Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1548/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, ərizəçinin (prosessual hüquq hüquq varisinin) nümayəndəsi X8 və iddiaçının nümayəndəs vəkil X3 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin yeni açılmış hallarla bağlı ərizəsi üzrə Bakı İnzibati Kollegiyasının 2-1(103)-2497/17 saylı, 04.03.2021-cı il tarixli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı iddia tələbi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2497/2017 saylı, 05 iyun 2017-ci il tarixli qərarı ilə təmin edilərək, 03.04.1992-ci ildən 04.03.1993-cü ilə qədər usta köməkçisi vəzifəsində, 24.03.1993-cü ildən 15.08.1995-ci ilə qədər “Arzu-1” kooperativində satıcı vəzifəsində işlədiyi, 05.06.1988-ci ildən 15.05.1990-cı ilə qədər hərbi xidmətdə olduğu, 05.10.1995-ci ildən 16.11.2004-cü ilə qədər Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin QSC-nin ETG Geofizika-3də gözətçi vəzifəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1603/2019 saylı, 26 iyul 2019-cu il tarixli qərardadı ilə cavabdehin birinci instansiya məhkəməsinin həmin qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmamış, geri qaytarılmışdır. Eyni zamanda, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə 28.08.2019-cu il tarixli, 2-1(103)-1603/2019 nömrəli məktubla təqdimat göndərilmişdir. Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin Bakı Apelyasiya Məhkəməsinə ünvanladığı 18 may 2020-ci il tarixdə cavab məktubunda bildirmişdir ki, Suraxanı rayon şöbəsinin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2 və 308.1-ci maddələri ilə istintaq olunan ********* №-li cinayət işinin istintaqı zamanı müəyyən olunmuşdur ki, həmin şöbənin vəzifəli şəxsləri tərəfindən X9, X10, X4, X29, X11, X31, X1, X17, X39, X5, X18, X12, X7, X19, X6, X25, X20, X21, X13, X14, X2, X22, X15, X23 və İddiaçı əmək kitabçaları, iş stajını təsdiq edən arayışlar, eləcə də digər sənədlər üzrə iş yerlərinin üzləşdirilməsinin mümkün olmaması və digər əsaslarla pensiya təyinatından imtina edilməsi barədə qərarlar qəbul olunmuşdur. Bundan sonra həmin şəxslər əmək pensiyası təyinatının aparılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, iddia tələbləri təmin edilmişdir. Həmçinin istintaq zamanı müəyyən edilmişdir ki, qeyd olunan şəxslərin pensiya işlərində və məhkəmə qərarlarında qeyd olunan təşkilat və müəssisələrdə faktiki olaraq işləməmələri, bəzi hallarda isə Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin məsul əməkdaşlarının vasitəçiliyi ilə həmin şəxslər barəsində məhkəməyə müraciət edilərək saxta sənədlər əsasında məhkəmə qərarları ilə barələrində pensiya təyinatı aparılmışdır. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.” 13.02.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh yeni açılmış hallarla bağlı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İPM-in 100-cü maddəsini rəhbər tutaraq icraatın təzələnməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi iş üzrə icraatın təzələnməsi zəruri edən halları onunla əsaslandırmışdır ki, məhkəmə qərar qəbul edərkən bır neçə sənədə, o cümlədən 2005 cı il 21 fevral tarixli şöbə tərəfindən təsdiqlənmiş arayışa istinad etmişdir ki, həmin arayışda İddiaçı 05.10.1995-ci il tarixdə 273 saylı əmrlə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin E.T.G Geofizika 3-ə texniki anbar sahəsinə gözətçi vəzifəsinə qəbul edilməsi və 16.11,2004-cü il tarixdə 565 saylı əmrlə həmin işdən azad edilməsi göstərilmişdir. 2005-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu ayrı-ayrı mərkəzi icra hakimiyyəti orqanı olmuşdur, yəni Şöbənin adının qarşısında “Nazirlik yanında" sözü olmamalıdır. Qanunvericiliklə Fonda və onun tabeliyində olan yerli qurumlarına digər təşkilatların vətəndaşların adlarına verilmiş əmək (iş) stajlarını təsdiq edən arayışları təsdiq etmək səlahiyyəti verilməmişdir. Həmçinin qeyd etmək istərdik ki, pensiya işinə tikilmiş notarıal qaydada təsdiq olunmuş əmək kitabçasının surətində də İddiaçı sözügedən təşkilatda işləməsini təsdiq edən fakta rast gəlinmir. Məhkəmə işə baxarkən bu faktın düzgünlüyünü araşdırmamış və nəticədə əsassız qərar qəbul etmişdir. Eyni zamanda məhkəmə qərarında qeyd olunmuş təşkilat (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin E.T.G Geofizika 3) üzrə iş stajının düzgünlüyü araşdırılmamış pensiyanın təyin edilməsi üçün zamanı nəzərə alınacaq 1995-2004-cü illər ərzində hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti qurumlarından zəruri arayışlar (1 №-li əlavə) alınmamış, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 .0 2- ci, 21.1 -ci və 25-ci maddələrinin tələbləri pozulmuşdur. İddiaçı sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması faktına hüquqi qiymətin verilməsi məqsədilə Nazirlik tərəfindən müvafiq materiallar AR Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində cinayət işi açılaraq istintaqı aparılır. Bakı İnzibati Kollegiyasının 2-1(103)-2497/17 saylı, 04.03.2021-cı il tarixli qərardadı ilə cavabdehin ərizə təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2497/2017 saylı, 05 iyun 2017-ci il tarixli qərarı ləğv edilərək icrası dayandırılmış və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, ləğv edilməsini və cavabdehin ərizəsinin rədd edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanuni qüvvəyə minmiş, ona pensiya təyin edilmiş və ödənilirdi. Cavabdeh 24.05.2019-cu il tarixində birinci instansiya məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmamışdır. Daha sonra, İPM-in 103-cü maddəsinin müddəalarına istinadən, iddiaçı tərəfindən cavabdehin yeni açılmış hallarla bağlı ərizəsinin müddətin ötürülməsi ilə verildiyi vurğulanmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi G.Zamanov apellyasiya şikayətini müdfaiə edərək, yeni açılmış hallarla bağlı ərizənin İPM-in 103-cü maddəsində nəzərdə tutulan müddətlər buraxılmaqla verildiyini bildirərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi E.İsayev iddiaçının apellyasiya şikayəti ilə razılaşmamış, yeni açılmış halların Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktublarında təsbit olunduğunu bildirərək, şikayətin rədd olunmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, İPM-in 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə, Bakı Apellyasiya Məhkəməsinin 2-19103)-1603/2019 saylı 26 iyul 2019-cu il tarixli qərardadına və Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə göndərdiyi təqdimatına və sonuncunun Bakı Apelyasiya Məhkəməsinə ünvanladığı 18 may 2020-ci il tarixdə cavab məktubunda göstərilən hallara əsaslanaraq iş üzrə icraatı təzələmişdir. Halbuki, Bakı Apellyasiya Məhkəməsinin 2-19103)-1603/2019 saylı 26 iyul 2019-cu il tarixli qərardadı ilə müəyyən edilən hal ondan ibarət ondan ibarətdir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti İPM-in 85.1-ci maddəsində nəzərədə tutulan 30 günlük apellyasiya şikayəti vermə müddəti 1 il 10 gün ötürüldüyünə görə məhkəmə cavabdehin şikayəti üzrə məhkəmə icraatını mümkün saymamışdır. AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı 18 may 2020-ci il tarixdə cavab məktubunda göstərilən, o cümlədən, hazırkı iddiaçının adının hallandığı faktlara gəldikdə isə məktubda qeyd olunur ki, həmin faktlar üzrə ibtidai istintaq davam edir. Lakin Bakı İnzibati Kollegiyası 04.03.2021-cı il tarixli qərardadından görünür ki, məhkəmə istintaqın başa çatıb-çatmadığını və bununla bağlı yekun məhkəmə aktının (qanuni qüvvəyə minmiş hökmünün və ya digər qərarının) qəbul olunub-olunmadığını araşıdırmamışdır. Halbuki, İPM-in 1.2-ci maddəsinin tələbi baxımından, MPM-in 82.4-cü maddəsinə görə məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində, digər işə baxan məhkəmə üçün o halda məcuridir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə, cinayət təqibi üzrə qüvvəyə minmiş qərarı mövcud olsun. Bundan əlavə, məhkəmə, İPM-in 103.1-ci maddəsinin tələbini qeyd etsə də ərizəçi (cavabdeh) tərəfindən yeni açılmış hallarla bağlı ərizə prosessual qanunvericiliklə müəyyən olunan müddətlərə riayət olunmaqla, verilib-verilmədiyinə də münasibət bildirməmiş, bununla bağlı araşdırma aparılmamış, mümkünlük məsələsinə hüquqi qiymət verməmişdir. Halbuki, yeni açılmış hallarla bağlı ərizənin məhkəmə icraatını mümkünlüynə dəlalət edən önəmli şərtlərindən hesab edilir. Belə ki, İPM-in 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Digər tərəfdən, işdən görünür ki, cavabdeh DSMF-nin Suraxnı rayon şöbəsi tərəfindən yeni açılmış hallarla bağlı ərizə təqdim olunduqdan sonra, 19.10.2020-ci il tarixində, DSMİF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı da ərizə ilə məhkəməyə müraciət edərək Suraxanı rayon göbəsinin əsl ərizəçi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etsə də, məhkəmə öz qərardadında hesab etmişdir ki, onun həmin ərizəsi baxılmamaş saxlanılmalıdır. Halbuki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 8 fevral 2019-cu il tarixli **********2 saylı əmri ilə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırda eyni adlı («Mərkəzi Filial») yaradılmış və İdarənin Əsasnaməsi təsdiq edilmişdir ki, həmin Əsasnaməyə əsasən “Əmək pensiyaları haqqında» Qanunun 9-cu və 20-ci maddələrinə əsasən əmək pensiyadarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçilməsi həmin idarənin səlahiyyətlərinə aid edilmiş və DSMF tərəfindən 10.05.2019-cu il tarixinədək Fondun rayon (şəhər) şöbələri tərəfindən pensiya təyin edilmiş şəxslərin pensiya işlərinin Mərkəzi Filiala təhvil verilməsi barədə həmin qürumlara müvafiq (30 aprel 2019-cu il tarixli **********7 saylı) məktub ünvanlanmışdır. Göründüyü kimi, əslində, DSMF-nin Suraxanı rayon şöbəsinin 13.02.2020-ci il tarixində yeni açılmış hallarla bağlı ərizəni verərkən (habelə, məhkəmə tərəfindən 04.03.2021-ci il tarixində qərardad qəbul olunarkən) əsl ərizəçi kimi subyektiv hüquqa da malik olmamışdır. İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 60-ci maddəsinə əsasən inzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə, Bakı İnzibati Məhkəməsinin 04.03.2021-ci il tarixli qərardadinın prosessual pozuntulara yol verilməklə qəbul olunduğunu mübahisələndirən hissəsində, qismən razılaşır və yekunda yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, həmin qərardad ləğv edilməli və iş, qeyd olunanlar nəzərə alınmaqla,yenidən araşdırması üçün həmin məhkəməyə göndərilməlidir. İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Qeyd edilənlərə əsasən və İPM-in 80, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Kollegiyasının 2-1(103)-2497/17 saylı, 04.03.2021-cı il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1548/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1548/2021
24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver