Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1552/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı (xx.xx.1958-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində cəlb edilməklə “yeni məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 05.02.2021-ci il tarixli, 2-1(112)-431/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı 04.10.2019-cu il tarixində cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X4-tədqiqat və redaksiya şöbəsinin elmi katibi vəzifəsi ilə yanaşı, həmin şöbənin rəisi kimi işlədiyi 2 il 9 ay ərzində aldığı əmək haqqına müvafiq olaraq yeni məlumat vərəqinin və pul attestatının cavabdeh tərəfindən tərtib edilərək aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 20 fevral 2020-ci il tarixli, 2-1(112)-2095/2020 saylı qərardadına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Sonradan iddiaçı məhkəməyə təqdim etdiyi ərizədə iddia tələbini dəqiqləşdirərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X4-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin elmi katibi vəzifəsi ilə yanaşı, həmin şöbənin rəisi vəzifəsini 3 ay ərzində müvəqqəti və sonrakı müddətdə, yəni pensiyaya çıxanadək dövrdə Akademiya rəhbərliyinin göstərişi əsasında icra etdiyi 2 il 9 ay (13.02.2013 – 23.11.2015-ci il) ərzində aldığı əmək haqqı məbləği nəzərə alınaraq yeni məlumat vərəqinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh təşkilatın X4-tədqiqat və redaksiya-nəşriyyat şöbəsində elmi katib vəzifəsindən polis polkovnik- leytenantı rütbəsi ilə 23.11.2015-ci il tarixdən “yaşa görə” daxili işlər orqanlarından xaric edilmiş, tərxis olunduğu tarixə xidmət müddəti təqvim hesablaması ilə 35 il 3 ay 14 gün, imtiyazlı hesablama ilə 36 il 1 ay 17 gün təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən 36 il 1 ay xidmət müddəti nəzərə alınmaqla ona pensiya təyinatı üçün tərtib edilmiş maliyyə vərəqi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş idarəsinə göndərilmişdir. Lakin həmin hesablama vərəqində iddiaçının cavabdeh təşkilatın X4-tədqiqat və redaksiya-nəşriyyat şöbəsində elmi katibi ilə yanaşı, həmin şöbənin rəisi kimi işlədiyi və 2 il 9 ay ərzində aldığı əmək haqqı qeyd edilməmişdir. Azərbaycan Respublikasının DİN-in Polis Akademiyası rəisinin 13.02.2013cü il tarixli Ə45-034-13 №-li əmri ilə iddiaçıya – elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin (ETRNŞ) elmi katibinə ETRNŞ-nin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq həvalə edilmiş və 21.11.2015-ci il tarixinədək (yəni son yaş həddinə görə pensiyaya çıxanadək) bu vəzifəni icra edib və 2 il 9 ay ərzində həmin vəzifənin maaşını almışdır. 13.02.2013-cü il tarixindən 13.05.2013-cü il tarixinədək ETRNŞ-nin rəisi vəzifəsini Polis Akademiyasının Ə45-034-13 N-li əmrinə, 13.05.2013-cü il tarixindən 21.11.2015-ci il tarixinədək isə Akademiyanın rəhbərliyinin göstərişinə əsasən icra etmişdir. Akademiya rəhbərliyinin göstərişi faktiki olaraq iddiaçının tutduğu ETRNŞ-nin elmi katibinin funksional vəzifə borclarını həmin şöbənin vakant (boş) qalmış rəis vəzifəsinin funksional vəzifə borcları ilə birləşdirməklə bir əməkdaş kimi xidməti fəaliyyət funksiyalarının da genişləndirilməsinə əsas olmuşdur. Yaranmış mövcud süni problemin başlıca mənfi tərəfi (mənbəyi) onunla bağlıdır ki, DİN-in Baş Kadrlar İdarəsinin hesablama vərəqində iddiaçının tutduğu vəzifə ETRNŞ-nin elmi katibi kimi göstərilməsi, öz növbəsində, DİN-in X2 plan şöbəsi tərəfindən tərtib edilmiş pul attestatında da əsas götürülmüşdür və son 2 il 9 ay ərzində işlədiyi şöbənin rəisi vəzifəsini də icra etdiyi qeyd edilməmişdir. Bu isə əmək və pensiya təminatı hüququnun pozulması kimi səciyyələndirilməlidir. Əslində DİN-in Polis Akademiyasında pul attestatında tutduğu vəzifə ETRNŞ-nin elmi katibi göstərilməklə yanaşı həmçinin mötərizədə xüsusi olaraq qeyd olunmalıdır ki, “DİN-in Polis Akademiyasının 13.02.2013-cü il tarixli Ə45-034-13N2-N əmri və daha sonrakı göstərişinə əsasən əməkdaşın elmi katib vəzifəsi işlədiyi şöbənin rəisi vəzifəsi ilə birləşdirilərək genişləndirildiyi nəzərə alınmaqla”. Belə olduğu təqdirdə pul attestatında son 2 il 9 ay ərzində faktiki aldığı maaş göstərilməli və onun üzərində pensiya təminatı hesablanmalıdır. X2 plan şöbəsi tərəfindən yenidən tərtib olunacaq pul attestatı DİN-in Maliyyə Plan İdarəsinə təqdim edilməlidir və bu idarə pul attestatını “Hərbi və xüsusi rütbəli dövlət qulluqçuları və güzəştli təminat verilən şəxslərin Mərkəzi”nə göndərməlidir, həmin Mərkəz pensiyasının düzgün şəkildə ödənilməsini həyata keçirməklə pozulmuş pensiya hüququnu bərpa edə bilər. Bütün bunlarla əlaqədar dəfələrlə cavabdeh təşkilata ərizələrlə müraciət etmiş, lakin müraciətləri müsbət təmin edilməmiş və cavabdeh təşkilatın sonuncu imtina cavabını 09.09.2019-cu il tarixdə poçt vasitəsi ilə almışdır. 22.05.2019-cu il tarixdə yazdığı ərizəyə cavabında cavabdeh təşkilatın Polis Akademiyasının rəisi Nazim Əliyev vəzifə maaşının 25%-ni 03.06.2019-cu il tarixli 07 №-li pul attestatında qeyd edərək yenidən cavabdeh təşkilatın Maliyyə Plan İdarəsinə göndərilmiş, lakin Maliyyə Plan İdarəsinin sonuncu imtina cavabında hətta 25% əlavə də qeyd edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 05.02.2021-ci il tarixli, 2-1(112)-431/2021 saylı qərarı ilə (hakim M.Qarayeva) iddia tələbi təmin edilərək, İddiaçı xidmətdən buraxıldığı günə aldığı əmək haqqı nəzərə alınmaqla məlumat vərəqəsinin yenidən tərtib edilib Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunması öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının daxili işlər orqanlarından 23.11.2015-ci il tarixli xaric edilmə barədə əmrdə onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X4-tədqiqat və redaksiya şöbəsinin elmi katibi vəzifəsi ilə xaric edildiyi göstərilmişdir. Bu əmr iddiaçı tərəfindən heç vaxt mübahisələndirilməmişdir. İddiaçının sonuncu xidmət yeri üzrə vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X4tədqiqat və redaksiya şöbəsinin elmi katibi olduğu üçün pensiya təminatında bu vəzifənin pul təminatı əsas götürülmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 21.11.2015-ci il tarixli, 23159ş/h-001-15 saylı əmrindən görünür ki, polis polkovnik-leytenantı İddiaçı Azərbaycan Respublikası DİN-in X4-tədqiqat və redaksiyanəşriyyat şöbəsinin elmi katibi, “istefada olan polis polkovnik-leytenantı” sayılmaqla 23 noyabr 2015-ci il tarixdən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 5-ci bəndinə - xidmətdə olmanın son yaş həddinə çatdığına görə xidmətdən xaric edilmişdir. 20 noyabr 2015-ci il tarixə xidmət müddəti təqvim hesablaması ilə 35 il 3 ay 14 gün, imtiyazlı hesablama ilə 36 il 02 ay 16 gün təşkil etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinin 29.07.2019-cu il tarixli, 027-28699/29-929 saylı məktubundan görünür ki, iddiaçının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanlanmış ərizəsinə Nazirliyin rəhbərliyinin tapşırığına əsasən DİN-in Maliyyə-Plan İdarəsində baxılmışdır. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 38-ci maddəsinə əsasən daxili işlər orqanlarının əməkdaşına eyni zamanda müvəqqəti olaraq üç aydan artıq olmayan müddətə digər vəzifənin icrası həvalə edilə bilər. Bu halda daxili işlər orqanları əməkdaşının vəzifə maaşına Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əlavə müəyyən edilib ödənilməlidir. Qeyd edilənlər və DİN-in Polis Akademiyasının təqdim etdiyi pul attestatlarında iddiaçının xidmətdən buraxıldığı günə aldığı təminat xərcliyinin Elmi tədqiqat və Redaksiya-nəşriyyat şöbəsinin elmi katibinin vəzifəsinə müvafiq olaraq ödənildiyinin göstərildiyi baxımından müraciətində qeyd etdiyi, müvəqqəti vəzifənin icrasına görə aldığı əlavə nəzərə alınmaqla yeni məlumat vərəqəsinin tərtib edilməsi mümkün deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinin iddiaçıya ünvanlanan 28 avqust 2019-cu il tarixli 02728691/19- 1215 saylı məktubundan görünür ki, iddiaçı DİN-in X4-tədqiqat və Redaksiya-nəşriyyat şöbəsində elmi katib vəzifəsindən, polis polkovnik-leytenantı rütbəsi ilə 23.11.2015-ci il tarixindən “yaşa görə” daxili işlər orqanlarından xaric edilmişdir. DİO-dan tərxis olunduğu tarixə xidmət müddəti təqvimi hesablama ilə 35 il, 3 ay, 14 gün, imtiyazlı hesablama ilə 36 il, 1 ay, 17 gün təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 07 fevral 2006-cı il tarixli 54İİİ-Q nömrəli Qanununa əsasən 36 il, 1 ay xidmət müddəti nəzərə alınmaqla iddiaçıya pensiya təyinatı üçün tərtib edilmiş məlumat vərəqi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilmişdir. Hazırda “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5. maddəsinə (təminat xərcliyi-hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası, vəzifə maaşından hesablanan digər əlavələrdən ibarət olan məbləğdir) əsasən pensiya təminatı: - vəzifə maaşı - 513 manat, rütbə maaşı - 134 manat, xidmət illərinə görə 25 faiz əlavə (vəzifə və rütbə maaşlarından) - 161,75 manat, məharət dərəcəsinə görə 35 faiz əlavə - 179,55 manat və ərzaq payı əvəzinə kompensasiya- 64 manat, cəmi 1052,30 manat məbləğində pul təminatından yeni hesablama qaydasına görə pensiya təminatı 1042,64 manat təşkil edir. Polis əməkdaşlarının pensiya məbləğləri onların xidmətdən buraxıldığı günə aldıqları təminat xərcliyindən, yəni sonuncu aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı üçün verilən pul kompensasiyasından və vəzifə maaşına hesablanan digər əlavələrdən hesablanır. Sonuncu xidmət yeri üzrə iddiaçının vəzifəsi X4-tədqiqat və Redaksiyanəşriyyat şöbəsinin elmi katibi olduğu üçün pensiya təminatında bu vəzifənin pul təminatı əsas götürülmüşdür. İş materiallarına əlavə edilmiş üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə təqdim etdiyi iddiaçının pensiya işində olan əmək pensiyasının təyin edilməsi haqqında 11.01.2006-cı il tarixli və “Əmək pensiyasının yenidən hesablanması haqqında” 09.07.2019-cu il tarixli qərarlarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsi tərəfindən tərtib edilərək verilmiş “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında təqdim olunanan” 24.12.2015-ci il tarixli 591 saylı məlumat vərəqinə əsasən DİN-in X4-tədqiqat və Redaksiya nəşriyyat şöbəsində elmi katib vəzifəsində maaşı göstərilməklə 24.11.2015-ci il tarixindən əmək pensiyası təyin edilərək sonrakı artımlarla nəzərə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçıya ünvanladığı 06.12.2019-cu il tarixli **********70 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş 24.12.2015-ci il tarixli 591 saylı məlumat vərəqinə əsasən ona 11 yanvar 2016-cı il tarixində (məhkəmə həmin tarixi formal xəta kimi pensiya işinə uygun olaraq 11.01.2006-cı il qəbul edir) idarə tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. 1 sentyabr 2019-cu il tarixindən xidmət etdiyi orqan tərəfindən idarəyə daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 635 manat, rütbə maaşı 154 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavə 197.25 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavə 222.25 manat, xüsusi işə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə - 158.75 manat və ərzaq payı əvəzinə kompensasiya 64 manat olmaqla cəmi təminat xərcliyinin 1431.25 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.14.1-ci maddəsinə əsasən uyğun olaraq 36 il, 1 ay, 17 gün xidmət müddətinə görə 1,387.90 manat məbləğində pensiya müvafiq kart hesabına köçürülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin 26.09.2020-ci il tarixli, 027-4409-1220 saylı məktubundan görünür ki, İddiaçı DİN-in X4-tədqiqat və Redaksiya-nəşriyyat şöbəsində elmi katib vəzifəsindən, polis polkovnik-leytenantı rütbəsi ilə 23.11.2015-ci il tarixindən yaşa görə daxili işlər orqanlarından xaric edilmişdir. DİO-dan tərxis olunduğu tarixə xidmət müddəti təqvimi hesablama ilə 35 il, 3 ay, 14 gün, imtiyazlı hesablama ilə 36 il, 1 ay, 17 gün təşkil etmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının 07 fevral 2006-cı il tarixli 54İİİ-Q nömrəli Qanununa əsasən 36 il xidmət müddəti nəzərə alınmaqla İddiaçı pensiya təyinatı üçün tərtib edilmiş Məlumat Vərəqi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə (Xüsusi Şərtlərlə Təyinat İdarəsi) göndərilmişdir. Hazırda «Əmək pensiyaları haqqında» Qanuna əsasən Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən ödənilən pensiya təminatı: - vəzifə maaşı - 635 manat, rütbə maaşı - 154 manat, xidmət illərinə görə 25 faiz əlavə (vəzifə və rütbə maaşlarından) - 197,25 manat, məharət dərəcəsinə görə 35 faiz əlavə - 222,25 manat, vəzifə maaşına 25 faiz əlavə - 158,75 və ərzaq payı əvəzinə kompensasiya- 64 manat, cəmi 1431,25 manat məbləğində pul təminatından yeni hesablama qaydasına görə 1387,90 manat təşkil edir. İddiaçının sonuncu xidmət yeri üzrə vəzifəsi X4-tədqiqat və Redaksiya nəşriyyat şöbəsində elmi katib olduğu üçün pensiya təminatında bu vəzifənin pul təminatı əsas götürülmüşdür. İddiaçı 13.02.2013-cü ildən 21.11.2015-ci ilədək olan xidmət dövrü üçün təminat xərcliyi, ona xidmətdən buraxıldığı günə ödənilmiş aylıq vəzifə maaşının məbləği və həmin məbləğin hansı vəzifəyə müvafiq ödənilməsi barədə məlumatı təqdim edilmişdir. Məktuba əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən tərtib edilmiş “DİN-in Polis Akademiyasının sabiq əməkdaşı polis polkovnik–leytenantı İddiaçı 13/02/2013-cü il tarixdən 21/11/2015-ci il tarixədək hesablanmış təminat xərcliyi” cədvəlindən görünür ki, İddiaçı vəzifə əmək haqqısı 2013-cü ilin fevral ayından 2015-ci ilin noyabr ayına kimi 473 manat məbləğində olmuşdur. Həmin cədvəlin qeyd hissəsindən görünür ki, 18/09/2010 tarixli 025 nömrəli əmrə əsasən Elmitəhqiqat və Redaksiya-nəşriyyat şöbəsinin elmi katibi-vəzifə maaşı - 385,00 manat məbləğində olmuşdur. İddiaçı Polis Akademiyasının 13.02.2013-ci il tarixli Ə 45-034-13 nömrəli əmrinə əsasən Elmi-təhqiqat və Redaksiya-nəşriyyat şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra etməsi həvalə olunmuşdur və vəzifə maaşı 430 manat məbləğində olmuşdur. DİO-da xidmetkeçmə əsasnamənin 38-ci bəndinə əsasən daxili işlər orqanlarının əməkdaşına eyni zamanda müvəqqəti olaraq üç aydan artıq olmayan müddətə digər vəzifənin icrası həvalə edilə bilər. Bu halda daxili işlər orqanlarının əməkdaşının vəzifə maaşına Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əlavə müəyyən edilib ödənilməlidir. 25/09/2013-cü il tarixli 020 nömrəli əmrə əsasən Elmi-təhqiqat və Redaksiya nəşriyyat şöbəsinin rəis vəzifəsini müvəqqəti icra edən-vəzifə maaşı 473,00 manat olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq göndərilmiş 13.02.2013-cü il tarixli, Ə45-034-13 saylı “Elmi-təhqiqat və Redaksiya-nəşriyyat şöbəsinin rəis vəzifəsinin müvəqqəti icrasının polis polkovnik-leytenantı İddiaçı həvalə edilməsinə dair” əmrindən görünür ki, Elmi-təhqiqat və Redaksiya-nəşriyyat şöbəsinin rəis vəzifəsinin müvəqqəti icrası həmin şöbənin elmi-katibi polis polkovnik-leytenantı İddiaçı həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddiaçının xidmətdən tərxis olunması ilə əlaqədar pensiya təminatı məqsədilə “məlumat vərəqəsi” də onun sonuncu aldığı əmək haqqı nəzərə alınmaqla tərtib olunmalıdır. Odur ki, cavabdehin iddiaçının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X4-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin elmi katibi vəzifəsi ilə deyil, həmin şöbənin rəisi vəzifəsini 3 ay ərzində müvəqqəti və sonrakı müddətdə, yəni pensiyaya çıxanadək dövrdə Akademiya rəhbərliyinin göstərişi əsasında icra etdiyi 2 il 9 ay (13.02.2013 – 23.11.2015-ci il) ərzində aldığı əmək haqqı alması əsası ilə məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsindən imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən – “hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Həmin Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. İş materillarında olan 13.02.2013-cü il tarixli, Ə45-034-13 saylı “Elmi-təhqiqat və Redaksiya-nəşriyyat şöbəsinin rəis vəzifəsinin müvəqqəti icrasının polis polkovnikleytenantı İddiaçı həvalə edilməsinə dair” əmrindən görünür ki, Elmi-təhqiqat və Redaksiya-nəşriyyat şöbəsinin rəis vəzifəsinin müvəqqəti icrası həmin şöbənin elmi-katibi polis polkovnik-leytenantı İddiaçı həvalə edilmişdir. İddiaçı isə xidmətdə olmanın son yaş həddinə çatdığına görə 23.11.2015-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X4-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin elmi katibi vəzifəsi ilə xidmətdən xaric edilmişdir. Həmin əmr iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçının sonuncu xidmət yeri üzrə vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X4-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin elmi katibi olduğu üçün pensiya təminatında bu vəzifənin pul təminatı əsas götürülmüşdür. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 05.02.2021-ci il tarixli, 2-1(112)-431/2021 saylı qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X4-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin elmi katibi vəzifəsi ilə yanaşı, həmin şöbənin rəisi vəzifəsini 3 ay ərzində müvəqqəti və sonrakı müddətdə, yəni pensiyaya çıxanadək dövrdə Akademiya rəhbərliyinin göstərişi əsasında icra etdiyi 2 il 9 ay (13.02.2013 – 23.11.2015-ci il) ərzində aldığı əmək haqqı məbləği nəzərə alınaraq yeni məlumat vərəqinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi” barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1552/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1552/2021
25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver