Məhkəmə qərarları › İş №2-1(103)-1550/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1550/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1550/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələblərinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X3 və X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələblərinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10834/2024 saylı 01 noyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 25 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. İddiaçıya xx.xx.2009-cu il tarixdən DSMF-nin Binəqədi rayon şöbəsi tərəfindən əlilliyə görə (dövlət qulluqçusu) əmək pensiyası təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-6477/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarına əsasən onun 1916.7 manat olan pensiya məbləği yenidən hesablanmış və pensiyasının məbləği 948,29 manat müəyyən edilmişdir. Yenidən hesablamanın səbəbi kimi –vətəndaş müraciətinə əsasən (artıq ödəmə) göstərilmişdir. Eyni zamanda cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3- 17-1/3-3-6478/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçının yaşa görə (dövlət qulluğuna) 363,86 manat olan pensiya məbləği yenidən hesablanmış və pensiyasının məbləği 1293,60 manat müəyyən edilmişdir. Yenidən heasblamanın səbəbi kimi –vətəndaş müraciətinə əsasən göstərilmişdir. İddiaçı yuxarıda adları çəkilən qərarlarla aparılan hesablamalarla razılaşmadığı üçün bu barədə cavabdeh inzibati orqana müraciət etmişdir. Onun müraciəti ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı bildirmişdir ki, pensiya işinə aid sənədlərdə ona Fondun Binəqədi rayon şöbəsi tərəfindən 2 mart 2009-cu il tarixindən sabiq dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, 2 mart 2009-cu il tarixdə vəzifə üzrə vəzifə maaşı 335.00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 100,50 manat, ixtisas dərəcəsinə görə əlavə 30,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavənin 50,25 manat, mükafatlarla müavinətlər.'', əlavənin 111,67 manat olmaqla orta aylıq əmək haqqı 627.42 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyasının “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 23 il 10 ay 4 gun qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (627,42 manat) 80 faizi-501,94 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2009-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabınıza hər ay 787.81 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr uzrə 16285,37 manat artıq pul vəsaiti ödənilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 390,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavənin 117,00 manat, ixtisas dərəcəsinə görə əlavənin 55,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavənin 58,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavənin 130,00 manat olmaqla orta aylıq əmək haqqı 750,50 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyasının Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 23 il 10 ay 4 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (750.50 manat) 80 faizi- 600,40 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən xx.xx.2013-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 30620 40 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 68139.17 manat ödənilib. Buna görə də həmin dövr üzrə ona 37518,77 manat artıq pul vəsaiti ödənilib. Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-cı maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla. 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faiz: miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildən ş slap aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin uzərinə əlavə olunur. Bununla əlaqədar 23 il 10 ay 4 gün dövlət qulluğu stajınıza görə əmək pensiyanızın hesablanması üçün vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 76,50 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 430,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 129,00 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 64,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 143,33 manat olmaqla orta aylıq əmək haqqının 821,83 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqının (750,50 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqınız (821,83 manat) arasındakı fərq məbləğinin (71 33 manat) 76 50 faizi-54,57 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın 600.40 manat üzərinə əlavə olunmaqla əmək pensiyanın 654,97 manat məbləğində hesablanmalı olduğu halda xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 12210,12 manat artıq pul vəsaiti ödənilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 645,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavənin 193,50 manat, ixtisas dərəcəsinə görə əlavənin 55.00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəniz 96,75 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavənin 215,00 manat olmaqla orta aylıq əmək haqqınız 1205,25 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınız (821,83 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqınız (1205,25 manat) arasındakı fərq məbləğinin (383,42 manat) 76,50 faizi-293,32 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanızın (654,97 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanız 948,29 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dovr ərzində müvafiq kart hesabınıza hər ay 1916,75 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr üzrə sizə 18400,74 manat artıq pul vəsaiti ödənilib. Əlillik dərəcənin müddətinin 5 mart 2021-ci il tarixində bitməsi ilə əlaqədar pensiya ödənişiniz 1 aprel 2021-ci il tarixindən dayandırılıb. Mərkəzi Filiala daxil olmuş ərizənizə əsasən sizə cari ilin may ayında (1 aprel 2021-ci il tarixindən hesablanmaqla) Qanunun 20.11.2-ci maddəsinə əsasən 23 il 10 ay 4 gün dövlət qulluğu stajınıza uyğun olaraq orta aylıq əmək haqqınızın (1205,25 manat) 76,50 faızı-922,02 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilib. Maddi yardımın 1 yanvar 2023cü il tarixindən pensiyanın tərkibinə daxil edilməsi, eyni zamanda həm qeyd olunan tarixdən, həm də növbəti dəfə 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilmə ilə əlaqədar əmək pensiyanız 1293,60 manat məbləğində müəyyən edilib. Həmçinin ötən dövr üzrə sizə ödənilməli olan 30013,04 manat fərq məbləği (2022-ci il üçün maddi yardım üzrə ödənilməli olan pul vəsaiti də nəzərə alınmaqla) hesablanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması bır növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dovr uzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-cı və 39.1-cı maddələr nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanları nəzərə alaraq, sizə ödənilməli olan 30013,04 manat vəsait artıq ödənilmiş 84415,00 (16285,37+37518,77+12210,12+18400,74) manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib. Qalan 54401,96 (84415,00-30013,04) manat artıq ödənilmiş vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Əlavə olaraq bildiririk ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən əmək pensiyanıza yenidən baxılması haqqında inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələriniz dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün sizə 3 may 2024-cü il tarixində məktub göndərilməklə Mərkəzi Filiala gəlməyiniz xahiş edilib. Mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməmisiniz. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasına dair qəbul edilmiş qərarın ləğv edilməsi, iddiaçıdan 84415 manat artıq ödənilmiş pul vəsaitinin tutulmasının qanunsuz hesab edilməklə həmin borcun ləğv edilməsi, iddiaçıya ödənilməli olan 30013,04 manat pul vəsaitinin əvəzləşdirilməsinə yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməklə həmin əvəzləşdirmə barədə qərarın ləğv edilməsi və iddiaçıya ödənilməli olan 30013,04 manat pul vəsaitinin cavabdeh inzibati orqan tərəfindən ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli 3-17- 1/3-3-6478/2028 saylı və 3-17- 1/3-3-6477/2024 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında" qərarlarının "ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat" və "Qeyd" hissələrinin ləğv edilməsi, iddiaçıya artıq ödənilmiş pul vəsaiti qismində hesablanmış 84415 manat məbləğində borcun ləğv edilməsi, həmin borca görə iddiaçıdan əvəzləşdirilmə nəticəsində silinmiş 30013,04 manat məbləğində pulun ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2009-cu ildən sabiq dövlət qulluqçusu kimi DSMF-nin Binəqədi rayon şöbəsi tərəfindən 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin əlillik qiymətləndirilməsinin müddəti xx.xx.20211-ci ilə qədər qüvvədə olmuş və iddiaçıya xx.xx.2009-cu ildən xx.xx.2021-ci ilə qədər əlilliyə görə əmək pensiyası ödənilmişdir. Daha sonra cavabdeh xx.xx.2021-ci ildən hesablanmaqla iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 20.11.2-ci maddəsinə əsasən 23 il 10 ay 4 gün dövlət qulluğu stajına uyğun olaraq yaşa görə əmək pensiyası (dövlət qulluqçusu kimi) təyin edilmişdir. Sonradan cavabdeh vaxtilə iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilən zaman pensiyanın hesablanma qaydasında yanlışlıqlara yol verilməsi əsası ilə 84415 manmat məbləğində pul vəsaitinin iddiaçıya artıq şəkildə ödənilməsi nəticəsinə gəlmişdir. Bundan əlavə cavabdeh tərəfindən iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyası üzrə 30013,04 manat pulun əksik ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh orqanın apardığı araşdırmanın yekununa uyğun olaraq iddiaçıya ödənilməli olan 30013,04 manat vəsait iddiaçıya atrıq ödənilmiş 84415 manat pul vəsaiti ilə əvəzləşdirilmiş və bunun nəticəsində 54401,96 manat məbləğində artıq ödənilmiş vəsaitin büdcəyə bərpa edilməsi iddiaçıdan tələb edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin qeyd edilən hərəkətləri qanunsuzdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı əmək kitabçasında xx.xx.2004-cü il tarixli, K-04 nömrəli əmrə əsasən onun Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin kiçik özəlləşdirmənin təşkili şöbəsinə müdiri vəzifəsinə təyin edildiyi qeyd olunub. Lakin adı çəkilən şəxs tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli əmək haqqı arayışında həmin şöbədə aparıcı məsləhətçi vəzifəsinə uyğun olaraq əmək haqqı aldığı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, İddiaçı 03. 07.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində işlədiyi bütün vəzifələr barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu ünvanlanmış, sorğuya verilmiş cavab nəzərə alınmaqla iddiaçının pensiyası yenidən hesablanmışdır. Belə ki, 2 mart 2009-cu il tarixində İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 335,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 100,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 30,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 50,25 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 111,67 manat olmaqla orta aylıq əmək haqqı 627,42 manat təşkil etmişdir. Adı çəkilən şəxsin əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3- cü maddəsinə əsasən 23 il 10 ay 4 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (627,42 manat) 80 faizi 501,94 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2009xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 787,81 manat məbləğində, həmin dövr üzrə iddiaçıya 16285,37 manat artıq pul vəsaiti ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013-cü il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 390,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 117,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 58,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 130,00 manat olmaqla orta aylıq əmək haqqı 750,50 manat təşkil etmişdir. Bununla əlaqədar adıçəkilən şəxsin əmək pensiyası Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən orta aylıq əmək haqqının (750,50 manat) 80 faizi-600,40 manat məbləğində hesablanmışdır. İddiaçı xx.xx.2013-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 30620,40 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, ona həmin müddət ərzində 68139,17 manat ödənilmişdir. Buna görə də həmin dövr üzrə adıçəkilən şəxsə 37518,77 manat artıq pul vəsaiti ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 430,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 129,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 64,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 143,33 manat olmaqla orta aylıq əmək haqqısı 821,83 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının (750,50 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısının (821,83 manat) arasındakı fərq məbləğinin (71,33 manat) 76,50 faizi- 54,57 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (600,40 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 654,97 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2018- xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1333,31 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 12210,12 manat artıq pul vəsaiti ödənilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019- cu il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 645,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 193,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 96,75 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 215,00 manat olmaqla orta aylıq əmək haqqısı 1205,25 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (821,83 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (1205,25 manat) arasındakı fərq məbləğinin (383,42 manat) 76,50 faizi-293,32 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (654,97 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 948,29 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1916,75 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 18400,74 manat artıq pul vəsaiti ödənilib. İddiaçının əlillik dərəcəsinin müddətinin 5 mart 2021-ci il tarixində bitməsi ilə əlaqədar pensiya ödənişi 1 aprel 2021-ci il tarixindən dayandırılmışdır. İddiaçı Mərkəzi Filiala daxil olmuş ərizəsinə əsasən ona cari ilin may ayında (1 aprel 2021-ci il tarixindən hesablanmaqla) Qanunun 20.11.2-ci maddəsinə əsasən 23 il 10 ay 4 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (1205,25 manat) 76,50 faizi 922,02 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Maddi yardımın 1 yanvar 2023-cü il tarixindən pensiyanın tərkibinə daxil edilməsi, eyni zamanda həm qeyd olunan tarixdən, həm də növbəti dəfə 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilmə ilə əlaqədar onun əmək pensiyası 1293,60 manat məbləğində müəyyən edilmişdir. Həmçinin ötən dövr üzrə ona ödənilməli olan 30013,04 manat fərq məbləği (2022-ci il üçün maddi yardım üzrə ödənilməli olan pul vəsaiti də nəzərə alınmaqla) hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya ödənilməli olan 30013,04 manat vəsait ona artıq ödənilmiş 84415,00 (16285,37+37518,77+12210,12+18400,74) manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalan 54401,96 (84415,00-30013,04) manat artıq ödənilmiş vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə İddiaçı əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur.”İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən iddiaçının əmək pensiyasına yenidən baxılması haqqında inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələri dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ona 3 may 2024-cü il tarixində məktub göndərilməklə Mərkəzi Filiala gəlməsi xahiş edilib. Lakin adıçəkilən şəxs Mərkəzi Filiala gəlməyib. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10834/2024 saylı 01 noyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 6478/2028 nömrəli və 3-17-1/3-3-6477/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında" qərarlarının "ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat" və "Qeyd" hissələrinin ləğv edilməsi və İddiaçı artıq ödənilmiş pul vəsaiti qismində hesablanmış 84415 manat məbləğində borcun ləğv edilməsi, həmin borca görə İddiaçı əvəzləşdirilmə nəticəsində silinmiş 30013,04 manat məbləğində pulun ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. İddiaçı pensiya işinə aid sənədlərdə ona Fondun Binəqədi rayon şöbəsi tərəfindən 2 mart 2009-cu il tarixindən sabiq dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı əmək kitabçasında xx.xx.2004-cü il tarixli K- 04 nömrəli əmrə əsasən onun Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin kiçik özəlləşdirmənin təşkili şöbəsinə müdiri vəzifəsinə təyin edildiyi qeyd olunub. Lakin adıçəkilən şəxs tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-21-3/2-4380/2024 nömrəli əmək haqqı arayışında həmin şöbədə aparıcı məsləhətçi vəzifəsinə uyğun olaraq əmək haqqı aldığı müəyyən edilib. Bununla əlaqədar olaraq, İddiaçı xx.xx.2001xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində işlədiyi bütün vəzifələr barədə, həmçinin həmin vəzifələrə hansı tarixdə təyin edildiyi və azad edildiyinə dair tərəfimizdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu ünvanlanıb. Sorğumuza verilmiş cavab nəzərə alınmaqla iddiaçının pensiyası yenidən hesablanıb. Belə ki, 2 mart 2009-cu il tarixində İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 335,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 100,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 30,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 50,25 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 111,67 manat olmaqla orta aylıq əmək haqqısı 627,42 manat təşkil etmişdir. Bununla əlaqədar adıçəkilən şəxsin əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3cü maddəsinə əsasən 23 il 10 ay 4 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqısının (627,42 manat) 80 faizi 501,94 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2009-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 787,81 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 16285,37 manat artıq pul vəsaiti ödənilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013-cü il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 390,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 117,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 58,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 130,00 manat olmaqla orta aylıq əmək haqqısı 750,50 manat təşkil etmişdir. Bununla əlaqədar adıçəkilən şəxsin əmək pensiyası Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 23 il 10 ay 4 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqısının (750,50 manat) 80 faizi-600,40 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, İddiaçı xx.xx.2013-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində onun ümumilikdə 30620,40 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, ona həmin müddət ərzində 68139,17 manat ödənilib. Buna görə də həmin dövr üzrə adıçəkilən şəxsə 37518,77 manat artıq pul vəsaiti ödənilib. Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar adıçəkilən şəxsin 23 il 10 ay 4 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 76,50 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 430,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 129,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 64,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 143,33 manat olmaqla orta aylıq əmək haqqısı 821,83 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının (750,50 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısının (821,83 manat) arasındakı fərq məbləğinin (71,33 manat) 76,50 faizi-54,57 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (600,40 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 654,97 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1333,31 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 12210,12 manat artıq pul vəsaiti ödənilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 645,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 193,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 96,75 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 215,00 manat olmaqla orta aylıq əmək haqqısı 1205,25 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (821,83 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqısı (1205,25 manat) arasındakı fərq məbləğinin (383,42 manat) 76,50 faizi-293,32 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (654,97 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 948,29 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1916,75 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 18400,74 manat artıq pul vəsaiti ödənilib. İddiaçının əlillik dərəcəsinin müddətinin 5 mart 2021-ci il tarixində bitməsi ilə əlaqədar pensiya ödənişi 1 aprel 2021-ci il tarixindən dayandırılıb. İddiaçı Mərkəzi Filiala daxil olmuş ərizəsinə əsasən ona cari ilin may ayında (1 aprel 2021-ci il tarixindən hesablanmaqla) Qanunun 20.11.2-ci maddəsinə əsasən 23 il 10 ay 4 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqısının (1205,25 manat) 76,50 faizi 922,02 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilib. Maddi yardımın 1 yanvar 2023-cü il tarixindən pensiyanın tərkibinə daxil edilməsi, eyni zamanda həm qeyd olunan tarixdən, həm də növbəti dəfə 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilmə ilə əlaqədar onun əmək pensiyası 1293,60 manat məbləğində müəyyən edilib. Həmçinin ötən dövr üzrə ona ödənilməli olan 30013,04 manat fərq məbləği (2022-ci il üçün maddi yardım üzrə ödənilməli olan pul vəsaiti də nəzərə alınmaqla) hesablanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya ödənilməli olan 30013,04 manat vəsait ona artıq ödənilmiş 84415,00 (16285,37 + 37518,77 + 12210,12 + 18400,74) manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib. Qalan 54401,96 (84415,00-30013,04) manat artıq ödənilmiş vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə İddiaçı əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunub. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən iddiaçının əmək pensiyasına yenidən baxılması haqqında inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələri dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ona 3 may 2024-cü il tarixində məktub göndərilməklə Mərkəzi Filiala gəlməsi xahiş edilib. Lakin adıçəkilən şəxs Mərkəzi Filiala gəlməyib. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Lakin Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd olunanları nəzərə almadan əsassız olaraq iddianı təmin etmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndələri X6 və X7 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının mübahisələndirdiyi qərarlar xx.xx.2024-cü il tarixlidir. Həmin qərarların iddiaçıya nə vaxt rəsmi şəkildə təqdim olunması işdən müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İPM-nin 38.1-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, X10 Sistemi məlumatlarına görə iddiaçıya xx.xx.2009-cu il tarixdən DSMF-nin Binəqədi rayon şöbəsi tərəfindən əlilliyə görə (dövlət qulluqçusu) əmək pensiyası təyin edilmişdir. Sonradan cavabdeh iddiaçıya münasibətdə “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-6477/2024 nömrəli və 3-17-1/3-3-6478/2024 nömrəli qərarlar qəbul etmişdir. Belə ki, “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-6477/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə 1916.7 manat olan pensiya məbləği yenidən hesablanmış və pensiyasının məbləği 948,29 manat müəyyən edilmişdir. Həmçinin “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3- 6478/2024 nömrəli xx.xx.2024cü il tarixli qərarı ilə iddiaçının yaşa görə (dövlət qulluğuna) 363,86 manat olan pensiya məbləği yenidən hesablanmış və pensiyasının məbləği 1293,60 manat müəyyən edilmişdir. Hər iki halda yenidən hesablamanın səbəbi kimi –vətəndaşın müraciət etməsi göstərilmişdir. İddiaçı pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh qurumun qəbul etdiyi qərarlardan narazı qalaraq onları mübahisələndirmiş və tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, “iddiaçı onun pensiyasından tutmalara (cavabdehin adlandırdığı kimi əvəzləşdirmə aparılmasına) razılığını bildirməmiş, eyni zamanda bu barədə məhkəmə qərarı da mövcud deyildir. Cavabdehin iddiaçıdan asılı olmayan hallar nəticəsində, yəni əmək pensiyasının yol verilmiş səhv nəticəsində yanlış – artıq məbləğdə təyin edilməsi halı ilə bağlı məhkəmə hesab edir ki, bu, iddiaçıdan ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Belə ki, nə əmək pensiyasının təyin edilməsi barədə qərarda, nə də məhkəməyə daxil olmuş müvafiq sənədlərdə əmək pensiyasının səhv təyin edilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir.” Məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İş materiallarından müəyyən olunur ki, iddiaçıya münasibətdə cavabdeh qurum tərəfindən “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3- 17-1/3-3-6477/2024 və 3-17-1/3-3-6478/2024 nömrəli qərarlar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanununun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. İşin faktiki hallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2009-cu ildən sabiq dövlət qulluqçusu kimi 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmiş və həmin əlillik qiymətləndirilməsinin müddəti xx.xx.2021-ci ilə qədər qüvvədə olduğu üçün 1 aprel 2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası ödənilmişdir. Daha sonra iddiaçıya cavabdeh xx.xx.2021-ci ildən hesablanmaqla 23 il 10 ay 4 gün dövlət qulluğu stajına uyğun olaraq yaşa görə əmək pensiyası (dövlət qulluqçusu kimi) təyin etmişdir. Sonradan cavabdeh vaxtilə iddiaçıya əmək pensiyası təyin edilən zaman pensiyasının hesablanmasında yanlışlıqlara yol verilməsi əsası ilə 84415 manat məbləğində pul vəsaitinin iddiaçıya artıq şəkildə ödənilməsi nəticəsinə gəlmişdir və bununla bağlı apardığı araşdırmanın yekununa uyğun olaraq iddiaçıya ödənilməli olan 30013,04 manat vəsaiti iddiaçıya artıq ödənilmiş 84415 manat pul vəsaiti ilə əvəzləşdirmiş və bunun nəticəsində 54401,96 manat məbləğində artıq ödənilmiş vəsaitin büdcəyə bərpa edilməsini iddiaçıdan tələb etmişdir. “Əmək pensiyları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra – ƏPQ) 39-cu maddəsinə əsasən: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan bu barədə qərar qəbul etməklə artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Lakin işdən müəyyən edilir ki, cavabdeh inzibati orqan iddiaçıya həmin artıq ödəmələrin onun pensiyasından tutulacağı barədə məlumat versə də, iddiaçının pensiyasından belə tutulmaların aparılmasına razılıq verdiyi iş materiallarından müəyyən olunmur. Belə olan halda cavabdeh qurum qanunun tələbinə görə istinad etdiyi artıq ödəmələrin büdcəyə ödənilməsi məqsədilə məhkəmədə iddiaçıya qarşı iddia qaldırmalı idi. Lakin işdən görünür ki, cavabdeh qurumun belə iddiası olmamış, nəticədə iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul edilmişdir. Halbuki cavabdehin iddiaçıya ödənilməli olan pensiyadan tutma aparması üçün birincisi, onun razılığını almalı, ikincisi, bu razılıq əsasında tutma barədə qərar qəbul etməli idi. İşdən görünür ki, iddiaçının artıq ödənilmiş məbləğin ona ödənilməli olan pensiya ödənişindən tutulmasına razılığı olmamışdır. Belə olan halda aydındır ki, qanunvericiliyə əsasən həmin vəsaitin iddiaçıdan tutulması üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olmalıdır. Lakin cavabdeh belə bir qərarı təqdim etmədiyindən, cavabdehin iddiaçıya ödənilən pensiya məbləğindən tutma aparması hərəkəti qanunsuz olmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qurumun xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-6478/2028 nömrəli və 3-17-1/3-3-6477/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında" qərarlarının "ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat" və "Qeyd" hissələrinin ləğv edilməsi, İddiaçı artıq ödənilmiş pul vəsaiti qismində hesablanmış 84415 manat məbləğində borcun ləğv edilməsi, həmin borca görə İddiaçı əvəzləşdirilmə nəticəsində silinmiş 30013,04 manat məbləğində pulun ona ödənilməsi vəzifəsinin cavabdeh qurumun üzərinə qoyulması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10834/2024 saylı 01 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10834/2024 saylı 01 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X8 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar