Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1543/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X8 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Maraqlı şəxs məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə) daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda düzəliş edilməsi və torpaq sahəsinin plan və ölçüsündə yanlışlıqların aradan qaldırılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli 2-1(112)- 6837/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Maraqlı şəxs adına verilmiş RX №1155255 seriyalı, reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda düzəliş edilərək torpaq sahəsinin ünvanın “Köhnə Bağlar” ərazisi kimi qeyd edilməsi və A №190745 seriyalı, xx.xx.2017-ci il tarixli torpaq sahəsinin plan və ölçüsündə yanlışlıqların aradan qaldırılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin Başçısının 09 mart 1995-ci il tarixli 755 saylı Sərəncamına əsasən Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün iddiaçıya 600 kv.m ibarət torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamla bağlı Milli Arxiv İdarəsinin 31 yanvar 2018-ci il tarixli 269 saylı Arxiv çıxarışı verilmişdir. İddiaçının qanuni sahibliyində olan torpaq sahəsi daşınmaz əmlakın reyestrini aparan cavabdeh tərəfindən səhvən Maraqlı şəxs məxsus hüquq müəyyənedici sənədlərə daxil edilmişdir. Belə ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 28 iyul 1994-cü il tarixli, 2478 saylı sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, "Köhnə Bağlar" ərazisində yerləşən 200 kv.m olan torpaq sahəsi fərdi evin tikintisi üçün X7 ayrılmış, həmin torpaq sahəsi xx.xx.2017-ci il tarixdə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Reyestrdən çıxarışda daşınmaz əmlakın ünvanı Badamdar qəsəbəsi, "Köhnə Bağlar" ərazisi kimi qeyd olunmuşdur. xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə X10 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, "Köhnə Bağlar" ərazisində yerləşən ümumi sahəsi 0,02 ha olan torpaq sahəsini Maraqlı şəxs bağışlamış və bağışlanma müqaviləsi əsasında Maraqlı şəxs adına daşınmaz əmlakın dövlət reyestrindən RX 21155255 seriyalı, reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********, xx.xx.2017-ci il tarixli çıxarış, eləcədə torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Hüquqların dövlət qeydiyyatı zamanı həmin çıxarışda daşınmaz əmlakın ünvanı səhvən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, "Köhnə Bağlar" ərazisi deyil, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 1 saylı sahə kimi göstərilmişdir. Göründüyü kimi, Maraqlı şəxs verilmiş çıxarışda torpaq sahəsinin ünvanı düzgün göstərilməmiş, həmin ünvan iddiaçının qanuni istifadəsinə ayrılmış torpaq sahəsinin ünvanı ilə üst-üstə düşmüşdür. Bu səbəbdən iddiaçı Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvan üzrə RX seriyalı ******* nömrəli, xx.xx.2017-ci il tarixli Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi barədə qətnamə çıxarılmasım xahiş etmişdir. Həmin iş üzrə təyin edilmiş tikintitexniki ekspertizası üzrə məhkəmə ekspertiza mərkəzinin 12 iyun 2018-ci il tarixli, 11291 saylı ekspert rəyinə əsasən, - 1-ci sual üzrə Bakı Şəhəri Səbail Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 755 saylı sərəncamı ilə X2 fərdi evin tikintisi üçün ayrılmış Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsi yerində müəyyən edilmiş və naturada həmin torpaq sahəsinin 200 kv.metr olduğu müəyyən edilmişdir; 2-ci sual üzrə müəyyən edilmişdir ki, Bakı Şəhər Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 2478 saylı sərəncamı ilə X7 fərdi evin tikintisi üçün ayrılmış Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 200 kv.m torpaq sahəsinin sxemi qeyd edilən əraziyə deyil mübahisələndirilən əraziyə işlənmişdir. Hal-hazırda da həmin torpaq sahəsi üzərində Maraqlı şəxs mülkiyyət hüquqları rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi Maraqlı şəxs plan ölçü sənədinə əsasən yerində müəyyən edilmişdir; 3-cü sual üzrə müəyyən edilmişdir ki, X7 ayrılmış torpaq sahənin sxemi mübahisələndirilən əraziyə (T.Məmmədov küçəsi 1 ünvanına) işləndiyindən X2 ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür. 4-cü sual üzrə müəyyən edilmişdir ki, ilkin olaraq xx.xx.2017-ci il tarixdə X5 adına daşınmaz əmlakın dövlət reyestrində ünvan kimi qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, köhnə bağlar ərazisi, xx.xx.2017-ci il tarixdə Maraqlı şəxs adına daşınmaz əmlakın dövlət reyestrində ünvan kimi qeydiyyata alınmış ünvan 4 ünvanlar deyil. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2(009)- 1192/2018 saylı qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddia tələbi təmin edilmiş, Maraqlı şəxs adına verilmiş RX seriyalı, ******* nömrəli (əmlakın reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********, xx.xx.2017-ci il tarixli) daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)44/2022 nömrəli iş üzrə 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 5506/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən, iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməz olduğundan Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)44/2022 nömrəli iş üzrə 23 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Qeyd edilən Ali Məhkəmənin qərarı ilə izah edilmişdir ki, iddiaçı əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı lazımi sənədlərlə müvafiq icra hakimiyyəti orqanına müraciət edə, həmin müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilər. Eyni zamanda Maraqlı şəxs 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək X3 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinin ayrılması barədə Səbail Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş 09 mart 1995-ci il tarixli, 755 saylı sərəncamın və Badamdar qəsəbə nümayəndəsi tərəfindən tərtib olunmuş 17 fevral 2002-ci il tarixli, 43 saylı yerləşmə cizgisinin ləğv olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2-1(81)-3534/2019 nömrəli qərarı ilə iddia təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2020-ci il tarixli, 2-l(103)- 606/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 24(102)474/2022 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)4167/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin bu qərarında qeyd edilmişdir ki, 33. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, "Köhnə Bağlar" ərazisində yerləşən torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.1994-cü il tarixli, 2478 saylı sərəncamla əvvəlcə iddiaçının qardaşı X7 ayrılmışdır. Həmin torpaq Rzayev Salmanın adına xx.xx.2017-ci ildə dövlət qeydiyyatına alınmış və ona müvafiq çıxarış verilmişdir. Nəzərə almaq lazımdır ki, iş üzrə materiallardan həm həmin torpaq sahəsinin ayrılması barədə sərəncamda, həm həmin torpaq sahəsinə dair Rzayev Salmanın adına ilk dəfə verilmiş çıxarışda, həm də qeyd edilən torpaq sahəsinin iddiaçıya bağışlanmasına dair notarial qaydada bağlanmış bağışlama müqaviləsində torpaq sahəsinin ünvanının Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, "Köhnə Bağlar" ərazisi kimi qeyd olunduğu müəyyən edilmişdir. Lakin cəmi 13 gündən sonra bağışlama qaydasında iddiaçıya keçən həmin torpaq sahəsi onun adına qeydiyyata alınarkən və ona verilmiş çıxarışda daşınmaz əmlakın (həmin torpaq sahəsinin) ünvanı kimi ünvan 7 olunmuşdur. 35. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən Səbail Rayon Məhkəməsinin sorğusuna cavab olaraq təqdim olunmuş və iş üzrə materiallara əlavə edilmiş xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, Səbail rayonu, Badamdar qəsəbəsi, Tofik Məmmədov küçəsi ilə Əziz Nəzərov küçələrinin kəsişməsi "Köhnə Bağlar" ərazisinə aid deyildir. Eyni zamanda torpaq sahəsinin yerləşdiyi ərazidə ünvan dəyişiklikliyinin olmadığı da iş üzrə materiallarla təsdiq olunur. 36. Beləliklə, iddiaçıya məxsus torpaq sahəsinin onun ayrılması barədə ilkin hüquqmüəyyənedici sənəddə qeyd edilən ünvanı ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsinin fərqli ünvanlar olduğu nəzərə alındıqda, yuxarıda istinad olunan normalara əsasən və qeyd edilən səbəblərdən iddiaçı hazırkı tələbində haqlı sayıla bilməz. Ali Məhkəmənin Mülki Kollegiyasının 2-1(102)-5506/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında göstərilən izahları rəhbər tutaraq iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, "Köhnə Bağlar" ərazisi ünvanında yerləşən, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş Maraqlı şəxs üzərində hüquqların dövlət qeydiyyatı zamanı, ünvan ilə bağlı buraxılan səhvin aradan qaldırılmasını xahiş etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, X5 ********** nömrəli xx.xx.2017-ci il tarixli müraciətində qeyd olunan torpaq sahəsinin ünvanı daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatı zamanı təqdim olunmuş 2478 nömrəli 28 iyul 1994-cü il tarixli sərəncamı və yerli İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş yerləşmə sxemində uyğun olaraq Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə bağlar” ərazisi kimi qeyd olunmuşdur. Belə ki, Maraqlı şəxs ********** nömrəli xx.xx.2017-ci il tarixli təkrar müraciətinə əsasən yerləşmə ərazisinə uyğun olaraq torpaq sahəsinə "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla ünvan 8 ünvan rekviziti təyin edilmişdir. İddiaçı cavabdeh Maraqlı şəxs verilmiş qeydiyyat tarixi xx.xx.2015, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsinə dair iddia tələbi ilə bağlı Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1192/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 1 saylı ünvan üzrə, sahəsi 0,02 ha torpaq sahəsinə dair Maraqlı şəxs adına verilmiş RX №1155255 seriyalı (əmlakın reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********, xx.xx.2017-ci il tarixli) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilməklə ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Səbail rayon Məhkəməsinin 2(009)-1192/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5506/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli 2-1(112)- 6837/2023 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı və maraqlı şəxsin torpaq sahələrinin eyni torpaq sahəsi olmadığı halda maraqlı şəxsə verilən çıxarışda eyni ünvan göstərilməsi qanunsuzluğa dəlalət edir. Lakin məhkəmə bu halı qeyd etməsinə baxmayaraq, nədənsə əksinə olaraq qərar çıxartmışdır. Üstəlik iş materiallarında olan Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-174/2022 nömrəli qərarın 34; 35; və 36-ci bəndlərində də Rzayevə məxsus torpaq sahəsinin onun ayrılması barədə ilkin hüquqmüəyyənedici sənəddə qeyd edilən ünvanı ilə iddiaçı X2 ayrılmış torpaq sahəsinin fərqli ünvanlar olduğunu və bu halın işin apelyasiya məhkəməsi tərəfindən də müəyyən edilməsi qeyd edilmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahələrinin fərqli olması və həmin torpaq sahələrinin fərqli ünvanlar olduğu işin mübahisəsiz halıdır və bu faktlar iş materiallarında olan yuxarı instansiya məhkəmələrinin qərarları ilə müəyyən edilmişdir. Belə olan təqdirdə, daşınmaz əmlakın dövlət reyestrində olan məlumatın, habelə ünvanın qeyri-dəqiq və ya səhv olması aşkardır. Ali Məhkəmənin qeyd edilən qərarından maraqlı şəxs Rzayev Konstitusiya Məhkəməsinə şikayətlə müraciət etmiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 dekabr 2022-ci il tarixli Qərardadı ilə icraata xitam verilmişdir. Qanunvericilikdən məlum olduğu kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Lakin işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bu xüsusatlar birinci instansiyası məhkəməsinin diqqətindən kənarda qalmışdır. Məhkəmə yalnız 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2-1(81)-3534/2019 saylı qərarını qeyd etməklə kifayətlənmiş, Ali Məhkəmənin qeyd edilən qərarını isə diqqətə almamışdır. Tərəflərin izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının: - 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. - 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. -141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.2-ci maddəsinə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -9.5-ci maddəsinə əsasən hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın elektron üsulla təqdim olunması 3 gün müddətində həyata keçirilir. - 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. - 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. - 16.3-cü maddəsinə əsasən əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. - 16.4-cü maddəsinə əsasən Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. - 16.5-ci maddəsinə əsasən dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. - 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. - 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. - 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. - 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nın: -1.1-ci bəndinə əsasən bu qaydalar Azərbaycan Respublikasında ünvan reyestrinin aparılmasını və daşınmaz əmlak obyektlərinə ünvanın verilməsini tənzimləyir. -2.4-cü bəndinə əsasən ünvan reyestrində saxlanılan məlumatlara dəyişiklik edilməsinə əsas olan aşağıdakı hallar baş verdiyi və ya bu barədə müraciət edildiyi tarixdən 3 (üç) iş günü müddətində dəyişiklik edilir: - daşınmaz əmlak obyektinin yerləşdiyi ərazi vahidinin və nəqliyyat infrastrukturu obyektinin qanunvericiliklə müəyyən edilmiş qaydada adı dəyişdirildikdə, habelə müvafiq nəqliyyat infrastrukturu obyektinə yeni ad verildikdə və ya onun adı dəyişdirildikdə (bu halda ünvan nömrələri dəyişilmir); - texniki səhvlər aradan qaldırıldıqda; - ünvanın statusu dəyişdikdə; - məhkəmənin qərarı olduqda; - nəqliyyat infrastrukturu obyekti yenidən qurulduqda; - 3.2-ci bəndinə əsasən daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: - 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; - 3.21-ci bəndinə əsasən üzərində tikili və (və ya) qurğu olmayan torpaq sahəsinə ünvan təyin edilərkən onun yaxınlığındakı daşınmaz əmlak obyektlərinin ünvanlandırılması nəzərə alınır. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin: -3.1.7-ci bəndinə əsasən dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək; - 3.1.20-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək; - 3.1.21-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək; - 3.1.27-ci bəndinə əsasən ünvan reyestrini tərtib etmək və aparmaq, həmçinin ünvan reyestrinin məlumatlarını Ünvan Reyestri İnformasiya Sisteminə daxil etmək və onun aparılmasını təmin etmək, daşınmaz əmlak obyektlərinə ünvan vermək, ünvan reyestrində saxlanılan və açıq hesab edilən məlumatları internet saytında yerləşdirmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçıya məxsus hüquq müəyyənedici sənədlər: Səbail rayon İcra Hakimiyyəti Başçısının 9 mart 1995-ci il tarixli, 755 nömrəli sərəncamı, onun tərəfindən təqdim edilən 43 nömrəli 17 fevral 2002-ci il tarixli yerləşmə cizgisi. 3-cü şəxsə məxsus hüquqmüəyyənedici sənədlər: Səbail rayon İcra Hakimiyyəti Başçısının 28 iyul 1994-cü il tarixli, 2478 nömrəli sərəncamı, sərəncama qoşma olaraq tərtib edilmiş yerləşmə cizgisi, həmçinin mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarış və torpaq sahəsinin plan-ölçüsüdür. Məhkəmə kollegiyası iş materiallarında olan sənədlərə diqqət çəkir: - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının İddiaçı Əbdül oğluna ünvanladığı xx.xx.2018-ci il tarixli, 269 nömrəli arxiv çıxarışından görünür ki, “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” Səbail rayon İcra Hakimiyyəti Başçısının 9 mart 1995ci il tarixli, 755 nömrəli sərəncamına əsasən, Badamdar qəsəbəsində 600 (altı yüz) kv.m fərdi ev tikmək üçün, X4 torpaq sahəsi ayrılmışdır. -İddiaçı tərəfindən təqdim edilmiş 43 nömrəli 17 fevral 2002-ci il tarixli yerləşmə cizgisindən görünür ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 755 nömrəli, 09 mart 1995-ci il tarixli sərəncamı ilə vətəndaş X3 ayrılmış Badamdar qəsəbəsi (Ə.Nəzərov ilə T.Məmmədov küçəsi), döngə 1, 230,0 kv.m torpaq sahəsinin yerləşmə Cizgisi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Badamdar qəsəbəsi nümayəndəsi H.H.Qasımzadə və Səbail RİH təsərrüfat şöbəsinin müdiri Muxtarovun imzaları ilə təsdiq edilmişdir. -Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının Bakı şəhəri 12 saylı Hüquq məsləhətxanasının vəkili X9 ünvanladığı xx.xx.2018-ci il tarixli, 563 nömrəli məktubundan görünür ki, X3 torpaq sahəsi ayrılması barədə Səbail rayon İH-nin arxiv fondu üzrə xx.xx.1995-ci il tarixli , 755 saylı sərəncamının təsdiq edilmiş arxiv çıxarışı 1 vərəqdən ibarət təqdim olunur, sərəncama çizgi əlavə edilməmişdir. -Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2017-ci il tarixli, 2704 nömrəli arxiv çıxarışından görünür ki, “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” Səbail rayon İcra Hakimiyyəti Başçısının 28 iyul 1994-cü il tarixli, 2478 nömrəli sərəncamına əsasən, Badamdar qəsəbəsində “Köhnə Bağlar” ərazisində yerləşən bağ sahəsi X5 adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilməsi nəzərdə tutulmuşdur. Sərəncama əlavə olaraq torpaq sahəsinin yerləşmə cizgisi əlavə edilmişdir. -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Seriya RX ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisinda olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X5 adına dövlət qeydiyyatına alınmışdır. -24 oktyabr 2017-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən, hədiyyə verən X10 Bakı şəhəri, Səbail rayonu, Badambar qəsəbəsi, “Köhnə Bağlar” ərazisi ünvanında yerləşən ümumi sahəsi 0,02 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə ona məxsus hissədə hədiyyə alanın -Maraqlı şəxs mülkiyyətinə verir. -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Seriya RX ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 1 saylı sahədə yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Maraqlı şəxs adına dövlət qeydiyyatına alınmışdır. Çıxarışa əlavə olaraq, AN 190745 nömrəli, xx.xx.2017-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü əlavə edilmişdir. - İddiaçının xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın reyestrində düzəlişlərin edilməsi barədə” ərizəsindən görünür ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək Maraqlı şəxs adına verilmiş RX №1155255 seriyalı, reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda ünvan ilə bağlı texniki səhvin aradan qaldırılması xahiş edilmişdir. - Məhkəmə sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-9-732/2023 233020709-432 nömrəli “Sənədlərin surətinin verilməsi barədə” məktubuna əsasən, Maraqlı şəxs adına qeydiyyata alınmış (RX №1155255 seriyalı, reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********, xx.xx.2017-ci il tarixli Çıxarış) daşınmaz əmlakına dair arxiv qovluğunda saxlanılan arxiv sənədlərinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. - Məhkəmə sorğusu əsasında Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 31 avqust 2023-cü il tarixli, 3-48-2F/2-06074/2023 nömrəli sorğuya cavab məktubuna əsasən Səbail rayon İH-nin arxiv fondu üzrə xx.xx.1995-ci il tarixli, 755 saylı sərəncamından təsdiq edilmiş arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir. - Məhkəmə sorğusu əsasında Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli, 5-19/2-2/10-1296/2023 saylı cavab məktubuna əsasən bildirilmişdir ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 755 saylı, xx.xx.1995-ci il tarixli sərəncamı və onun tərkib hissələri olan digər sənədlər (sxem və.s) rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. - Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakı Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 13 ünvanlanmış xx.xx.2019-cu il tarixli **********03 saylı məktubundan görünür ki, qeyd olunan Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 2478 saylı sərəncamında şərti ünvan “Köhnə bağlar” ərazisi kimi göstərilən 0,02ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı zaman təsdiq olunmuş yerləşmə cizgisindəki mövqeyinə uyğun olaraq ünvan 14 ünvanı təyin edilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə nümayəndəliyinin 23 fevral 2018-ci il tarixli 40 saylı məktubunda qeyd edilir ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 755 saylı, xx.xx.1995-ci il tarixli sərəncamı ilə vətəndaş X3 Badamdar qəsəbəsində ayrılmış torpaq sahəsinə 05 fevral 2002-ci ildə qəsəbə nümayəndəliyi tərəfindən yerləşmə cizgisi tərtib olunmayıb. Məlumat üçün bildirilmişdir ki, Tofiq Məmmədov küçəsi ilə Əziz Nəzərov küçələrinin kəsişməsində yerləşən 20X10 (200 kvm) ölçüdə torpaq sahəsi mövcud baş sahəsi kimi Səbail Rayon İcra Hakimiyyəti Başçısının 2478 saylı, 28 iyul 1994-cü il tarixli sərəncamı ilə şəhid ailəsi vət. X7 ayrılmışdır. Sözügedən sərəncamla 200 kvm mövcud bağ sahəsinin Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib edilmiş yerləşmə cizgisini arayışa qoşma olaraq təqdim edilmişdir.` Tərəflər arasında mövcud olmuş məhkəmə mübahisələrinə dair məhkəmə aktları aşağıdakılardır: Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)-1192/2018 saylı, 28 iyun 2018-ci il tarixli Qətnaməsinə (iddiaçı X1 cavabdeh Maraqlı şəxs qarşı “daşınmaz əmlakın dövlət reyestri çıxarışı ləğv edilməsi” tələbinə dair) əsasən, iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 1 saylı ünvan üzrə, sahəsi 0,02 ha torpaq sahəsinə dair Maraqlı şəxs adına verilmiş RX № ******* seriyalı (əmlakın reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********, xx.xx.2017-ci il tarixli) daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2(009)-1192/2018 saylı qətnaməsindən cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsinə əsasən, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2(009)-1192/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-14/2022 nömrəli iş üzrə 23 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2-1(102)- 5506/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarına əsasən, cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-14/2022 nömrəli iş üzrə 23 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3534/2019 saylı, xx.xx.2019-cu il tarixli Qərarına (Maraqlı şəxs cavabdeh Səbail Rayon İcra Hakimiyətinə və üçüncü şəxslər Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi Nümayəndəliyinə və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisi ünvanında yerləşən ümumi sahəsi 0,02 ha olan torpaq sahəsinə Səbail Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 09 mart 1995-ci il tarixli, 755 saylı sərəncamın və Badamdar qəsəbə nümayəndəsi tərəfindən tərtib olunmuş 17 fevral 2002- ci il tarixli, 43 saylı yerləşmə cizgisinin ləğv olunması barədə) əsasən, iddianın rədd edilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3534/2019 saylı, xx.xx.2019-cu il tarixli Qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-606/2020 saylı, xx.xx.2020-ci il tarixli Qərarına əsasən, iddiaçı Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3534/2019 saylı, xx.xx.2019-cu il tarixli Qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-1167/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 174/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə, kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)- 1167/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Maraqlı şəxs şikayətinə dair” Qərardadına əsasən, bu qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilən əsaslara görə Maraqlı şəxs şikayəti üzrə konstitusiya işinin icraatına xitam verilməsi, Maraqlı şəxs mübahisəli torpaq sahəsinə dövlət qeydiyyatına alınmış mülkiyyət hüquqları mövcud olduğu halda, qanunvericilikdə müəyyən edilmiş qaydada torpaq sahəsinin mütənasib qaydada səlahiyyətli dövlət orqanları tərəfindən əvəzləşdirilməsinin tələb edilməsinin mümkünlüyünün izah edilməsi qərara alınmışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin Başçısının 09 mart 1995-ci il tarixli 755 saylı Sərəncamına əsasən Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün iddiaçıya 600 kv.m ibarət torpaq sahəsi ayrılmışdır. Həmçinin, iş materiallarında olan Səbail Rayon İcra Hakimiyyəti başçısının 28 iyul 1994-cü il tarixli, 2478 saylı sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, "Köhnə Bağlar" ərazisində yerləşən 200 kv.m olan torpaq sahəsi fərdi evin tikintisi üçün X7 ayrılmış, həmin torpaq sahəsi xx.xx.2017-ci il tarixdə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Reyestrdən çıxarışda daşınmaz əmlakın ünvanı Badamdar qəsəbəsi, "Köhnə Bağlar" ərazisi kimi qeyd olunmuşdur. xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə X10 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, "Köhnə Bağlar" ərazisində yerləşən ümumi sahəsi 0,02 ha olan torpaq sahəsini Maraqlı şəxs bağışlamış və bağışlanma müqaviləsi əsasında Maraqlı şəxs adına daşınmaz əmlakın dövlət reyestrindən RX 21155255 seriyalı, reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********, xx.xx.2017-ci il tarixli çıxarış, eləcədə torpaq sahəsinin planı və ölçüsü verilmişdir. İddiaçı hazırki tələbində onun qanuni sahibliyində olan torpaq sahəsinin daşınmaz əmlakın reyestrini aparan cavabdeh tərəfindən səhvən Maraqlı şəxs məxsus hüquqmüəyyənedici sənədlərə daxil edilməsinə istinad edərək, Maraqlı şəxs adına verilmiş RX №1155255 seriyalı, reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda düzəliş edilərək torpaq sahəsinin ünvanın “Köhnə Bağlar” ərazisi kimi qeyd edilməsi və A №190745 seriyalı, xx.xx.2017-ci il tarixli torpaq sahəsinin plan və ölçüsündə yanlışlıqların aradan qaldırılmasını xahiş edir. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasını əsaslı, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı üçüncü şəxs Maraqlı şəxs adına verilmiş RX № ******* seriyalı, reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi ********** olan xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda ünvanın səhv qeyd edilməsi aşkar edilməmişdir. İş materiallarından görünür ki, Maraqlı şəxs hazırda mülkiyyətində olan torpaq sahəsi ilk dəfə onun qardaşı X6 adına xx.xx.2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınmış, torpaq sahəsinin ünvanı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisi kimi göstərilmişdir. Həmin əmlak üzərində mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə Maraqlı şəxs adına qeydiyyata alınarkən həmin torpağın ünvanı ünvan 18 edilmişdir. Cavabdeh inzibati orqan bu zaman torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədə qoşma olaraq arxiv sənədlərində mövcud olan torpaq sahəsinin yerləşmə cizgisinə istinad etdiyini qeyd edir. Yuxarıda qeyd edilmiş qanunvericilik normalarına əsasən, üzərində tikili olmayan torpaq sahəsinə ünvan təyin edilərkən onun yaxınlığındakı daşınmaz əmlak obyektlərinə verilən ünvanlandırılması nəzərə alınır. Üçüncü şəxs Maraqlı şəxs mülkiyyətində olan torpaq sahəsinin yerləşməsi yeri ilkin torpaq ayrılma sənədi olan icra hakimiyyəti orqanının tərtib etdiyi yerləşmə çizgisi əsasında cavabdeh orqan tərəfindən verilmiş “ Torpaq sahəsinin plan və ölçüsü” sənədində müəyyən edilmiş, daha sonra torpağın ünvanı, onun üçün yaxınlıqda yerləşən obyektlərin ünvanına uyğun ünvan müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 2478 saylı sərəncamına əsasən X7 ayrılmış 200 kv.m torpaq sahəsi ilə Səbail rayon İcra Hakimiyyətinin 09 mart 1995-ci il tarixli, 755 saylı sərəncamına əsasən İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsinin eyni torpaq sahəsi olması öz təsdiqini tapmamışdlr. Bu hal qanuni qüvvəyə minmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2-1(81)- 3534/2019 qərarında xüsusi ilə qeyd edilmişdir. Həmçinin, cavabdeh inzibati orqan tərəfindən yeni çıxarış verilən zamanı qeyd edilən ünvan məhz 3-cü şəxsə məxsus torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədə qoşma olaraq vaxtilə verilmiş yerləşmə cizgisinə əsasən qeyd edilmişdir. Hansı ki, işin araşdırılmış hallarından görünür ki, sözügedən sərəncama qoşma olaraq təqdim edilmiş 1994-cü il tarixli yerləşmə cizgisi arxiv sənədi olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında saxlanılmış, həmçinin, həmin cizgini təsdiq edən Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən verilmiş 23 fevral 2018-ci il tarixli 40 nömrəli məktubda qeyd edilmişdir ki, Tofiq Məmmədov küçəsi ilə Əziz Nəzərov küçəsinin kəsişməsində yerləşən 20X10 (200 kv.m) ölçüdə torpaq sahəsi mövcud bağ sahəsi kimi Səbail rayon İcra Hakimiyyəti Başçısının 2478 saylı, 28 iyul 1994-cü il tarixli sərəncamı ilə şəhid ailəsi vətəndaş X7 ayrılmışdır. Göründüyü kimi, arxivdə saxlanılan 3-cü şəxsə məxsus 200 kvm ölçüdə olan bağ sahəsinin yerləşmə cizgisi əsasında hazırki cavabdeh inzibati orqan tərəfindən ünvan məlumatları qeyd edilmişdir. İddiaçı hazırki iddia tələbində vaxtilə mülki mübahisə zamanı keçirilmiş ekspertiza rəyində qeyd edilən məlumata yəni, “ilkin olaraq xx.xx.2017-ci il tarixdə X5 adına daşınmaz əmlakın dövlət reyestrində ünvan kimi qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə bağlar ərazisi, xx.xx.2017-ci il tarixdə Maraqlı şəxs adına daşınmaz əmlakın dövlət reyetsrində ünvan kimi qeydiyyata alınmış ünvan 4 ünvanlar deyildir” rəyinə istinadən iddia edir ki, 3-cü şəxsə sərəncamla ayrılan torpaq sahəsinin ünvanı ilə hazırda çıxarışda və plan-ölçü sənədində qeyd edilən ünvanlar fərqlidir. Həmin ünvan məhz iddiaçıya vaxtilə ayrılmış torpaq sahəsinə verilən ünvandır. Məhkəmə kollegiyası ilk öncə diqqətə çatdırır ki, iddiaçının istinad etdiyi Məhkəmə ekspertiza mərkəzinin 12 iyun 2018-ci il tarixli rəyi "xxxx" MMC-nin mütəxəssis rəyinə istinadən verilmiş, qeyd edilən rəy Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəsis rəyi alınmadan tərtib edilmişdir. Bundan əlavə, iddiaçı 3-cü şəxsin çıxarışında qeyd edilən ünvanın ona məxsus ünvan olduğunu bildirir, lakin iddiaçıya məxsus olan və arxiv məlumatlarında saxlanılan sərəncamda ünvan olaraq Badamdar qəsəbəsində 600 kvm torpaq sahəsinin qeyd edildiyi aşikardır. 3-cü şəxsə məxsus sərəncamda isə Köhnə bağlar sahəsində yerləşən, həmçinin, sərəncama qoşma olaraq verilmiş və arxiv məlumatlarında olan yerləşmə cizgisində Sovet Ordusu küçəsi (T.Məmmədov) ilə 4-cü Badamdar küçəsi kəsişməsində yerləşən 200 kvm torpaq sahəsinindən söhbət gedir. Məhkəmə kollegiyası ən əsası isə diqqətə çatdırır ki, öhdəliklərin icrası haqqında iddia üzrə məhkəmələr tərəfindən araşdırılan hal məhz cavabdeh inzibati orqanın hərəkət və hərəkətsizliyinin qanuni olub-olmamasıdır. İşin araşdırılmış hallarından, yuxarıda sadalanan sənədlərdən aydın olur ki, cavabdeh inzibati orqan da yeni çıxarış verilən zamanı, torpaq sahəsinin plan-ölçüsü tərtib edilən zamanı məhz 3-cü şəxsin hüquqmüəyyənedici sənədinə qoşma olaraq verilmiş və Milli arxiv İdarəsi saxlanılan, həmçinin, vaxtilə tərtib etmiş qurum tərəfindən təsdiqlənən 1994-cü il tarixli yerləşmə cizgisinə istinad etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı, daşınmaz əmlakın dövlət reyestrində olan məlumatın qeyri-dəqiq və ya səhv olması sübuta yetirilmədiyi üçün Maraqlı şəxs adına RX №1155255 seriyalı, reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda düzəliş edilərək torpaq sahəsinin ünvanının “Köhnə Bağlar” ərazisi kimi qeyd edilməsi və A №190745 seriyalı, xx.xx.2017-ci il tarixli torpaq sahəsinin plan və ölçüsünüdə yanlışlıqların aradan qaldırılması üçün əsas müəyyən edilmədiyindən, qeyd edilən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”da hər hansı bir düzəlişin aparılması qanunvericiliyə zidd hesab edilməlidir. Bununla da, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli 2-1(112)- 6837/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1543/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1543/2024
25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver