Məhkəmə qərarları › İş №2-1(103)-1544/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1544/2020

24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1544/2020 24.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X9, İddiaçı, onun vəkili X2 ( Şirvan Regional Vəkil Bürosu) və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ( xx.xx.1960-cı il tarixdə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır, faktiki olaraq ünvan 2 k ünvanında yaşayan) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X15 üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-706/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Muxtar oğlu xx.xx.2019-cu il tarixdə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X3rşı ona hüququnun yarandığı, yəni xx xxxx 2015-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. xx.xx.1978-ci ildən əmək fəaliyyətinə başlamış və bu günə qədər işləyir. İddiaçı xx.xx.1993-cü ildən vaqon baxıcısı vəzifəsində işləmişdir. İşlədiyi vaqon baxıcısı vəzifəsi istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahısında (23001000-16269) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. xx.xx.2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən axırınçı iş yerindən asılı olmayaraq əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər- istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il stajı olduqda və bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışmışlarsa , əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. İddiaçı DSMF-nin X22 İdarəsinə müraciət edərək ona 55 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya imtina məktubu verərək pensiya təyin edilməsindən imtina etmişdir. xx xxxxxx 2019-cu il tarixli cavab məktubunda cavabdeh göstərmişdir ki, iddiaçının işlədiyi baş vaqon baxıcısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda” nəzərdə tutulmadığından güzəştli şərtlərlə əmək pensiyasının təyinatı qeyri-mümkündür. Halbuki iddiaçının ümumi iş stajı 40 ildən artıq, xx xxxxxx 2006cı il tarixə qədər güzəştli iş stajı 13 ilə qədərdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim etmişdir. Cavabdeh etirazında iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşından, yəni xx xxxx 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-706/2020 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-706/2020 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) İddiа tələbi təmin edilmiş, iddiaçı Nuruyev Elman Muxtar oğluna 57 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X15 İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-706/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının İdarəyə təqdim etdiyi sənədlərdə xx.xx.1998-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində “xxxx” QSC-nin X8 Cənub vaqon deposunda əmək fəaliyyəti ilə məşğul olduğu baş vaqon baxıcısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır.Belə olan halda iddiaçının xx xxxxxx 2006-cı il tarixinə güzəştli iş stajı 12 il 06 aydan az təşkil edir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Əlavə olaraq, iddiaçı sədrlik edənin xx xxxx 1990-cı ildən xx xxxx 1997-ci ilə qədər Qafan stansiyasında işləməsi ilə əlaqədar sualına cavab olaraq, Qafan stansiyasının Ermənistan ərazisində olduğundan orada Zəngilan rayonunun işğalına kimi işlədiyini bildirdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinin tələblərini və cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının əsaslılığı tam həcmdə yoxlanılmalıdır. İş materiallarında olan: - İddiaçıya məxsus İT-İ № ******* seriya və nömrəli əmək kitabasının notarial qaydada təsdiq edilmiş surətinə əsasən o, xx.xx.1978-ci il tarixdə MSP-13 Yol tikinti tresti Azərbaycandəmiryollarına işə qəbul edilmiş, xx.xx.1978-ci il tarixdə ( 95№-li əmrlə) 2-ci dərəcəli fəhlə işinə qəbul edilmiş, xx.xx.1978-ci il tarixdə Sovet Ordusunun sıralarına getdiyinə görə işdən azad olunub (263 №-li əmrlə), xx.xx.1978-xx.xx.1980-ci ilədək Sovet Ordusunun sıralarında xidmət etmiş (NZ № ******* seriya və nömrəli hərbi biletə əsasən), xx.xx.1980-ci il tarixdə (202 №-li əmrlə) ikinci dərəcəli yol montyoru qismində işə qəbul edilmiş, xx.xx.1981-ci il tarixdə (66 №-li əmrlə) tutduğu 2-ci dərəcəli yol montyoru vəzifəsindən öz xahişi ilə azad edilmiş, xx.xx.1981-ci il tarixdə (84 №-li əmrlə) Zəngilan kənd kimya birliyinə fəhlə kimi qəbul edilmiş, xx.xx.1981-ci il tarixdə (105 №-li əmrlə) özünün ərizəsinə əsasən başqa işə getdiyi üçün fəhləlikdən azad edilmiş, xx.xx.1981-ci il tarixdə ( 109 №-li əmrlə) xxxx Mincivan dəmiryol stansiyasının 160 №-li X16 Yol xidmətində ikinci dərəcəli yol montyoru qismində işə qəbul edilmiş, xx.xx.1982-ci il tarixdə ( 28 №-li əmrlə) Azərbaycan SSR ƏQN 37-ci maddəsi ilə (öz xahişi ilə) 2ci dər. Yol montyoru işindən azad olunmuş, xx.xx.1982-ci il tarixdə ( 92-2 №-li əmrlə) Georgiyevski kombinatında təmir-tikinti sexinə ixtisassız fəhlə işinə qəbul edilmiş, xx.xx.1983-cü il tarixdə (54-2 №-li əmrlə) Qazaxıstan SSR ƏQM 32-ci maddəsi ilə işdən azad olunmuş (öz xahişi ilə), xx.xx.1983-cü il tarixdə (65-2 №-li əmrlə) Xammal anbarına yükləyici işinə qəbul edilmiş, xx.xx.1987-ci il tarixdə ( 50-2 №-li əmrlə) Qazaxıstan SSR ƏQM 32-ci maddəsi ilə işdən azad olunmuş (öz xahişi ilə), xx.xx.1987-ci il tarixdə (51k №-li əmrlə) Sarıbulak c/sovxozunda Bitkiçilik sexinə 2-ci briqadaya köməkçi qəbul olunmuş, xx.xx.1990-cı il tarixdə (43k №-li əmrlə) Qazaxıstan SSR ƏQM 32-ci maddəsi ilə işdən azad olunmuş (öz xahişi ilə) , xx.xx.1990-cı ildə (395 №-li əmrlə xxxx Naxçıvan şöbəsində Kafan st. Texniki xidmət məntəqəsinə 3-cü dərəcəli çilingər işinə qəbul edilmiş, xx.xx.1993cü il tarixdə (113 №-li əmrlə) həmin yerdə 4-cü dərəcəli vaqonların baxıcısı işinə keçirilmiş, xx.xx.1997-ci il tarixdə ( 367 №li əmrlə) X18 sərəncamına keçirilmiş, xx.xx.1997-ci il tarixdə ( 02/1-20 №-li əmrlə) X19 Deposunda Naxçıvan d/yol hissəsindən X19 deposuna keçirilməsi ilə əlaqədar olaraq Mincivan BTMM-nə 4 d. Vaqon baxıcısı-təmirçi qəbul edilmiş, xx.xx.1998-ci il tarixdə (105 №-li əmrlə) X10 Xidmət Məntəqəsinin vaqon baxıcısı vəzifəsindən 5. Dərəcəli baş vaqon baxıcısı keçirilmiş, xx.xx.2000-ci il tarixdə (107 №-li əmrlə) Mincivan VTXM-nin 5ci dərəcəli baş vaqon baxıcısı-təmirçisi keçirilmiş, xx.xx.2018-ci il tarixdə (180 №li əmrlə) Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X15 İdarəsi tərəfindən X7 xx.xx.2019-cu il tarixli ərizəsinə cavab olaraq ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********8 №-li “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubuna əsasən təqdim etdiyi sənədlərdə onun xx.xx.1993-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində “xxxx” QSC-nin X8 Cənub Vaqon deposunda əmək fəaliyyəti ilə məşğul olduğu baş vaqon baxıcısı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığı, qeyd olunanlara əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyi qeyd edilmişdir. - “xxxx” QSC X5 X20 xx.xx.2018-ci il tarixli, 37№-li Güzəştli arayışına əsasən X13 həqiqətən Naxçıvan dəmir yol hissəsinin Kafan stansiyasının Texniki Xidmət Məntəqəsində əmr № 395 xx.xx.1990- cı ildən üçüncü dərəcəli çilingər, əmr № 113 xx.xx.1993-cü ildən dördüncü dərəcəli vaqon baxıcısı , əmr № 02/1-20 xx.xx.1997-ci ildən X19 X4 X6 dördüncü dərəcəli vaqon baxıcısı təmirçisi, əmr № 105 3 1.07.1998-ci ildən beşinci dərəcəli baş vaqon baxıcısı, əmr № 107 xx.xx.2000-ci ildən - əmr № 180 xx.xx.2018-ci ilə kimi beşinci dərəcəli baş vaqon baxıcısı təmirçisi, əmr № 375 xx.xx.2018-ci ildən hal-hazıra kimi X20 Şirvan Texniki Xidmət Məntəqəsində vaqon baxıcısı vəzifəsində işləyir. Bu iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il 12 № li qərarının “Nəqliyyat” bölməsinin 21.4. bəndinə əsasən E.Nuriyevə güzəştli şərtlə pensiya çıxmaq hüququ verir. (X20 rəisi K.N.Eyyubov) Hazırkı iş üzrə birinci instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, “İddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında (23001000 - 16269) nəzərdə tutulan- vaqon baxıcısı-peşəsində güzəştli iş stajı 12 il 09 ay 19 gün, ümumi iş stajı 25 ildən çox (26 il 10 ay) olduğu üçün onun 57 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1993-cü il tarixdə xxxx Naxçıvan şöbəsində Kafan st. Texniki xidmət məntəqəsində 4-cü dərəcəli vaqonların baxıcısı işinə keçirilmiş, xx.xx.1997-ci il tarixdə X19 Deposunda Naxçıvan d/yol hissəsindən X19 deposuna keçirilməsi ilə əlaqədar olaraq Mincivan BTMMnə 4 d. vaqon baxıcısı-təmirçi qəbul edilmiş, xx.xx.1998-ci il tarixdə X10 Xidmət Məntəqəsinin vaqon baxıcısı vəzifəsindən 5. Dərəcəli baş vaqon baxıcısı keçirilmiş, xx.xx.2000-ci il tarixdə Mincivan VTXM-nin 5-ci dərəcəli baş vaqon baxıcısı-təmirçisi keçirilmiş, xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.1993-xx.xx.1997-ci il tarixdə “vaqon baxıcısı”, xx.xx.1997-xx.xx.1998-ci il tarixlərdə “vaqon baxıcısı-təmirçisi”, xx.xx.1998-xx.xx.2018-ci il tarixlərdə “baş vaqon baxıcısı” vəzifələrində çalışmışdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddiaçının yuxarıda qeyd edilən peşələrini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında (23001000 - 16269) nəzərdə tutulan- vaqon baxıcısı-peşəsinə uyğunlaşdırmış və onun güzəştli iş stajı 12 il 09 ay 19 gün olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən istinad edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısının 23001000 – 16269 nömrəli kodunda yalnız vaqon baxıcıları peşəsi qeyd edilmiş, iddiaçının işlədiyi vaqon baxıcısı-təmirçisi və baş vaqon baxıcısı peşəsi göstərilməmişdir. Bununla əlaqədar olaraq, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi vaqon baxıcısı peşəsi müvafiq Siyahının 23001000 – 16269 nömrəli kodunda, vaqon baxıcısıtəmirçisi peşəsi - 23001000—16275 kodu altında qeyd edilmiş, iddiaçının xx.xx.1998xx.xx.2018-ci il tarixlərdə işlədiyi “baş vaqon baxıcısı” peşəsi isə müvafiq siyahıda öz əksini tapmamışdır. Göründüyü kimi, iddiaçının işlədiyi xx.xx.1998-xx.xx.2018-ci il tarixlərdə işlədiyi “baş vaqon baxıcısı” peşəsi isə müvafiq siyahıda göstərilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş ümumi iş stajına malik olsa da, iddiaçının güzəştli iş stajının mövcud olması iş materialları müəyyən edilmir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçı öz izahatında “baş vaqon baxıcısı” və “vaqon baxıcısı” peşələrinin eyni işi gördüyünü qeyd etmiş, işin apellyasiya icraatı zamanı məhkəmə tərəfindən iddiaçıya bununla əlaqədar olaraq hər hansı sənədsübut təqdim etməsi təklif edilmişdir. İddiaçı tərəfindən məhkəməyə “xxxx” QSC X5 X20 xx.xx.2020-ci il tarixli, 243 №-li güzəştli arayışı təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən işin apellyasiya icraatı zamanı təqdim edilmiş xx.xx.2020-ci il tarixli, 243 №-li güzəştli arayış ilə işin birinci instansiya icraatı zamanı təqdim edilmiş xx.xx.2018-ci il tarixli, 37№-li güzəştli arayış mətn etibarilə eynilik təşkil edir və qeyd edilən arayışlarda “baş vaqon baxıcısı” və “vaqon baxıcısı” peşələrinin eyni vəzifəni icra etmələri barədə hər hansı qeyd mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-706/2020 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X15 üzrə Mərkəzi filialının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-706/2020 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X15 üzrə Mərkəzi filialına qarşı “ona 57 yaşından, yəni xx xxxx 2017-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar