Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1551/2025 08.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazı Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11228/2024 nömrəli, 18 noyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qulluq stajına görə əlavələrin məbləği azaldılmamaqla pensiya kapitalı (sığorta hissə) əsasında (yəni təminat xərcliyi ilə sığorta hissənin cəmi əsasında) onun əmək pensiyasının xx.xx.2023-cü il tarixdən etibarən yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2000-ci il tarixdə İddiaçı Daxili İşlər Nazirliyinin xüsusi rütbəli şəxsi kimi əmək pensiyası təyin edilmişdir. Sonradan iddiaçı həmin qurumda işləməkdə davam etmiş və xx.xx.2021-ci il tarixdə əmək pensiyası yenidən hesablanmışdır. Əmək pensiyası təyinatından əmək pensiyasının yenidən hesablanması tarixinədək 62139,27 manat pensiya kapitalı toplanmışdır. xx.xx.2023-cü il tarixdən qüvvəyə minən 627 nömrəli Qanuna əsasən “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin ləğv edilməsi ilə pensiya təyinatından sonra iddiaçının işlədiyi dövr üzrə pensiyanın sığorta hissəsindəki artım üzrə pensiyası yenidən hesablanarkən qulluq stajına görə əlavənin həmin artım məbləğində azaldılması ilə bağlı məhdudiyyət aradan qalxmışdır. Bu səbəbdən xx.xx.2023-cü il tarixdən etibarən pensiyanın sığorta hissəsindəki dəyişikliklər nəzərə alınmaqla iddiaçı pensiyasının yenidən hesablanıb ödənilməsini xahiş etmişdir. Formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən xx.xx.2023-cü il tarixdən etibarən əmək pensiyası təyin edildikdə, 6 il və daha çox işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmır. İddiaçının pensiyasının sığorta hissəsindəki dəyişikliklər nəzərə alınmaqla pensiyanın yenidən hesablanıb ödənilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-17-1/2-E- 95404/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-17-1/2-E-130510/2024 nömrəli məktublarla bildirmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən Qanunun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Yəni cavabdeh hesab etmişdir ki, Konstitusiya Məhkəməsinin sözügedən Plenum qərarındakı hüquqi mövqeyinə görə guya Qanunun 37.3.1-ci maddəsi pensiya təyin edildikdən sonra xidmətini davam etdirən hərbi qulluqçulara (yaxud xüsusi rütbəli şəxslərə) deyil, pensiya təyin edildikdən sonra digər sahədə fəaliyyətini davam etdirən pensiyaçıların (keçmiş hərbi qulluqçu və xüsusi rütbəli şəxslərin) pensiyasının yenidən hesablanması qaydasını nəzərdə tutur. Qanunun 37.3.1-ci maddəsi pensiya təyin edildikdən sonra xidmətini eyni qurumda davam etdirən hərbi qulluqçulara (yaxud xüsusi rütbəli şəxslərə) də aiddir. Halbuki, cavabdehin özünün də istinadından göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarı onu nəzərdə tutur ki, Qanunun 37.3.1-ci maddəsi təkcə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını deyil, yaşa görə pensiya hüququ olan bütün şəxslərin pensiyasının yenidən hesablanması qaydasını nəzərdə tutur. Məhz bununla bağlıdır ki, Plenum qərarının nəticə hissəsində “habelə” bağlayıcısından əvvəl “yaşa görə pensiya hüququ olan bütün şəxslərin” ifadəsi istifadə edilmişdir. Plenum qərarının nəticə hissəsində gəlinən bu qənaət həmin qərarın əsaslandırıcı hissəsindən irəli gəlir. Belə ki, həmin Plenum qərarının əsaslandırıcı hissəsindən göründüyü kimi, Qanunun 37.3.1-ci maddəsindəki norma imperativ norma olmaqla, pensiyaçıların hansı sahədə pensiya təyin edilməzdən əvvəl işlədiyi sahədə və ya hər hansı digər sahədə işləməsindən asılı olmayaraq pensiya təyin olunan günədək pensiyanın qazanılmış sığorta hissəsinin tam şəkildə ödənilməli olmasını təsbit edir. Əmək pensiyaları qanunvericiliyində pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçularla pensiya təyin edildikdən sonra digər sahədə fəaliyyətini davam etdirən əmək pensiyaçılarının (keçmiş hərbi qulluqçuların) pensiya təminatında hər hansı qeyri-bərabərliyə yol verilmədən, hər iki kateqoriyadan olan şəxslərin pensiyasının yenidən hesablanması qaydası “Əmək pensiyaları haqqında” Qanunun 9.6 və 37.3.1-ci maddələri ilə tənzimlənmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən Plenumun hüquqi mövqeyi düzgün başa düşülməmiş, səhv təfsir və tətbiq edilmiş, nəticədə əsassız və qanunsuz imtina cavabı verilmişdir. Odur ki, qulluq stajına görə əlavələrin məbləği azaldılmamaqla pensiya kapitalı əsasında (yəni təminat xərcliyi ilə sığorta hissənin cəmi) iddiaçının əmək pensiyasının xx.xx.2023-cü il tarixdən etibarən yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət edərək yaşa görə əmək pensiyasının pensiya kapitalı əsasında yenidən hesablanmasını xahiş etmişdir. Buna uyğun olaraq, Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-E-95404/2024 nömrəli məktubu ilə İddiaçı pensiya kapitalı əsasında yenidən hesablanmanın qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməməsi barədə məlumat verilmişdir. xx.xx.2024cü il tarixdə eyni məzmunlu ərizə ilə yenidən müraciət edən İddiaçı qanunvericiliyin tələbləri barədə məlumat verilmişdir. Beləliklə, İddiaçı iddia ərizəsində əmək pensiyasının xx.xx.2023-cü il tarixdən qulluq stajına görə əlavələrin məbləği azaldılmamaqla pensiya kapitalı əsasında yenidən hesablanmasını tələb etmişdir. İşin faktiki hallarından məlum olur ki, iddiaçıya xx.xx.2000-ci il tarixdə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. Əmək pensiyası təyin olunduqdan sonra iddiaçı hərbi xidmətə yenidən qəbul olunmuş və xidmətdə olmanın son yaş həddinə çatdığına görə xx.xx.2021-ci il tarixdən tərxis olunmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli 772 nömrəli yeni məlumat vərəqinə əsasən, iddiaçının 39 il 4 ay 13 gün xidmət müddəti mövcuddur. ““Əmək pensiyaları haqqında” Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2022-ci il tarixli Qanunla “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsi yeni redaksiyada verilmişdir. Buna əsasən, həmin maddədə sadalanan dörd kateqoriya üzrə şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir. Qanunun 9.6.1-ci maddəsinə görə, istisna edilən hərbi qulluqçuların kateqoriyasına hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər də daxildir. Qeyd edilən dəyişiklik xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş və iddiaçı da həmin kateqoriya şəxslərin sırasına daxil olduğu üçün onun əmək pensiyası həmin tarixdən yenidən hesablanaraq sonuncu təminat xərcliyinin (1395,75 manat) 100 faizi məbləğində müəyyən edilmişdir. Həmçinin, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçısıdır. İddia ərizəsindən göründüyü kimi hazırkı iş üzrə iddiaçının hüquqi marağı xx.xx.2023-cü il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin ləğv edilməsi ilə əlaqədar olaraq onun fərdi şəxsi hesabında toplanmış pensiya kapitalı əsasında qulluq stajına görə əlavələrin məbləği azaldılmadan əmək pensiyasının yenidən hesablanmasına nail olmaqdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.12-ci maddəsində təsbit edilmişdir ki, əmək pensiyasının sığorta hissəsi - fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən sığortaedən Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti tərəfindən iddiaçının fərdi şəxsi hesabına xx.xx.2007-ci ilin yanvar ayından 2021-ci ilin may ayınadək məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 6.2-ci maddəsindən məlum olur ki, qanunverici dövlət büdcəsi və məcburi dövlət sosial sığortası vəsaitləri ilə sosial sığorta ehtiyatı hesabına maliyyələşən ödəmələri fərqləndirir. Belə ki, Qanunda dövlət büdcəsi hesabına maliyyələşən ödənişlərin konkret siyahısı müəyyən edilmişdir və norma həmin hissədə genişləndirici təfsir oluna bilməz. Buna əsasən yalnız aşağıdakı ödəmələr dövlət büdcəsi hesabına maliyyələşdirilir: Əmək pensiyasının sığorta hissəsinin xx.xx.1992-ci il tarixədək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği; Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr, həmin əlavələrin indeksləşdirilməsi; habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə 2022-ci ildə müəyyən etdiyi və xx.xx.2023-cü il tarixdən onların əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardım və həmin maddi yardımın bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilməsi nəticəsində yaranan xərclər. Əmək pensiyasının digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2022-ci il tarixli Qərarında da göstərildiyi kimi hərbi və xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası iki hissədən - sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir. Sığorta hissəsi ilə bağlı tənzimetmə “Əmək pensiyaları haqqında” Qanunun 9.6.1-ci maddəsində nəzərdə tutulmuşdur. Buna əsasən, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş və buraxılmış əmək pensiyaçıları hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmişlərsə, bu kateqoriya şəxslərin əmək pensiyası müvafiq müddəanın qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixdən etibarən sonuncu təminat xərcliyinə görə yenidən hesablanır. “Sosial sığorta haqqında” Qanunun 12-ci maddəsinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər kateqoriyasına aid edilmişdir. Həmin Qanunun 6-cı maddəsinə görə sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödəmələri verilir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları. Qanunun 4-cü maddəsində sosial sığorta hadisələrindən biri kimi pensiya yaşına çatmaq qeyd olunmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da qeyd olunduğu kimi əmək pensiyaları qanunvericiliyində şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən məcburi dövlət sosial sığorta haqqı ödəmiş olsun. Sadalanan normaların əlaqəli təhlili onu deməyə əsas verir ki, hərbi qulluqçuların əmək pensiyasının sığorta hissəsi onların xidmət etdiyi orqan tərəfindən xidmətdən buraxıldığı günədək ödənilmiş məcburi dövlət sosial sığortası vəsaitləri hesabına formalaşır. Bu da o deməkdir ki, hazırkı iş üzrə iddiaçının pensiyası onun tərxis edildiyi xx.xx.2021-ci il tarixə olan sonuncu təminat xərcliyinə görə yenidən hesablandığından həmin tarixədək iddiaçının fərdi şəxsi hesabına onun xidmət etdiyi orqan tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları pensiyanın sığorta hissəsinin müəyyən edilməsi zamanı nəzərə alınmışdır. Konstitusiya Məhkəməsi Plenumunun Qərarının nəticə hissəsində müəyyən edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Qanunun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.4-cü maddəsinə görə xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Hazırkı işin hallarından iddiaçının hərbi xidmət və müvafiq icra hakimiyyəti orqanlarında xidmətdən fərqli olan digər sahədə əmək fəaliyyətinin olması müəyyən edilməmişdir. Həmçinin, Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya qanunvericiliyinin sistematik təfsiri onu deməyə əsas verir ki, həmin normada qeyd edilmiş “təyin olunan günədək” sözü əmək pensiyaçısına sonuncu dəfə yenilənmiş məlumat vərəgəsi əsasında pensiya ödənişinin aparılmasını nəzərdə tutur. Təsadüfi deyil ki, iş materiallarına əlavə edilmiş Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-7231/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarında da pensiyanın təyin olunduğu tarix kimi xx.xx.2022-ci il qeyd edilmişdir. Bu da iddiaçıya münasibətdə yenilənmiş sonuncu məlumat vərəqəsi əsasında pensiya təyinatının həyata keçirilməsi ilə bağlı olmuşdur. Beləliklə, İddiaçı əmək pensiyası fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalına əsasən yenidən hesablana bilməz. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11228/2024 nömrəli, 18 noyabr 2024-cü il tarixli qərarı ilə (hakim A.Almazova) iddianın təmin edilməməsi qərara alınmışdır. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Avropa İnsan hüquqları Məhkəməsinin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında qeyd edilir ki, “İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsi qoyur. Həmçinin, İnzibati Prosessual Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Qeyd edilməlidir ki, məhkəməyə təqdim edilən iddia ərizəsi, iki mülahizədə göstərilmişdir ki, bütün hərbi qulluqçuların (xüsusi rütbəli şəxslərin) pensiyası aşağıdakı düstur əsasında təyin edilir: P=QƏ+SH QƏ=T-SH P=T-SH+SH. Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiyasının yalnız təminat xərcliyinin faiz nisbətinə uyğun hesablanması mexanizmi mövcud deyildir, o cümlədən yalnız T-yə uyğun pensiyasının hesablanması qaydası yoxdur. Başqa cür deyilsə, cavabdehin iddia etdiyi və hakimin inandığı aşağıdakı düstur yoxdur: P=T. Yuxarıdakı misaldan da göründüyü kimi, Qanunun 9.6-cı maddəsinə uyğun olaraq hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiyası hesablandıqda, əgər T hissəsi SH-dan artıq məbləğ təşkil edirsə, onun üçün Qanunun 9.6-cı maddəsi əlverişli vəziyyət yaradır, əks halda, Qanunun 9.6-cı maddəsinin tətbiqi hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiyasında müsbət təsirlə hiss edilmir. Eyni mübahisə Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(102)-925/2024 nömrəli qərarındakı iş üzrə də mövcud olmuş və həmin məhkəmə qərarında formalaşmış təcrübəyə əsasən Qanunun 37.3.1-ci maddəsinin tələbləri ümumilikdə işləyən əmək pensiyaçılarına aid normadır və iddiaçı (xüsusi rütbəli şəxs kimi pensiyaya çıxdıqdan sonra xüsusi rütbəli şəxs kimi çalışıb yenidən pensiyaya çıxmış şəxs) da həmin şəxslərin kateqoriyasına aid olduğundan, bu normanın iddiaçıya tətbiq edilməsini istisna edən hər hansı xüsusi norma qanunvericilikdə nəzərdə tutulmadığından, həmin norma ona münasibətdə də tətbiq edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə Daxili İşlər Nazirliyinin xüsusi rütbəli şəxsi kimi əmək pensiyası təyin edilmişdir. İddiaçı həmin qurumda işləməkdə davam etmiş və onun əmək pensiyası xx.xx.2021-ci il tarixdə yenidən hesablanmışdır. İddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilmiş 772 saylı, xx.xx.2021-ci il tarixli Məlumat vərəqindən görünür ki, iddiaçının 39 il 4 ay 13 gün (34 il 2 ay 11 gün gün təqvimi xidmət ili, 5 il 2 ay 2 gün güzəştli xidmət illəri) ümumi iş stajı, cəmi 1395,75 manat təminat xərcliyi vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın **********7 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6.1-ci maddəsinə əsasən 1395,75 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiya kapitalı əsasında - istifadəsiz qalmış pensiya kapitalı (təminat xərcliyi ilə sığorta hissənin yenidən toplanması qaydasında) əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Bununla bağlı Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarı ilə İddiaçı əmək pensiyası xx.xx.2022-ci il tarixdən yenidən hesablanaraq sonuncu təminat xərcliyinin (1395,75 manat) 100 faizi məbləğində müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 3-17-1/2-E-95404/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, “21 dekabr 2000-ci il tarixindən 20 il 1 ay 1 gün xidmət müddəti üçün xidmət illərinə görə pensiya təyin edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6.1-ci maddəsinə əsasən əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslərin əmək pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanır. Sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim olunmuş yeni məlumat vərəqinə əsasən əmək pensiyası 39 il 4 ay 13 gün (təqvimi xidmət illəri 34 il 2 ay 11 gün, güzəştli xidmət illəri 5 il 2 ay 2 gün) xidmət müddətinə görə təminat xərcliyinin (1395,75 manat) 100 faizi-1395,75 manat (maddi yardım və müvafiq indeksləşdirilmələr nəzərə alınmaqla 1 yanvar 2024-cü il tarixindən 1958,26 manat) məbləğində müəyyən edilib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qanunun 9.6-cı maddəsinin “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2 fevral 2022-ci il tarixli Qərarının nəticə hissəsində də təsbit edilmişdir ki, hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən Qanunun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur”. Sözügedən Qərarın təsviri-əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, Qanunun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi hərbi xidmətə qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslərin əmək pensiyası təminat xərcliyinə əsasən hesablanır. Qeyd edilənləri nəzərə alaraq, əmək pensiyası təyin edildikdən sonra yenidən hərbi xidmətə qəbul edildiyiniz tarixdən ən azı 72 ay xidmət keçdiyi üçün əmək pensiyası Qanunun 9.6.1-ci maddəsinə əsasən hesablanıb. Buna görə də pensiyanın Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması qanunverciliyin tələbləri baxımından mümkün hesab olunmur. Həmçinin, Qanunun 37.3.1ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. X8 mövcud olan məlumatlara əsasən əmək pensiyaçısı kimi işləmirsiniz. Əmək pensiyanızın müraciətdə qeyd olunan əsaslarla yenidən hesablanması məsələsinə yenidən işləyərək pensiya sığorta kapitalı topladıqdan sonra 6 il işlədikdə və ya işdən azad olduğu təqdirdə baxıla bilər”. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmiş və ona istinad edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına əsasən:
1. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış pensiya sığorta kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. 2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının tələbinin qanuni əsası yoxdur, cavabdeh qurum tərəfindən iddiaçının pensiyası qanunamüvafiq qaydada hesablanmış, pensiyasının hesablanması qaydası qanunazidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. İddiaçının əlavə olaraq pensiya kapitalı əsasında (təminat xərcliyi ilə sığorta hissəsinin yenidən toplanması qaydasında) hesablanmaqla pensiyanın yenidən hesablanmasına “qanuni gözləntisi” yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş və buraxılmış əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; ali zabit heyətinə aid şəxslər. 37.3-cü maddəsinə əsasən işləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına əsasən:
1. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur.
2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir.
3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 25-ci maddəsi, 29-cu maddəsinin İ və İV hissələri, 38-ci maddəsinin İ və İİİ hissələri, 149-cu maddəsinin İ və İİİ hissələri ilə ziddiyyət təşkil etmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya pensiya təyin edildiyi vaxt “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin qüvvədə olan redaksiyası aşağıdakı kimi ifadə olunmuşdur: “Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.” İddiaçı cavabdehə müraciət edərkən ona xx.xx.2000-ci il tarixdə təyin edilmiş və xx.xx.2021-ci il tarixdə yenidən hesablanmış pensiya məbləğini alırdı. Onun pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmamışdı. Digər tərəfdən, həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən, ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq əmək pensiyalarının indeksləşdirilməsi qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına şamil edilmirdi. Nəticədə iddiaçı daxil olmaqla həmin pensiyaçılar indeksasiya ilə əlaqədar pensiyaya edilən artımlardan kənarda qalırdılar. Deməli, sözügedən dövrdə qanunvericilik iddiaçıya pensiyasının indeksləşmə ilə əlaqədar və ya sonuncu təminat xərcliyinə görə yenidən hesablanmaqla artmasına imkan vermirdi. xx.xx.2022-ci il tarixində hərbi qulluqçuların pensiyası yalnız “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən fərdi hesablarında qeydə alınmış pensiya sığorta kapitalına görə yenidən hesablana bilərdi. Sözügedən dövrdə inzibati orqanın mövcud praktikasına əsasən fərdi hesabda qeydə alınmış pensiya sığorta kapitalına görə yenidən hesablanma zamanı Qanunun həmin vaxt qüvvədə olan 29.2-ci maddəsi tətbiq olunurdu. İddiaçı xx.xx.2000-ci il tarixdə hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. Əmək pensiyası təyin olunduqdan sonra iddiaçı yenidən eyni orqanda hərbi xidmətə yenidən qəbul olunmuş və xidmətdə olmanın son yaş həddinə çatdığına görə xx.xx.2021-ci il tarixdən tərxis olunmuşdur. “Əmək pensiyaları haqqında Qanunda dəyişiklik edilməsi barədə” xx.xx.2022-ci il tarixli Qanunla “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsi yeni redaksiyada verilmişdir. Buna əsasən, həmin maddədə sadalanan dörd kateqoriya üzrə şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir. Qanunun 9.6.1-ci maddəsinə görə, istisna edilən hərbi qulluqçuların kateqoriyasına hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər də daxildir. Qeyd edilən dəyişiklik xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş və iddiaçı da həmin kateqoriya şəxslərin sırasına daxil olmuşdur. Qeyd edilənlərlə əlaqədar iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh Mərkəzi Filiala ərizə ilə müraciət edərək əmək pensiyasının daxili işlər orqanı işçisi kimi sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasını xahiş etmişdir. Buna əsasən Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarı ilə İddiaçı əmək pensiyası xx.xx.2022-ci il tarixdən yenidən hesablanaraq sonuncu təminat xərcliyinin (1395,75 manat) 100 faizi məbləğində müəyyən edilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən sığortaedən Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti tərəfindən iddiaçının fərdi şəxsi hesabına xx.xx.2007-ci ilin yanvar ayından 2021-ci ilin may ayınadək məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Yəni, iddiaçı pensiya təyin olunduqdan sonra eyni orqanda xidmətə cəlb olunmuş, ona münasibətdə məcburi dövlət sosial sığorta haqları yalnız həmin qurum tərəfindən ödənilmiş, daha sonra xidmətinə tamamilə xitam verildikdən, yəni tərxis olunduqdan sonra sonuncu dəfə aldığı təminat xərcliyinə görə pensiyası xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarla yenidən hesablanmışdır. Buna görə də iddiaçı pensiya kapitalının istifadəsiz qaldığına istinad edə bilməz. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, hazırki vəziyyətdə iddiaçıya münasibətdə xidmət etdiyi orqanın ödədiyi məcburi dövlət sosial sığorta haqları xx.xx.2022-ci il tarixində nəzərə alınmış və pensiyası xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarla yenidən hesablanmışdır. Məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, hazırki vəziyyətdə iddiaçının iddia tələbinin təmin ediləcəyi təqdirdə onun üçün ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının onun pensiyasında ikinci dəfə nəzərə alınması baş verə bilər ki, bu da sosial ədalət prinsipinin pozulmasına gətirib çıxarar. Bununla yanaşı, cavabdeh qurumun təqdim etdiyi iddiaçıya aid pensiya işinin materiallarından görünür ki, İddiaçı əmək pensiyası pensiya təyin edildikdən sonra yenidən xidmət keçməsi ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən göndərilən yeni məlumat vərəqinə əsasən xx.xx.2022-ci il tarixində pensiyasının yenidən hesablanması üçün dayandırılarkən onun əmək pensiyasının sığorta hissəsi 243,30 manat, qulluq stajına görə əlavəsi isə 231,04 manat olmaqla, əmək pensiyası ümumilikdə 474,34 manat təşkil edirdi. Daha sonra xx.xx.2022-ci il tarixindən isə yenidən hesablanaraq sonuncu təminat xərcliyinin (1395,75 manat) 100 faizi məbləğində müəyyən edilmişdir. Bu barədə cavabdeh qurum tərəfindən həyata keçirilən hesablamaların doğru olduğu iddiaçının DSMF-nun XŞTMF-na qarşı əmək pensiyasının yenidən hesablanaraq təminat xərcliyindən artıq miqdarda müəyyən edilməsi barədə iddiası üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının qəbul etdiyi 2-1(102)-451/2025 nömrəli 11 aprel 2025-ci il tarixli qərarındakı hüquqi mövqeyi ilə də təsdiq olunur. Belə ki, həmin qərarda qeyd edilir ki, ““Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 37.3-cü maddəsinə uyğun olaraq işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Hazırkı mübahisəyə münasibətdə həmçinin cavabdehin məlumat vərəqəsinə bağlı olduğu və iddiaçı barəsində məlumat vərəqəsinin cavabdehə 2021-ci ildə iddiaçı tərxis olunduqdan sonra təqdim edildiyi də nəzərə alınmalıdır. İddiaçının yaşa görə əmək pensiyasının xx.xx.2017-ci il tarixədək qüvvədə olan 20.14.1-ci maddəsinə əsasən yenidən hesablanması üçün həmin dövrdə cavabdehə iddiaçı barəsində məlumat vərəqəsi göndərilməsi və ya iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi şərti ödənilmiş olmalı idi. Lakin iş üzrə materiallardan həmin şərtlərin iddiaçıya münasibətdə ödənildiyi müəyyən edilmir. Həmçinin, qeyd olunmalıdır ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçısıdır. Odur ki, iddiaçının pensiyası P = SH + QƏ düsturu ilə hesablanır. xx.xx.2022-ci il tarixinə İddiaçı fərdi hesabının sığorta hissəsində 48592,48 manat pensiya kapitalı qeydə alınmışdır. Həmin tarixdə onun yenidən hesablanmış əmək pensiyasının sığorta hissəsi 580,75 manat, qulluq stajına görə əlavəsi isə 815,00 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi nəticəsində İddiaçı əmək pensiyası həmin tarixdən 1535,33 manata 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 1761,02 manata, 1 yanvar 2024-cü il tarixindən 1958,26 manata, 1 yanvar 2025-ci il tarixindən isə 2116,88 manata artırılaraq ödənilir. Hazırda İddiaçı əmək pensiyasının sığorta hissəsi 800,72 manat, qulluq stajına görə əlavə hissəsi 1123,71 manat, maddi yardım hissəsi isə 192,45 manat təşkil edir. İddiaçının mövqeyi dolayısı ilə o mənaya gəlir ki, Qanunun 20-ci maddəsi üzrə pensiya təyin edilən bütün şəxslərə onların pensiya təyin edilərkən nəzərə alınan xidmət illəri üçün ödənilmiş bütün məcburi dövlət sosial sığorta haqları həm də təyinat aparıldıqdan sonra 37.3.1-ci maddə üzrə yenidən hesablama zamanı da ikinci dəfə nəzərə alınmalıdır. Belə mövqe “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə ziddir. Nəzərə almaq lazımdır ki, iddiaçının pensiyası ƏPQ-na xx.xx.2022-ci ildən edilmiş dəyişikliklər nəzərə alınmaqla xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarla yenidən hesablanmışdır. Bir daha qeyd olunur ki, iddiaçı xüsusi kateqoriyadan olan şəxs olduğu üçün onun pensiyası həm sığorta hissəsindən (SH), həm də qulluq stajına görə əlavədən (QƏ) ibarətdir. “Əmək pensiyaları haqqında” Qanunun 6.2-ci maddəsindən məlum olur ki, bu Qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr, həmin əlavələrin indeksləşdirilməsi (QƏ) dövlət büdcəsi hesabına maliyyələşir, SH isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. “Sosial sığorta haqqında” Qanunun 12-ci maddəsinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər kateqoriyasına aid edilmişdir. Həmin Qanunun 6-cı maddəsinə görə sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödəmələri verilir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları. Qanunun 4-cü maddəsində sosial sığorta hadisələrindən biri kimi pensiya yaşına çatmaq qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan İddiaçı əmək pensiyasının fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla ikinci dəfə yenidən hesablanmasının qeyri-mümkün olduğunu bildirərək tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı iddiaçıya pensiya məbləği təyin olunarkən nəzərə alınan yığımlara və əlavələrə dair (düstur-açıqlaması ilə birlikdə) ətraflı məlumatın məhkəməyə təqdim edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına sorğu göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 06 may 2025-ci il tarixli, 3-17-1/2-105039/2025 tarixli məktubda qeyd edilir ki, “İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 21 dekabr 2000-ci il tarixində 20 il 1 ay 1 gün xidmət müddətinə görə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 27624 nömrəli məlumat vərəqinə əsasən ona əmək pensiyası həmin tarixdən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra – Qanun) dəyişiklik edilməsi barədə 28 iyun 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.6.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslərin əmək pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablana bilər. Qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə – 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilir. Qanunun 20.15-ci maddəsinə görə sözügedən Qanunun 20.14-cü maddəsində göstərilən qaydada hesablanan əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləği təyinat tarixində müvafiq təminat xərcliyindən artıq ola bilməz. İddiaçı sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim olunmuş 772 nömrəli yeni məlumat vərəqinə əsasən, pensiya məbləği Qanunun 9.6.1-ci, 20.14.1-ci və 20.15-ci maddələrinə uyğun olaraq 39 il 4 ay 13 gün (təqvimi xidmət illəri 34 il 2 ay 11 gün, güzəştli xidmət illəri 5 il 2 ay 2 gün) xidmət müddəti üçün müvafiq təminat xərcliyinin (vəzifə maaşı 595,00 manat, rütbə maaşı-154,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəsi-374,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi-208,25 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla, cəmi təminat xərcliyi 1395,75 manat) 100 faizi-1395,75 manat məbləğində müəyyən edilərək, 29 iyun 2022-ci il tarixindən Filial tərəfindən yenidən hesablanaraq ona ödənilib. Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən İddiaçı əmək pensiyası həmin tarixdən 1535,33 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 1761,02 manata, 1 yanvar 2024-cü il tarixindən 1958,26 manata, 1 yanvar 2025ci il tarixindən isə 2116,88 manata artırılaraq ödənilir”. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11228/2024 nömrəli, 18 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2- 1(103)-1551/2025 nömrəli qərarından hakim Orxan İsmayılovun
Xüsusi rəyi
08 iyul 2025-ci il Bakı şəhəri
Bakı Apellyasiya Məhkəməsinin X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibin xx.xx.2025-ci il tarixli 2-1(103)-1551/2025 nömrəli qərarına hörmətlə yanaşaraq, qərarın əsaslandırma və nəticəvi hissəsi ilə razı olmadığından öz xüsusi rəyimi ədalət mühakiməsi nöqteyi-nəzərindən bildirməyi vacib hesab edirəm. Belə ki, həmin qərarda qeyd edilir ki, “...iddiaçının mövqeyi dolayısı ilə o mənaya gəlir ki, Qanunun 20-ci maddəsi üzrə pensiya təyin edilən bütün şəxslərə onların pensiya təyin edilərkən nəzərə alınan xidmət illəri üçün ödənilmiş bütün məcburi dövlət sosial sığorta haqları (bundan sonra – “MDSS”) həm də təyinat aparıldıqdan sonra “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – “Qanun”) 37.3.1-ci maddə üzrə yenidən hesablama zamanı da 2-ci dəfə nəzərə alınmalıdır. Belə mövqe Qanuna ziddir. İddiaçının iddia tələbi təmin ediləcəyi təqdirdə onun üçün ödənilmiş MDSS pensiyasında 2-ci dəfə nəzərə alınmış olacaq. Bu səbəbdən cavabdeh orqanın tələbi təmin etməkdən imtina etməkdə haqlı olmuşdur”. Bununla əlaqədar qeyd edim ki, iddiaçının iddia tələbi təmin ediləcəyi təqdirdə onun üçün ödənilmiş MDSS pensiyasında 2-ci dəfə nəzərə alınmış olmayacaq. Çünki iddiaçının əmək pensiyası xx.xx.2022-ci il tarixdən yenidən hesablanarkən pensiya kapitalının istifadəsi həmin kapitalın xərclənməsi anlamına gəlmir, həmin kapitalın azalması baş vermir. Pensiya kapitalının istifadəsi xəyali olaraq kapital əsasında sığorta hissənin hesablanmasını nəzərdə tutur. Belə ki, Qanunun 1.0.12, 2.11 və 37.3.1-ci maddələrinin tələbinə əsasən pensiya yenidən hesablandıqda şəxsə aid fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı gözlənilən pensiya ödənişi müddətinin aylarının (144-72=72) sayına nisbəti şəklində hesablanır. Bu halda isə qeydə alınmış pensiya kapitalı real olaraq xərclənib bitmir. Əks yanaşma, Qanunun 29.1-1-ci maddəsində nəzərdə tutulan sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının ildə 1 dəfə indeksləşdirilməsi qaydasını inkar etmiş olar və həmin müddəa mənasız, qeyri-işlək normaya çevrilər. Bu baxımdan pensiyanın yenidən hesablanması zamanı kapitalın istifadəsi onun sonradan yenidən istifadəsini istisna etmir və bu halda, eyni pensiya kapitalı əsasında əlavə pensiya kapitalı lazım olmadan pensiya yenidən hesablana bilir. Təsadüfi deyildir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsi formalaşdırılmış xx.xx.2023-cü il tarixli 2-1(102)-2145/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2434/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 2-1(102)-2854/2023 nömrəli qərarlarından müəyyən olunur ki, pensiya təyin edilmiş hərbi qulluqçular Qanunun 29.2-ci (Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır) maddəsinin ləğv edilməsi ilə əlaqədar olaraq 37.3.1-ci maddəyə əsasən pensiya kapitalına əsasən pensiyasının qulluq stajına görə əlavələr azaldılmamaqla yenidən hesablanmasını tələb etmişlər. Qeyd olunan inzibati mübahisələrdə cavabdeh orqanın mövqeyi (apellyasiya və kassasiya şikayətlərində) ondan ibarət olmuşdur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı artıq onun pensiyasının yenidən hesablanması məqsədilə istifadə olunmuşdur, onun fərdi hesabında istifadə olunmamış pensiya kapitalı qalmadığından iddia tələbində göstərilən qaydada pensiyanın yenidən hesablanması mümkün deyil. Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi isə ondan ibarət olmuşdur ki, 29.2-ci maddənin ləğv edilməsi nəticəsində iddiaçının maddi hüquqi vəziyyəti yaxşılaşmışdır və həmin maddənin nəzərə alınmayaraq iddiaçının pensiyasının yenidən hesablanması barədə məhkəmə qərarının icrası zamanı iddiaçıya əlavə pensiya kapitalı lazım olmadan, məhz ona pensiya təyin edildikdən sonra işlədiyi dövrdə fərdi hesabında yığılmış və cavabdeh tərəfindən səhv hesablama nəticəsində istifadə edilmiş həmin pensiya kapitalından istifadə edilərək düzgün şəkildə hesablama aparılmalıdır. Bu səbəbdən qeyd edilməlidir ki, hüquqi vəziyyəti yaxşılaşdıran halın baş verməsi pensiyanın yenidən hesablanmasında istifadə edilən kapital əsasında növbəti dəfə pensiyanın yenidən hesablanmasına əsas verir və bu zaman iddiaçıya əlavə pensiya kapitalı lazım deyil. Mənim mövqeyim, həm də ona görə digər məhkəmə tərkibi üzvlərindən fərqlidir ki, hazırki mövqe məhkəmə təcrübəsinin vahidliyini, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(103)-753/2025 nömrəli qərarındakı (Əliyev Elvin Əhəd oğlunun sədrliyi və məruzəsi, X5 və X4 ibarət məhkəmə tərkibdə) mövqe ilə uzlaşmır və Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən məhkəmə qərarları arasındakı kolliziyalar da zaman prinsipi əsasında həll edilməlidir, bu zamanda daha əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktı tətbiq edilir. Belə ki, həmin işin hallarına əsasən, hərbi qulluqçu olan iddiaçıya xx.xx.2002-ci il tarixdə əmək pensiyası təyin edilmişdir. Sonradan iddiaçı xx.xx.2003-xx.xx.2017-ci il tarixlərdə hərbi xidmətini davam etdirmişdir və pensiyası yenidən hesablanmışdır. İddiaçı Mərkəzi Filiala müraciət edərək, pensiyasının Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yeniden hesablanmasını xahiş etmişdir. Cavabdeh orqan müraciətə təmin etməkdən imtina edərək bildirmişdir ki, iddiaçıya pensiyası təyin edildikdən sonrakı dövr ərzində fərdi hesabının sığorta hissəsində hər hansı məbləğdə pensiya sığorta kapitalı qeydə alınmamışdır. Bu halda 37.3.1-ci maddəni tətbiq etməklə onun pensiyasının yenidən hesablanması mümkün deyil. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının təminat xərcliyi 2064.70 manat müəyyən edildiyi və dövlət məvacibinin və ya orta aylıq əmək haqqının 100% məbləğində müəyyən olduğu halda, iddiaçıya pensiya təyinatının məbləği də 2064.70 manat olmuşdur. Sığorta məbləği nəzərə alındığı halda iddiaçının pensiya məbləği təminat xərcliyinin 100% həddində, yəni 2064.70 (təminat xərcliyi) +255.90 (sığorta kapitalı) =2320.80 manat olmalı idi. Lakin iddiaçının pensiyanın məbləği müəyyənləşdirilərkən pensiyanın sığorta hissəsi nəzərə alınmamışdı. Hazırki iş üzrə də iddiaçının pensiyası hesablanarkən sığorta hissənin nəzərə alınıbalınmamasının aydınlaşdırılması üçün Mərkəzi Filiala sorğu edilmiş və əldə edilmiş xx.xx.2025-ci il tarixli 3-17-1/2-105039/2025 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim olunmuş 772 nömrəli yeni məlumat vərəqinə əsasən, pensiya məbləği Qanunun 9.6.1-ci, 20.14.1-ci və 20.15-ci maddələrinə uyğun olaraq 39 il 4 ay 13 gün xidmət müddəti üçün müvafiq təminat xərcliyinin 100 faizi- 1395,75 manat məbləğində müəyyən edilərək, 29 iyun 2022-ci il tarixindən Filial tərəfindən yenidən hesablanaraq ona ödənilib. Göründüyü kimi, Mərkəzi Filialın cavabından da müəyyən olunur ki, iddiaçının pensiyanın məbləği müəyyənləşdirilərkən pensiyanın sığorta hissəsi nəzərə alınmamışdır. X9 bu mövqeyi onunla əlaqədardır ki, formalaşmış inzibati təcrübəyə əsasən Qanunun 9.6.1-ci maddəsi tətbiq edilən şəxslərə münasibətdə Qanunun 37.3.1-ci maddəsi tətbiq edilmir və bu səbəbdən pensiyanın sığorta hissəsi nəzərə alınmır. Halbuki, Qanunun 37.3.1-ci maddəsi ümumi norma olmaqla yaşa görə pensiya hüququ olan bütün şəxslərə aid normadır və həmin normanın iddiaçıya tətbiq edilməsini istisna edən hər hansı xüsusi norma qanunvericilikdə nəzərdə tutulmayıb, ona görə də həmin norma iddiaçıya münasibətdə də tətbiq edilməlidir. Bu səbəbdən iddiaçı haqlı olaraq öz tələbini əsaslandırarkən Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-925/2024 nömrəli qərarına istinad edərək göstərmişdir ki, hazırki işin halları ilə həmin işin halları uyğunluq təşkil edir. Məsələnin daha aydın olması üçün Qanunun 9.6.1-ci maddəsi ilə təminat xərcliyinə görə pensiya yenidən hesablanarkən 37.3.1-ci maddənin tətbiqinin istisna edilmədiyini əyani misal üzərindən izah etməyi zəruri bilirəm: Belə ki, şərti qəbul edək ki, hərbi qulluqçu olan A-ya 2006-cı ildə təminat xərcliyinin 100% həddində 1000 manat pensiya təyin edilib. Həmin pensiyanın 140 manatı qulluq əlavəsi (QƏ), 860 manatı isə sığorta hissə (SH) təşkil edir. Həmin şəxs yenidən hərbi xidmətini davam etdirir və xx.xx.2023-cü ildə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçir. Pensiyaya yenidən çıxdıqda, yəni 2023-cü ildə onun təminat xərcliyi 2500 manat təşkil edir, həmçinin 72.000 manat əlavə kapital toplanır. Bu halda, onun əmək pensiyası 3360 manat təşkil edəcək. Çünki QƏ+SH=(T-SH)+SH, yəni (2500-140)+ 72.000/72=2360+1000=3360 manat. Bu misal onu izah edir ki, Qanunun 9.6.1-ci maddə ilə təminat xərcliyinə görə pensiyanın yenidən hesablanması 37.3.1-ci maddənin tətbiqi istisna etmir və şəxsin həm yeni təminat xərcliyinə, həm də sığorta hissəsinə əsasən pensiyasının yenidən hesablatmaq və eyni anda hər 2 göstərici əsasında pensiya məbləğini artırmaq hüququ vardır. Çünki təminat xərcliyinin artımı qulluq əlavəsinin artımına, pensiya kapitalının artımı isə sığorta hissənin artımına təsir edir. Beləliklə, pensiyanın hər 2 komponentində (qulluq əlavəsində və sığorta hissədə) artım baş verir ki, bu da əmək pensiyasının yekun məbləğini əmələ gətirir. Yuxarıda göstərinləri əsas tutaraq, hesab edirəm ki, məhkəmə tərkibi Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının digər tərkibinin əvvəlki mövqeyindən kənara çıxmamalı idi və ona uyğun qərar qəbul edərək iddianı təmin etməli idi. Belə ki, məhkəmə tərkibi iddiaçının xx.xx.2022-ci il tarixdən pensiyasının məbləği müəyyənləşdirilərkən pensiyanın sığorta hissəsinin nəzərə alınmadığı nəticəsinə gəlməli idi. Hətta məhkəmə tərkibi hesab etsəydi ki, xx.xx.2022-ci il tarixdən pensiyanın məbləği müəyyənləşdirilərkən sığorta hissə nəzərə alımışdır, bu halın xx.xx.2023-cü il tarixdən etibarən Qanunun 29.2-ci maddəsinin ləğv edilməsi ilə hüquqi vəziyyəti yaxşılaşdıran hal baş verməsi səbəbindən pensiyanın yenidən hesablanmasında istifadə edilən kapital əsasında növbəti dəfə pensiyanın yenidən hesablanmasının mümkün olması və bu zaman iddiaçıya əlavə pensiya kapitalı lazım olmaması qənaətinə gəlməli idi.
Hakim: Orxan İsmayılov