Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1546/2020 21.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının vəkili X1 iştirakı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-998/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının tələb olunan ümumi iş stajının 20 ili tamamlanmamışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli arayış və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən təqdim edilmiş xx.xx.2016-cı il tarixli arayışdan görünür ki, iddiaçı 2006-2007-ci illər ərzində iki fərqli müəssisədə işləmişdir. Bundan başqa, “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən təqdim edillmiş xx.xx.2019-cu il tarixli arayışda qeyd olunan “kəsici” peşəsi AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 35-ci bölməsində (Ümumi peşələr) öz əksini tapmamışdır. Qanunvericiliyə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı da təqdim edilməlidir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsaslıdır. İşdə olan, cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli **********7 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubuna görə, təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun ümumi iş stajı 20 ildən az təşkil edir. Azərbaycan Respublikası vətəndaşının AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasına əsasən, o, xx.xx.1985-ci ildən xx.xx.1989-cu ilədək Bakı Bulka-Maya Kombinatında, xx.xx.1990-cı ildən xx.xx.1990cı ilədək X3 çalışmışdır. xx.xx.1990-cı ildən “Bakı Soyuducular Zavodu”nun Plastik kütlə sexində 2-ci dərəcəli fəhlə işləmiş, xx.xx.1992-ci il tarixdə 1-ci dərəcəli tökməci vəzifəsinə keçirilmişdir, xx.xx.2007-ci ildən Plastik kütlə sexində tökməçi işləyir. “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli 22 nömrəli arayışına görə, iddiaçı “Bakı Soyuducular Zavodu”nun Plastik kütlə sexinə xx.xx.1990-cı il tarixdə 283/k saylı əmrlə tökməçi şagird peşəsinə işə qəbul edilmişdir. xx.xx.1990-cı il tarixdən (əmr 351/k-xx.xx.1990-cı il) hal-hazırkı (xx.xx.2019-cu il tarixədək) Plastik kütlə sexində soyuducuların plastik kütlədən hazırlanan hissələrinin termoplastavtomat maşınlarında 200 dərərcə C temperatura qədər əridib tökülməsi prosesində qapalı şəraitdə tökülən soyuducu hissələrinin hazırlanmasında, maşınların yanında hazır olan hissələrin təmizlənməsi (kənar və çıxıntı hissələrinin kəsilməsi), tökülməsi işlərində kəsici, tökməçi işləmişdir. Qeyd olunanlara əsasən, AR Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahı Bölmə 35. Ümumi peşələr; plastik kütlənin tökücüləri öz əksini tapmışdır. İddiaçı işlədiyi müddət ərzində insan həyatı üçün təhlükəli olan maddələrlə daima təmasda olmuşdur və xx.xx.1996-cı il tarixdən xx.xx.2007-ci il tarixədək müəssisənin maliyyə vəziyyəti ilə əlaqədar olaraq öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Arayış iddiaçının forma T-2 şəxsi vərəqinə, əmrlər kitabına və əmək haqqı cədvəlinə əsasən yazılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail omaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” AR Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada 9.1-ci maddəsinə görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni Qanunun 25-ci maddəsinə əsasən, sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi həyata keçirir. İddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan, Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra - Qaydalar): 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6-cı bəndinə əsasən, Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur; 4.1.11-ci bəndinə görə, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə əsasən, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İstinad olunan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda (bundan sonra - Siyahı) nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il olmalı; 2) ümumi iş stajı minimum 20 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2017-ci il tarixədək mövcud olmalıdır. İddiaçının 52 yaşı xx.xx.2014-cü il tarixdə tamam olmuşdur. Qanunvericiliyin tələbinə görə, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı əmək kitabçasına, xx.xx.2006-cı il tarixdən sonrakı sosial sığorta stajı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə sənədlə təsdiq olunur. İT-İ ******* nömrəli əmək kitabçasından, “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli 22 nömrəli arayışından və Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 268 nömrəli arxiv arayışından müəyyən edilir ki, iddiaçı xx.xx.2006cı il tarixədək (xx.xx.1985-xx.xx.1989 - 3 il 3 ay 22 gün, xx.xx.1990-xx.xx.1996 (öz hesabına ödənişsiz məzuniyyətə çıxdığı tarix) - 6 il 1 gün, 1980-1983 (“Sovet Belarusiyası” kolxozu) - 4 il) cəmi 13 il 3 ay 23 gün staja malik olmuşdur. İddiaçının xx.xx.2006-cı il tarixdən sonrakı və onun 52 yaşının bitdiyi xx.xx.2014-cü il tarixədək olan sosial sığorta stajı X5 Sistemindən xx.xx.2019-cu il tarixli çıxarışa görə, 2007 - 2 ay, 2008 - 4 ay, 2009 - 1 ay, 2011 - 1 ay, 2012 - 6 ay, 2013 - 8 ay və 2014, may ayınadək - 3 ay olmaqla, cəmi 2 il 1 aydır. Göründüyü kimi, iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixədək sığorta stajı cəmi 15 il 4 ay 23 gündür ki, bu da Qanunun tələb etdiyi 20 ildən azdır. İş üzrə 20 illik ümumi staj şərtinə əməl olunmadığından, iddiaçının 10 illik xüsusi staj şərtini yerinə yetirib-yetirməməsinə ayrıca hüquqi qiymət verilməsinə zərurət qalmır. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-14.3), “Əmək pensiyaları haqqında” Qanun və Qaydalarla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, birinci instansiya məhkəməsinin qərarı ləğv edlməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməli, apellyasiya şikayəti təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-998/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı ona 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-1546/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1546/2020
21.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver