Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1543/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6767/2024 nömrəli, 29 noyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili (əvvəlki Bakı şəhəri X3 üzrə Baş İdarəsi) (bundan sonra – İddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 300000 manat, Dövlət Sosial Müdafiə Fonduna 31692,17 manat, İcbari Tibbi Sığorta Fonduna 245,70 manat və İşsizlikdən Sığorta Fonduna 1174,05 manat məbləğində borcuna görə fərqləndirici əlaməti qiyməti 300000 manat məbləğində 2014-cü il buraxılış olan “ROLLS ROYCE GHOST minik” markalı (ag gümüşü rəngli, SCA664L04EUX68731 kuzov nömrəli) **-AF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla, ümumilikdə 300000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin borc məbləğindən dövlət büdcəsinə 100 manat, İcbari Tibbi Sığorta Fonduna 245,70 manat məbləğində borcuna görə fərqləndirici əlaməti qiyməti 300000 manat məbləğində 2014-cü il buraxılış ili olan “ROLLS ROYCE GHOST minik" markalı (ağ gümüşü rəngli, SCA664L04EUX68731 kuzov nömrəli) **-AF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla, ümumilikdə 300000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6767/2024 nömrəli, 29 noyabr 2024-cü il tarixli qərardadı (hakim S.Salahova) ilə iddia tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə borc məbləğinin təmin edilməsi məqsədi ilə vergi orqanı tərəfindən cavabdehin aktiv bank hesabına – dövlət büdcəsinə, İcbari Tibbi Sığorta Fonduna,Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən Sığorta Fonduna olanborcun alınmasına dair müvafiq Sərəncamlar göndərilmişdir (qeyd olunan sərəncamlar şikayətə əlavə olunur). Qeyd edilməlidir ki, Cavabdeh "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 300.000 manat, İcbari Tibbi Sığorta Fonduna 245,70 manat borc məbləğinin ödənilməsi həm vergi ödəyicisinin şəxsi hesab vərəqəsində, həm də Bakı İnzibati Məhkəməsinin2-1(112)- 6767/2024 nömrəli qərarında öz əksini tapır. Lakin Dövlət Sosial Müdafiə Fonduna 31692,17 manat və İşsizlikdən Sığorta Fonduna 1174,05 manat borc məbləği qalmaqda davam edir və bu hal vergi ödəyicisinin şəxsi hesab vərəqəsində öz əksini tapır (Şəxsi hesab vərəqə şikayətə əlavə olunur). Lakin məhkəmə, cavabdehin Dövlət Sosial Müdafiə Fonduna 31692,17 manat və İşsizlikdən Sığorta Fonduna 1174,05 manat ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə müvafiq qərar üzrə siyahıya alınmış dəyəri 300.000 manat olan 2014-cü il buraxılışlı SCA664LO4EUX68731 kuzov nömrəli ağ gümüşü rəngli “ROLLS ROYCE GHOST MİNİK” markalı 99AF009 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin satılması hesabına ödənilməsini məqsədəmüvafiq hesab etməmiş və qeyd olunan borc məbləğinin dövlət büdcəsinə ödənilməməsinə səbəb olmuşdur. Məhkəmə tərəfindən Baş İdarənin "xxxx" MMC-nə məxsus siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılmasına dair iddia ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul etməklə vergi orqanının vergi borcunun alınması ilə əlaqədar qanunvericilikdə nəzərə tutulmuş hüquqları məhdudlaşdırmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası beləliklə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. Belə ki, iş materiallarından aydın olur ki, iddiaçı cavabdehin dövlət büdcəsinə 100 manat, İcbari Tibbi Sığorta Fonduna 245,70 manat məbləğində borcu olduğuna görə 300000 manat məbləğində 2014-cü il buraxılış ili olan “ROLLS ROYCE GHOST minik" markalı **-AF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olmaqla, ümumilikdə 300000 manat məbləğində siyahıya alınmış əmlakının satılmasını xahiş edir. İşdə olan cavabdehə məxsus şəxsi hesab vərəqəsindən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixə iddiaçının İcbari Tibbi Sığorta Fonduna borcu yoxdur. Həmçinin işdə olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, cavabdeh dövlət büdcəsinə 100 manat, İcbari Tibbi Sığorta Fonduna 246,15 manat ödəniş etmişdir. Göründüyü kimi, cavabdeh iddia ərizəsində göstərilən məbləğdə borcu artıq iddiaçıya ödəmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İşin yuxarıda qeyd olunan hallarına əsasən müəyyən olunur ki, məhkəmə icraatı gedişində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün zəruri tədbirlər görülmüş, əmlakın siyahıya alınmasına səbəb olan borc məbləği ödənilmişdir. Belə olan halda aydın olur ki, tələb olunan borc ödənildiyindən artıq hazırkı iddia ərizəsi üzrə mübahisə mövcud deyil. İddiaçı apellyasiya şikayətində hazırda Cavabdeh MMC-nin Dövlət Sosial Müdfıə Fonduna 31692,17 manat və İşsizlikdə Sığorta Fonduna 1174,05 manat borc məbləğinin olduğunu qeyd edir və bu səbəbdən 2014-cü il buraxılışlı SCA664LO4EUX68731 kuzov nömrəli ağ gümüşü rəngli “ROLLS ROYCE GHOST” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin satılmasını zəruri hesab edir. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçı xx.xx.2024-cii il tarixində məhkəməyə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd etmişdir ki, cavabdehin **********2 və **********8 nömrəli qərarları üzrə borcu mövcud deyil, həmin ərizədə Cavabdeh MMC-nin yalnız dövlət büdcəsinə 100 manat və İcbari Tibbi Sığorta Fonduna 245,70 manat borcunun olduğu bildirilmişdir. İşin faktlarına əsasən işin mübahisələndirilməyən halıdır ki, dövlət büdcəsinə olan 100 manat və İcbari Tibbi Sığorta Fonduna olan 245,70 manat borc cavabdeh tərəfindən ödənilmişdir, həmçinin vergi orqanı apellyasiya şikayətində borcun ödənilməsini təsdiq etmişdir. Beləliklə, iddiaçının dəqiqləşdirilmiş tələbi cavabdehin borc məbləğindən dövlət büdcəsinə 100 manat, İcbari Tibbi Sığorta Fonduna 245,70 manat məbləğində borcuna görə 300000 manat məbləğində 2014-cü il buraxılış ili olan “ROLLS ROYCE GHOST minik" markalı avtonəqliyyat vasitəsinin satılmasına yönəldiyindən, hazırki işin halları ilə dövlət büdcəsinə olan 100 manat və İcbari Tibbi Sığorta Fonduna olan 245,70 manat borcun cavabdeh tərəfindən ödənildiyi və hazırkı iddia ərizəsi üzrə faktiki olaraq mübahisənin olmadığı müəyyən edildiyindən birinci instansiya məhkəməsinin iddia tələbi üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticə əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 67, 83-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6767/2024 nömrəli, 29 noyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-1543/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1543/2025
02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver