Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1549/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı, onun vəkili X3 (Bakı şəhəri 5 saylı Vəkil Bürosu), cavabdeh Bakı şəhəri Cavabdeh1 nümayəndəsi X2 və digər cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1965-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Bakı şəh., Sabunçu ray., Sabunçu qəs., A.Əsədullayev küç., ev 27, mən.17 ünvanında qeydiyyatdadır) cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yaşayış sahəsinin faktiki düzgün ölçülməsi, qeyri-yaşayış sahələrinin əvəzinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1945/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küç. 27, mən.17 ünvandakı yaşayış sahəsinin faktiki düzgün ölçülməsi və qeyri-yaşayış sahələrinin əvəzinin ödənilməsi vəsifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, 6 nəfər ailə tərkibi ilə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küç. 27, mən.17 ünvanda qeydiyyata alınmaqla yaşayır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vermiş olduğu reyestrdən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küç. 27, mən.17 ünvandakı yaşayış sahəsi onun mülkiyyətindədir. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küç. 27, mən.17 ünvandakı yaşayış sahəsi və qonşuluqdakı bütün mənzillər qəzalı hesab edilərək məcburi qaydada sökülmək ərəfəsindədir. Söküntü zamanı hər kəsin mülkiyyətində olan yaşayış və qeyriyaşayış sahələri ölçülərək əvəzinə pulla ifadə olunan kompensasiya verilir və ya yaşayış sahəsi ilə təmin olunma nəzərdə tutulur. Onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küç. 27, mən.17 ünvandakı yaşayış sahəsinin texniki pasportda bir ölçüsü, faktiki olaraq digər ölçüsü olduğundan sahəni ölçənlər tərəfindən faktiki ölçünün müəyyən edilməsi həyata keçirilmədiyinə görə sosial ədalətsizlik hökm sürür. Hazırda ölçü aparılan zaman bütövlükdə bu evdə yaşayan sakinlərin bir qisminə özlərinin inşa etdikləri kommunal xidmət üçün nəzərdə tutulmuş əlavə tikililər ölçülüb əvəzi ödənilir. O da Sabunçu RİH-ə ərizə ilə müraciət edərək onun mülkiyyətində və faktiki istifadəsində olan yaşayış və qeyri-yaşayış sahələrinin ölçülüb əvəzinin ödənilməsi barədə müraciət etdikdə Sabunçu RİH onun bu xahişinə rədd cavabı vermişdir. Onun mənzilinin ölçüsünün üstündə yerləşən eyni layihəyə və ölçüyə malik olan yaşayış sahəsinin ölçüsündən fərqli göstərilməsi ümumi ölçmələrin obyektiv aparılmamasını göstərir. xx.xx.2019-cu il tarixdə iddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək, cavabdehə söküntü işlərini aparmağa məhkəmədə işə baxılıb qurtarana qədər qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4208/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə (hakim R.Kərimli) İddiaçı “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizəsi təmin edilməmişdir. Qərardaddan apellyasiya şikayəti verilməmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı ərizə təqdim edərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin işə cəlb edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1945/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə (hakim M.Hacıbəyova) inzibati məhkəmə icraatına üçüncü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1945/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küç. 27, mən.17 ünvandakı yaşayış sahəsinin faktiki düzgün ölçülməsi və qeyri-yaşayış sahələrinin əvəzinin ödənilməsi vəsifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1945/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv olunmasını və iddia tələbini təmin edən yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sabunçu RİH tərəfindən düzgün ölçüsü götürülməyən və əvəzinin ödənilməsi nəzərdə tutulmayan qeyri-yaşayış sahələri onun sahibliyindədir. Həmin tikilini sökmək missiyasını üzərinə götürən fiziki və ya hüquqi şəxs sahibliyində olan əmlakı sökdükdə onun əvəzinin ödənilməsi qanunla müəyyən edilir. Belə olan halda Bakı şəhəri Sabunçu RİH tərəfindən ünvan 4 mənzil 17 ünvanındakı yaşayış sahəsinin düzgün ölçülməməsi və bundan əlavə orada qeyri-yaşayış sahələrinin ödənilməli olan tikiliyə hesablanmaması onun mülkiyyət və sahiblik hüququnun pozulması kimi qiymətləndirilməlidir.Onun mənzilinin üstündə yerləşən eyni layihəyə və ölçüyə malik olan yaşayış sahəsinin ölçüsünün fərqli göstərilməsi, ümumi ölçülərin obyektiv aparılmamasını göstərir. Aradakı fərqin aradan qaldırılması və yanlışlığın düzəldilməsi barədə müraciətinə cavabdehlər əhəmiyyət vermirlər. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Əlavə olaraq, iddiaçı evin söküldüyünü, yarımçıq qaldığını, hal-hazırda orda yaşamadığını, iddiaçının vəkili isə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəmə bildirişini,iddianın cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə münasibətdə mümkün sayılmaması barədə hər hansı qərardadı almadıqlarını və məhkəmə tərəfindən onlara iddia tələbinin dəqiqləşdirilməsi barədə təklif edilmədiyini, sədrlik edənin sualına cavab olaraq isə cavabdehlərin dəqiq olduğunu, hazırda dəqiqləşdirmək istəmədiklərini bildirdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh Bakı şəhəri Cavabdeh1 nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən digər cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi izahat verərək, hazırkı iş üzrə yekun məhkəmə qərarının məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə Kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-nin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - “Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi, 27 ünvanda yerləşən yaşayış binasının texniki vəziyyəti haqqında” xx.xx.2015-ci il tarixli akta əsasən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Texniki şöbəsinin, Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatının Mənzil Kommunal Təsərrüfatı Departamentinin, Sabunçu rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 69 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən xx.xx.2015-ci ildə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küçəsi, 27 ünvanda yerləşən iki mərtəbəli yaşayış binasına vizual texniki baxış keçirilmiş, baxış zamanı binanın uzun müddət təmirsiz istismar edilməsi, köhnəlməsi və ciddi fiziki aşınmalara məruz qalması, binanın qəzalı vəziyyətdə olması və istismar üçün təhlükəli olması müəyyən edilmişdir. -Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən Azərbaycan Respublikasının Maliyyə nazirinə və Bakı şəhəri İcra Hakimiyyətinin başçısına ünvanlanmış 1/1417 nömrəli, xx.xx.2019-cu il tarixli məktuba əsasən Səbail (2-ci sahə), Suraxanı, Sabunçu, Binəqədi, və Xətai (Əhmədli qəsəbəsi) rayonlarının ərazisində yerləşən 16 binaya dair bu binalar üzrə sahəsi 30 kv metr və daha az olan 444 mənzildə yaşayan ailələrin hər birinə 30,0 min manat olmaqla cəmi 13329,0 min manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi, sahəsi 30 kv metrdən çox olan 288 ədəd mənzildə yaşayan ailələrə mənzilin ümumi sahəsinin 1 kv metri üçün 1,0 min manat olmaqla cəmi 12760,0 min manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi, sözügedən 16 yaşayış binası üzrə ümumilikdə 732 mənzil sahəsinin hər birinə ev əşyalarının daşınması və bir aylıq kirayə haqqına görə 500,0 manat olmaqla ümumilikdə 366,0 min manat əlavə birdəfəlik yardım verilməsi barədə edilmiş təkliflər Azərbaycan Respublikasının Prezidenti tərəfindən məqbul hesab edilmişdir. - Bakı şəhəri Cavabdeh1 Başçısının 13 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamına əsasən Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Nərimanov küçəsi, 6 saylı, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi, 27 saylı, Sabunçu qəsəbəsi, A.Rəsulzadə küçəsi dalan 3, bina 2 saylı, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi, 7A saylı, Sabunçu qəsəbəsi, 2 Aprel küçəsi, 8a və 18 saylı, Sabunçu qəsəbəsi, Dilqəm Pişəvari küçəsi, 3 q və 15 saylı ünvanlarda yerləşən və qəzalı vəziyyətdə olan binalarda yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədilə rayon icra hakimiyyətində müvafiq komissiya yaradılmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının 294 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyləri əsasında qəzalı vəziyyətdə hesab olunmuş, yaşayış üçün yararsız olan 8 çoxmənzilli yaşayış binasının sökülməsi səbəbindən həmin binalarda yaşayan sakinlərin köçürülməsi üçün yeni yaşayış binalarının tikintisi məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, 6 saylı ünvanda 0,70 ha, Sabunçu qəsəbəsi, B.Bünyadov küçəsi, 7A saylı ünvanda 0,15 ha, A.Əsədullayev küçəsi, 27 saylı ünvanda 0,14 ha, M.Ə.Rəsulzadə küçəsi, dalan 3,2 saylı ünvanda 0,35 ha torpaq sahələri Bakı şəhəri Cavabdeh1 istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin verdiyi 105723 nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı Tofiq qızı Bakı şəhəri, Sabunçu qəsəbəsi, Əsədullayev küçəsi, 27 nömrəli yaşayış evinin 17 nömrəli mənzilinin mülkiyyətçisidir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 1997-ci ilin iyul ayında tərtib etdiyi texniki pasporta əsasən Sabunçu qəsəbəsi, Əsədullayev küçəsi, 27 ünvanda yerləşən 17 nömrəli (sahibi İddiaçı) mənzilin ümumi sahəsi 37,2 kv metr, yaşayış sahəsi 29,0 kv metr göstərilmişdir. -Sabunçu rayon MKTB 60 saylı MKİS-nin 177 nömrəli, xx.xx.2019-cu il tarixli arayışına əsasən İddiaçı Tofiq qızının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu qəsəbəsi, Əsədullayev küçəsi, ev 27, 17 nömrəli mənzil 2 otaqdan ibarətdir, ümumi sahəsi 37,40 kv metr təşkil edir, arayışda iddiaçının ailə üzvləri kimi X5 və Şahbazova Solmaz Əlihüseyn qızı göstərilmişdir. - Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi, 27 saylı evin 17 nömrəli mənzilinin plan eskizinə əsasən mənzilin faktiki sahəsi 66,32 kv metr, ümumi sahəsi 37,40 kv metr, yaşayış sahəsi 26,10 kv metr göstərilmişdir. - Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi, 27 saylı evin 30 nömrəli mənzilinin plan eskizinə əsasən mənzilin faktiki sahəsi 57,90 kv metr, ümumi sahəsi 40,90 kv metr, yaşayış sahəsi 28,65 kv metr göstərilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7428/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə (hakim A.Paşayeva) İddiaçı Cavabdeh1nə qarşı “söküntüyə məruz qalan yaşayış sahəsinin düzgün ölçülməsi və kompensasiyanın düzgün müəyyən olunması” dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmiş, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarda iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiası hazırkı iş üzrə qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərardadla mümkün hesab edilmədiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qərarında hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddia tələbinin qismən mümkün sayılmamasını qeyd etsə də, iş materiallarında belə bir qərardad və onun işdə iştirak edən şəxslərə göndərilməsini təsdiq edən məktub mövcud deyildir. Həmçinin iş materiallarında olan İddiaçı ( Bakı şəh., Sabunçu ray., Sabunçu qəs. , Asif Əsədullayev küç. 27, mən. 17) Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli məhkəmə bildirişində Azərbaycan Respublikası İPM-nin 13-cü (məhkəmənin yardım etmək vəzifəsi) maddəsinə əsasən, iddia ərizəsində cavabdehin dəqiqləşdirilməsi zəruri olması qeyd edilmiş, həmin ünvana göndərilmiş bildiriş bina sökülüb qeydi ilə geri qayıtmışdır. (ştrix kod SS657294878AZ) Eyni zamanda, işin apellyasiya icraatı zamanı iddiaçı və onun vəkili birinci instansiya məhkəməsi tərəfindən onlara iddia tələbinin dəqiqləşdirilməsinin təklif edilmədiyi, iddia tələbinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mümkün sayılmaması barədə qərardadı almadıqlarını qeyd etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi , birinci instansiya məhkəməsi məhkəmə bildirişində iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsini təklif etsə də, iddiaçının ünvanına göndərilmiş bildiriş bina söküldüyündən geri qayıtmış, məhkəmə iclas protokollarında iddiaçıya və onun vəkilinə iddia tələbinə dair dəqiqləşdirmə təklif edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlər iddiaçı və onun vəkilinin iddia tələbinə dair dəqiqləşdirmə vermək zərurəti barədə məlumatlarının olmamasına əsas verir. Məhkəmə kollegiyası qeyd edir ki, işin yenidən birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi təklif edilməli və iddiaçı tərəfindən məhkəmənin bu təklifinə yazılı və ya şifahi münasibət bildirilməlidir. Azərbaycan Respublikası İPM-nin 87.7-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Beləliklə işin müəyyən olunan halları onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə ciddi prosessual pozuntuya yol verərək, mübahisələndirilən qərarında iddia tələbinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mümkün sayılmaması barədə xx.xx.2020-ci il tarixli qərardad qəbul edilməsini göstərsə də, belə bir qərardad iş materiallarına əlavə edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)- 1945/2020 nömrəli qərarı ləğv edilməli, iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82, 87 və 94cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1945/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı Bakı şəhəri Cavabdeh1nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küç. 27, mən.17 ünvandakı yaşayış sahəsinin faktiki düzgün ölçülməsi və qeyri-yaşayış sahələrinin əvəzinin ödənilməsi vəsifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1549/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1549/2020
06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver