olunması nəzərdə tutulan Bakı şəhər X6 tərəfindən təşkil olunmuş “qənnadçı-şirniyyatçı” peşə hazırlığı kursunun Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzində 10.03.2020-ci il tarixindən başlanılmasına razılıq verilmişdir. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə ölkə ərazisində koronavirus pandemiyasının (COVİD-19) yayılmasının qarşısının alınması, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə bütün təhsil müəssisələrində 2020-ci il mart ayının 3-dən başlayaraq 2019- 2020-ci tədris ilinin sonunadək tədris və təlim-tərbiyə prosesinin dayandırılması səbəbindən “qənnadçı-şirniyyatçı” peşə hazırlığı kursunda tədrisə başlanılmamış və bununla əlaqədar İddiaçı təqaüdün ödənişi həyata keçirilməmişdir…» Cavabdehin iddia ərizəsinə etirazına əsasən müəyyən olunur ki, iddiaçıya ona 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina olunmuş və bu imtinaya əsası kimi göstərilmişdir ki, İddiaçı müraciət tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3.7-ci yarımbəndinə uyğun olaraq aztəminatlılıq meyarına cavab verməməsi səbəbindən birdəfəlik ödəməni almaq hüququ yaranmamışdır. Apellyasiya şikayətinin qeyd olunan dəlillərindən isə göründüyü kimi, cavabdeh etirazında qeyd etdiyi həmin əsasdan fərqli olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s saylı Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına və 2020-ci il 7 aprel tarixli 127 "nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaya müvafiq olaraq (190 manat) birdəfəlik ödəmənin verilməsi proqramının hazırda başa çataraq icrası müddəti bitdiyini və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödənildiyi əsas tutaraq iddiaçının tələbini mümkün saymır. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Birincisi, X1 məhkəmənin sorğusuna ünvanladığı 18.11.2020-ci il tarixli cavab məktubunda qeyd edir ki, müraciətinə əsasən İddiaçı işaxtaran kimi qeydə alınmış və onun 10.03.2020-ji il tarixində peşə hazırlığı kursuna başlamasına icazə verilsə də pandemiya ilə əlaqədar tədris başlanılmamış və ona heç bir təqaüd də ödənilməmişdir. Göründüyü kimi, 2020-ci ilin mart ayı vəziyyətinə iddiaçının X2 işsiz kimi qeyddiyyatının mövud olduğu sübuta yetirilir. Belə olan halda, Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 №-li sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s saylı Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planı nəzərdə tutur ki, Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərlə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması və ödəmənin javabdeh nazirlik tərəfindən həyata keçirilir. Eyni zamanda, Azərbaycan Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq olunmuş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və Qaydası” aşağıdakıları nəzərdə tutur: “...1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; 1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. 2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. 2.3. Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə. 2.4. Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında»: - 23 iyun 2020-ci il tarixli, 216 nömrəli; 7 avqust 2020-ci il tarixli 283 nömrəli və 23 dekabr 2020-ci il tarixli 506 №-li Qərarları ilə Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və Qaydası” nəzərədə tutur ki, 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin. İşin yuxarıda eyd olunan faktiki hallarından isə göründüyü kimi, iddiaçı həmin Qaydanın 2.3-cü maddəsində sadalanan ödəmələri almamış və işaxtaran kimi Dövlət Məşğulluq idarəsində qeydiyyata alındığı halda ona Nazirlər Kabinetinin qeyd olunan qərarlarına müvafiq olaraq 2020-ci ilin aprel-may, iyul-avqust və dekabr ayları üzrə 190 manat məbləğində birdəfəlik ödəmə verilməmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətinin 190 manat məbəlğində birdəfəlik ödəmələrin 2020-ci ilin aprel-may ayı üçün nəzərdə tutulduğunu və bununla bağlı ayrılmış vəsaitin ödəniş müddətinin bitdiyini əsas tutaraq iddianın mümkünsüzlüyünü və birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsinin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Beləlikldə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1479/2021 saylı 09.02.2021-ci ilil tarixli qərarı ilə iddianın təmin olunmasını mahiyyəti baxımından işin hallarına və maddi hüquq normalarına uyğun olan nəticə kimi qiymətləndirərək yekunda belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, bununla yanaşı həmin qərarda ödəmənin hansı ilin aprel-may, iyul-avqust və dekabr aylarına aid edildyi göstərilmədiyi nəzərə alınmaqla, həmin səhvin aradan qaldırılması məqsədilə qərar dəyişdirilməli və İddiaçı 2020-ci ilin aprel, may, iyul, avqust və dekabr ayları üzrə COVİD-19 pandemiyası ilə əlaqədar vətəndaşlara ayrılmış 190 manat məbləğində birdəfəlik ödəmənin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirə bilər. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1479/2021 saylı 09.02.2021-ci il tarixli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı 2020-ci ilin aprel-may, iyul-avqust və dekabr ayları üzrə COVİD-19 pandemiyası ilə əlaqədar vətəndaşlara ayrılmış 190 manat məbləğində birdəfəlik ödəmənin birdəfəlik ödənilməsi özdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar