Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1544/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçının əmək pensiyasından artıq ödəmənin tutulmasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçının əmək pensiyasından 2022-ci il dekabr ayından etibarən artıq ödəmə kimi tutulmuş vəsaitin iddiaçıya qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6253/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 1980-ci ilin avqust ayından 1991-ci ilin 18 oktyabrına qədər partiya orqanlarında işlədiyi müddətləri dövlət qulluğu stajı götürülməklə pensiyasının yenidən qeyd olunan qanunlara əsasən 60% hesablanması, 2022-ci ilin dekabr ayından bu günə kimi pensiyasından tutulmuş vəsaitin verilməsi, iddiaçıya vurulmuş maddi və mənəvi ziyana görə təzminat verilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, 1950-ci il təvəllüdlü İddiaçı 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Sonradan təyinatla Bakı Radio zavodunda mühəndis kimi əmək fəaliyyətinə başlamışdır. 1977-ci ildə zavodun ən yaxşı səmərələşdiricisi və ixtiraçısı kimi Moskva şəhərində keçirilən Gənclərin X1, 1980-1982-ci illər Bakı Radio zavodunda azad partiya komitə katibi, 1982-84-cü illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi, 1984-85-ci illərdə Azərbaycan Kommunist Partiyası Xətai Rayon Partiya Komitəsində təlimatçı, 1985-1991-ci ilin oktyabr ayının 18-ə kimi V.İ. Lenin adına (indiki H.Z.Tağıyev) Toxuculuq kombinatınin azad partiya komitə katibi vəzifəsində işləmişdir. İddiaçının Partiya sistemində çalışdığı iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanununa əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nın təsdiq edilməsi barədə” 2005-ci il 01 sentyabr tarixli 290 nömrəli Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na salınmamışdır. Lakin 04 aprel 2017-ci il tarixli 121 nömrəli Nazirlər Kabinetinin qərarına əsasən, yuxarıda adı çəkilən “Siyahı”ya dəyişiklik edilməsindən sonra Azərbaycan Kommunist Partiyası rayon (şəhər) komitələrindən əmək haqqı almış azad partiya komitə katiblərinin vəzifələri göstərilən “Siyahı”ya salınmışdır. Bu səbəbdən, 2017-ci ilin may ayından dövlət qulluqçusu statusunda yenidən pensiya hesablanarkən qeyri-dəqiqliyə yol verilmişdir. Belə ki, “AR Qanunları Dövlət qulluqçularının pensiya təminatı haqqında AR Qanununun” 6.1.2 maddəsinə uyğun olaraq yəni 5 ildən 10 ilə qədər dövlət qulluğuna əsasən (5 il 45%, 5 ildə yuxarı illər üçün hər ilə 2% əlavə olunmaqla) iddiaçıya 57%-lə pensiya hesablanmışdır. Əslində isə dövlət qulluğu stajı 11 il 02 ay olduğundan adı gedən Qanunun 6.1.3 maddəsinə əsasən hesablanmalı idi, yəni 10 ildən 15 ilə qədər 60% (10 il-55% və 10 ildən yuxarı hər il üçün 5% əlavə olunmaqla). Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6253/2024 saylı qərardadı ilə iş üzrə iddia tələbi iddiaçının ərizəsinə əsasən 2022-ci ilin dekabr ayından hal-hazıra qədər pensiyasından tutulmuş vəsaitin geri qaytarılması kimi dəyişdirilmişdir. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə müraciət edərək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İddiaçının xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, 21,02.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli müxtəlif yerlərə olan müraciətlərindən aydın olur ki, iddiaçının pensiyasının yenidən hesablanması iki konteksdə başa düşülməlidir: iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla ona təyin edilmiş dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması; Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1227/2022-ci il tarixli qərarı nəzərə alınaraq onun dövlət qulluğu stajında baş vermiş dəyişikliklərə münasibətdə pensiyasının yenidən hesablanması. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla ona təyin edilmiş dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanmasına münasibətdə qeyd etmək lazımdır ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-3343/2024 saylı inzibati iş həmin mübahisənin həll edilməsi ilə əlaqədardır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1227/2022 saylı qərarı nəzərə alınaraq onun dövlət qulluğu stajında baş vermiş dəyişikliklərə münasibətdə isə əlaqədar inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-1/2-N-5982/2023 saylı, eləcə də xx.xx.2023-cü il tarixli, 3-17-1/2-N- 29805/2023 saylı, xx.xx.2023-cü il tarixli, 3-17-1/2-N-5982/2023 saylı, xx.xx.2023-cü il tarixli, 3-17-1/2-N-297040/2023 saylı məktublarda iddiaçıya təyin edilmiş dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması izah edilmiş, eləcə də artıq ödənilmiş məbləğin olması ilə bağlı məlumat verilərək onun razılığı ilə tutulmanın aparılmalı olduğu qeyd edilmişdir. Hazırda iddiaçının tələbi üç hissədən ibarətdir: 1. onun dövlət qulluğu stajı 09 il 01 ay deyil, 11 il 02 ay kimi qəbul edilərək, pensiyası yenidən hesablansın; 2. 2022-ci il tarixdən iddiaçının pensiyasından tutulan məbləğ geri qaytarılsın; 3. maddi və mənəvi ziyana görə kompensasiya verilsin. Onun dövlət qulluğu stajı 09 il 01 ay deyil, 11 il 02 ay kimi qəbul edilərək, pensiyası yenidən hesablanmasına münasibətdə iddiaçının dövlət qulluğu stajının müddətinə artıq Azərbaycan Respublikasının Ali Məhkəməsi qiymət vermişdir. Bu xüsusda, cavabdeh orqan Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının mövqeyini nəzərə alaraq iddiaçının pensiyasını yenidən hesablamışdır. Belə ki, 16 mart 2015-ci il tarixdə vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 305,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 30,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 13,49 manat olmaqla orta aylıq əmək haqqı 348,99 manat təşkil etmişdir. Bununla əlaqədar, iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 9 il 1 ay 27 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (348,99 manat) 53 faizi-184,96 manat məbləğində hesablanmışdır. 2022-ci il tarixdən iddiaçının pensiyasından tutulan məbləğ geri qaytarılmasına münasibətdə iddiaçıya xx.xx.2015-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 6569,06 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 6632,03 manat ödənilmişdir. Buna görə də həmin dövr üzrə iddiaçıya 62,97 manat artıq pul vəsaiti ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 9 il 1 ay 27 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə iddiaçının qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 30,28 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə iddiaçının vəzifə maaşı - 335,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 33,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 14,82 manat olmaqla orta aylıq əməkhaqqı 383,32 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (348,99 manat) ilə 1 mart 2018-ci il tarixdən sonrakı orta aylıq əmək haqqı (383,32 manat) arasındakı fərq məbləğinin (34,33 manat) 30,28 faizi-10,39 manat 1 mart 2018-ci il tarixədək hesablanmış pensiyanın (184,96 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 195,35 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2018- xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 3516,30 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 4365,56 manat ödənilmişdir. Buna görə də həmin dövr üzrə iddiaçıya 849,26 manat artıq pul vəsaiti ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixdən vaxtilə iddiaçının qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 505,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 50,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 22,34 manat olmaqla orta aylıq əmək haqqı 577,84 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixədək vaxtilə iddiaçının qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (383,32 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı orta aylıq əmək haqqı (577,84 manat) arasındakı fərq məbləğinin (194,52 manat) 30,28 faizi-58,90 manat 1 sentyabr 2019-cu il tarixədək hesablanmış pensiyanın (195,35 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 254,25 manat məbləğində hesablanmalı olduğu halda, 297,27 manat müəyyən edilməklə xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə hər ay müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr üzrə iddiaçıya 1677,78 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2015-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində isə 2590,01 Qanununun 39.1ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Göstərilən maddəyə əsasən iddiaçıya artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 2590,01 manatdan 1041,29 manata (“Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixdən əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar cari ilin yanvar ayı üzrə hesablanmış 41,11 manat vəsaitin artıq ödənilmiş pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilməsi nəzərə alınmaqla) azaldılmışdır. Həmin artıq ödənilmiş qalıq 1041,29 manat pul vəsaitdən iddiaçıya ödənilməli olan ümumilikdə 280,58 (233,77+46,81) manat pul vəsaiti çıxılmaqla büdcəyə bərpa edilmişdir. Qalan 760,71 (1041,29-280,58) manat pul vəsaiti əmək pensiyasından cari ilin avqust ayından etibarən hissə-hissə çıxılmaqla büdcəyə bərpa edilir. 2022-ci ilin dekabr ayından etibarən iddiaçının əmək pensiyası 254,25 manat müəyyən edilmişdir. Bundan başqa iddiaçıya xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım ödənilmişdir. Maddi və mənəvi ziyana görə kompensasiya verilməsinə münasibətdə isə cavabdeh orqan iddiaçıya nə mənəvi nə də maddi ziyan vurmuşdur. İddiaçının iddia ərizəsində qeyd edilənlərə baxsaq, o, ona pensiyanın yanlış hesablandığını bilirdi. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hesablama Qanunun müvafiq maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasındadır, yəni iddiaçı ona artıq məbləğdə pensiya ödənərkən məbləğin artıq olduğunun fərqində idi. İddiaçıya dəfələrlə cavabdeh orqan tərəfindən məktub göndərilərək bu barədə xəbər verilsə də, iddiaçı hərəkətsizlik nümayiş etdirərək qanunsuz hərəkətini davam etdirmişdir. Nəticə etibarilə, iddiaçıya nə maddi, nə də mənəvi ziyan dəymişdir. Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2-1(112)-6253/2024 saylı qərarı ilə (hakim A.M.Almazova) iddia tələbi təmin edilmiş, İddiaçı əmək pensiyasından artıq ödəmənin tutulmasına dair cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə üzrə Mərkəzi Filialının hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçının əmək pensiyasından 2022-ci il dekabr ayından etibarən artıq ödəmə kimi tutulmuş vəsaitin iddiaçıya qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 1 iyul 2017-ci il tarixədək əmək pensiyasının faiz dərəcəsi 11 il 26 gün qulluq stajına uyğun olaraq 60 faiz olaraq müəyyən edilmişdir. Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar, 11 il 26 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının 1 iyul 2017ci il tarixdən sonrakı artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 36,67 faiz müəyyən olunmuşdur. Belə ki, 11 il 26 gün qulluq stajı 11 il müvafiq olaraq 132 (11x12) ay təşkil etmişdir. Dövlət qulluğunda qulluq dövrü 15 ilə müvafiq olaraq 180 (15x12) ay olduğundan orta aylıq əmək haqqının 50 faizinin 180 aya nisbətinin qulluq dövrünün aylarının sayına hasili nəticəsində (50:180 ay x 132 ay) pensiyasının artım faizi 36,67 faiz hesablanmışdır. Beləliklə, əmək pensiyasının təyinatı orta aylıq əmək haqqının 60 faizi miqdarında müəyyən edilmiş və 1 mart 2018-ci il tarixədək sonrakı artımlar da eyni faizlə hesablanmışdır. Sonradan 1 mart 2018-ci il və 1 sentyabr 2019-cu il tarixlərində dövlət qulluqçularının vəzifə maaşlarının artımı ilə əlaqədar vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının yalnız artım hissəsinə yuxarıda qeyd olunmuş Azərbaycan Respublikası Prezidentinin Fərmanın tələblərinə uyğun 36,67 faiz tətbiq edilərək əvvəlki hesablanmış pensiya məbləği ilə toplanılıb. Göründüyü kimi, əmək pensiyasının təyinat faiz miqdarı azaldılmayıb, yəni orta aylıq əmək haqqının 60 faizi miqdarında müəyyən edilmiş pensiyasının üzərinə 1 mart 2018-ci il və 1 sentyabr 2019-cu il tarixlərində artımlar 36,67 faiz miqdarında əlavə edilərək ödənilir. İddiaçıya pensiya təyin edildikdən sonra işdən azad olunduğu 12 fevral 2019-cu il tarixədək işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına əsasən, Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada əmək pensiyası 6 yanvar 2022-ci il tarixdən 303,42 manata, maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixdən 381,66 manata artırılmışdır. Eyni zamanda, ötən dövr üzrə ödənilməli olan 603,27 manat pul vəsaiti hesablanmışdır. Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən maddi vardımın pensivanın tərkibinə daxil edilməsi, ümumi pensiya məbləğinin həmin tarixdən və növbəti dəfə cari ilin 1 yanvar tarixdən də indeksləşdirilməsi nəticəsində əmək pensiyası 424,41 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa da cari il üzrə indeksləşdirilmə ilə əlaqədar yanvar ayı üçün 42,75 manat fərq məbləği hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasının 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1,9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. İddiaçıya əmək pensiyası üzrə artıq ödənilmiş 760,71 manat pul vəsaitinin 1 fevral 2024-cü il tarixə qalıq məbləği 538,71 manat təşkil edir. Həmin qalan 538,71 manat pul vəsaiti ümumilikdə hesablanmış 646,02 (603,27+42,75) manatdan çıxılmaqla büdcəyə bərpa edilmişdir. Qalıq 107,31 (646,02-538,71) manat pul vəsaitinin cari ayda əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulur. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, apellyasiya şikayəti formal xarakter daşıyır, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - İddiaçı dair pensiya təyinatı alt sistemindən çıxarışdan görünür ki, pensiyanın növü yaşa görə, pensiyaçı kateqoriyası dövlət qulluqçularının pensiya təyinatı, pensiya müddəti müddətsiz, əllə daxil edilmiş pensiya 381,66 manat, hüququn yaranma tarixi xx.xx.2013-cü il, aylıq pensiya məbləği 424,41 manatdır, 269,30 manat tutulma aparılmışdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın **********5 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı 254,25 manat pensiya məbləği hesablanmışdır (hazırkı pensiya məbləği 297,27 manat). - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 3-17-1/3-3-1543/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı 381,66 manat pensiya məbləği hesablanmışdır (hazırkı pensiya məbləği 370,08 manat). - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 3-17-1/3-7-2141/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı 254,25 manat pensiya məbləği hesablanmışdır (hazırkı pensiya məbləği 297,27 manat). - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 3-17-1/3-3-11887/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı 293,32 manat pensiya məbləği hesablanmışdır (hazırkı pensiya məbləği 320,79 manat). - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 3-17-1/3-7-3402/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı 254,25 manat pensiya məbləği hesablanmışdır (hazırkı pensiya məbləği 297,27 manat). - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən İddiaçı ünvanlanmış phş/3-N-2-2022-4420-15 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 7-ci bəndinə əsasən dövlət qulluğu vəzifəsinin və əmək haqqının saxlanılması dövlət qulluqçusunun dövlət qulluğundan ayrıldığı müddət dövlət qujluğu stajına daxil edilir. Dövlət qulluqçusunun təhsil aldığı müddətin dövlət qulluğu stajına daxil edilməsi onun dövlət qulluğu vəzifəsinin və əmək haqqının saxlanılması halı ilə şərtləndirilmişdir. Qaydaların 10cu bəndinə əsasən dövlət qulluğunda qulluq stajı haqqında sənəd dövlət qulluqçusunun əmək kitabçası hesab edilir. Tərəfindən əmək fəaliyyətini təsdiq edən sənəd kimi əmək kitabçası təqdim edilmədiyi üçün Bakı Ali Partiya Məktəbində təhsili aldığı 1982-1984-cü illərdə dövlət qulluğu vəzifənin və əmək haqqının saxlanılıb-saxlanılmamasını müəyyən etmək mümkün olmamışdır. 1982-1984-cü illərdə Bakı Ali Partiya məktəbində təhsil almağa göndərilərkən dövlət qulluğu vəzifəsi və əmək haqqı saxlanılmışdırsa, həmin məktəbdə təhsil aldığı müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alına bilər. - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai-Siyasi sənədlər arxivi tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli, 196 saylı arxiv arayışına əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 saxlanılan maliyyə sənədlərinə əsasən müəyyən edilmişdir ki, İddiaçı V.l.Lenin ad. tikiş kombinatı (sonralar BTTİB adlandırılmışdır) partiya komitəsinin katibi vəzifəsində işləyərkən, 1986-cı ilin yanvar ayından 1991-ci ilin sentyabr ayına olan dövr üçün göstərilən cədvəl üzrə əmək haqqı almışdır (rubl ilə). - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai-Siyasi sənədlər arxivi tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli, 80 saylı arxiv arayışına əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinin X5 saxlanılan maliyyə sənədlərinə əsasən müəyyən edilmişdir ki, İddiaçı V.İ.Lenin ad. tikiş kombinatı (sonralar BTTİB adlandırılmışdır) partiya komitəsinin katibi vəzifəsində işləyərkən, 1986-cı ilin yanvar ayından 1991-ci ilin sentyabr ayına olan dövr üçün göstərilən cədvəl üzrə əmək haqqı almışdır (rubl ilə). - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai-Siyasi sənədlər arxivi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 27/056 saylı arxiv arayışına əsasən, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 saxlanılan maliyyə sənədlərinə əsasən müəyyən edilmişdir ki, Nurullayev X4 partiya komitəsinin katibi və Şaumyan (indiki Xətai) rayon partiya komitəsində təlimatçı vəzifələrində işləyərkən, Bakı Ali Partiya Məktəbində müdavim olarkən 1980-ci ilin avqust ayından 1985-ci ilin sentyabr ayına kimi göstərilən cədvəl üzrə əmək haqqı almışdır (rubl ilə). - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-N-23208/2023 nömrəli məktubunda aşağıdakılar göstərilmişdir: “... Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli 2-1(102)-1227/2022 nömrəli Qərarına əsasən əmək pensiyanız 16 mart 2015-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi hesablanıb. Aparılan hesablamalar nəticəsində pensiyanız 2022-ci ilin dekabr ayından etibarən qanunvericiliyə uyğunlaşdırılaraq 254,25 manat məbləğində müəyyən edilib, həmçinin sizə xx.xx.2015xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 2590,01 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Bununla əlaqədar, tərəfimizdən sizə 13 yanvar 2023cü il tarixli, 3-17-1/2-N-5982/2023 nömrəli məktubla ətraflı məlumat verilib. Əlavə olaraq bildiririk ki, sizə maddi yardım üzrə 2022-ci il üçün 47,30 manat maddi yardım hesablanıb. Həmin pul vəsaiti cari ilin yanvar ayında əmək pensiyanızdan çıxıimaqia büdcəyə bərpa edilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən əmək pensiyanız 320,79 manat məbləğində müəyyən edilib. Eyni zamanda bildiririk ki, sonradan təqdim etdiyiniz sənədlərə əsasən dövlət qulluğu stajınız yenidən hesablanıb. Nəticədə, 2023-cü ilin iyul ayında əmək pensiyanız yenidən hesablanaraq 320,78 manatdan 370,08 manata artırılıb, həmçinin pensiya üzrə ötən dövr üçün sizə ödənilməli olan 233,77 manat pul vəsaiti hesablanıb. Bundan başqa, sizə maddi yardım üzrə 2022-ci il üçün ödənilməli olan 46,81 manat pul vəsaiti müəyyən edilib. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Göstərilən maddəyə əsasən, sizə artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 2590,01 manatdan 1041,29 manata (“Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar cari ilin yanvar ayı üzrə hesablanmış 41,11 manat vəsaitin artıq ödənilmiş pul vəsaitinizdən çıxılaraq büdcəyə bərpa edilməsi nəzərə alınmaqla) azaldılıb. Həmin artıq ödənilmiş qalıq 1041,29 manat pul vəsaitdən sizə ödənilməli olan ümumilikdə 280,58 (233,77+46,81) manat pul vəsaiti çıxılmaqla büdcəyə bərpa edilib. Qalan 760,71 (1041,29-280,58) manat pul vəsaiti əmək pensiyanızdan cari ilin avqust ayından etibarən hissə-hissə çıxılmaqla büdcəyə bərpa edilir”. “İnzibati icraat haqqnda” Azərbaycan Respublikası Qanunun 21.2-ci maddəsinə əsasən, qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 28-ci maddəsinə müvafiq olaraq, inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Həmin Qanunun 64-cü maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanunun 67-ci maddəsinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasından xx.xx.2022-ci il tarixdə 73,61 manat, xx.xx.2022-ci il tarixdə 73,61 manat, xx.xx.2022-ci il tarixdə 73,61 manat, xx.xx.2022-ci il tarixdə 73,61 manat, xx.xx.2023-cü il tarixdə 0 manat, xx.xx.2023cü il tarixdə 0 manat və xx.xx.2023-cü il tarixdə 0 manat olmaqla cəmi 294,44 manat (iki yüz doxsan dörd manat qırx dörd qəpik) məbləğində pul tutulmuşdur. Cavabdeh tərəfindən xx.xx.2006-ci il tarixindən xx.xx.2011-ci il tarixinə kimi fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 2993.04 manat olduğu halda texniki səhv olaraq 3226.32 manat olaraq hesablandığı qeyd olunmuş və xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 588.92 manat artıq vermə aşkarlanmışdır. İş üzrə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş halların mövcudluğu müəyyən edilmir. Həmçinin pensiya təyin olunarkən vətəndaşın təqsirli hərəkətlərinin olduğu cavabdeh tərəfindən də iddia edilmir. Pensiyanın hesablanması zamanı riyazi səhvə yol verildikdə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulmasına dair qanunvericinin mövqeyi aydın ifadə olunub. Belə olan halda, birinci instansiyası məhkəməsi cavabdeh tərəfindən səhvə yol verilməsi nəticəsində müəyyən edilmiş artıq ödənilmə ilə əlaqədar 2022-ci ilin dekabr ayından birtərəfli qaydada, iddiaçı aparılmış inzibati icraata cəlb edilmədən, iddiaçının razılığı olmadan pensiyadan tutulmanın aparılmasını qanunsuz hesab etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2-1(112)-6253/2024 saylı saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-1544/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1544/2025
16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver