Məhkəmə qərarları › İş №2-1(103)-1554/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1554/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1554/2023 06.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13887/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, pensiya hüququnun yarandığı 57 yaşdan, yəni 17 iyun 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın hesablanaraq yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1965-ci ildə Qudablı rayonunun Xanlıq kəndində doğulmuşdur. Ərizəyə əlavə etdiyi ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasında (notarial təsdiq) olan məlumatlardan da müəyyən olunduğu kimi, ilk dəfə əmək fəaliyyətinə xx.xx.1986-cı il tarixdə “X3” elektrik montyoru vəzifəsində başlamış və xx.xx.2002-ci il tarixdə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2003cü il tarixdən xx.xx.2003-cü il tarixə kimi "xxxx" ASC-nin "xxxx" YGEŞ-nin Nizami yarım stansiyasında xadimə peşəsində, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixə kimi "xxxx" ASC-nin “Abşeron" YGEŞ-nin Nizami yarım stansiyasında akkumlyatorçu vəzifəsində, xx.xx.2004- cü il tarixdən xx.xx.2016-cı il tarixə kimi "xxxx" ASC-nin "xxxx" YGEŞ MMC-nin 220 kV-lıq “Nizami” yarım stansiyasında akkumulyatorçu vəzifəsində, xx.xx.2016-cı il tarixdən xx.xx.2016- cı il tarixə kimi Abşeron” YGEŞ MMC-nin 220 kV-luq “Nizami" yarım stansiyasında istehsalat sahəsini və xidmət otaqlarını təmizləyən vəzifəsində işləmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etsə də, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli, **********2 №-li məktubu ilə müraciətinin təmin olunmasından imtina edilmişdir. Filialın xx.xx.2022-ci il tarixli, **********2 №-li məktubunda ona bildirilmişdir ki, xx.xx.1986xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində “Azərbaşenerji” İdarəsinin Qubadlı Elektrik Şəbəkəsi fəaliyyətini dayandırdığı və hal-hazırda hüquqi ünvanı məlum olmadığı üçün qeyd edilən müəssisədə elektrik montyoru vəzifəsində işlədiyi dövrlərin güzəştli iş stajına daxil edilməsi mümkün olmamışdır. Hesab edir ki, imtina məktubunda qeyd edilən əsaslar tamamilə qanunsuz və əsassızdır. Belə ki, əmək kitabçasında xx.xx.1986-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində “Azərbaşenerji” İdarəsinin X3 elektrik montyoru vəzifəsində işləməsi ilə bağlı qeydlər mövcuddur. Bununla da, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda onun işlədiyi peşələr, yəni “elektrik montyoru” nəzərdə tutulmuşdur. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı “Əmək pensiyaları haqqında" Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən qadınlara münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə (hazırda 58 yaş) çatmamışdır. Cavabdeh orqana təqdim edilən 27 iyul 1997ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1986-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində “Azbaşenerji” İdarəsinin X3 iddiaçının elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunub. Bununla əlaqədar adıçəkilən müəssisənin fəaliyyətdə olub-olmaması ilə bağlı cavabdeh orqan tərəfindən aidiyyəti üzrə sorğu verilmiş, müvafiq sorğuya cavab olaraq “Azbaşenerji” idarəsinin X4 fəaliyyətinin dayandığı və hüquqi ünvanının məlum olmadığı bildirilmişdir. Buna görə də yuxarıda qeyd olunan dövr ərzində iddiaçının iş stajına dair məlumatları dəqiqləşdirmək mümkün olmayıb. Bu səbəbdən də, həmin dövrü iddiaçının iş stajına daxil etmək mümkün olmadığı üçün onun ümumi iş stajı 25 ildən az (13 il 4 ay 27 gün (xx.xx.2003- xx.xx.2004-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və 2006-2022-ci illər üzrə cəmi 10 il 5 ay)) təşkil edir. Bundan başqa İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 34560,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19534,40 manat təşkil edir. Yuxarıda sadalanan hallardan da aydın olur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qeyri-mümkündür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13887/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, iddiaçının 27 iyul 1997-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasındakı xx.xx.1986-xx.xx.2002-ci il tarixləri arasındakı dövr barədə olunan qeydlərə düzəlişlər edildiyindən əmək kitabçasının mötəbərliyinə şübhə yaranmışdır. İddiaçının həmin dövrdə ərzində “Azərbaşenerji” İdarəsinin X3ki əmək fəaliyyəti ilə bağlı arxivə sorğu vermişdir. Sorğunun cavabından da məlum olmuşdur ki, “Azbaşenerji” idarəsinin X4 fəaliyyəti dayanmış və hüquqi ünvanının aşkar etmək mümkün olmamışdır. Belə ki, əmək kitabçasındakı qeydlərin mötəbər olmaması səbəbi ilə həmin dövrlər barədə sorğu verilmiş və əsas sənəd kimi həmin arxiv sorğusunun cavabı çıxış edir. Məhkəmə həmin illəri ümumi staja daxil etməsinə səbəb kimi iddiaçıya məxsus texniki təhlükəsizlik barədə biliyin yoxlanılmasına dair vəsiqənin həmin dövrə aid müvafiq qeydləri əsas götürmüşdür. İddiaçının ümumi stajı tamamlanmır, bundan əlavə, onun pensiya kapitalının məbləği iddiaçıya münasibətdə hesablanan minimum pensiya kapitalının məbləğindən aşağıdır və ən əsası iddiaçı müraciət etdiyi vaxtda qanunvericiliklə tələb olunan yaş həddinə (58 yaş) çatmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin, öz izahatında bildirdi ki, Texniki təhlükəsizlik barədə biliyin yoxlanılmasına dair vəsiqədə onun 1986-1994-cü illərdə həmin İdarədə fəaliyyəti ilə bağlı qeydlər aparılmışdır və növbəti yoxlamanın 1994-cü il tarixdə aparılması nəzərdə tutulmuşdur. Lakin xx.xx.1993-cü il tarixdə Qubadlı rayonu işğal olunduğu üçün yoxlama baş tutmamışdır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtinanın əsası kimi iddiaçının ümumi iş stajının 20 ildən az olmasına istinad edilmişdir. İddiaçının ümumi iş stajına daxil edilməmiş müddət onun xx.xx.1986xx.xx.2002-ci il tarixlərdə “Azbaşenerji” İdarəsinin Qubadlı Elektrik X1 elektrik montyoru vəzifəsində işlədiyi müddət olmuşdur. Cavabdeh tərəfindən həmin illərin iddiaçının ümumi iş stajına daxil edilməməsinin səbəbi kimi “Azbaşenerji” İdarəsinin X4 fəaliyyətinin dayandığı və hüquqi ünvanı məlum olmadığından, iddiaçının iş stajı barədə məlumatların dəqiqləşdirilməsinin mümkün olmaması göstərilmişdir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubla cavab verilərək onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69cu maddəsinə əsasən, iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. Həmin Qanunun 67-ci maddəsinin g) bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə təyin edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element birlikdə mövcud olmalıdır: a) İddiaçının xx.xx.2017-ci ilə qədər 52 yaşının tamam olması; b) iddiaçının xx.xx.2019-cu il tarixədək azı 20 il ümumi iş stajının mövcud olması; c) İddiaçının xx.xx.2017-ci ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması və güzəştli iş stajının olması işin mübahisələndirilməyən hallarındandır. Belə ki, iş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuş, 52 yaşı xx.xx.2017-ci il tarixdə tamam olmuşdur. "xxxx" ASC X7 Şəbəkəsi MMC tərəfindən verilmiş arayışın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən akkumlyatorçu vəzifəsində "xxxx" ASC “X7 Şəbəkəsi” MMC-nin 220 kV-luq Nizami yarımstansiyasında xx.xx.2003-cü ildən (əmr 76 –Ş, xx.xx.2003) xx.xx.2004-cü ilə kimi (əmr 143 – Ş xx.xx.2004) və xx.xx.2004-cü ildən (əmr 06 – kş xx.xx.2004) xx.xx.2016-cı ilə kimi (əmr 88-kş xx.xx.2016) işləyib. İşlədiyi vəzifə üzrə iş stajı 12 il 10 ay (illər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: bütün tiplərdən olan akkumulyatorların və akkumulyator batareyaların doldurulması, sökülməsi və yığılması (zərərli); Elektrolitin kimyəvi tərkibinin düzəldilməsi (zərərli; Probkalarda (tıxac) rezin klapanların dəyişdirilməsi, aralıq qatlarının hazırlanması; Akkumulyator batareyalarında ayrı-ayrı elementlərin gərginliyinin ölçülməsi və birləşmələrin lehimlənməsi (zərərli); Akummulyator elementlərində elektrolitin səviyyəsinin və kipliyinin təyin edilməsi; Qələvi məhlulun kristal kaustikdən və ya qəbul edilmiş resepturaya uyğun qablaşdırılmış məhluldan hazırlanması (zərərli); Ayrı-ayrı bankaların dəyişdirilməsi,onların mastika ilə suvanması, elektrolitin əlavə edilməsi və tökülməsi (zərərli); Akkumulyator batareyalarının sınağı; gələcəkdə akkumulyatorların və batareyaların istismara görə yararlı olmasının təyin edilməsi; elementlərarası birləşmələrin uyğunlaşdırılınası; elektrolitin keyfiyyətinin təyin edilməsi; Batareya elementlərində zədələnmənin müəyyən edilməsi və onun aradan qaldırılması, doldurucu aqreqatların cari təmiri; Akkumulyator batareyalarında elektrolitin dəyişdirilməsi (zərərli). Qoyulmuş qaydaya uyğun reseptlə elektrolitin hazırlanması; Akkumulyator batareya elementlərinin birləşdirici detalların düzəldilməsi ilə quraşdırılması və sökülməsi; İşləyən batareya elementlərindən şlakların çıxarılması. İddiaçı akkumlyatorçu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş siyahının 24.1-ci bölməsinin “a” bəndində (akkumlyatorçular) müəyyən edilmiş vəzifənin xüsusiyyətləri ilə eynidir. Göründüyü kimi, iddiaçının xx.xx.2017-ci il tarixədən 10 ildən çox güzəştli iş stajının olması iş materialları ilə təsdiq olunur. İşin mübahisəli halı tələb olunan ümumi iş stajının mövcud olmaması ilə bağlıdır. İddiaçıya məxsus 036864 nömrəli diplomun notarial təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1983-cü ildə Sumqayıt Texniki Texnikumuna daxil olmuş, 1986-cı ildə “Sənaye müəssisələri və qurğularının elektrik avadanlığı” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının 26 fevral 1986-cı il tarixli qərarı ilə ona “Texnikelektrik” ixtisası verilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş ИТ-İ seriyalı ******* nömrəli, iddiaçının adına 27 iyul 1997-ci il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki: xx.xx.1986-cı ildə “Azbaşenerji” İdarəsi Qubadlı elektrik şəbəkəsi mühafizə və ölçmə xidmətinə elektrik montyoru qəbul edilmiş, xx.xx.2002-ci il tsarixdə X3 elektrik montyoru vəzifəsindən azad edilmişdir; xx.xx.2003-cü il tarixdən "xxxx" ASC "xxxx" MMC Abşeron YGES-in Nizami YS-na xadimə vəzifəsinə qəbul edilmiş, xx.xx.2003-cu il tarixdə həmin YS-da qalmaqla akkumlyatorçu vəzifəsinə keçirilmiş, xx.xx.2004-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir; xx.xx.2004-cü il tarixdə "xxxx" ASC "xxxx" MMC-də 220 kV “Nizami” YŞ-na akkumlyatorçu vəzifəsinə qəbul edilmiş, xx.xx.2016-cı il tarixdə həmin YŞ-da qalmaqla istehsalat sahəsini və xidmət otaqlarını təmizləyən vəzifəsinə keçirilmiş, xx.xx.2016-cı il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə kollegiyası nəzərə çatdırır ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, mübahisəli iş dövrü üzrə əmək kitabçasına düzəliş edilərək, onun işə qəbul edilmə tarixi ilk öncə xx.xx.1972-ci il göstərilmiş, sonradan həmin qeydə düzəliş edilərək xx.xx.1986-cı il qeyd edilmiş, əmrin tarixi xx.xx.1993-cü il qeyd edilmiş, sonradan həmin qeydə düzəliş edilərək xx.xx.1986-cı il qeyd edilmişdir və əmək kitabçasında qeyd aparılaraq 1 nömrəli qeydin tarixinə edilmiş düzəlişin düzgün olması ilə bağlı qeyd aparılmışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş arayışda göstərilmişdir ki, “Qubadlı rayon X5” "xxxx" ASC-nin tabeçiliyində olsa da, kadrlara dair sənədlər rayon X5 (PEŞ) tərəfindən verilmişdir. Qubadlı rayonunun işğalı zamanı həmin məlumatlar işğal zonasında qaldığından “Qubadlı” PEŞ-ə aid kadr əmrləri və digər sənədlər "xxxx" ASC-də yoxdur. Cavabdeh inzibati orqan iddiaçının X3 işlədiyi dövrləri həm arxiv sənədlərinin tapılmaması, həm də əmək kitabçasında mövcud olan düzəlişlərə əsasən qəbul etməsə də, iddiaçı tərəfindən təqdim edilmiş Texniki təhlükəsizlik barədə biliyin yoxlanılmasına dair vəsiqədən aydın görünür ki, 31 nömrəli vəsiqə 04 avqust 1986-cı ildə təqdim edilmiş, 04 avqust 1986-cı il tarixindən mütəmadi olaraq illik yoxlanışlardan keçmiş, sonuncu yoxlanış tarixi xx.xx.1994-cü il qeyd edilmişdir. Hamıya bəlli olan haldır ki, Qubadlı rayonu 1993-cü ilin 31 avqust tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Məhkəmə kollegiyasının qənaəti belədir ki, həm əmək kitabçasındakı qeydlər, həm də Texniki təhlükəsizlik barədə biliyin yoxlanılmasına dair vəsiqədəki qeydlər iddiaçının X3 işləməsini şübhə altına almır. Hətta Qubadlı rayonu işğal edilən tarixədək (xx.xx.1993) iddiaçının həmin vəzifədə çalışdığı dövrlər nəzərə alınsa belə, tələb olunan 20 illik ümumi iş stajı tamamlanmış olur. Belə ki, xx.xx.1986-cı ildən 31 avqust 1993-cü ilədək “Azbaşenerji” İdarəsi Qubadlı elektrik şəbəkəsi mühafizə və ölçmə xidmətində işlədiyi 7 il 4 ay, xx.xx.2003-cü ildən xx.xx.2004-cü ilədək "xxxx" ASC "xxxx" MMC Abşeron YGES-in Nizami YS-da işlədiyi 1 il 9 ay 27 gün, xx.xx.2004-cü il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" ASC "xxxx" MMCdə işlədiyi 11 il 7 ay 2 gün iş stajı, həmçinin xx.xx.1983-xx.xx.1986-cı illərdə təhsil aldığı dövr götürüldükdə xx.xx.2017-ci il tarixədək iddiaçının 20 ildən (20 il 8 ay 29 gün iş stajı+2 il 6 ay 15 gün təhsil dövrü) çox ümumi iş stajına malik olduğu aydın görünür. Göründüyü kimi, iddiaçının xx.xx.2017-cı il tarixədək 52 yaşının tamam olması və 20 ildən çox ümumi iş stajının, o cümlədən 10 ildən çox güzəştli iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-13887/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13887/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar