Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-154/2022 08.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Quba Rayon Mərkəzi Xəstəxanası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə əlilliyin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(112)-228/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 05-08 aprel 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı əlilliyin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Quba rayon mərkəzi xəstəxanasının rəyinə əsasən xəstəliyi ilə bağlı əlilliyin təyin olunması üçün müraciət etmiş, sənədlərini xx.xx.2018-ci il tarixində TSEK-ə göndəriblər, lakin xx.xx.2018-ci il tarixində bildirişə cavabda əlilliyə təyin olunmasından imtina olunduğu göstərilib. Həmən ilin avqust ayında xəstəliyi ilə bağlı yenidən müalicədə olmuş, sənədlərini TSEK-ə göndərilsə də yenidən imtina olunub. 2018-ci ilin noyabr-dekabr aylarında vəziyyəti ağırlaşdığı üçün qeydiyyatda olduğu B.Eyvazov adına ETHVTİ-da müalicədə olmuş, həkimlərin rəyinə görə onun xəstəliyi xroniki olduğundan 2 qrup əllilik təyin olunmalıdır, onun tam müalicəsi olmadığı göstərilib, lakin sənədləri yenidən TSEK-ə göndəriləndə onlar artıq bəhanəsi qalmadığından həmin müəssisədə müalicə olunmağı tövsiyə ediblər. 29 may 2019-cu il tarixində xəstəliyi ilə bağlı qeydiyyatda olduğu xəstəxanada olmuş, xəstəliyi xroniki olduğu bildirilib, dərmanlar verilib. Bakı İnzibati Məhkəməsinin 25 fevral 2020-ci il tarixli qərardadı ilə Quba Rayon Mərkəzi Xəstəxanası 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(112)-228/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. (hakim: E.Əliyev) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, sənədlərin təhlilindən müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli 0244003AAHD4 saylı göndərişi əsasında baxılmış və “X1: İİİ Sinif - Qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlar => D65-D69 - Qanın laxtalanma pozğunluqları, purpura və digər hemorragi... Diaqnozun mətni: idiopatik trombositopenik purpura, tez-tez burun və diş dibindən qanaxma ilə xroniki böyrək xəstəliyi İİ mərhələ, xr böyrək çatmamazlığı İİ dər; Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Həkimin xəstənin vəziyyəti barədə təqdim etdiyi rəy, laborator müayinənin nəticələri (hb-120) əlillik dərəcəsini təyin etmək üçün yetərli deyil” səbəbi ilə imtina verilmişdir. Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli 0244003AAHNU saylı göndərişi əsasında baxılmış və “X1: İİİ Sinif - Qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlar => D65-D69 - Qanın laxtalanma pozğunluqları, purpura və digər hemorragi...; Diaqnozun mətni: İdiopatik trombositopenik purpura, idiopatik trombositopenik purpura tez tez. Xroniki böyrək xəstəliyi İİ mərhələ. Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar. Durğunluq ürək çatmamazlığı. Dəqiqləşdirilməmiş xroniki hepatit. Digər xroniki pankreatitlər.; Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əsas diaqnozu təsdiq edən laborator müayinələrin (trombositlərin miqdarı) nəticəsi qeyd edilməyib” səbəbi ilə imtina verilmişdir. Sözügedən xəstəxananın xx.xx.2018-ci il tarixli 0244003AAHVD saylı göndərişi əsasında baxılmış və “X1: İİİ Sinif - Qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlar => D65-D69 - Qanın laxtalanma pozğunluqları, purpura və digər hemorragi...: Diaqnozun mətni: İdiopatik trombositopenik purpura, idiopatik trombositopenik purpura. diş dibinden və burnundan qanaxmalarla. Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar, qan dövranı çatmamzlığı İİ dər. Xroniki böyrək xəstəliyi İİ mərhələ, xr.böyrək çatmamazliğı İİ dər. Dəqiqləşdirilməmiş xroniki hepatit, xr.xolesistohepatit Şiddətlənən stenokardiya, ÜİX gərginlik stenokardiyasi İİ f.s; Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə ixtisaslaşmış (Eyvazov, ad.Hematologiya və Transfuzologiya ETİ) müalicəyə ehtiyac var” səbəbi ilə imtina verilmişdir. Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurətin yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, aidiyyəti ambulator və/və ya stasionar müayinə və/və ya müalicə aldıqdan sonra qanunvericiliklə müəyyənləşdirilmiş sənədləri tibb müəssisəsinə təqdim etməsi və sənədlərin normativlərə uyğun tam doldurulması məqsədə müvafiqdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə İddiaçı və üçüncü şəxs Quba Rayon Mərkəzi Xəstəxanasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona əlilliyin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, iddiaçının 2017-ci ildən və hal-hazırda da Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun qeydiyyatda olması, müvafiq stasionar və mütəmadi olaraq ambulator müalicə alması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlmişdir ki, iddiaçının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda qeydiyyatda olduğu, müvafiq stasionar və davamlı olaraq ambulator müalicə aldığı halda, əlavə ixtisaslaşmış (Eyvazov. ad.Hematologiya və Transfuzologlya ETİ) müalicəyə ehtiyacın olması səbəbi ilə iddiaçıya əlillik dərəcəsinin təyin edilməməsi qanuna ziddir və iddiaçının hüquqlarını pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun 51497 saylı ambulator kartdan çıxarışın surətindən görünür ki, İddiaçı ilk dəfə xx.xx.2017-ci ildə Az.ETHTİ-na müraciət etmişdir. Xəstə “İdiopatik Trombositopenik purpura” diaqnozu ilə dispanser qeydiyyatdadır. 3 dəfə stasionar müalicədə olub. Xəstə mütəmadi olaraq müayinə və müalicə alır. İş materiallarında görünür ki, Quba Rayon Mərkəzi Xəstəxanası məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixli 583 nömrəli məktubla bildirmişdir ki, İddiaçı aid “forma 088” xx.xx.2018, xx.xx.2018 və xx.xx.2019-cu il tarixlərində tam formada doldurularaq, Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. İş materiallarından görünür ki, Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2019-cu il tarixli 0244003AAHVD nömrəli Göndərişə (Forma 88) əsasən İddiaçı xəstəliyi xx.xx.2017-ci il tarixdə başlamış və o, xx.xx.2017-xx.xx.2017-ci il, xx.xx.2018-xx.xx.2018-ci il və xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda stasionar müalicə almış, 2017-ci ildən bu günə qədər isə Quba Rayon Mərkəzi Xəstəxanasında ambulator müalicə alır. Əsas diaqnoz: D69.3 idiopatik trombositopenik purpura idiopatik trombositopenik purpura. diş dibindən və burnundan qanaxmalarla. Ağırlaşma: 199 Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar. qan dövranı çatmamazlığı İİ dər.; N18.2 Xroniki böyrək xəstəliyi İİ mərhələ xr. böyrək çatmamazlığı İİ dər. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu xx.xx.2021ci il tarixli 02 nömrəli məktubunda bildirmişdir ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı xx.xx.2017-ci il tarixindən Milli Hematologiya və Transfuziologiya Mərkəzində "Trombositopenik purpura diaqnozu ilə dispanser qeydiyyatdadır və "2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Dövlət Proqramı"nda nəzərdə tutulan tibbi yardım ilə tam təmin olunur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun mütəxəssis rəyinə əsasən Xəstə ilk dəfə xx.xx.2017-ci ildə Az.ETHTİ na müraciət etmişdir. Xəstə "İdiopatik Trombasitopenik purpura" diaqnozu ilə dispanser qeydiyyatdadır. 3 dəfə stasionar müalicədə olub. Xəstə mütəmadi olaraq müayinə və müalicə alır. Diaqnoz: idiopatik trombositopenik purpura. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2.-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İş materiallarından görünür ki, iddiaçının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda qeydiyyatda olmuş, müvafiq stasionar və davamlı olaraq ambulator müalicə almışdır. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatlarında isə görünür ki, iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtinanın səbəbləri kimi “İmtina edilib. Səbəb: Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: Əlavə ixtisaslaşmış (Eyvazov. ad.Hematologiya və Transfuzologlya ETİ) müalicəyə ehtiyac var” göstərilmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbindən də göründüyü kimi əlilliyin qiymətləndirilməsi barədə qərarın düzgünlüyü ilə bağlı hər hansı əsaslı mövcud şübhələr olduğu halda, həmin şübhəli hallarla bağlı müvafiq araşdırma aparılmalı, şəxs əyani müayinəyə cəlb edilməli, bundan sonra isə qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası işin qeyd edilən hallarını nəzərə alaraq xx.xx.2021-ci il tarixdə aralıq qərardadı qəbul edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçının əyani müayinəyə cəlb edilməsi və əlilliyinin qiymətləndirilməsi üçün iki aylıq müddət təyin etmişdir. Agentlik tərəfindən məhkəmənin qərardadının icrası ilə əlaqədar olaraq daxil olmuş xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubdan müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci ildə Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə və tibbi sənədlərində əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “İdiopatik trombositopenik purpura. Diş dibindən və burnundan qanaxmalarla. Ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyasi İİ f.s. Qan dövranı çatışmazlığı İİ dərəcə. Xroniki böyrək xəstəliyi İİ mərhələ. Dəqiqləşdirilməmiş xroniki hepatit, xroniki xolesistohepatit” diaqnozu - anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir" qərarı verilmişdir. Göründüyü kimi iddiaçının vəziyyətinin müayinəsi zamanı müəyyən edilmiş diaqnoz “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də qeyd olunan xəstəliklərin təsiri dairəsinə düşmür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının əlilliyin təyin olunmasından imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün cavabdeh apelyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(112)-228/2021 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Quba Rayon Mərkəzi Xəstəxanası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə “əlilliyin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-154/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-154/2022
08.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver