Məhkəmə qərarları › İş №2-1(103)-1551/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1551/2020

07.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1551/2020 07.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseyn sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5418/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “X3 təqdbirlərinin keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********137532 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin “X3 tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********137532 №-li qərarının icrasının hazırkı iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5418/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddiaçının müvvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktı tərtib edilərkən və həmin akt üzrə X3 tədbirlərinin keçirilməsi barədə xx.xx.2020-ci il tarixli qərarı çıxarılarkən yol verilmiş ciddi qanun pozuntuları barədə məlumat verilmiş və həmin pozuntuları təsdiq edən sənədlər ərizəyə əlavə edilmişdir. Belə ki, səyyar vergi yoxlamasının keçirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddətlərin bitməsinə baxmayaraq, vergi orqanı tərəfindən MMC-də yenidən X3 tədbirlərinin keçirilməsi barədə xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir. Qərarda X3nın təyin edilməsi əsaslandırılmamış, qərar MMC-nin nümayəndəsinin iştirakı olmadan çıxarılmışdır ki, nəticədə Vergi Məcəlləsinin və “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri də ciddi şəkildə pozulmuşdur. Bundan başqa, MMC-də təyin edilmiş səyyar vergi yoxlaması üzrə əvvəlcə xx.xx.2020-ci il tarixli akt tərtib edilmiş, bundan sonra 2-ci akt-xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. xx.xx.2020-ci il tarixli aktın ləğv edilməsi (və ya etibarsız hesab edilməsi) və yenidən yoxlama aparılması (yenidən aparılmış yoxlamanın nəticəsi üzrə xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir) barədə MMC-yə hər hansı qərar (və digər rəsmi sənəd) təqdim edilməmişdir. Nəticədə isə xx.xx.2020-ci il tarixli aktın tərtib edilməsi üçün hər hansı rəsmi hüquqi sənəd mövcud olmamışdır. xx.xx.2020-ci il tarixli aktın tərtibi üçün rəsmi heç bir hüquqi sənəd (əsas) mövcud olmadığından, həmin akt əsasında çıxarılmış X3 tədbirlərinin keçirilməsi barədə xx.xx.2020- ci il tarixli qərar da əsassız və qanunsuz olmuşdur. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddətlərin bitməsinə baxmayaraq, vergi orqanı tərəfindən bir-biri ilə ziddiyyət təşkil edən aktların tərtib edilməsi davam etdirilmiş, ilkin (xx.xx.2020-ci il tarixli) akta hüquqi qiymət verilmədən, növbəti aktlar tərtib edilmişdir. Eyni zamanda, X3 tədbirlərinin keçirilməsi barədə xx.xx.2020-ci il tarixli qərar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Bundan başqa, vergi orqanı tərəfindən hazırda X3 tədbirlərinin keçirilməsi barədə xx.xx.2020-ci il tarixli qərarın icrasının həyata keçirilməsi MMC üçün əlavə ciddi maliyyə itkilərinə səbəb olur. Belə ki, qeyd olunan yoxlama aktlarına etiraz etmələrinə baxmayaraq, vergi orqanı tərəfindən MMC barədə 3-cü akt - xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Bundan sonra isə həmin qərar üzrə Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətlərin bitməsinə baxmayaraq, yenidən işə baxılması, yeni qərar qəbul edilməsi həyata keçiriləcəkdir. Son nəticədə isə MMC-yə qanunsuz vergilər hesablanmaqla, iddiaçı əsassız maliyyə itkilərinə məruz qalacaq ki, bu da MMC-nin bundan sonra normal fəaliyyətinə ciddi təhdidlər yaradır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. xx.xx.2020-ci il tarixli **********182592 №-li Səyyar vergi yoxlaması aktı ilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********181655 saylı qərarına əsasən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi Ticarət sahəsi üzrə şöbəsi tərəfindən İddiaçı MMC-də ödəmə mənbəyindən tutulan vergi üzrə 1-ci rüb 2018; 4-cü rüb 2018; əlavə dəyər vergisi yanvar 2018-fevral 2019; əmlak vergisi 2018-ci il; mədən vergisi yanvar 2018-fevral 2019-cu il; mənfəət vergisi 2018-ci il; muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 2018-ci il; sadələşdirilmiş vergi 1-ci rüb 2018-ci – 4-cü rüb 2018ci il; aksiz vergisi yanvar 2018-fevral 2019-cu illər üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama müddəti xx.xx.2019-cu il tarixdə başlanıb xx.xx.2020-ci il tarixdə başa çatdırılmışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********137532 №-li Qərarına əsasən, İddiaçı MMC-də keçirilmiş səyyar vergi yoxlamasının xx.xx.2020-ci il tarixli aktına və həmçinin xx.xx.2019-cu il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********183589 №-li qərara, xx.xx.2020-ci il tarixli “Səyyar vergi yoxlaması barədə” müraciətə və ilkin mühasibat sənədlərinə baxılaraq müəyyən edilmişdir ki, daxil olmuş sənədlərin, məlumatların düzgünlüyünün araşdırılması üçün X3 tədbirlərinin keçirilməsinə zərurət yarandığı üçün xx.xx.2020-ci il tarixli **********182592 №-li “Səyyar vergi yoxlaması aktı” üzrə hesablanmış vergilərin düzgünlüyünün daxil olmuş sənədlər əsasında yenidən araşdırılması qərara alınmışdır. İnzibati Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (ərizəçinin hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları isə İPM-nin 43cü maddəsində dəqiq müəyyən edilmişdir. Həmin maddəyə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Qeyd edilən normaların tələblərinə əsasən ərizəçi ilkin təcili tənzimlənmənin zəruri olması və maddi tələbinin mövcud olması ehtimalını məhkəməyə aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Bu o deməkdir ki, ərizəçi hüquqi müdafiə üçün iddia icraatının nəyə görə yetərli olmadığını, yəni “faktlar yaradılmamışdan” əvvəl nə üçün müvəqqəti xarakterli müdafiə tədbirlərinin görülməli olmasını təsvir etməlidir. Sözügedən hallarda mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi təhlükəsi mövcud olmalıdır. Hazırkı halda “X3 tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********137532 №-li qərarının icrasının hazırkı iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılmadığı təqdirdə, ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması həm ərizədə, həm də apelyasiya şikayətində əsaslandırılmamışdır. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, mübahisənin hazırkı mərhələsində işin mahiyyəti üzrə araşdırılması üçün sübutların hərtərəfli tədqiq edilməsi, onlara hüquqi qiymət verilməsi, bununla da yekun məhkəmə qərarının qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu ortaya çıxarmaq zəruriyyətinin hələ davam etdiyini, qaldırılan iddianın aqibətini və gələcəkdə hansı qərarın qəbul ediləcəyini müəyyənləşdirmək hazırkı mərhələdə təyin etmək qeyri-mümkün olduğundan, bu hal isə öz növbəsində iddianın uğurluluq ehtimalını aydın etmədiyindən, kollegiya belə nəticəyə gəlir ki, iddiaçının müvəqqəti xarakterli müdafiə barədə ərizəsini təmin etməyən birinci instansiya məhkəməsinin mövqeyi işin hallarına uyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının ərizəsinin təmin edilməməsi barədə düzgün nəticəyə gəldiyindən, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanmalı və apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 40, 41 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5418/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar