Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1543/2023 11.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı diplom üzrə ixtisasın tanınması tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9980/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli, NA00004552 nömrəli “Xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi barədə Qərar”ının ləğv edilməsi və müraciətinə yenidən baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9980/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, “Tomsk Dövlət Universiteti” X6 Təhsili Təşkilatı tərəfindən İddiaçı verilmiş BCГ ******* nömrəli, 30 iyun 2010-cu il tarixli, 90 qeydiyyat nömrəli diplom üzrə ali təhsilə aid kvalifikasiyanın tanınması öhdəliyi cavabdeh Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İşin Bakı Apellyasiya Məhkəməsinin icraatına qəbul edildikdən sonra, cavabdeh orqan elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı müraciətində bildirmişdir ki, İddiaçı Rusiya Federasiyası Tomsk Dövlət Univekrsiteti tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, VCQ ******* nömrəli diplom üzrə aldığı ixtisasın tanınması barədə qərar qəbul edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması “Qaydaları”ının tələblərinə uyğun uyğun olaraq tanınma haqqında elektron şəhadətnamə ərizəçinin şəxsi kabineti vasitəsilə ona təqdim olunmuşdur. Cavabdehin həmin müraciətinə əlavə olunmuş sənədlərin elektron çıxarışlarına əsasən müəyyən olunur ki, iddiaçı onun diplom üzrə ixtisasını tanınması barədə NS00009092 No-li şəhadətnamə ilə təmin olunmuşdur. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən İddiaçı qeyd edilənləri təsdiq edərək, onun diplomu üzrə ixtisasının tanındığını və cavabdeh tərəfindən ona şəhadətnamə verildiyini bildirərək, iş üzrə icraata xitam verilməsinə etiraz etməmişdir. İİ. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, qeyd olunanlardan göründüyü kimi, cavabdeh tərəfindən Rusiya Federasiyası Tomsk Dövlət Univekrsiteti tərəfindən iddiaçıya verilmiş xx.xx.2010-cu il tarixli VCQ ******* nömrəli diplom üzrə aldığı ixtisasının tanınması barədə qərar qəbul edilərək ona müvafiq şəhadətnamə təqdim olunmuş, bununla da tərəflər arsındakı mövcud mübahisə aradan qalxmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və İPM-in 80, 90-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı diplom üzrə ixtisasın tanınması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1543/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1543/2023
11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver