Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1548/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X17 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X9 və X15 ibarət tərkibdə, X13-Yusiflinin katibliyi ilə, Üçüncü şəxs "xxxx" fərdi firmasının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X19 və digərləri) “arayışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8293/2024 saylı 27 noyabr 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 02 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilən Bakı şəhəri, Nizami rayonu, Babək pr. 2270-77ci məhəllədə dövlət mülkiyyətində olan 0.03806 ha torpaq sahəsində X19 adlı şəxsin ümumi sahəsi 914.1 kv. metrdən ibarət 3 (üç) mərtəbəli qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyətində olmasına dair Hüquqların qabaqcadan qeydiyyatı barədə ********** saylı xx.xx.2013-cü il tarixli Arayışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Ərazi İdarəsi Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllədə dövlət mülkiyyətində olan 0.03806 ha torpaq sahəsində X20 adlı şəxsin ümumi sahəsi 914.1 kv. metrdən ibarət 3 (üç) mərtəbəli qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyətində olmasına dair Hüquqların qabaqcadan qeydiyyatı barədə ******* 729 saylı xx.xx.2013-cü il tarixli Arayış vermişdir. Bundan sonra AR Əmlak Məsələləri Dövlət Komitəsi həmin Arayışa əsasən Bakı şəhəri, Nizami rayonu, Babək pr. 2270-77-ci məhəllədə dövlət mülkiyyətindəolan 1600,0 kv.metr torpaq sahəsini 4950 nömrəli xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə 19840 (on doqquz min səkkiz yüz qırx) manata X2 və sonuncunun adına Bakı Şəhər Ərazi İdarəsi xx.xx.2014-cü il tarixli Çıxarış vermişdir. Daha sonra X20 xx.xx.2014-cü il tarixli Alqı-satqı müqaviləsinə əsasən qeyri-yaşayış sahəsi mövcud olmadığına görə yalnız 1600,0 kv.metr torpaq sahəsini X8 adlı şəxsə 30.000 (otuz min) manata satmış və onun adına xx.xx.2014-cü il tarixli Çıxarış verilmişdir. Sonra isə X8 həmin 1600,0 kv.metr torpaq sahəsini xx.xx.2019-cu il tarixli Bağışlanma müqaviləsi ilə oğlu X4 bağışlamış və sonuncu xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən həmin torpaq sahəsini 3.200.000 (üç milyon iki yüz min) manat qiymətləndirərək təsisçisi olduğu "xxxx" fərdi firmasının mülkiyyətinə verilmişdir. Göründüyü kimi dövlətə məxsus 3.200.000 (üç milyon iki yüz min) manat qiymətləndirilən 1600,0 kv.metr torpaq sahəsi AR Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən Hüquqların qabaqcadan qeydiyyatı barədə ********** saylı xx.xx.2013-cü il tarixli Arayışa əsasən 19840 (on doqquz min səkkiz yüz qırx) manata satılaraq dövlət büdcəsinə xüsusi ilə külli miqdarda zərər vurulmuşdur. Dövlətə məxsus həmin torpaq sahəsi boş olmuş, orada heç bir bina mövcud olmamışdır (Bu barədə ekspertiza rəyi vardır). Digər tərəfdən, əgər torpaq sahəsində 3 mərtəbəli qeyri-yaşayış sahəsi olsaydı torpaq sahəsi ilə birlikdə həmin bina da satılardı. Bundan başqa Əmlak Komitəsinin verdiyi dövlətə məxsus boş torpaq sahəsində güya 3 mərtəbəli qeyri-yaşayış binasının olmasına dair Arayışda torpaq sahəsi 0.08 ha qeyd edilsədə çıxarışda həmin torpaq sahəsinin ölçüsü artırılaraq 0.16 ha dəyişdirilmişdir. Bundan əlavə çıxarışın sürətindən görünür ki, həmin torpaq sahəsi sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aid dövlətə məxsus torpaqlardır. AR Torpaq Məcəlləsində göstərilir ki, 1.Dövlət mülkiyyətində olan torpaqlara dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin —nəqliyyat, rabitə və müdafiə obyektlərinin yerləşdiyi torpaqlar daxildir. 2.Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər (Maddə 46). Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi kimi çıxış edən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini müvafiq normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər (Maddə 60, bəndi). Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz (Maddə 86.2). Ona görə də cavabdeh Xidmətin verdiyi Arayışın və onun əsasında verilən göstərilən müqavilələr və çıxarışların ləğv edilməsinə dair Bakı şəhəri Nizami rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 848/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə “hüquqların qabaqcadan qeydiyyatı barədə arayışın ləğv edilməsi” tələbinə dair hissəsində mülki işin icraatına xitam verilmişdir. Qərardadda göstərilmişdir ki, Bakı Şəhəri, Nizami rayonu, Babək pr.2270-77-ci məhəllədə dövlət mülkiyyətində olan 0.03806 ha torpaq sahəsində cavabdeh X10 ümumi sahəsi 914.1 kv.metrdən ibarət 3(üç) mərtəbəli qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyətində olmasına dair hüquqların qabaqcadan qeydiyyatı barədə ********** saylı xx.xx.2013-cü il tarixli arayışın ləğv edilməsi” hissəsində inzibati icraat qaydasında baxılmalıdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadları ilə X19 və "xxxx" fərdi firması hazırkı inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər. Həmçinin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Şəhər İcra Hakimiyyəti hazırkı inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8293/2024 saylı 27 noyabr 2025-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia ərizəsinin baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi qanunsuz və əsassız nəticəyə gələrək, hesab etmişdir ki, iddiaçı "xxxx" MMC-nin qanuni istifadəsində olan 0.18 ha torpaq sahəsi ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Hüquqların qabaqcadan qeydiyyatı barədə arayışın ləğv edilməsinə” dair məhkəməyə müraciət etmək hüququ yoxdur. Məhkəmə, cavabdeh tərəfindən dövlətə məxsus Arayışda göstərilən 0.03806 ha torpaq sahəsinin artırılaraq Çıxarışda 0.16 ha edilməsinə, torpaq sahəsində tikilinin mövcud olmamasına dair ekspertiza rəyinə, dövlət mülkiyyətində olan 3.200.000 (üç milyon ikiyüz min) manat qiymətləndirilən boş torpaq sahəsinin 19840 (on doqquz min səkkiz yüz qırx) manata qeyri-qanuni olaraq sataraq dövlətə ziyan vurulmasına, eyni zamanda iş materiallarına əlavə edilən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016cı il tarixli 416 saylı sərəncamı ilə xx.xx.2004-cü il tarixli 147 nömrəli sərəncamın ləğv edilməsinə münasibət bildirərək, iddiaçının tələblərini araşdırıb qanuni qərar çıxarmaq əvəzinə, qərardadda yanlş olaraq göstərmişdir ki, iddiaçının mübahisələndirdiyi hüquqların qabaqcadan qeydiyyatı Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 147 nömrəli sərəncamı əsasında aparılmışdır və həmin sərəncamın geri çağırılması, ləğv edilməsi, dəyişdirilməsi, yaxud qüvvədən düşmüşhesab edilməsi iş materialları ilə müəyyən edilməmişdir. Daha sonra isə məhkəmə, qanuni istifadədə olan 0.18 ha torpaq sahəsində heç bir qeyri-yaşayış sahəsinin olmadığının sübut olmasına baxmayaraq, iddiaçının mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsinin onun istifadəsinə verilməsinə nail olmaq istədiyini qeyd etmişdir. İş materiallarına əlavə edilən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 416 saylı sərəncamında göstərilmişdir ki, AR TM-nin 73-cü maddəsinə əsasən ayrılmış torpaq sahəsindən uzun müddət istifadə etmədiyindən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 147 saylı sərəncamın 32-ci bəndi ləğv edilsin və Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllədə X11 istifadəsinə verilmiş 0.08 ha torpaq sahəsi geri alınsın. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının “Babək prospektinin 2270-77-ci məhəlləsində ictimaiiaşə evinin tikintisinə icazə verilməsi haqqında” xx.xx.2003-cü il tarixli, 571 saylı sərəncam ləğv edilsin. Göründüyü kimi, hazırda qüvvədə olan həmin sərancamdan da, müəyyən edilir ki, mübahisəli torpaq sahəsində tikinti olmadığı halda cavabdeh inzibati orqan tikintinin olduğuna dair arayış vermiş və onun əsasında qanunsuz olaraq dövlətin mülkiyyətində boş olan torpaq sahəsi satılmışdır. Bütün bunlarla yanaşı, məhkəmə Dövlətə məxsus qanuni istifadəsində olan 0.18 ha torpaq sahəsində hansı əsasla tikinti olmasına dair arayış verilməsinə hüquqi qiymət vermək əvəzinə, iddiaçının hüququndan sui-istifadə etdiyini göstərmişdir. Məhkəmə, hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən qanunsuz, əsassız və həqiqəti əks etdirməyən qərar vermiş olsa da belə, digər inzibati orqanın iddiaçıya verdiyi Sərəncamlar, Ayrıc Aktı, İnşaat Pasportu sonradan qəbul edildiyi üçün sonuncunun məhkəmədə hüquqlarını bərpa etməyə subyektiv hüququ yoxdur. İş materiallarından görünür ki, cavabdeh tərəfindən mübahisəli torpaq sahəsində tikinti olmasına dair əsası olmayan arayışdan istifadə edilərək, Dövlətə məxsus 0.18 ha torpaq sahəsinin 0.16 ha hissəsi 3-cü şəxsə satıldığı üçün, iddiaçı MMC, icarə müqaviləsi üzrə istifadə huquqlarını tam olaraq yerinə yetirə bilmir. Bununla bağlı, cavabdehə edilən müraciət təmin edilməmdiyinə görə qanunsuz müqavilələrin və çıxarışların ləğvinə dair ümumi məhkəməyə müraciət edilmiş, məhkəmə isə iddia ərizəsi üzrə icraatı dayandıraraq, həmin müqavilələrin bağlanmasına əsas olmuş arayışın inzibati qaydada baxılandan sonra qətnamə çıxarılmasının mümkün olduğunu qərara almışdır. İddiaçı MMC Bakı şəhər Nizami Rayon Məhkəməsinin qərardadına əsasən Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etsə də, məhkəmə, hazırki qərardadı qəbul edərək iddiaçının hüquqlarını pozmuşdur. Tərəflərin izahatları xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iş üzrə tərəflər və 3-cü şəxslər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. xx.xx.2025-ci il tarixdə iddiaçının vəkili Vəkil1 "Elektron Məhkəmə" sistemi vasitəsilə ərizə verərək apellyasiya şikayətinə iştirakı olmadan baxılmasını və şikayətin təmin edilməsini xahiş etmişdir. Üçüncü şəxs "xxxx" fərdi firmasının nümayəndəsi və vəkili Vəkil2 işə tərəflərin və digər 3-cü şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin və 3-cü şəxs Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin, həmçinin 3-cü şəxs X11 iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Üçüncü şəxs "xxxx" fərdi firmasının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, bu növ iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərti olan iddia qaldırmaq səlahiyyətinin də mövcud olub-olmadığı yoxlanılmalıdır. Başqa sözlə, iddiaçı öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq şəxsə dövlətin onun qanunla qorunan azadlıq sferasına müdaxilə etməkdən çəkinməyi və belə bir müdaxilənin aradan qaldırılmasını tələb etmək hüququ verir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “, Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilən Bakı şəhəri, Nizami rayonu, Babək pr. 2270-77-ci məhəllədə dövlət mülkiyyətində olan 0.03806 ha torpaq sahəsində X19 adlı şəxsin ümumi sahəsi 914.1 kv. metrdən ibarət 3 (üç) mərtəbəli qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyətində olmasına dair Hüquqların qabaqcadan qeydiyyatı barədə ********** saylı xx.xx.2013-cü il tarixli Arayışın ləğv edilməsi” barədədir. Birinci instansiya məhkəməsi iddiaçının iddiasını mümkün saymamışdır. Birinci instanisya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi hüquqların qabaqcadan qeydiyyatı Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 147 nömrəli sərəncamı əsasında aparılmışdır və həmin sərəncamın geri çağırılması, ləğv edilməsi, dəyişdirilməsi, yaxud qüvvədən düşmüş hesab edilməsi iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən birinci instansiya məhkəməsi iddianın qeyri-mümkün sayılması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 147 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası 3 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 193/2 saylı qətnaməsinin icrası üçün verilmiş xx.xx.2004-cü il tarixli icra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə Bakı şəhəri, Nizami Rayon İcra Hakimiyyəti başçısının Babək prospektinin 2270- 77-ci məhəlləsində ictimai iaşə tikintisinə icazə verilməsi haqqında xx.xx.2003-cü il tarixli, 571 saylı sərəncamı etibarsız hesab edilmiş, hal-hazırda fərdi sahibkar X12 istifadəsində olan Babək prospektinin 2270-77-ci məhəlləsində yerləşən 800 m2 torpaq sahəsi üzərində onun istifadə hüququ tanınmış və fərdi sahibkar L.Hacıyevə tapşırılmışdır ki, həmin sahədə tikiləcək obyektin müvafiq tikinti sənədlərini Bakı şəhər Memarlıq və Şəhərsalma baş idarəsi ilə razılaşdırsın. Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllə ünvanındaki qeyri-yaşayış binası üzərindəki X11 hüququ daşınmaz əmlakın dövlət reyestrində 55 nömrəli reyestr kitabının 5134 nömrəli vərəqində qabaqcadan qeydiyyata alınmışdır. xx.xx.2014-cü il tarixli, 4950 №-li fiziki və ya qeyri dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə X19 arasında müqavilə bağlanmışdır. Müqavilənin predmetini xx.xx.2013-cü il tarixli, ********** saylı hüquqları qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən X11 adına qeydiyyata alınmış Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllə ünvanındaki qeyri-yaşayış binasının istifadəsində olan 1600 kv.m olan torpaq sahəsi təşkil edir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllə ünvanında yerləşən 0,16 ha sahəsi olan torpaq sahəsi üzərində X11 xüsusi mülkiyyət hüquqları xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. xx.xx.2014-cü il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X19 Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 0,16 ha torpaq sahəsi X1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllə ünvanında yerləşən 0,16 ha sahəsi olan torpaq sahəsi üzərində X5 xüsusi mülkiyyət hüquqları xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. Daşınmaz əmlakın bağışlanması müqaviləsinə görə X8 Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllə ünvanında yerləşən torpaq sahəsini X4 bağışlamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəlləünvanında yerləşən 0,16 ha sahəsi olan torpaq sahəsi üzərində X3 xüsusi mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, X7 "xxxx" fərdi firmasının təsisçisi olduğunu nəzərə alaraq, onun tam mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllə ünvanında yerləşən 0,16 ha sahəsi olan torpaq sahəsini "xxxx" fərdi firmasına bağışlamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllə ünvanında yerləşən 0,16 ha sahəsi olan torpaq sahəsi üzərində "xxxx" Fərdi Firmasının xüsusi mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 21 oktyabr 2016-cı il tarixli, 426 №-li Sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 8-03/1990 saylı razılıq məktubunu və “X21” MMC-nin xx.xx.2016-cı il tarixli, 20 saylı müraciətini nəzərə alaraq, Nizami rayonu, Babək prospektindəki 2270-77-ci məhəllədə yerləşən 0,18 ha torpaq sahəsi icarə əsasında avtomobil dayanacağının təşkili və avtodiaqnostika mərkəzinin tikintisinin layihələndirilməsi üçün həmin MMC-nin istifadəsinə verilmişdir. 26 oktyabr 2016-cı il tarixli, 1227 №-li torpaq sahəsinin icarəyə verilməsi müqaviləsindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 426 saylı, xx.xx.2016cı il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospektindəki 2270- 77-ci məhəllədə ayrılmış torpaq sahəsinə dair “X21” MMC ilə icarə müqaviləsi bağlanmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2017-ci il tarixli, 638 №-li Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospektindəki 2270-77-ci məhəllədə avtomobil dayanacağının təşkili və avtodiaqnostika mərkəzinin tikintisi üçün “X21” MMC-yə icazə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2017-ci il tarixli, 666 №-li Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospektindəki 2270-77-ci məhəllədə “X21” MMC-yə dair Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2016-cı il tarixli, 426, xx.xx.2017-ci il tarixli, 638 №-li Sərəncamları və 13221 saylı inşaat pasportu "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2019-cu il tarixli, 249 №-li Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 21 oktyabr 2016-cı il tarixli 426 saylı Sərəncamı ilə ayrılmış və Bakı Şəhər İcra Hakimiyyəti başçısının 29 dekabr 2017-ci il tarixli 666 saylı Sərəncamı ilə "xxxx" MMC-nin adına keçmiş Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllədə yerləşən 0,18 ha torpaq sahəsi "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir. Hazırda iddiaçının tələbi ona ayrılmış torpaq sahəsində yerləşdiyini iddia etdiyi Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllə ünvanındaki qeyri-yaşayış binası üzərində X11 hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayışın ləğv edilməsi barədədir. Yuxarıda qeyd edilən işin faktiki hallarından aydın olur ki, iddiaçının mübahisələndirdiyi həmin arayış xx.xx.2013-cü il tarixdə X11 adına qeydiyyata alınmışdır. Halbuki Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2019-cu il tarixli, 249 №-li Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 21 oktyabr 2016-cı il tarixli 426 saylı Sərəncamı ilə ayrılmış və Bakı Şəhər İcra Hakimiyyəti başçısının 29 dekabr 2017-ci il tarixli 666 saylı Sərəncamı ilə "xxxx" MMC-nin adına keçmiş Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllədə yerləşən 0,18 ha torpaq sahəsi "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir. Bundan başqa həmin arayışın verilməsinə əsas olmuş Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 147 nömrəli sərəncamının geri çağırılması, ləğv edilməsi, dəyişdirilməsi, yaxud qüvvədən düşmüş hesab edilməsi iş materialları ilə müəyyən edilmir. Göründüyü kimi, hazırki vəziyyətdə iddiaçının Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilən Bakı şəhəri, Nizami rayonu, Babək pr. 2270-77-ci məhəllədə dövlət mülkiyyətində olan 0.03806 ha torpaq sahəsində X19 adlı şəxsin ümumi sahəsi 914.1 kv. metrdən ibarət 3 (üç) mərtəbəli qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyətində olmasına dair Hüquqların qabaqcadan qeydiyyatı barədə ********** saylı xx.xx.2013-cü il tarixli arayışı mübahisələndirilməsinə dair iddiası qeyri-mümkündür. Qeyd olunanlarla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının iddiasını qeyri-mümkün saymışdır. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər əsassızdır və iş materialları ilə təkzib olunduğu üçün qəbul edilmir, formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün heç bir əsas yaratmır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8293/2024 saylı 27 noyabr 2025-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8293/2024 saylı 27 noyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1548/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1548/2025
02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver