Məhkəmə qərarları › İş №2-1(103)-1540/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1540/2020

29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1540/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Səbail rayon Şöbəsinə qarşı əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2552/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Səbail rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi və onun xx.xx.1974-cü ildən etibarən xx.xx.2005ci il tarixinədək işlədiyi illərin sığorta stajına daxil edilməklə, 2018-ci il tarixindən etibarən yaşa görə əmək pensiyasının hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsibarədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1974-cü ildən etibarən xx.xx.2005-ci il tarixinədək işləmişdir. İşlədiyi illər müxtəlif müəssisələri əhatə edir. Bu barədə əmək kitabçasında işə daxil olma və işdən azad olma qeydləri aparılmışdır. xx.xx.1974-cü il tarixində 1 saylı əmrə əsasən Orjenikidze Rayonu Fəhlə gənclərin 114 saylı məktəbində təsərrüfat müdiri vəzifəsinə işə daxil olmuşdur. xx.xx.1978-ci il tarixində 21 saylı əmrə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1978-ci il tarixində faktiki olaraq Oktyabr rayonunun X2 13 saylı mağazaya fəhlə kimi qəbul edilmişdir. İşə qəbul olunması barədə 15 saylı əmr xx.xx.1979-cu il tarixində verilmişdir. xx.xx.1979-cu ildə 13 saylı mağazada kiçik satıcı vəzifəsinə keçirilmişdir. Bu barədə 246 saylı əmr xx.xx.1979-cu ildə verilmişdir. xx.xx.1982-ci ildə həmin mağazada satıcı vəzifəsinə keçirilmişdir. Bu barədə xx.xx.1982-ci ildə 289 saylı əmr verilmişdir. xx.xx.1982-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur. Bu barədə xx.xx.1982-ci ildə 518 saylı əmr verilmişdir. xx.xx.1982-ci il tarixində 26 Bakı Komissarı adına rayonun X3 58 saylı mağazasına satıcı vəzifəsinə işə qəbul olunmuşdur. Bu barədə xx.xx.1982-ci il tarixli, 311/c saylı əmr verilmişdir. xx.xx.1983-cü il tarixində 98 K saylı əmrə əsasən 70 saylı mağazaya satıcı vəzifəsinə keçirilmişdir. xx.xx.1985-ci ildə isə 18 saylı mağazaya eyni vəzifəyə təyin olunmuşdur. xx.xx.1985-ci il tarixində, xx.xx.1985-ci il tarixli, 264-ok saylı əmrə əsasən işdən azad olunmuşdur. xx.xx.1985-ci il tarixli, 267-ok saylı əmrə əsasən, 264-ok saylı əmr ləğv edilmişdir. xx.xx.1985-ci il tarixində xx.xx.1985- ci il tarixli, 279-ok saylı əmrə əsasən 18 № -li mağazada müdir vəzifəsinə keçirilmişdir. xx.xx.1986-cı ildə 117-ok saylı əmrə əsasən öz razılığı ilə həmin mağazaya satıcı vəzifəsinə təyin edilmişdir. xx.xx.1987-ci ildə 117-ok saylı əmrə əsasən həmin dükanın satıcı vəzifəsində saxlanılmaqla müdir vəzifəsinə keçirilmişdir. xx.xx.1989-cu ildə, xx.xx.1989-cu il tarixli, 106-ok saylı əmrə əsasən 3-cü kateqoriyalı satıcı vəzifəsindən azad edilməməklə müdir ixtisaslaşması almışdır (İ kateqoriyalı satıcı). xx.xx.1993-cü ildə, 18 saylı mağazaya mağaza müdiri vəzifəsinə təyin edilmişdir. Bu barədə xx.xx.1993-cü il tarixli, 124-k saylı əmr verilmişdir. xx.xx.1995-ci ildə Baş İdarənin 04 saylı əmrinə əsasən Səbail rayonu X4 ləğv olunaraq Səbail rayon Ticarət və X6 yaradılmışdır. xx.xx.1999-cu il tarixində Azərbaycan Respublikası Dövlət ƏmlakKomitəsinin 24 saylı əmrin əsasən bu İdarə də ləğv edilərək DƏK-in “İstehsalat və Təsərrüfat” İdarəsinin tabeliyinə verilib. xx.xx.1999-cu ildə 01 saylı əmrə əsasən DƏN-in Ticarət və xidmət müəssisə və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzinin tabeliyinə keçirilmiş, xx.xx.2001-ci il tarixində 475 saylı Fərmanla isə həmin Mərkəzin təsisçisi dəyişdirilərək Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi təyin edilmişdir. xx.xx.2004-cü ildən 03 saylı əmrə əsasən “Ticarət-xidmət və istehsalat müəssisə və obyektlərin fəaliyyətinin əlaqələndirilməsi Mərkrəzi” adı ilə fəaliyyət göstərən müəssisədəki vəzifəsindən xx.xx.2005-ci ildə 387 M saylı əmrə əsasən öz xahişi ilə azad olunmuşdur. Göründüyü kimi, işlədiyi illər əmək pensiyasının alınması üçün kifayət qədər əsaslı olduğundan, cavabdehə xx.xx.2019-cu il tarixində rəsmi müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, xx.xx.1995-ci ildə işdən azad olunmasının və xx.xx.2005-ci il tarixinədək olan əmək haqqlarının hesablanmadığının aşkar olunması və nəticədə nə tələb olunan 25 il sığorta stajı, nə də fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ərizəsini təmin etmək mümkün olmamışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Onun işlədiyi bütün illər və xüsusilə də, cavabdehin göstərdiyi xx.xx.1995-xx.xx.2005ci illər arasında vəzifələrini icra etdiyi müəssisənin bütün qeydləri əmək kitabçasında öz əksini tapmışdır və təbii ki, bunun məntiqi nəticəsi olaraq həmin illər işləməsinə dair vergi və sığorta tutmaları da aparılmışdır. Bundan əlavə olaraq bildirir ki, xx.xx.1995-ci ildə işdən azad olunması barədə heç bir əmr əmək kitabçasında qeyd olunmamış və mövcud olmamışdır. Qeyd olunan 18 №-li mağazadakı vəzifələrinə xitam verən 387 M saylı əmr, xx.xx.2005-ci il tarixinə aid olmuşdur. Lakin, cavabdeh bununla bağlı mövqeyini yalnız əmək haqqı cədvəlləri ilə əsaslandırmış, rəsmi əmr barədə mövqe bildirilməmişdir. Buna görə də, yoxlama iş stajının müddətinin həqiqiliyini əks etdirməyib, natamam xarakter daşıyır. Bundan başqa əmək pensiyası yaşa görə 2018-ci il tarixdən hesablanmalıdır. Bütün bunlara əsasən o, bir tək ədalət mühakiməsini yerinə yetirən, qanunun aliliyini üstün tutan məhkəməyə müraciət etmək və hüquqlarının bərpasını tələb etmək qərarına gəlmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun xx.xx.1974-cü ildən, xx.xx.2005-ci il tarixinədək işlədiyi illərin sığorta stajına daxil edilməklə, 64 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə dəqiqləşdirilmiş iddia ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2552/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 22-1(112)-2552/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsinixahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********37 №li arxiv arayışında qeyd olunmuşdur ki, arayış əmək haqqı cədvəli tərtib edilir. Həmçinin arayışın qeyd hissəsində bildirilmişdir ki, İddiaçı iyun-dekabr 1995-199-cu illər üzrə əmək haqqı cədvəlləri yoxdur. 1999-2005-ci illər üzrə isə əmək haqqı hesablanmamışdır. Bundan əlavə iddiaçının xx.xx.1995-ci il trixdən xx.xx.2005-ci il tarixinədək əmək kitabçasında imza və möhür yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlilini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbi isə təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materialında olan iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının və həmin əmək kitabçasının tərcüməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1974-cü il tarixdə (xx.xx.1974-cü il tarixli, 1 nömrəli əmrə əsasən) Ordjenikidze Rayonu Fəhlə Gənclərin 114 №-li məktəbinə təsərrüfat müdiri təyin edilib, xx.xx.1978-ci il tarixdə (xx.xx.1978-ci il tarixli, 21 nömrəli əmrə əsasən) öz xahişi ilə işdən azad edilib. xx.xx.1978-ci il tarixdə (xx.xx.1979-cu il tarixli, 15 nömrəli əmrə əsasən) Oktyabr rayon Qida Ticarəti 13 №-li mağazaya fəhlə təyin edilib, xx.xx.1979-cü il tarixdə (xx.xx.1979-cu il tarixli, 246 nömrəli əmrə əsasən) həmin mağazaya kiçik satıcı keçirilib, xx.xx.1982-ci il tarixdə (xx.xx.1982-ci il tarixli, 289 nömrəli əmrə əsasən) həmin mağazada satıcı vəzifəsinə keçirilib. xx.xx.1982-ci il tarixdə (xx.xx.1982-ci il tarixli, 518 nömrəli əmrə əsasən) Azərbaycan SSR ƏHQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. xx.xx.1982-ci il tarixdə (xx.xx.1982-ci il tarixli, 311/c saylə əmrə əsasən) 26 Bakı Komissarı adına Qida Ticarəti 58 №-li mağazaya satıcı vəzifəsinə qəbul edilib. xx.xx.1983-cü il tarixdə (xx.xx.1983-cü il tarixli, 98K saylı əmrə əsasən) 70 №-li mağazaya satıcı keçirilib. xx.xx.1985-ci il tarixdə (xx.xx.1985-ci il tarixli, 196-ok saylı əmrə əsasən) 18 №-li mağazaya eyni vəzifəyə keçirilmişdir. xx.xx.1985-ci il tarixdə (xx.xx.1985-ci il tarixli, 264-ok nömrəli əmrə əsasən) Oktyabr RQT keçirilməsi ilə əlaqədar Azərbaycan SSR ƏHQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.1985-ci il tarixli, 267-ok nömrəli əmrə əsasən xx.xx.1985-ci il tarixli, 264-ok saylı əmr ləğv edilmişdir. xx.xx.1985-ci il tarixdə (xx.xx.1985-ci il tarixli, 279-ok nömrəli əmrə əsasən) 18 №-li mağazaya müdir vəzifəsinə keçirilmişdir. xx.xx.1986-cı il tarixdə (xx.xx.1986-cı il tarixli, 117-ok nörməli əmrə əsasən) öz razılığına əsasən həmin mağazaya satıcı vəzifəsinə təyin edilmişdir. xx.xx.1987-ci il tarixdə (xx.xx.1987-ci il tarixli, 117-ok nömrəli əmrə əsasən) həmin dükanın satıcısı vəzifəsində saxlanılmaqla müdir vəzifəsinə keçirilmişdir. xx.xx.1989-cu il tarixdə (xx.xx.1989-cu il tarixli, 106ok saylı əmrə əsasən) 3-cü kateqoriyalı satıcı vəzifəsindən azad edilməməklə müdir ixtisaslaşması verilmiş (İ kateqoriyalı satıcı), xx.xx.1993-cü il tarixdən (xx.xx.1993-cü il tarixli, 124k saylı əmrə əsasən) 18 saylı mağazaya müdir vəzifəsinə təyin edilmişdir. xx.xx.1995-ci il tarixdə (Baş İdarənin xx.xx.1995-ci il tarixli, 04 saylı əmrinə əsasən) Səbail rayonu X4 ləğv olunaraq Səbail rayon Ticarət və X6 yaradılmışdır. xx.xx.1999-cu il tarixində Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 24 saylı əmrinə əsasən bu İdarə də ləğv edilərək DƏK-in “İstehsalat və Təsərrüfat” İdarəsinin tabeliyinə verilib. xx.xx.1999-cu ildə, 01 saylı əmrə əsasən DƏK-in İstehsalat və Təsərrüfat İdarəsi ləğv edilib, DƏN-in Ticarət və Xidmət Müəssisə və Ticarət və xidmət müəssisə və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzinin tabeliyinə keçirilmiş, xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli, 475 saylı Fərmanına əsasən DƏN-in Ticarət və Xidmət Müəssisəsi və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzinin təsisçisi dəyişərək Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi təyin edilmişdir. xx.xx.2004-cü ildən İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2004-cü il, 03 saylı əmrinə əsasən Mərkəzin adı dəyişdirilərək “Ticarət-xidmət və istehsalat müəssiəsi və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi” Mərkəzi müəyyən edilmişdir. xx.xx.2005-ci il tarixdə (xx.xx.2005-ci il tarixli, 387 a saylı əmrə əsasən) Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə kollegiyası cavabdehin imtinasını, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və bununla bağlı qeyd edir ki, əvvəllər (xx.xx.2006-cı il tarixə qədər) qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. AR Əmək və X1 Nazirliyi Kollegiyasının xx xxxxxx 2011-ci il tarixli 17 №li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalaqı”nın 4.2.7-ci bəndinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanılması həyata keçirilir. İddiaçının əmək kitabçasından görünür ki, iddiaçının əmək kitabçasında onun xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixinədək işlədiyi dövrdə işə qəbul olması və işdən azad edilməsini təsdiq edən imza və möhür yoxdur. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən verilmiş **********37 nömrəli, xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, Bakı şəhəri Səbail rayonu Yeyinti Ticarəti 18 №-li mağazasında müdir vəzifəsində işləmiş İddiaçı gəlirinin 1995-ci il üzrə məbləği- 136480 AZM təşkil etmişdir. İddiaçı iyun-dekabr 1995-1999-cu illər üzrə əmək haqqı cədvəlləri yoxdur. 1999-2005-ci illər üzrə isə əmək haqqı hesablanmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin xx xxxx 2017-ci il tarixdən qüvvəyə minmiş redaksiyasına əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajına malik olmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Bunları nəzərə alan kollegiya qeyd edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2552/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 99.1, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Səbail rayon Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2552/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ləğv olunsun. İddiaçı iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar