Məhkəmə qərarları › İş №2-1(103)-1546/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1546/2023

27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1546/2023 27.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının hüquqi varisi X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fİlialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11185/2022 nömrəli 17 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fİlialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının əmək kitabçası ilə təsdiq olunan xx.xx.1996-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək “Azel” SCdə işlədiyi dönəmdə topladığı əmək stajı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Elvin Əliyev) 2-1(112)-11185/2022 nömrəli 17 noyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı əmək kitabçası ilə təsdiq olunan xx.xx.1996-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək “Azel” SC-də işlədiyi dövrdə topladığı əmək stajı nəzərə alınaraq yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü ildə vəfat etdiyi üçün (ölüm haqqında şəhadətnamə AZ-İİ seriyalı 279787 nömrəli, Nəsimi RQŞ) prosessual hüquqi varisi (oğlu) X3 ilə əvəz edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 məhkəməyə iş üzrə icraata xitam verilməsi barədə ərizə təqdim edərək izahatında bildirdi ki, İddiaçı yaşa görə əmək pensiyası cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən yenidən hesablanmış, mübahisələndirilən illər sosial sığorta stajına daxil edilmiş və pensiyanın məbləği 1123,15 manata çatdırılmışdır. Cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğu və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığı üçün hazırki inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının hüquqi varisi X3 tərəflər arasında mübahisə artıq mövcud olmadığı üçün hazırki inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı yaşa görə əmək pensiyası yenidən hesablanmış və pensiyanın məbləği 1123,15 manata çatdırılmışdır. İş materiallarına əlavə edilmiş Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının DSMF Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanlanmış Xidməti məktubun təsdiq edilmiş surətindən görünür ki, mübahisələndirilən xx.xx.1996-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövr iddiaçının sosial sığorta stajına daxil edilmişdir. Məhkəmə kollegiyası cavabdeh orqan tərəfindən təqdim edilmiş ərizəni və pensiya təyin olunması barədə sənədləri araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.3-ci maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının tələbi təmin olunduğundan və bununla əlaqədar tərəflər arasında mübahisə artıq mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3, 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş ərizə təmin olunsun. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fİlialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar