Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1550/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “pul” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2264/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apeyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun tərəfindən anasının müalicəsi üçün dərmanların alınması ilə əlaqədar xərclədiyi 887 manat 45 qəpik pulu ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər qismində Bakı Baş Səhiyyə İdarəsinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cəlb edilməklə 988 manat 34 qəpik pulun cavabdehlərdən tutularaq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə 988 manat 34 qəpik pulun Cavabdehndən tutularaq ödənilməsi hissəsində icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1160 manat 38 qəpik pulun cavabdeh tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 2-ci qrup əlildir. Onun anası X2 1-ci qrup əlildir. O, 2019-cu il dövründə onun müalicəsinə aptekdən 887 manat, 45 qəpik məbləğində dərman almışdır. Bu barədə aptekdən qəbzləri vardır. Həmin pulun ona ödənilməsi barədə Cavabdehnə dəfələrlə müraciət etmişdir. Lakin cavabdeh ona məktub göndərərək maliyyə vəsaitinin olmadığı üçün ona yardım etmək mümkün olmadığını bildirmişdir. xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə kimi dərmanlara 988 manat 34 qəpik, xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə kimi dərmanlara 1160 manat 38 qəpik pul ödəmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2264/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, iddiaçı xx xxxxxx 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər qismində Bakı Baş Səhiyyə İdarəsinin və Azərbaycan Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cəlb edilməsini xahiş edilməsinə baxmayaraq məhkəmə iddiaçının tələbini əsassız olaraq rədd etmişdir. Bu fakt məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinin pozulması kimi qiymətləndirilir.Bundan başqa, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasənəlilliyi olan şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dərman preparatları, tibbi xidmət, ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi, həmçinin protez-ortopediya məmulatları, diş protezləri (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) ilə təmin olunurlar.Bundan başqa, “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əlillərə lazımi maddi, sosial-məişət və tibbi yardımın növlərini tibbi-sosial ekspertiza orqanları fərdi bərpa proqramında müəyyən edirlər. Yardım Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının və əlilləri sosial müdafiə fondunun vəsaiti hesabına göstərilir.Yerli hakimiyyət orqanları müvafiq büdcələrin vəsaiti hesabına və özlərinin səlahiyyəti daxilində əlillərin dövlət pensiyalarının bütün növləri üzərinə əlavə haqlar, onlara tibbi xidmət, yaşayış sahəsinin, kommunal xidmətlərin haqqını, ictimai nəqliyyatda gediş-gəliş haqqını ödəməkdə güzəştlər, fərdi hərəkət vasitələrinin, yanacağın, yeyinti məhsullarının, paltarın, ayaqqabının və əlillər üçün zəruri olan digər malların dəyərini ödəməkdə güzəştlər müəyyən edə bilər, habelə əlillərin spesifik tələbatının ödənilməsinə və yaşayış səviyyəsinin yüksəldilməsinə yönəldilən başqa qərarlar qəbul edə bilərlər.Əlil olan vətəndaşlara dövlət tərəfindən onların qənaətbəxş həyat səviyyəsi və sosial müdafiəsi istiqamətində müvafiq tədbirlərin görülməsi öhdəlikləri qoyulmuşdur. Həmçinin yerli hakimiyyət orqanları müvafiq büdcələrin vəsaiti hesabına və özlərinin səlahiyyəti daxilində əlillər üçün zəruri olan digər malların (dərmanların) dəyərini ödəməkdə güzəştlər müəyyən edə bilər, habelə əlillərin spesifik tələbatının ödənilməsinə və yaşayış səviyyəsinin yüksəldilməsinə yönəldilən başqa qərarlar qəbul edə bilərlər. Eyni zamanda, cavabdeh “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən müharibə və əmək veteranlarının, ahıl vətəndaşların yaşayış səviyyəsinin yaxşılaşdırılması və əlillərin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlərin görülməsini və onların bərpa müəssisələrinin fəaliyyətinə və inkişafına, əlillərin reabilitasiya proqramlarının icrasına və əlillərin həyat fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək verilməsi istiqamətində qərar qəbul edilməli idi. Lakin məhkəmə AR MPM-in qeyd edilən maddələrinin tələblərini pozaraq, iş üzrə toplanmış sübutlara obyektiv və qərəzsiz qiymət verilməsini təmin etməmiş, qətnaməni işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2264/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından göründüyü kimi Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 4 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli 5BCSJ1N0001 №-li arayışına əsasən X3 1-ci dərəcəli əlildir. Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********1 nömrəli arayışından müəyyən olunur ki, Smolyaninova Olqa Yuryevna 2-ci qrup əlilliyə görə ömürlük 200 manat pensiya alır. İddiaçı ərizə ilə Cavabdehnə müraciət edərək anası X1 müalicəsi üçün dərmanların alınması ilə əlaqədar xərclədici pulların ona ödənilməsini xahiş etmişdir. Cavabdeh həmin müraciətə cavab olaraq bildirmişdir ki, məşiət avadanlıqlarının alınması və digər məqsədlər üçün vətəndaşlara maddi yardım göstərilməsinə yerli büdcədə maliyyə vəsaiti nəzərə tutulmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 3-cü bəndi yerli icra hakimiyyəti başçısının vəzifələrinə aid edilmişdir. Əsasnamənin “İnsanların sağlamlığının, ərazinin sanitar-epidemioloji şəraitinin yaxşılaşdırılması və ətraf mühitin qorunması, ekoloji təhlükəsizliyin təmin edilməsi sahələrində yerli icra hakimiyyəti başçısının vəzifələri” adlanan 3.7-ci bəndinə əsasən başçı müvafiq ərazidə əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir; müvafiq ərazidə sanitar-epidemioloji şəraitin yaxşılaşdırılmasında, ətraf mühitin qorunmasında və ekoloji təhlükəsizliyin təmin edilməsində iştirak edir; məişət tullantılarının yığılması, daşınması, zərərsizləşdirilməsi üçün tədbirlər görür; insan üçün təhlükəli olan və sosial əhəmiyyət kəsb edən xəstəliklərin yayılması, o cümlədən baş vermiş və ya baş verməsi ehtimal olunan yoluxucu və kütləvi qeyri-yoluxucu (zəhərlənmə) xəstəliklərin, həyata keçirilən sanitar-epidemioloji tədbirlərin və yaşayış mühitinin vəziyyəti barədə əhalinin vaxtlı-vaxtında məlumatlandırılması işini təşkil edir. Həmin Əsasnamənin “Yerli icra hakimiyyəti başçısınnı əhalinin sosial müdafiəsi və gender bərabərliyi sahələrində səlahiyyətləri” adlanan 4.6-cı bəndinə əsasən vətəndaşlara dövlət tərəfindən sosial yardım göstərilməsi işini təşkil etmək; müvafiq ərazidə ehtiyacı olan ailə, qadın və uşaqlara sosial yardım göstərilməsi işini təşkil etmək, ailə institutunun möhkəmləndirilməsinə və ailə dəyərlərinin təbliğinə yönəlmiş tədbirlər görmək; ehtiyacı olan uşaqlara yardım göstərilməsini təşkil etmək; Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq, övladlığa götürmə ilə bağlı məsələlərdə aidiyyəti dövlət orqanlarının işinə kömək göstərmək; yeniyetmələrin nəzarətsizliyinə və baxımsızlığına qarşı profilaktik işlərin görülməsi, çətin həyat vəziyyətinə düşənlərin sosial adaptasiyası və reabilitasiyası, onların qanuni mənafelərinin və hüquqlarının müdafiəsi sahəsində tədbirlər həyata keçirmək; müharibə və əmək veteranlarının, ahıl vətəndaşların yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək; ehtiyacı olan şəxslərin sosial xidmət müəssisələrində yerləşdirilməsi üçün zəruri tədbirlər görmək; ailə başçısını itirmiş ailələrin, çoxuşaqlı ailələrin, evdə qulluğa ehtiyacı olan əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, müharibə və əmək veteranlarının, qocaların mənzil və maddi-məişət şəraitinin yaxşılaşdırılmasına kömək göstərmək; əlillərin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək, onların bərpa müəssisələrinin fəaliyyətinə və inkişafına, əlillərin reabilitasiya proqramlarının icrasına və əlillərin həyat fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək vermək; müəyyən yaşayış yeri olmayan vətəndaşlara, cəzaçəkmə müəssisələrindən çıxmış şəxslərə, məcburi köçkünlərə sosial xidmət və sosial dəstək göstərilməsi ilə bağlı tədbirlər həyata keçirmək; müvafiq ərazidə əhaliyə humanitar yardım göstərilməsi və əhaliyə sosial xidmət göstərən təşkilatlarla birlikdə humanitar yardıma tələbatın müəyyənləşdirilməsi işini təşkil etmək; sosial yardımlara hüququ olan şəxslərin ilkin uçotunun aparılmasını təşkil etmək; müvafiq ərazidə sosial qidalanmanın təşkili barədə məlumatların kütləvi informasiya vasitələrində verilməsini təşkil etmək; müvafiq ərazidə ümumtəhsil və peşə təhsili alan şagirdlərin və tələbələrin qidalanmasının təmin edilməsi işini təhsil müəssisələri ilə birlikdə təşkil etmək; valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş yetkinlik yaşına çatmayan uşaqların ümumtəhsil internat məktəblərinə, inteqrasiya təlimli internat tipli təhsil müəssisələrinə, sağlamlıq imkanları məhdud uşaqların xüsusi məktəblər və internat məktəblərinə göndərilməsini təşkil etmək. Qanunvericiliyin məzmunundan da aydın olur ki, yerli icra hakimiyyətləri tərəfindən əlil olan vətəndaşlara dərman vasitələrinin alınması üçün yerli büdcədən vəsait ayrılması nəzərdə tutulmamışdır. Lakin yerli icra hakimiyyəti orqanları əlil olan vətəndaşlara dövlət tərəfindən sosial yardım göstərilməsi işini təşkil etməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı və onun anası əlil olmaqla yanaşı dövlət tərəfindən onlara əlilliyə görə pensiya təyin olunmuşdur. Yəni dövlət tərəfindən həmin şəxslərin sosial rifahının təmini tədbirləri həyata keçirilmişdir. Bu əsasdan iddiaçının hazırkı tələbinin hüquqi əsası olmadığından təmin oluna bilməz. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2264/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1550/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1550/2020
08.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver