Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1552/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının vəkili Nümayəndə1 oğlu, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “qızıl nişanın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-20272022 saylı, 10 yanvar 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qızıl nişanın verilməsindən imtina olunması ilə bağlı hərəkətlərinin (cavab məktublarının) qanunsuz hesab edilməsi və cavabdehin üzərinə qızı X2 qızıl nişanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-20272022 saylı, 10 yanvar 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.01.2014-cü il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş, “Ümumi təhsili xüsusi naliyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydalarının 6-cı bəndinə əsasən Tuba Əliyeva qızıl nişana layiqdir. Belə ki, həmin normaya əsasən qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilən təhsilalanlardan attestata yazılan yekun qiymətləri yalnız “əla” olanlar qızıl nişana layiq görülür. X2 verilmiş E seriyalı, 355363 nömrəli Attestata nəzər yetirdikdə görünür ki, attestata yazılan yekun qiymətlər yalnız “əla"dır Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini əsassız hesab edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 09.08.2021-ci il tarixli elektron cavab məktubunda qeyd edilir ki, Tuba Əliyevanın təhsil göstəriciləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2010-cu il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”nrn 4-cü bəndlərinin tələblərinə uyğun gəldiyi üçün nişanla təltif edilmiş. 6-cı bəndin tələbinə uyğun olaraq isə bu nişan gümüş olmuşdur. Qaydanın müvafiq bəndlərinin izahı ilə bağlı nəzərinizə çatdırırıq ki: Qaydanın 4-cü bəndinə görə, aşağıdakı təhsilalanların qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilə bilər: “4.1.ümumi orta təhsil səviyyəsini 75 faiz “əla” qiymətlərlə bitirənlər” o deməkdir ki. şagirdin ümumi orta təhsil səviyyəsini, yəni 9-cu sinfi bitirərkən aldığı attestatda olan qiymətlərinin 75%-dən çoxu “əla” olmalıdır. Tuba Əliyevanın ümumi orta təhsil haqqında attestatına yazılan 18 fənn üzrə illik qiymətlərdən hamısı, buraxılış imtahan ballarından 3-ü “əla”, 1 fənn “Azərbaycan dili - dövlət dili kimi” üzrə buraxılış imtahan balı (73 bal) “yaxşı” olmuşdur. Bu hesabla onun 22 qiymətindən 21-i “əla” olmuşdur ki, bu da 95%-dir. Övladınızın göstəriciləri bu tələbə uyğundur: “4.2. tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi “əla” olanlar” - 10-11-ci siniflərdə keçirilən kiçik və böyük summativ qiymətləndirmələrdə aldığı qiymətlərin faizidir. Məktəb tərəfindən verilən məlumata əsasən. Tuba Əliyevanın qiymətləri bu tələbi də ödəmişdir. “4.3. bütün fənlərdən illik qiymətləri "əla”olanlar” 10-11-ci siniflər üzrə illik qiymətlərinin hamısının “əla” olmasıdır. Şagirdin aldığı qiymətlər bu tələbə də uyğundur: ”4.4. bu Qaydanın 2ci bəndində nəzərdə tutulan tələblərə uyğun olanlar” - Şagirdin "Sabahın alimləri” müsabiqəsində qazandığı nailiyyətlər bu bəndin tələbinə uyğundur. Qaydanın 6-cı bəndinə əsasən, Məlumat üçün təkrar nəzərinizə çatdırırıq ki, şagirdlərin qiymətləndirilməsi zamanı bal və qiymət uyğunluğu Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28 dekabr 2018-ci il tarixli 8/1 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası” ilə tənzimlənir. Həmin Qaydaya əsasən, şagirdlərin qiymətləndirmə zamanı topladığı 60-dan 80-dək olar ballar "4” qiymətinə ("yaxşı" nəticəyə). 80-dək 100-dək olan ballar “5” qiymətinə (“əla” nəticəyə) uyğun hesab olunur.Tuba Əliyevanın tam orta təhsil haqqında attestata yazılan qiymətlərindən 2-si - “Riyaziyyat'’ (76 bal) və “Azərbaycan dili- dövlət dili kimi” (77 bal) fənləri üzrə buraxılış imtahanından topladığı ballar "4” qiymətinə - “yaxşı”ya uyğun olmuşdur. Bu səbəbdən o gümüş nişanla təltif edilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 479 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nın 2.2-ci bəndinə əsasən, ümumi təhsil pilləsində təhsil haqqında aşağıdakı növ dövlət sənədləri müəyyənləşdirilir: 2.2.1. ümumi orta təhsil haqqında attestat (adi və fərqlənmə); 2.2.2. tam orta təhsil haqqında attestat (adi, fərqlənmə və xüsusi nümunəli). 2.3. Ümumi orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran məzunlara ümumi orta təhsil haqqında fərqlənmə attestatı, digər hallarda isə ümumi orta təhsil haqqında adi attestat verilir. İddiaçı tərəf apelyasiya şikayətində, attestat sənədində qeyd olunan bütün fənnlər üzrə aldığı qiymətlərin 5 (əla) olmasına istinad etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.01.2014-cü il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş, “Ümumi təhsili xüsusi nailiyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydaları ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.01.2014-cü il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş, “Ümumi təhsili xüsusi naliyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydaları”nın 4.1-ci bəndində qeyd edilir ki, aşağıdakı təhsilalanların qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilə bilər: 4.2-ci bəndinə əsasən, ümumi orta təhsil səviyyəsini 75 faiz “əla” qiymətlərlə bitirənlər; 4.3. tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi “əla” olanlar; 4.4. bütün fənlərdən illik qiymətləri “əla” olanlar; 4.5-ci bəndinə əsasən, bu Qaydanın 2-ci bəndində nəzərdə tutulan tələblərə uyğun olanlar. AR NK-nın “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 12 dekabr 2016-cı il tarixli, 498 №li Qərarı ilə təsdiq edilmiş, “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nın: 1.3-cü bəndinə əsasən, ümumi təhsil müəssisələrində ümumi orta və tam orta təhsil səviyyələrində təhsilalanların yekun attestasiyası Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən aparılır. Həmin Qaydalara 19.12.2018-ci il tarixli AR NK-nın Qərarı ilə edilmiş dəyişikliyə əsasən, 1.7. Təhsil sənədinə yazılacaq yekun qiymət (qiymətlər) Mərkəz tərəfindən aşağıdakı qaydada çıxarılır: 1.7.1-ci bəndinə əsasən, buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti və buraxılış imtahanının balı; 1.7.2-ci bəndinə əsasən, buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti. Göründüyü kimi, tam orta təhsil haqqında attestatda qeyd edilən və şagirdin yekun qiyməti kimi nəzərə alınan qiymət yalnız onun buraxıllış sinfinin illik qiyməti deyil, həmçinin buraxılış imtahanından aldığı yekun qiymətidir. İşdə olan, Azərbaycan Respublikası Ümumi Orta Təhsil haqqında C № 245487 nömrəli 02.07.2019-cu il tarixli Attestatın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X4 Bakı şəhəri Səbail rayonu 160 №-li Klassik Gimnaziyasını 2019-cu ildə bitirmişdir. X3in yekun attestasiyanın nəticələrinə görə Tədris dilindən (rus) 82 (səksən iki), Azərbaycan dili-dövlət dili kimi 73 (yetmiş üç), xarici dili (ingilis) 97 (doxsan yeddi) və Riyaziyyatdan 87 (səksən yeddi) balla qiymətləndirilmişdir. Azərbaycan Respublikası Tam Orta Təhsil Haqqında Xüsusi Nümunəli E№ 355363 nömrəli Attestatın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 Bakı şəhəri Səbail rayonu 160 №-li Klassik Gimnaziyasını texniki təmayüldə 2021-ci ildə bitirərək gümüş medalı ilə bitirmişdir. X1 yekun attestasiyanın nəticələrinə görə Tədris dilindən (rus) 82 (səksən iki), Azərbaycan dili-dövlət dili kimi 77 (yetmiş yeddi), xarici dili (ingilis) 94 (doxsan dörd) və Riyaziyyatdan 76 (yetmiş altı) balla qiymətləndirilmişdir. İddiaçı onun attestatında bütün fənlər üzrə “əla” qiymətləndirildiyini iddia etsə də 355363 saylı tam orta təhsil haqqında xüsusi nümunəli attestatdan görünür ki, T.Əliyevanın buraxıllış sinfinin illik qiymətləri 5 (əla) olaraq qeyd edilsə də, buraxılış imtanı üzrə Azərbaycan dili fənnindən 77 (yetmiş yeddi), Riyaziyyat fənnindən isə 76 (yetmiş altı) bal almışdır. 14.01.2014-cü il tarixli “Ümumi təhsili xüsusi naliyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydaları”nın 6-cı bəndinə əsasən, qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilən təhsilalanlardan attestata yazılan yekun qiymətləri “əla” olanlar qızıl nişana, attestata yazılan qiymətlərdən ən çoxu ikisi “yaxşı” (tədris dili və riyaziyyat istisna olmaqla) olanlara isə gümüş nişana layiq görülürlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2; inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirilməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə. İşin qeyd edilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.01.2014-cü il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş, “Ümumi təhsili xüsusi nailiyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydalarının 6-cı bəndinə uyğun olduğundan əsaslıdır və iddiaçının hüquqlarının pozulması halı kimi qiymətləndirilməməlidir. AR İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə, yuxarıda qeyd edilənlərə məcmu halda qiymət verən kollegiya bu nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı X1 apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-20272022 saylı, 10 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1552/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1552/2022
10.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver