Məhkəmə qərarları › İş №2-1(103)-154/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-154/2023

19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-154/2023 19.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı «bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi tələbinə dair» iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2014/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Azərnəqliyyat" bağçılıq-yoldaşlıq təsərrüfatının Bakı şəhəri Xəzər rayonu Zığ bağ massivində yerləşən 38-39 saylı bağ sahəsi üzərində hüquqlarının qeydə alınması cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (Apellyasiya mərhələsində iddia tələbini mülkiyyət hüququnun qeydə alınması tələbinə dəqiqləşdirmişdir.) İddianın əsaslarına görə iddiaçıya Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən 38-39 saylı bağ sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən xx.xx.2021-ci il tarixli məktubu ilə "Avtonəqliyyat" bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adının aşkar olunmamasına əsaslanaraq, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə istinadən hüquqlarının qeydə alınmasından imtina olunmuşdur. Halbuki, həmin bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən xx.xx.1994-cü il tarixdə onun adına verilmiş 1991 №-li kitabçasının əslini göndərmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə ünvanladığı iddia ərizəsinə etirazında imtina məktubunda göstərilən əsaslara uyğun olaraq iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2014/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün iddiaçı tərəfindən müvafiq siyahının arxiv qovluğundakı siyahıyla üst-üstə düşmədiyini, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin arxiv qovluğuna uyğun gələn siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışın qeydiyyat üçün əsas olduğunu göstərmişdir. Bu halı təsdiq etmək üçün, məhkəmə, sorğusuna cavab olaraq cavabdeh tərəfindən iddiaçının adının arxiv qovluğundakı siyahıda olmadığını olmadığına istinad etmiş, qərarını əsaslandırmaq üçün maddi hüquq normalarından MM-nin 139-1.1-ci maddəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8.0.7-ci maddələrinə istinad etmişdir. Məhkəmə işin hallarını araşdırarkən və bu sahədə olan qanun normalarını tərəflər arasındakı hüquq münasibətlərinə tətbiq edərkən formal əsaslara üstünlük vermiş və iddiaçının adma verilmiş, qanuni rekvizitlərə uyğun bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlük kitabçasının olmasına, situasiya planına uyğun mövcud olan 38-39 saylı cəmi 12 sot torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olmasına əhəmiyyət verməmiş, iddianın rədd edilməsində maraqlı olan cavabdeh orqanın imtinada göstərdiyi hala (iddiaçının adının arxiv siyahısında olmamasına) əsaslanmışdır. Halbuki, iddiaçıda bağ sahəsinə hüquq verən sənəd - bağçılıq-yoldaşlıq təsərrüfatının kitabçası mövcuddur, iddiaçı tərəfindən, həmin sənədin həqiqiliyini şübhə altına ala biləcək hər hansı hal aşkar edilməmiş və bağ sahəsindən 28 il ərzində maneəsiz istifadə etmişdir, iddiaçı, sənədin arxiv sənədlərində qeyd olunub-olunmamasını bilməli deyildi və bilmək imkanı yox idi. Ərizəçi, konstitusion hüquqlarından istifadə edərək mülkiyyətində olan əmlak barəsində sərəncam vermək imkanına malik olmaq üçün hüququnun qeydiyyata alınması ilə bağlı inzibati orqana müraciət etmiş, lakin onun ərizəsinin təmin edilməsiundən əsassız olaraq imtina edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil üzvülük kitabçasına əsasən iddiaçıya verilən 38-39 saylı bağ sahələrinin plan sxemdə mövcud olduğunu və 1991-ci ildən etibarən onun tərəfindən istifadədə olunduğunu və orada bağ tipli birmərtəbəli tikili də inşa etdiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmamış, ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qərar çıxarılmasını məhkəmədən xahiş edərək, iddiaçının bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması barədə dəqiqləşmə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Nizamlı birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia təmin edilməlidir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin qeyd olunan hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında "Azərnəqliyyat" bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən xx.xx.1994-cü il tarixdə onun adına verilmiş 1991 №-li üzvülük kitabçasına əsasən istifadəsində olan Bakı şəhəri Xəzər rayonu Zığ bağ massivində yerləşən 38 və 39 saylı bağ sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələbinə dair iddiası birinci instansiya məhkəməsi tərəfindən rədd olunmuşdur. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlü kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzrəində hüququn əmələ gəlməsi üçün əsasdır. Qanunun qeyd olunan normasının mənasından göründüyü kimi, üzvülük kitabçası kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olduqda, həmin bağ sahəsinə hüququn qeydə alınması üçün əsas sayılır. Göründüyü kimi, burada bağ sahəsinə hüququn yaranması üçün əsas kimi üzvlük kitabçası göstərilsə də, əlavə olaraq fakultativ (yəni, məcburi olmayan) əsas kimi həmin əsas kimi həmin üzvlük kitabçasının siyahıya uyğunluğu tələb olunur. Birinci instansiya məhkəməsi tərəfindən, məhkəmənin sorğusuna alınmış cavablar əsasında müəyyən edilmişdir ki, Bakı Şəhər XDS İK-nin qərarları (sərəncamları), həmçinin Bağçılıq-yoldaşlıq birliyi tərəfindən müəssisə, idarə işçilərinə ayrılan torpaq sahələri haqqında məlumat Bakı Şəhər İH-nin arxivində sayxlanılmır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən isə bildirilmişdir ki, filialda sənədlər müvafiq icra strukturlarının (İH və İK) qərar və sərəncamlarına uyğun saxlanılır. Ünvanlara, ad və soyadlara görə Dövlət Arxivinin Bakı filialında hər hansı bir sənəd əldə etmək imkan xaricindədir. Eyni zamanda, cavabdeh İdarənin arxivində “Azərnəqliyyat" bağçılıq-yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində 38-39 saylı bağ sahələrinin ayrılmasına dair sənəd aşkar edilməmiş, həmin idarə tərəfindən məhkəməyə təqdim edilmiş arxiv qovluğuna baxış keçilərkən isə müəyyən olunmuşdur ki, Bakı şəhər XDS İcraiyyə Komitəsi tərəfindən 1987-ci il tarixdə 17/310 nömrəli (35 nəfər üçün) və 20/396 nömrəli qərarlarla (əlavə 25 nəfər üçün) Azərbaycan SSR Avtomobil nəqliyyatı nazirliyinə Zirə qəsəbəsində cəmi 3,75 ha torpaq sahəsi ayrılmışdır, 35 və 25 nəfər olmaqla 60 nəfərdən ibarət bağçılıq-yoldaşlıq cəmiyyəti təsis edilmiş və 60 nəfərdən ibarət üzvlərinin siyahısı təsdiq edilmişdir. Təqdim edilən “Avtonəqliyyat” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin arxiv qovluğundakı mövcud siyahısının (3 vərəqdən ibarət) təsdiq edilmiş surətində İddiaçı adı mövcud deyildir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya qaydasında araşdıraraq hesab edir ki, konkret halda, iddiaçının adının “Avtonəqliyyat” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin 1987-ci ildə tərtib olunmuş ilkin Siyahısında, eləcə də dəyişiklərlə bağlı digər bir Siyahının aşkar edilməməsi, mübahisələndirilən 38 və 39 saylı bağ sahələrinə onun mülkiyyət hüququnun qeyd alınmasından imtana üçün əsas ola bilməz. Belə ki, hər bir halda, iddiaçının əlində “Avtonəqliyyat” bağçılıq-yoldaşlığı tərəfindən xx.xx.1994-cü il tarixində ona verilmiş, Zirə bağ massivində 38-39 nömrəli bağ sahəsinə dair üzvlük kitabçasının əsli mövcuddur (i.v.6). Həmin üzvlük kitabçası köhnə “Kirill” əlifbası ilə yazılmış və “Avtonəqliyyat” bağçılıqyoldaşlığın sədri tərəfindən imzalanaraq bağçılığın dairəvi möhürü və dördkünc ştampı ilə təsdiq olunmuşdur. Üzvlük kiabçasında təsbit olunan yazılara əsasən İddiaçı bağçılığın üzvlərinin xx.xx.1991-ci il tarixli 12/15 №-li protokol qərarına əsasən üzvülüyə qəbul olunmuşdur. Kitabçanın yazıları dürüstdür, qaralamalara yol verilməmiş, kitabçanın tamlığı pozulmamış, köhnəliyi adi gözlə də müşahidə olunur. Qeyd olunmalıdır ki, iddiaçının iş materiallarına əlavə olunmuş əmək kitabçasının surətinə əsasən də müəyyən olunur ki, o, həqiqətən də həmin vaxtlar uzun müddət Azərbaycan SSR Avtomobil nəqliyyatı nazirliyi sistemində “Kadrlar hazırlanması və ixtisasının artırılması Kombinatı”nda çalışmışdır (i.v.57-67) Bundan əlavə, “Avtonəqliyyat” bağçılıq-yoldaşlığın cavabdeh tərəfindən təqdim olunmuş qovluq materialları üzrə bağçılığın sədri tərəfindən imzalanbnıb təsdiq olunmuş plan-sxemdən görünür ki, həqiqətən də bir-birinə yanaşı 38-39 saylı bağ sahələri mövcuddur. Cavabdehin imtina məktubunda, iddia ərizəsinə etirazında və məhkəmə sorğularına cavab oluraq məhkəməyə ünvanladığı məktublarında, eləcə də nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlarında, adıçəkilən 38 və 39 saylı bağ sahələrinin kimsənin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alındğı müəyyən olunmur. Başqa sözlə, həmin bağ sahələrinə dair hər hansı bir başqa qeydiyyatıın aparılmadığı işin mübahisələndirilməyən halıdır. Əksinə, iddiaçının və nümayəndəsinin məhkəməyə verdiyi izahatlarına və təqdim etdiyi fotoşəkillərə əsasən müəyyən olunur ki, iddiaçı həmin bağ sahəsi ona verildiyi 1991ci ildən istifədəsindədir, hətta orada bağ tipli birmərtəbəli tikili inşa etmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, üzvülük kitabçasının qeydlərinə inandırıcı yanaşılmalı, həmin qeydlər sübut əhəmiyyətli məlumatlar kimi qiymətləndirilməlidir. Qeyd olunanlar baxımından, iddiaçının, ən azı onun istiafdəsində olan mövcud bağ sahəsinə dair ümidlərinin gələcəkdə reallaşacağına "legitim gözləntisi" sübuta yetirilir ki, bu da Avropa Məhkəməsinin presdent qərarlarında mülkiyyət hüququnun yaranmasına səbəb olan hal kimi, o cümlədən, 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyət hüququnun bir komponenti kimi dəyərləndirilir (“X3 LTD” şirkəti İrlandiyaya qarşı; Oneryildiz Türkiyəyə qarşı) Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, bağçılığın siyahısında iddiaçının adı aşkar olunmasa da, həmin bağçılığın üzvlük kitabçsasında təsbit olunan məlumatların həqiqiliyi işdə olan digər sübutlarla müəyyən olunan hallarla öz təsdiqni tapır. Belə olan halda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinin tələbi çərçivəsində, üzvlük kitabasının mötəbərliliyi həmin bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınmasına əsas verir. Göründüyü kimi, cavabdeh tərəfindən mübahisəli bağ sahəsinin iddiaçının adına qeydiyyata alınıb ona çıxarış verilməsindən imtina olunması qanunsuz və əsassız olmuş, onun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Lakin birinci instansiya məhkəməsi tərəfindən iş üzrə hərtərəfli tədqiqat aparılsa da, məhkəmə tədqiq və təhlil etdiyi sübutların qiymətləndirilməsində səhvə yol vermiş, qanunvericilyin mənasını düzgün şərh etməmiş, bütün bunların nəticəsi olaraq da iddianın rədd edilməsi barədə əsassız qərar qəbul etmişdir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin işdə olan sübutlara düzgün hüquqi qiymət vermədiyini və iddianın rədd olunması barədə əsassız qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2014/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin olunmalı və İddiaçı "Azərnəqliyyat" bağçılıqyoldaşlıq təsərrüfatının Bakı şəhəri Xəzər rayonu Zığ bağ massivində yerləşən 38-39 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2014/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin olunsun. İddiaçı "Azərnəqliyyat" bağçılıq-yoldaşlıq təsərrüfatının Bakı şəhəri Xəzər rayonu Zığ bağ massivində yerləşən 38-39 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar