Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1551/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinə qarşı icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2589/2021 saylı, 05.03.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı MMC cavabdeh Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayonu İcra və Probasiya şöbəsinin icra məmuru İİ-ci dərəcəli ədliyyə qulluqçusu X3 ipoteka predmeti olan X1 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 9A (Yeni qaydalarla Səbail rayonu, Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsi 1) saylı evin açıq hərraca çıxarılmaqla satılması barədə “xxxx” MMC-yə 149616\2020-16-12\9078 saylı, 02.11.2020-ci il tarixli məktubla ünvanladığı sifarişə dair hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsi 23.10.2020-ci il tarixdə İddiaçı MMC-dən «xxxx» ASC-nin xeyrinə 233.761 manat əsas borc, 160.554 manat faiz borcu, 61 manat məbləğində ödənilmiş dövlət rüsumları olmaqla cəmi 394.376 manat məbləğində pulun tutulması, tutmanın ipoteka predmeti olan X1 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 9A (Yeni qaydalarla Səbail rayonu, Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsi 1) saylı evin ilkin satış qiyməti 720.000 (yeddi yüz iyirmi min) manat müəyyən edilməklə həmin evə yönəldilməsi, evin açıq hərracdan satılması və satışdan əldə olunan vısait hesabına «xxxx» ASC-nin təmin edilmiş tələbinin ödənilmsi qət edilmişdir. 22.09.2020-ci il tarixdə Səbail rayonu İcra və Probasiya şöbəsindən İİ-ci dərəcəli ədliyyə qulluqçusu, icra məmuru Əhmədov Səbuhi tərəfindən iddiaçının yaşayış ünvanına icraata başlama haqqında qərar və bildiriş göndərilmişdir. 02.11.2020-ci il tarixli məktubla Səbail rayonu İcra və Probasiya şöbəsi “xxxx” MMC-nin ünvanına məktub göndərərək yuxarıda qeyd olunan əmlakın hərrac vasitəsi ilə satışının həyata keçirilməsi məqsədi ilə müvafiq sifariş vermişdir. İddiaçı icra şöbəsinə dəfələrlə şifahi olaraq müraciət etmiş və maddi vaziyyətinin yaxın vaxtlarda düzələcəyini bildirərək icraya möhlət verilməsini xahiş etmişdir. Lakin buna baxmayaraq, icra məmuru əsassız olaraq ipoteka predmeti olan X1 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 9A (Yeni qaydalarla Səbail rayonu, Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsi 1) saylı evin acıq hərrac vasitəsi ilə satılması üçün sözügedən hərrac təşkilatına müvafiq məktub göndərmişdir. Səbail rayonu İcra və Probasiya şöbəsinin icra məmuru İİ-ci dərəcəli ədliyyə qulluqçusu X3 həmin hərəkətləri qanunsuz hesab edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2589/2021 saylı, 05.03.2021-ci il tarixli qərərdadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2589/2021 nömrəli, 05.03.2021-ci il tarixli qərardadının ləğv olunmasını, Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİ-ci dərəcəli ədliyyə qulluqçusu X3 ipoteka predmeti olan X1 məxsus, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 9 A (Yeni qaydalarla Səbail rayonu, Badamdar qəsəbəsi, Seymur Məmmədov küç 1) saylı evin açıq hərraca çıxarılılmaqla satılması barədə “xxxx” MMC-yə 149616\2020-16-12\9078-saylı, 02.11.2020-ci il tarixli məktubla ünvanladığı sifarişə dair hərəkətlərin qanunsuz hesab edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2589/2021 saylı, 05.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşdə olan yazılı sübutlarla müəyyən edilir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – ASC) cavabdehlər X2 və İddiaçınə (bundan sonra – MMC) qarşı iddiası təmin edilmiş, cavabdeh İddiaçı MMC-dən iddiaçının xeyrinə 233,761 manat əsas borc, 160,554 manat faiz borcu, ödənilmiş 61 manat dövlət rüsumu olmaqla, cəmi 394,376 manat borcun tutulması, ilkin satış qiyməti 792.000 manat müəyyən edilməklə, tutmanın X2 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 9 A (yeni planla Səbail rayonu, Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsi 1) saylı evə (bundan sonra ipoteka predmeti) yönəldilməsi, evin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, borc ödənildikdən sonra qalan pulun cavabdeh Qızbəs Şiraliyevaya qaytarılması, ipoteka predmeti olan evin satıldıqdan sonra 1 ay müddətində boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6815/2019 saylı, 23.10.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində təmin olunmuş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-229/2017 saylı iş üzrə 06 iyul 2017-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində dəyişdirilmiş, ipoteka predmetinin ilkin satış qiymətinin 720.000 (yeddi yüz iyirmi min) manat müəyyən edilməsi qət edilmiş, cavabdeh İddiaçı apellyasiya şikayəti həmin hissədə təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(103)-2310/2020 saylı, 17.06.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin və cavabdeh İddiaçı MMC-nin kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli, 2(103)-6815/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6815/2019 saylı, 23.10.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və icra sənədi 22.09.2020-ci il tarixdə Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədovun 22.09.2020-ci il tarixlli qərarı ilə icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icra olunması üçün İddiaçı MMC-yə bildiriş göndərilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10.10.2017-ci il tarixli qərarını, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 №-li Qərarının 15.3-cü bəndini, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçı hazırki iddia tələbi ilə əlaqədar icra sənədinin icrasına nəzarəti həyata keçirən ümumi məhkəməyə şikayət ərizəsi ilə müraciət etməli olduğundan iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının qanunun 87.1-ci mafddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Həmin qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. İddia ərizəsinə edilmiş qeyddən məlum olur ki, hazırkı iş üzrə tələb icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilmiş şikayət deyil, qətnamənin icrasına möhlət verilməsi ilə bağlıdır. Yaranmış vəziyyətdə qanunvericiliyə uyğun olaraq hazıki iddiaya ayrıca inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil. Qanunvericiliyin tələblərinə uyğun olaraq işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verilməsi məsələsinə qətnaməni qəbul etmiş hakim baxmalıdır. Ona görə də, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.4 və 38.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2589/2021 saylı, 05.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1551/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1551/2021
24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver