Məhkəmə qərarları › İş №2-1(103)-1555/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1555/2024

01.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1555/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: « qərarın ləğv edilməsi ») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6532/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.2021-ci il tarixli **********150015 №-li Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərar ilə İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə sentyabr 2018 – iyul 2021 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.

2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, İddiaçı MMC-nin xx.xx.2018-xx.xx.2021 dövrün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın müddəti xx.xx.2021xx.xx.2021 tarixləri əhatə etmişdir.

3. Səyyar vergi yoxlamasının aktından görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin 220.361,42 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50% faizi miqdarında, yəni 110.180,71 manat məbləğində maliyyə sanksiyası; əlavə dəyər vergisinin 1.426.366,69 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 713.183,35 manat məbləğində maliyyə sanksiyası; 5.030.311,60 manat aksiz vergisinin azaldılmasına görə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 2.515.155,80 manat məbləğində maliyyə sanksiyası; ödəmə mənbəyində tutulan verginin 1.017,86 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 508,93 manat məbləğində maliyyə sanksiyası; işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının 0,13 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 0,07 manat məbləğində maliyyə sanksiyası; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən nağd qaydada aparılmış 5.116.920 manat məxaric əməliyyatlarının 50 % miqdarında, yəni 2.558.460 manat maliyyə sanskiyasının; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinə əsasən ümumilikdə 13.330 manat maliyyə sanksiyası; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən bəyannamənin əsas olmadan müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə 40 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir.

4. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********167603 saylı qərarı ilə 2018-2020 mənfəət vergisi, 2019-2021 əlavə dəyər vergisi, 2020-2021 aksiz vergisi, 2020-2021 muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, 2020-2021 ödəmə mənbəyindən tutulan vergi, vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə ümumilikdə 6.670.880,67 manat əsas və ona tətbiq olunmuş 3.861.040,36 manat maliyyə sanksiyasına; Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən 2019-2020 dövr üzrə ümumilikdə 2.558,460 manat və 1.279.320 manat maliyyə sanksiyasına cəlb edilmişdir.

5. “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” 30 mart 2023-cü il tarixli **********26400 nömrəli qərarı ilə 2021-ci ilin rübü (mənfəət vergisi) üzrə 66.304,36 manat əlavə vergi hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********167603 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023cü il tarixli **********167603 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının və xx.xx.2023-cü il tarixli **********264600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********150015 saylı qərarına əsasən İddiaçı MMC-də növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələrinə dair xx.xx.2022-ci il tarixli **********150355 saylı səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Yoxlama aktına əsasən ümumilikdə 6.678.057,69 manat vergilərin azaldılması müəyyən olunmuş və 5.143.858,87 manat maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur. Daha sonra yoxlama materiallarına baxılmış və xx.xx.2023- cü il tarixdə **********167603 sayı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilərək 6.670.880,67 manat vergi məbləği hesablanmış və 5.140.310,36 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Qeyd olunan qərar əsassızdır və aşağıdakı səbəblərə görə ləğv olunmalıdır. Yoxlama Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən başlansa da, cavabdeh hansı mənbəyi bəlli məlumat əsasında yoxlama təyin etməsini qərarda əsaslandırmamışdır. Həmçinin, yoxlama 2018-ci ilin sentyabr ayından 2021-ci ilin iyul ayına qədər olan dövrü əhatə etdiyi üçün 2018, 2019, 2020 və 2021-ci illərdə qüvvədə olan vergi qanunvericiliyinin tətbiqi baxımından hər bir dövrə həmin dövrdə qüvvədə olan vergi qanunvericiliyi tətbiq olunmalıdır. Belə ki, 2018-ci ilin mənfəət vergisi üzrə 20.194,76 manat mənfəət vergisi hesablanmışdır ki, həmin hesablamanın hüquqi əsası yoxdur. Belə ki, 2018-ci ildə qüvvədə olmuş Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu səbəbdən 2018-ci il üçün vergi məbləğinin hesablanması və maliyyə sansiyasının tətbiqi üçün müəyyən olunmuş müddət başa çatdığından hesablama əsassızdır.Yoxlama zamanı xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-də aparılmış operativ nəzarət tədbiri zamanı götürülmüş elektron informasiya daşıyıcılarında olan məlumatlara əsasən vergi məbləği hesablanmışdır. Bununla bağlı bildiririk ki, həmin məlumatlar İddiaçı MMC-yə məxsus deyil və MMC-nin təsərrüfat əməliyyatları ilə hər hansı bağlılığı yoxdur. Bundan əlavə qeyd olunur ki, xx.xx.2022-ci il tarixdə **********163393 tarixdə aktın tərtibi müddətinin uzadılması barədə qərar qəbul edilsə də belə bir qərar yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Həmçinin, xx.xx.2021-ci il tarixdən başlayan yoxlamaya Vergi Məcəlləsinin 38.2- ci maddəsinin 2022-ci il tarixədək qüvvədə olan redaksiyası( təqvim günü) şamil olunsa da, 2021-ci ilin sonunadək yoxlama iş günləri ilə nəzərə alınmışdır ki, bununla da göstərilən maddənin tələbləri pozulmuşdur. Qeyd olunanlardan əlavə bildiririk ki, yoxlama zamanı guya malların əskik gəlməsi müəyyən edilmiş və 2020-ci ilin mart ayında əskik gəlmiş malların dəyəri ƏDV və aksiz vergisinə cəlb edilmişdir. Bununlada Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Məcəllənin tələbinə görə əskikgəlmə mühasibat uçotu və ilkin uçot sənədləri əsasında müəyyən edilməlidir ki, həmin sənədlər əsasında malların əskik gəlməsi müəyyən olunmur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

9. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında xx.xx.2021-ci il tarixli **********150015 nömrəli qərarına əsasən “Azəri" MMC- də (VÖEN **********) səyyar vergi yoxlaması (yoxlanılan dövr - sentyabr 2018-iyul 2021) təyin edilmişdir. Səyyar vergi yoxlamasına xx.xx.2021-ci il tarixdə başlanmış, xx.xx.2022ci il tarixdə başa çatdırılmış və yoxlamanın nəticələri üzrə xx.xx.2022-ci il tarixli **********150355 nömrəli akt tərtib olunmuşdur. Vergi ödəyicisi aktı imzalamaqdan imtina etmiş, lakin aktın bir nüsxəsini tanış olmaq üçün almışdır. Vergi yoxlaması vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən kağız daşıyıcıda və onlayn kargüzarlıq vasitəsilə elektron qaydada yoxlamaya qismən təqdim edilmiş sənədlər və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********7472 nömrəli Qərara əsasən “Azəri" MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində götürülmüş sənədlşr və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********1021 nömrəli Qərara əsasən "xxxx" MMC-də (VÖEN **********) aparılmış operativ vergi nəzarəti tədbiri zamanı müəssisəyə məxsus elektron informasiya daşıyıcılarından elektron yaddaş qurğusuna (fləşkart) köçürülərək götürülmüş məlumatlara baxış keçirilərkən İddiaçı MMC-yə aid olan və vergilərin hesablanmasına əsas verən sənədlər əsasında aparılmışdır. Müəssisədə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2018- ci il tarixli **********56443 nömrəli “Operativ vergi nəzarəti tədbirinin keçirilməsi barədə” Qərara əsasən operativ tədbir keçirilmişdir. Keçirilmiş tədbir nəticəsində tərtib olunan protokola əlavə olunan xx.xx.2018-ci il tarixli HUŞ seriyalı 002404 nömrəli və xx.xx.2018-ci il tarixli HUŞ seriyalı 002405 nömrəli “Hazır məhsulun təsərrüfat daxili yerdəyişmə qaiməfakturasında” qeyd olunan mallar xx.xx.2020-ci il tarixli **********7472 nömrəli Qərara əsasən keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində götürülmüş istehsal həcmi barədə dəftərin məlumatları ilə eyni olduğu müəyyən olunmuşdur. Belə ki, müəssisədə keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı götürülmüş sənədlərdə müəssisə tərəfindən 2018- 2020-ci illər dövrünün hər ayı və iş günləri üzrə istehsal olunmuş spirtli içkilərin çeşidi, tutumu, sayı və digər göstəriciləri barədə müvafiq qeydlər aparıldığı müəyyən edilmişdir. Həmin məlumatlar elektron daşıyıcılarda “2018kitab”, “2019-kitab” və “2020 kitab” kimi yerləşdirmişdir. Yoxlama zamanı həmin məlumatlar araşdırılaraq, müəssisənin vergi bəyannamələrində əks etdirdiyi göstəricilərlə müqayisəsi aparılmışdır. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********7472 nömrəli Qərara əsasən İddiaçı MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində götürülmüş sənədlər və müəssisə tərəfindən təqdim edilmiş yoxlamanın əhatə etdiyi dövrün əvvəlinə, yəni xx.xx.2018-ci il tarixə və operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2020-ci il tarixə müəyyən edilən mal-material qalıqları nəzərə alınmaqla aparılmış hesablamalar zamanı müəssisədə istehsal olunan alkoqollu içkinin 1233688.95 litr həcmində əksik gəlməsi müəyyən edilmişdir. Müəssisənin xx.xx.2018-ci il tarixə mal qalığı müəssisədə xx.xx.2018-ci il tarixli **********56443 nömrəli operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi barədə Qərara əsasən keçirilmiş tədbirlər nəticəsində xx.xx.2018-ci il tarixə müəyyən edilən mal qalığı və xx.xx.2018xx.xx.2018-ci il tarixə alış, istehsal və satış nəticələrinə əsasən müəyyən edilmişdir. Müəssisədə alkoqollu içkilərin müxtəlif tutumlu butulkalara qablaşdırıldığı və həmin tutumların satılmış alkoqollu içkilərdə xüsusi çəkisi və satış qiymətləri nəzərə alınmaqla müvafiq hesablamalar aparılmışdır. Həmin hesablamalar nəticəsində ƏDV-yə cəlb edilməli dövriyyənin ümumilikdə 5675949.35 manat azaldılması və nəticədə 1021670.88 manat ƏDV-nin yayındırılması müəyyən edilmişdir. Eyni zamanda yoxlamanın əhatə etdiyi dövr üzrə aksiz vergisinin 3947804.64 manat azaldılması müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, aşkarlanan kənarlaşmalar yoxlamanın əhatə etdiyi xx.xx.2018-xx.xx.2020-ci il dövrü üzrə müəyyən edilmişdir. yergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********1021 nömrəli Qərara əsasən "xxxx" MMC-də aparılmış operativ vergi nəzarəti tədbiri zamanı müəssisəyə məxsus elektron informasiya daşıyıcılarından elektron yaddaş qurğusuna (fləşkart) köçürülərək götürülmüş məlumatlara baxış keçirilərkən İddiaçı MMC-yə aid olan və vergilərin hesablanmasına əsas verən satış dövriyyələri müəyyən edilmişdir. Belə ki, qeyd edilən götürülmüş məlumatlar və AVİS hesabat/axtanş baza məlumatlarına əsasən və aparılan araşdırma ilə vergi ödəyicisinin alqı-satqı əməliyyatlarını əks etdirən sənədlərə əsasən müvafiq vergilər hesablanmışdır. Eyni zamanda araşdırma zamanı "xxxx" MMC-də keçirilmiş operativ vergi nəzarət tədbiri zamanı götürülmüş bir ədəd elektron yaddaş qurğusunda "xxxx" MMC-nin fəaliyyətinə aid olan “Suzanna mühasib köməkçisi” iş qovluğunda “novaya papka” iş qovluğunda olan “İş 2020 ’’ adlı faylda “Kassa 2020”, “Kassa 2021 yanvar” (ƏDV-li, aksizli) nağd ödənişləri, o cümlədən 2020ci il üzrə: aprel 78456.51 manat, may 194951.00 manat, iyun 172302.00 manat, iyul 76367.00 manat, avqust 142991.00 manat, sentyabr 186230.00 manat, oktyabr 367925.00 manat, noyabr 278897.00 manat, dekabr 302382.00 manat (cəmi: 2020-ci ilin aprel-dekabr ayları üzrə 1800502.00 manat, o cümlədən spirtli içki satışı üzrə 1621434.51 manat), 2021-ci il üzrə: yanvar 229352.00 manat, fevral 278637.00 manat, mart 343902.00 manat, aprel 144598.00 manat, may 31735.00 manat, iyun 40817.00 manat, iyul 8980.00 manat (cəmi: 2021-ci ilin yanvar-dekabr ayları üzrə 1078021.00 manat, o cümlədən spirtli içki satışı üzrə 1031571.00 manat) olduğu müəyyən edilmişdir. Beləliklə, araşdırma nəticəsində təqdim edilmiş mallar üzrə 2653005.51 manat (ƏDV ilə, aksiz vergisi ilə) əlavə dövriyyə müəyyən edilmişdir. Yoxlama zamanı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən İddiaçı MMC-də keçirilmiş oprativ vergi nəzarəti tədbirləri zamanı götürülmüş sənədlər və elektron informasiya daşıyıcılarından fləşkarta köçürülərək götürülmüş məlumatlara, "xxxx" MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı götürülmüş elektron yaddaş daşıyıcıları (fləşkart) məlumatlarına baxış keçirilərkən İddiaçı MMC-yə aid olan məlumatlara (həmin məlumatların araşdırılması zamanı müəssisə tərəfindən qeyrirəsmi şəkildə aparılmış kassa əməliyyatları müəyyən edilmişdir) və Vergi Məcəlləsinin 67-ci, “Mühasibat uçotu haqqında “Qanunun 2.1.10.-cu və 2.1.11-ci maddələrinin istinad edilmişdir. Vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********150022 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə çıxarılmış və xx.xx.2021-ci il tarixdə əlbə-əl qaydada müəssisənin rəhbərinə təqdim olunnpuşdur. Tələbnamə əsasında tələb edilmiş sənədlər müəssisə tərəfindən Vergi Məcəlləsinin 42.1-ci maddəsinə müvafiq olaraq göstərilmiş müddət, yəni xx.xx.2021-ci il tarixə kimi tələb olunmuş və sənədlər yoxlamaya qismən təqdim edilmişdir. Bununla əlaqədar olaraq, xx.xx.2021-ci il tarixdə Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən “Sənədlərin qismən təqdim edilməsi barədə” akt tərtib edilmiş və aktın bir nüsxəsi xx.xx.2021-ci il tarixli 2119(j)**********0 nömrəli məktubla müəssisənin elektron poçt ünvanına göndərilmişdir. Baş İdarə tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə müəssisə tərəfindən yoxlamaya sənədlər təqdim olunmadığı üçün xx.xx.2021-ci il tarixli **********828000 və xx.xx.2021-ci il tarixli **********038400 nömrəli Xəbərdarlıq məktubları müəssisənin elektron poçt ünvanına göndərilmişdir. Vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarında, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamə məlumatlarında və vergi orqanı (VCİABİ) tərəfindən keçirilmiş operativ tədbirləri zamanı müəssisədən fəaliyyəti ilə bağlı götürülmüş sənədlərdə vergi qanunvericiliyin pozulması hallan olduğuna, onlann öyrənilməsinə əlavə vaxt tələb olunduğuna və bu pozuntuların araşdırılması bilavasitə sənədlərlə (əşyalarla) bağlı olduğuna görə vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli **********155761 nömrəli Qərar çıxarılmışdır. Vergi ödəyicisi tərəfindən sənədlərin yoxlamaya təqdim edilməsi ilə əlaqədar vergi orqanına elektron qaydada göndərilmiş xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli məktublar və həmin məktublara qoşma sənəd kimi ancaq butulkanın hərəkətinə dair cədvəl əlavə edilmişdir. Müəssisənin fəaliyyəti ilə bağlı digər ilkin mühasibat sənədləri yoxlamaya təqdim edilməmişdir. Qeyd edilənlər nəzərə alınaraq, xx.xx.2022-ci il tarixli **********163268 nömrəli “Sənədlərin təqdim olunmasından imtina barədə” akt tərtib edilərək müəssisənin elektron poçt ünvanına göndərilmişdir. Baş İdarənin xx.xx.2022-ci il tarixli **********156341 nömrəli “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” Qərarına əsasən müəssisədə qiymətlilərin inventarizasiyası aparılmış və nəticəsi xx.xx.2022-ci il tarixli aktla rəsmləşdirilmişdir. İnventarizasiyası nəticəsində müəssisədə 81019,00 manat dəyərində 30929.70 litr həcmində hazır məhsulun və 1156827.18 manat dəyərində əsas vəsaitlərin mövcud olduğu müəyyən edilmişdir. Tərtib edilmiş inventarizasiya aktı müəssisənin direktoru və vergi əməkdaşları tərəfindən imzalanmışdır. Vergi Məcəlləsinin 23.1.3-cü maddəsinə əsasən vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxışın keçiriməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Qanunvericilikdə göstərilən maddələrə əsasən vergi ödəyicisinin fəaliyyət göstərdiyi AZ1026, ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində (obyekt kodu: **********-20001) baxış həyata keçirilmiş və baxışın nəticələri xx.xx.2021-ci il tarixli **********1163291 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin ərazilinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə” Protokol ilə rəsmiləşdirilmişdir. Cavabdeh səyyar vergi yoxlamasında göstərilənləri əsas gətirərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6532/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilməsi, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********167603 saylı Qərarı - ödəmə mənbəyində tutulan vergi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və ona tətbiq olunmuş maliyyə sanksiyası istisna olmaqla digər hissələrdə ləğv edilməsi, “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********264600 nömrəli Qərarı ləğv edilməsi, Ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat məbləğində prosessual xərcin X3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması və iddia qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq məhkəmə qeyd edir ki, şübhə yoxdur ki, vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyası vergi ödəyiciləri barəsində tətbiq edilən məsuliyyət tədbirlərindən biri kimi çıxış edir. Vergi hüquq pozuntusuna yol verildiyi müəyyən edildikdə tətbiq edilən bu tədbir öz mahiyyətinə görə vergi qanunvericiliyinin pozulması zamanı tətbiq edilən digər məsuliyyət tədbirləri ilə eyni hüquqi təbiətə malikdir.

12. Vergi Məcəlləsində qəbul edilmiş hüquqi dövlət prinsipinin tələblərindən irəli gələn əsas yanaşma isə ondan ibarətdir ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Göründüyü kimi vergi qanunvericiliyinin pozuntusunda şəxsin təqsirli hesab edə bilmək üçün iki haldan biri mövcud olmalıdır – 1) şəxs və ya Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilmiş olmalıdır və ya 2) şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə vergi pozuntusu törətməkdə təqsirli bilinməlidir.Bu hallardan hər hansı birinin olmaması isə vergi ödəyiciyisinin təqsirziliyi prezumpsiyası üçün əsas verir.

13. Məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən də göründüyü kimi ekspert həmin hissəyə münasibətdə aşağıdakiları qeyd etmişdir: -- xx.xx.2022-ci il tarixli **********150355 saylı Səyyar vergi yoxlaması Aktında və sənədlərdə Vergi Məcəlləsinin 58.7- 1-ci və 58.3-cü maddələrinin tələblərinə əsasən tətbiq olunmuş maliyyə sanksiyaları haqqında ətraflı məlumat (yəni əməliyyatların konkret hansı sənəd üzrə və hansı tarixdə aparılması ilə bağlı məlumat və s. ) mövcud deyildir. Təqdim edilmiş iş materiallarında olan sənədlərə (mühasibat sənədləri) və Mülki Məcəllədə nəzərdə tutulmuş növbəlilik pozulmasına dair tələblərə əsasən İddiaçı MMC tərəfindən yoxlama dövründə (09/2018 - 07/2021) Mülki Məcəllədə nəzərdə tutulmuş növbəlilik pozulmaqla məxaric əməliyyatlarının aparılması müəyyən olunmadı. Həmçinin qeyd edilir ki, təqdim edilmiş iş materiallarında olan sənədlərə (mühasibat sənədləri ) əsasən Azəri” MMC tərəfindən yoxlama dövründə (09/2018 - 07/2021) “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü və 3.4.4-cü maddələrinin tələblərinin pozulması halları müəyyən olunmadı. Tədqiqatla yalnız səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********167603 saylı Qərarla 2021-ci ilin 2-ci rübü üzrə ÖMV bəyannaməsinin təqdim edilməməsinə görə üzrə Vergi Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə əsasən tətbiq olunmuş maliyyə sanksiyalarının düzgünlüyü müəyyən olunur.

14. Göründüyü kimi iddiaçının Mülki Məcəllədə nəzərdə tutulmuş növbəlilik pozulmaqla məxaric əməliyyatlarının aparılması, eyni zamanda “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü və 3.4.4-cü maddələrinin tələblərinin pozulması halları müəyyən olunmamışdır ki, bu hal müvafiq olaraq ekspert rəyində öz əksini tapmışdır.

15. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qeyd olunmuş azalmaların (ödəmə mənbəyində tutulan vergi və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi istisna olmaqla) və pozuntulararın mövcudluğu müəyyən olunmadığından, iddiaçıya münasibətdə təqdim olunmuş maliyyə sanksiyası (ödəmə mənbəyində tutulan vergi və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vegiyə tətbiq olunan hissədə istisna olmaqla) silinməlidir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

16. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6532/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının iddianın təmin olunmuş hissəsində ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. d) Proses iştirakçılarının izahatları

19. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

20. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

21. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

22. Vergi Məcəlləsinin: 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması, 16.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, 23.1.2-ci maddəsinə əsasən isə vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımı izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formada aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılardakı məlumatlarının verilməsini, həmin məlumatlarla birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək hüququ vardır. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 83.7-ci maddəsinə əsasən vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun apanlmasını təmin etməyə borcludur.

23. “Mühasibat uçotu haqqında” Qanunun: 2.1.10-cu maddəsinin 2.1.11-ci maddəsi ilə qarşılıqlı təhlili nəticəsində formalaşmış hüquqi mövqeyə əsasən nəzarət tədbirləri zamanı qanuni yolla əldə edilmiş elektron fayllar ilkin uçot sənədi hesab edilir. 2.1.10-cu maddəsinə əsasən mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. 2.1.11-ci maddəsinə əsasən ilkin uçot sənədləri–maliyyə-təsərrüfatəməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətində qərar iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.(İPM-in 82-ci maddəsi)

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir.

28. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.

29. Belə ki, işin hallarına görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında xx.xx.2021-ci il tarixli **********150015 nömrəli qərarına əsasən İddiaçı MMC-də (VÖEN **********) səyyar vergi yoxlaması (yoxlanılan dövr – sentyabr 2018-iyul 2021) təyin edilmişdir.

30. Səyyar vergi yoxlamasına xx.xx.2021-ci il tarixdə başlanmış, xx.xx.2022-ci il tarixdə başa çatdırılmış və yoxlamanın nəticələri üzrə xx.xx.2022-ci il tarixli **********150355 nömrəli akt tərtib olunmuşdur. Vergi ödəyicisi aktı imzalamaqdan imtina etmiş, lakin aktın bir nüsxəsini tanış olmaq üçün almışdır.

31. Vergi yoxlaması vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən kağız daşıyıcıda və onlayn kargüzarlıq vasitəsilə elektron qaydada yoxlamaya qismən təqdim edilmiş sənədlər və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********7472 nömrəli Qərara əsasən İddiaçı MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində götürülmüş sənədlər və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********1021 nömrəli Qərara əsasən "xxxx" MMCdə (VÖEN **********) aparılmış operativ vergi nəzarəti tədbiri zamanı müəssisəyə məxsus elektron informasiya daşıyıcılarından elektron yaddaş qurğusuna (fləşkart) köçürülərək götürülmüş məlumatlara baxış keçirilərkən İddiaçı MMC-yə aid olan və vergilərin hesablanmasına əsas verən sənədlər əsasında aparılmışdır.

32. Müəssisədə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli **********56443 nömrəli “Operativ vergi nəzarəti tədbirinin keçirilməsi barədə” Qərara əsasən operativ tədbir keçirilmişdir. Keçirilmiş tədbir nəticəsində tərtib olunan protokola əlavə olunan xx.xx.2018-ci il tarixli HUŞ seriyalı 002404 nömrəli və xx.xx.2018-ci il tarixli HUŞ seriyalı 002405 nömrəli “Hazır məhsulun təsərrüfat daxili yerdəyişmə qaimə-fakturasında” qeyd olunan mallar xx.xx.2020-ci il tarixli **********7472 nömrəli Qərara əsasən keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində götürülmüş istehsal həcmi barədə dəftərin məlumatları ilə eyni olduğu müəyyən olunmuşdur. Belə ki, müəssisədə keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı götürülmüş sənədlərdə müəssisə tərəfindən 2018-2020-ci illər dövrünün hər ayı və iş günləri üzrə istehsal olunmuş spirtli içkilərin çeşidi, tutumu, sayı və digər göstəriciləri barədə müvafiq qeydlər aparıldığı müəyyən edilmişdir. Həmin məlumatlar elektron daşıyıcılarda “2018-kitab”, “2019-kitab” və “2020-kitab” kimi yerləşdirmişdir. Yoxlama zamanı həmin məlumatlar araşdırılaraq, müəssisənin vergi bəyannamələrində əks etdirdiyi göstəricilərlə müqayisəsi aparılmışdır.

33. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********7472 nömrəli Qərara əsasən İddiaçı MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində götürülmüş sənədlər və müəssisə tərəfindən təqdim edilmiş yoxlamanın əhatə etdiyi dövrün əvvəlinə, yəni xx.xx.2018-ci il tarixə və operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2020-ci il tarixə müəyyən edilən mal-material qalıqları nəzərə alınmaqla aparılmış hesablamalar zamanı müəssisədə istehsal olunan alkoqollu içkinin 1233688.95 litr həcmində əksik gəlməsi müəyyən edilmişdir. Müəssisənin xx.xx.2018-ci il tarixə mal qalığı müəssisədə xx.xx.2018-ci il tarixli **********56443 nömrəli operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi barədə Qərara əsasən keçirilmiş tədbirlər nəticəsində xx.xx.2018-ci il tarixə müəyyən edilən mal qalığı və xx.xx.2018xx.xx.2018-ci il tarixə alış, istehsal və satış nəticələrinə əsasən müəyyən edilmişdir. Müəssisədə alkoqollu içkilərin müxtəlif tutumlu butulkalara qablaşdırıldığı və həmin tutumların satılmış alkoqollu içkilərdə xüsusi çəkisi və satış qiymətləri nəzərə alınmaqla müvafiq hesablamalar aparılmışdır. Həmin hesablamalar nəticəsində ƏDVyə cəlb edilməli dövriyyənin ümumilikdə 5675949.35 manat azaldılması və nəticədə 1021670.88 manat ƏDV-nin yayındırılması müəyyən edilmişdir.

34. Eyni zamanda yoxlamanın əhatə etdiyi dövr üzrə aksiz vergisinin 3947804.64 manat azaldılması müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, aşkarlanan kənarlaşmalar yoxlamanın əhatə etdiyi xx.xx.2018-xx.xx.2020-ci il dövrü üzrə müəyyən edilmişdir.

35. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********1021 nömrəli Qərara əsasən "xxxx" MMC-də aparılmış operativ vergi nəzarəti tədbiri zamanı müəssisəyə məxsus elektron informasiya daşıyıcılarından elektron yaddaş qurğusuna (fləşkart) köçürülərək götürülmüş məlumatlara baxış keçirilərkən İddiaçı MMC-yə aid olan və vergilərin hesablanmasına əsas verən satış dövriyyələri müəyyən edilmişdir. Belə ki, qeyd edilən götürülmüş məlumatlar və AVİS hesabat/axtanş baza məlumatlarına əsasən və aparılan araşdırma ilə vergi ödəyicisinin alqı-satqı əməliyyatlarını əks etdirən sənədlərə əsasən müvafiq vergilər hesablanmışdır.

36. Eyni zamanda araşdırma zamanı "xxxx" MMC-də keçirilmiş operativ vergi nəzarət tədbiri zamanı götürülmüş bir ədəd elektron yaddaş qurğusunda "xxxx" MMC-nin fəaliyyətinə aid olan “Suzanna mühasib köməkçisi” iş qovluğunda “novaya papka” iş qovluğunda olan “İş 2020 ” adlı faylda “Kassa 2020”, “Kassa 2021 yanvar” (ƏDV-li, aksizli) nağd ödənişləri, o cümlədən 2020-ci il üzrə: aprel 78456.51 manat, may 194951.00 manat, iyun 172302.00 manat, iyul 76367.00 manat, avqust 142991.00 manat, sentyabr 186230.00 manat, oktyabr 367925.00 manat, noyabr 278897.00 manat, dekabr 302382.00 manat (cəmi: 2020-ci ilin aprel-dekabr ayları üzrə 1800502.00 manat, o cümlədən spirtli içki satışı üzrə 1621434.51 manat), 2021-ci il üzrə: yanvar 229352.00 manat, fevral 278637.00 manat, mart 343902.00 manat, aprel 144598.00 manat, may 31735.00 manat, iyun 40817.00 manat, iyul 8980.00 manat (cəmi: 2021-ci ilin yanvar-dekabr ayları üzrə 1078021.00 manat, o cümlədən spirtli içki satışı üzrə 1031571.00 manat) olduğu müəyyən edilmişdir. Beləliklə, araşdırma nəticəsində təqdim edilmiş mallar üzrə 2653005.51 manat (ƏDV ilə, aksiz vergisi ilə) əlavə dövriyyə müəyyən edilmişdir.

37. Yoxlama zamanı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən İddiaçı MMC-də keçirilmiş oprativ vergi nəzarəti tədbirləri zamanı götürülmüş sənədlər və elektron informasiya daşıyıcılarından fləşkarta köçürülərək götürülmüş məlumatlara, "xxxx" MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı götürülmüş elektron yaddaş daşıyıcıları (fləşkart) məlumatlarına baxış keçirilərkən İddiaçı MMC-yə aid olan məlumatlara (həmin məlumatların araşdırılması zamanı müəssisə tərəfindən qeyrirəsmi şəkildə aparılmış kassa əməliyyatları müəyyən edilmişdir) və Vergi Məcəlləsinin 67-ci, “Mühasibat uçotu haqqında “Qanunun 2.1.10.-cu və 2.1.11-ci maddələrinə istinad edilmişdir.

38. Vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********150022 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə çıxarılmış və xx.xx.2021-ci il tarixdə əlbə-əl qaydada müəssisənin rəhbərinə təqdim olunmuşdur. Tələbnamə əsasında tələb edilmiş sənədlər müəssisə tərəfindən Vergi Məcəlləsinin 42.1-ci maddəsinə müvafiq olaraq göstərilmiş müddət, yəni xx.xx.2021-ci il tarixə kimi tələb olunmuş və sənədlər yoxlamaya qismən təqdim edilmişdir. Bununla əlaqədar olaraq, xx.xx.2021-ci il tarixdə Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən “Sənədlərin qismən təqdim edilməsi barədə” akt tərtib edilmiş və aktın bir nüsxəsi xx.xx.2021-ci il tarixli 21190**********0 nömrəli məktubla müəssisənin elektron poçt ünvanına göndərilmişdir. Baş İdarə tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə müəssisə tərəfindən yoxlamaya sənədlər təqdim olunmadığı üçün xx.xx.2021-ci il tarixli **********828000 və xx.xx.2021-ci il tarixli **********038400 nömrəli Xəbərdarlıq məktubları müəssisənin elektron poçt ünvanına göndərilmişdir. Vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarında, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamə məlumatlarında və vergi orqanı (VCİABİ) tərəfindən keçirilmiş operativ tədbirləri zamanı müəssisədən fəaliyyəti ilə bağlı götürülmüş sənədlərdə vergi qanunvericiliyin pozulması hallan olduğuna, onlann öyrənilməsinə əlavə vaxt tələb olunduğuna və bu pozuntuların araşdırılması bilavasitə sənədlərlə (əşyalarla) bağlı olduğuna görə vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli **********155761 nömrəli Qərar çıxarılmışdır. Vergi ödəyicisi tərəfindən sənədlərin yoxlamaya təqdim edilməsi ilə əlaqədar vergi orqanına elektron qaydada göndərilmiş xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli məktublar və həmin məktublara qoşma sənəd kimi ancaq butulkanın hərəkətinə dair cədvəl əlavə edilmişdir. Müəssisənin fəaliyyəti ilə bağlı digər ilkin mühasibat sənədləri yoxlamaya təqdim edilməmişdir. Qeyd edilənlər nəzərə alınaraq, xx.xx.2022-ci il tarixli **********163268 nömrəli “Sənədlərin təqdim olunmasından imtina barədə” akt tərtib edilərək müəssisənin elektron poçt ünvanına göndərilmişdir.

39. Baş İdarənin xx.xx.2022-ci il tarixli **********156341 nömrəli “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” Qərarına əsasən müəssisədə qiymətlilərin inventarizasiyası aparılmış və nəticəsi xx.xx.2022-ci il tarixli aktla rəsmləşdirilmişdir. İnventarizasiyası nəticəsində müəssisədə 81019,00 manat dəyərində 30929.70 litr həcmində hazır məhsulun və 1156827.18 manat dəyərində əsas vəsaitlərin mövcud olduğu müəyyən edilmişdir. Tərtib edilmiş inventarizasiya aktı müəssisənin direktoru və vergi əməkdaşları tərəfindən imzalanmışdır.

40. Vergi Məcəlləsinin 23.1.3-cü maddəsinə əsasən vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxışın keçiriməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Qanunvericilikdə göstərilən maddələrə əsasən vergi ödəyicisinin fəaliyyət göstərdiyi AZ1026, ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində (obyekt kodu: **********20001) baxış həyata keçirilmiş və baxışın nəticələri xx.xx.2021-ci il tarixli **********1163291 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin ərazisinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə” Protokol ilə rəsmiləşdirilmişdir.

41. Müəssisənin direktoru və digər nümayəndəsinin iştirakı ilə müəssisənin fəaliyyət göstərdiyi ünvana və istehsal avadanlıqlarına baxış keçirilmişdir. Baxış zamanı həmin ünvanda "xxxx" MMC-nin fəaliyyət göstərdiyi müəyyən edilmişdir.

42. Mənfəət vergisinin yoxlanılması üzrə: Vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövrdə mənfəət vergisinin ödəyicisi olmuşdur. Yoxlama ilə 2018-ci, 2019-cu və 2020-ci illər üzrə mənfəət vergisi bəyannamələri əhatə edilmişdir.

43. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

44. Vergi Məcəlləsinin 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə alınmalıdır. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104.1-ci və 108-ci maddələrinin tələblərinin pozulması müəyyən edilmişdir.

45. Səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 104-cü, 108-ci, 134-cü, 135-ci və 136-cı maddələrinin tələblərinə müvafiq olaraq vergi ödəyicisinin vergi orqanında olan uçotbaza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən "xxxx" MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş sənəd və məlumatlar, eyni zamanda "xxxx" MMC-də aparılmış operativ vergi nəzarəti tədbirləri zamanı elektron informasiya daşıyıcılarında olan məlumatlara baxış keçirilərkən götürülmüş və İddiaçı MMC-nin fəaliyyətinə aid olan məlumatlar (həmin məlumatlar “fləşkart’’a köçürülərək götürülmüşdür) və vergilərin hesablanmasına əsas verən digər sənəd və məlumatlar əsasında müəssisənin istehsal və satış dövriyyələri müəyyən edilmişdir. Belə ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********7472 nömrəli Qərara əsasən İddiaçı MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində götürülmüş sənədlər və müəssisə tərəfindən təqdim edilmiş yoxlamanın əhatə etdiyi dövrün əvvəlinə, yəni xx.xx.2018-ci il tarixə və operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2020-ci il tarixə müəyyən edilən mal-material qalıqları nəzərə alınmaqla aparılmış hesablamalar nəticəsində müəssisədə istehsal olunan alkoqollu içkilərin 1233688,95 litr həcmində əksik gəlməsi müəyyən edilmişdir. Müəssisədə alkoqollu içkilərin müxtəlif tutumlu butulkalara qablaşdırıldığı və həmin tutumların satılmış alkoqollu içkilərdə xüsusi çəkisi və satış qiymətləri nəzərə alınmaqla müvafiq hesablamalar aparılmışdır. Aparılmış hesablamalar nəticəsində yoxlamanın əhatə etdiyi xx.xx.2018-xx.xx.2020-ci il dövrü (hissəsi) üzrə əlavə dəyər vergisinə cəlb edilməli dövriyyənin ümumilikdə 5675949.35 manat azaldılması müəyyən edilmişdir.

46. Eyni zamanda Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********1021 nömrəli Qərara əsasən "xxxx" MMC-də aparılmış operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş elektron informasiya daşıyıcıları (fləşkart) məlumatlarına baxış keçirilərkən İddiaçı MMC-yə aid olan məlumatların olduğu müəyyən edilmiş və həmin məlumatların araşdırılması zamanı müəssisə tərəfindən qeyri-rəsmi şəkildə aparılmış kassa əməliyyatları nəticəsində satışdan əldə edilmiş əlavə dəyər vergisinə cəlb edilən 2248309.75 manat dövriyyənin (o cümlədən 2020-ci ilin xx.xx.2020-xx.xx.2020-ci il dövrü üzrə 1374097.06 manat) vergi orqanına təqdim edilmiş bəyannamələrdə əks etdirilmədiyi müəyyən edilmişdir. Nəticədə 2020-ci ilin yekunu üzrə ƏDV-yə cəlb edilən dövriyyənin 7050046.29 manat (o cümlədən, 4600847.24 mant aksiz vergisi), gəlirin isə 2449199.05 manat (70500xx.xx- 4600847.24) azaldılması müəyyən edildi. Göründüyü kimi, 2020-ci il üzrə müəssisənin ümumi gəlirinin 3303526.79 manat (vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə göstərilmiş 854327.73 manat ümumi gəlir nəzərə alınmaqla) təşkil etdiyi müəyyən olundu. Qeyd edilənləri və müəssisə tərəfindən sənədlərin yoxlamaya qismən təqdim edilməsini nəzərə alaraq, müəssisənin 2018-2020-ci illər üzrə mənfəət vergisi gəlirə görə xərclərin müəyyən edilməsi metodu ilə 20 faiz rentabellik səviyyəsi tətbiq edilməklə hesablandı (2018-2019-cu illər üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamələrində göstərilən gəlirlər nəzərə alınmaqla).

47. Müəssisə tərəfindən sənədlər yoxlamaya qismən təqdim edildiyindən və həmin sənədlərdə məhsul istehsalı müəssisənin 2018-ci ilin yekunu üzrə gəlirin əldə edilməsi üçün çəkilən xərcləri müəyyənləşdirmək mümkün olmadığından Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə istinad edərək müəssisənin xərcləri müvafiq icra hakimiyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablandı. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 aprel 2003-cü il tarixli 42 saylı Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin 2018-ci ilin yekunu üzrə mənfəəti aşağıdakı kimi hesablandı:

G1 M=xR 100+R

890850.99 M = x 20 = 148475.17 (manat) 100 + 20

48. Yoxlama ilə hesablanmış 148475.17 manat vergiyə cəlb edilən mənfəətdən 20% vergi dərəcəsi ilə 29695.03 manat mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən 2018-ci ilin yekunu üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 8500.27 manat mənfəət vergisi hesablanması nəzərə alınmaqla mənfəət vergisinin 21194.76 manat azaldılması müəyyən edilmişdir.

49. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 21194.76 manat vergi məbləğinə 50% miqdarında, yəni 10597.38 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur.

50. Vergi ödəyicisinin 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümumi gəlir 890850.99 manat, o cümlədən: mallann təqdim edilməsindən gəlir 890850.99 manat; ümumi gəlirdən çıxılan xərclər 843349.65 manat, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 145386.94 manat, sosial sığorta haqları 32712.07 manat, xammal-material 498389.67 manat, icarə haqqı 24942.00 manat (fiziki şəxslər üzrə), enerji xərcləri 29057.85 manat, qaz xərcləri 70504.54 manat, su və kanalizasiya xərcləri 340.68 manat, rabitə xərcləri 10391.56 manat, bank xidməti üzrə xərclər 3809.69 manat, reklam xərcləri 650.00 manat, bilavasitə mallann təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 5123.64 manat, maşın-avadanlıqlar və binalar, tikililər və qurğular üzrə hesablanmış amortizasiya 6600.00 manat, təmir xərcləri 704.00 manat, digər xərclər 510.00 manat, gəlirdən çıxılan əmlak vergisi 11831.41 manat, torpaq vergisi 2395.60 manat, nəticədə vergiyə cəlb olunan mənfəətin 47501.34 manat olması müəyyən edilmiş və 9500.27 manat mənfəət vergisi hesablanmışdır. 2019-cu il üzrə: 4323633.87 M = x 20 = 720605.65 (manat) 100 + 20

51. Yoxlama ilə hesablanmış 720605.65 manat vergiyə cəlb edilən mənfəətdən 20% vergi dərəcəsi ilə 144121.13 manat mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən 2019-cu ilin yekunu üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 46108.36 manat mənfəət vergisi hesablanması nəzərə alınmaqla mənfəət vergisinin 98012.77 manat azaldılması müəyyən edilmişdir.

52. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 98012.77 manat vergi məbləğinə 50% miqdarında, yəni 49006.39 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

53. Vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümumi gəlir 4323633.87 manat, o cümlədən malların təqdim edilməsindən gəlir 4323633.87 manat; ümumi gəlirdən çıxılan xərclər 4093092.06 manat, o cümlədən, əmək haqqı və ona bərabər tutulan ödəmələr 482543.70 manat, sosial sığorta haqları 86693.20 manat, xammal-material 2839665.76 manat, malın dəyəri 301178.38 manat, icarə haqqı 27475.02 manat (fiziki şəxslər üzrə), enerji xərci 82626.65 manat, qaz xərcləri 178503.23 manat, su və kanalizasiya xərcləri 4237.29 manat, rabitə xərci 4610.80 manat, bank xidməti üzrə xərclər 11950.14 manat, bilavasitə mallann təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 16879.69 manat, maşın-avadanlıqlar və binalar, tikililər və qurğular üzrə hesablanmış amortizasiya 29040.00 manat, təmir xərcləri 13559.32 manat, gəlirdən çıxılan əmlak vergisi 11733.28 manat, torpaq vergisi 2395.60 manat, nəticədə vergiyə cəlb olunan mənfəətin 230541.81 manat olması müəyyən edilmiş və 46108.36 manat mənfəət vergisi hesablanmışdır. 2020-ci iı il üzrə: 3303526.79 M = x 20 = 550587.82 (manat) 100 + 20

54. Yoxlama ilə hesablanmış 550587.80 manat vergiyə cəlb edilən mənfəətdən 20% vergi dərəcəsi ilə 110117.56 manat mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən 2020-ci ilin yekunu üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 7963.67 manat mənfəət vergisi hesablanması nəzərə alınmaqla mənfəət vergisinin 102153.89 manat azaldılması müəyyən edilmişdir.

55. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 102153.89 manat azaldılmış vergi məbləğinə 50% miqdarında, yəni 51076.95 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

56. Vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümumi gəlir 854327.73 manat, o cümlədən, malların təqdim edilməsindən gəlir 848339.03 manat; ümumi gəlirdən çıxılan xərclər 814509.37 manat, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 272934.59 manat, sosial sığorta haqlan 49631.17 manat, xammal-material 348956.06 manat, icarə haqqı 19796.24 manat (fiziki şəxslər üzrə), enerji xərci 32651.13 manat, qaz xərcləri 54514.39 manat, rabitə xərci 3673.25 manat, bank xidməti üzrə xərclər 8384.53 manat, bilavasitə mallann təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 713.00 manat, maşınavadanlıqlar və binalar, tikililər və qurğular üzrə hesablanmış amortizasiya 8760.00 manat, digər xərclər 487.34 manat, gəlirdən çıxılan əmlak vergisi 11612.07 manat, torpaq vergisi 2395.60 manat, nəticədə vergiyə cəlb olunan mənfəətin 39818.36 manat olması müəyyən edilmiş və 7963.67 manat mənfəət vergisi hesablanmışdır.

57. Qeyd edilənlərə əsasən, cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş vergi bəyannamələrində gəlir və xərclər düzgün göstərilməmişdir. Bu səbəbdən də, yoxlama zamanı Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin göstəriciləri əsasında vergilərin hesablanmasına zərurət yaranmışdır. Ona görə də analoji vergi ödəyicisinin müəyyən edilməsi məqsədi ilə müvafiq struktura müraciət olunumuş və cavab olaraq analoji fəaliyyətlə məşğul olan "BEST SPİRİT QRUP" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) vergi ödəyiciləri müəyyən edilmişdir. Lakin, qeyd edilən vergi ödəyicilərinin iqtisadi göstəriciləri ilə "xxxx" MMC-nin iqtisadi göstəricilərinin, eyni zamanda işçi saylarının, istehsalda istifadə edilən avadanlıqların texniki xarakteristikalarının və digər göstəricilərin oxşar olmaması müəyyən edilmişdir. Bu səbəbdən qeyd edilən müəssisələrin analoji müəssisə kimi qəbul edib, analoji hesablamaların aparılması mümkün olmamışdır. Bundan başqa digər analoji vergi ödəyicisi tapılmamışdır.

58. Əlavə dəyər vergisinin yoxlanılması üzrə: Yoxlama ilə əhatə edilən dövr üzrə müəssisə əlavə dəyər vergisinin ödəyicisi olmuşdur. Vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üzrə təqdim olunmuş əlavə dəyər vergisi hesabatlarının düzgünlüyü yoxlanıldı və aşağıdakılar müəyyən olundu:

59. Müəssisə ƏDV məqsədləri üçün qeydiyyat haqqında xx.xx.2016-cı il tarixli ərizəni vergi orqanına təqdim etmiş və **********1 nömrəli qeydiyyat bildirişi almışdır. ƏDV qeydiyyatı xx.xx.2016-cı il tarixdən qüvvəyə minmişdir.

60. Yoxlama ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələri əhatə olundu.

61. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********7472 nömrəli Qərara əsasən "AZƏRİ” MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində götürülmüş sənədlər və müəssisə tərəfindən təqdim edilmiş yoxlamanın əhatə etdiyi dövrün əvvəlinə, yəni xx.xx.2018-ci il tarixə və operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2020-ci il tarixə müəyyən edilən mal-material qalıqları nəzərə alınmaqla aparılmış hesablamalar zamanı müəssisədə istehsal olunan alkoqollu içkilərin 1233688,95 litr həcmində əksik gəlməsi müəyyən edilmişdir. Müəssisədə alkoqollu içkilərin müxtəlif tutumlu butulkalara qablaşdırıldığı və həmin tutumların satılmış alkoqollu içkilərdə xüsusi çəkisi və satış qiymətləri nəzərə alınmaqla müvafiq hesablamalar aparılmışdır. Həmin hesablamalar nəticəsində vergiyə cəlb edilməli dövriyyənin ümumilikdə 5675949.35 manat azaldılması və nəticədə 1021670.28 manat ƏDV-nin yayındırılması müəyyən edilmişdir (hesablama cədvəlləri yoxlama materiallarına əlavə edilir). Qeyd etmək lazımdır ki, aşkarlanan kənarlaşmalar yoxlamanın əhatə etdiyi xx.xx.2018-xx.xx.2020-ci il dövrü üzrə müəyyən edilmişdir.

62. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********1021 nömrəli Qərara əsasən "xxxx" MMC-də aparılmış operativ vergi nəzarəti tədbiri zamanı müəssisəyə məxsus elektron informasiya daşıyıcılarından elektron yaddaşa (fləşkarta) köçürülərək götürülmüş məlumatlara baxış keçirilərkən İddiaçı MMC-yə aid olan və vergilərin hesablanmasına əsas verən satış dövriyyələri müəyyən edilmişdir.

63. Operativ vergi nəzarəti zamanı elektron yaddaşa (fləşkarta) köçürülərək götürülmüş məlumatlara və AVİS hesabat/axtanş baza məlumatlarına və aparılan araşdırma ilə vergi ödəyicisinin alqı-satqı əməliyyatlarını əks etdirən sənədlərə əsasən müvafiq vergilər hesablanmışdır. Həmin informasiyaların "xxxx" MMC-yə məxsus olmasını əsaslandıran şərtlər: müəssisə tərəfindən rəsmi şəkildə aparılan mühasibat uçotu məlumatlarında bütün bank əməliyyatlarının, bütün işçi kontingentinin və onların vəzifə funksiyalarının, işçilərin ezamiyyətdə olduğu günlərin, müəyyən tarixlərdə istehsal edilmiş malların çeşidlər üzrə üst-üstə düşməsi və digər məlumatların eyni olması həmin məlumatların "xxxx" MMCyə məxsus olmasını təsdiq edir. Eyni zamanda "xxxx" MMC fəaliyyətini dayandırdıqdan sonra "xxxx" MMC-nin analoji fəaliyyətə başlaması və hər iki müəssisənin eyni ünvanda, eyni avadanlıqlarla fəaliyyəti və nəhayət hər iki müəssisənin vəzifəli şəxslərinin, baş mühasibin eyni şəxsin olması həmin məlumatların "xxxx" MMC-yə məxsus olmasını təsdiq edir.

64. Müəssisənin vergi orqanın uçot-bazasında olan məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən "xxxx" MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş sənəd və məlumatlar, eyni zamanda "xxxx" MMC-də aparılmış operativ vergi nəzarəti tədbiri tədbirləri zamanı elektron informasiya daşıyıcılarında olan məlumatlara baxış keçirilərkən götürülmüş və İddiaçı MMC-nin fəaliyyətinə aid olan məlumatlar (həmin məlumatlar fləşkarta köürülərək götürülmüşdür) və vergilərin hesablanmasına əsas verən digər sənəd və məlumatlar əsasında müəssisənin istehsal və satış dövriyyələri müəyyən edilmişdir. Belə ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********7472 nömrəli Qərara əsasən İddiaçı MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində götürülmüş sənədlər və müəssisə tərəfindən təqdim edilmiş yoxlamanın əhatə etdiyi dövrün əvvəlinə, yəni xx.xx.2018-ci il tarixə və operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2020-ci il tarixə müəyyən edilən mal-material qalıqları nəzərə alınmaqla aparılmış hesablamalar zamanı müəssisədə istehsal olunan alkoqollu içkilərin 1233688,95 litr həcmində əksik gəlməsi müəyyən edilmişdir (hesablama cədvəli yoxlama materiallarına əlavə edilir). Müəssisədə alkoqollu içkilərin müxtəlif tutumlu butulkalara qablaşdırıldığı və həmin tutumların satılmış alkoqollu içkilərdə xüsusi çəkisi və satış qiymətləri nəzərə alınmaqla müvafiq hesablamalar aparılmışdır. Həmin hesablamalar nəticəsində yoxlamanın əhatə etdiyi xx.xx.2018-xx.xx.2020-ci il dövrü üzrə vergiyə cəlb edilməli dövriyyənin ümumilikdə 5675949.35 manat azaldılması müəyyən edilmişdir. Eyni zamanda Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********1021 nömrəli Qərara əsasən "xxxx" MMC-də aparılmış operativ vergi nəzarəti tədbirləri zamanı götürülmüş elektron yaddaş daşıyıcıları (fləşkart) məlumatlarına baxış keçirilərkən İddiaçı MMC-yə aid olan məlumatların olduğu müəyyən edilmiş və həmin məlumatların araşdırılması zamanı müəssisə tərəfindən qeyri-rəsmi şəkildə aparılmış kassa əməliyyatları nəticəsində xx.xx.2020-xx.xx.2020-ci il dövrü üzrə satışdan ƏDV-yə cəlb edilən 1374097.04 manat dövriyyənin vergi orqanına təqdim edilmiş bəyannamələrdə əks etdirilmədiyi müəyyən edilmişdir. Nəticədə xx.xx.2020-xx.xx.2020-ci il dövrü üzrə ƏDV-nin 247337.47 manat azaldılması müəyyən edildi. Qeyd edilənlər nəzərə alınaraq, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-də və "xxxx" MMC-də keçirilmiş oprativ vergi nəzarəti tədbirləri zamanı götürülmüş sənədlər və elektron məlumatlar əsasında aparılmış hesablamalar nəticəsində 2020-ci il üzrə ümumilkdə 7050046.39 manat (5675949.35+1374097.04) dövriyyənin ƏDV-yə cəlb edilmədiyi və nəticədə ƏDV-nin 1269008.35 manat azaldılması müəyyən edilmişdir.

65. Qeyd edilən sənədlər və götürülmüş elektron yaddaş məlumatları əsasında aparılmış hesablamalar nəticəsində 2021-ci ilin yanvar-avqust ayları üzrə ümumilkdə 874212.71 manat dövriyyənin ƏDV-yə cəlb edilmədiyi və nəticədə ƏDV-nin 157358.29 manat azaldılması müəyyən edilmişdir.

66. Qeyd etmək lazımdır ki, aparılmış hesablamalar zamanı müəssisə tərəfindən alkoqollu içkilərin çeşidi və tutumları üzrə tətbiq etdiyi satış qiymətləri əsas kimi götürülmüşdür.

67. Yoxlamanın əhatə etdiyi dövr üzrə Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən ümumilkdə 7924259.10 manat dövriyyənin ƏDV-yə cəlb edilmədiyi və nəticədə ƏDVnin 1426366.64 manat azaldılması müəyyən edilmişdir.

68. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 1426366.64 manat azaldılmasına görə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 713183.32 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

69. Aksiz vergisinin yoxlanılması üzrə: Vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üzrə təqdim olunmuş aksiz vergisi hesabatlarının düzgünlüyü yoxlanıldı və aşağıdakılar müəyyən olundu: Yoxlama ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövr üzrə təqdim edilmiş aksiz bəyannamələri əhatə olunmuşdur.

70. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 184 və 185-ci maddələrinin tələbləri pozulması müəyyən edilmişdir.

71. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********7472 nömrəli Qərara əsasən "AZƏRİ” MMC-də keçirilmiş operativ vergi nəzarəti nəticəsində götürülmüş sənədlər və müəssisə tərəfindən təqdim edilmiş yoxlamanın əhatə etdiyi dövrün əvvəlinə, yəni xx.xx.2018-ci il tarixə və operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2020-ci il tarixə müəyyən edilən mal-material qalıqları nəzərə alınmaqla aparılmış hesablamalar zamanı müəssisədə istehsal olunan alkoqollu içkilərin 1233688,95 litr həcmində əksik gəlməsi müəyyən edilmişdir. Müəssisədə alkoqollu içkilərin müxtəlif tutumlu butulkalara qablaşdırıldığı və həmin tutumların satılmış alkoqollu içkilərdə xüsusi çəkisi və satış qiymətləri nəzərə alınmaqla müvafiq hesablamalar aparılmışdır. Həmin hesablamalar nəticəsində aksiz vergisnin ümumilikdə 3947804.64 manat azaldılması müəyyən edilmişdir (hesablama cədvəlləri yoxlama materiallarına əlavə edilir). Qeyd etmək lazımdır ki, aşkarlanan kənarlaşmalar yoxlamanın əhatə etdiyi xx.xx.2018-xx.xx.2020-ci il dövrü üzrə müəyyən edilmişdir.

72. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********1021 nömrəli Qərara əsasən "xxxx" MMC-də aparılmış operativ vergi nəzarəti tədbiri zamanı müəssisəyə məxsus elektron informasiya daşıyıcılarından elektron yaddaşa (fləşkarta) köçürülərək götürülmüş məlumatlara baxış keçirilərkən İddiaçı MMC-yə aid olan və vergilərin hesablanmasına əsas verən satış dövriyyələri müəyyən edilmişdir.

73. Operativ vergi nəzarəti zamanı elektron yaddaşa (fləşkarta) köçürülərək götürülmüş məlumatlara və AVİS hesabat/axtanş baza məlumatlarına və aparılan araşdırma ilə vergi ödəyicisinin alqı-satqı əməliyyatlarını əks etdirən sənədlərə əsasən müvafiq vergilər hesablanmışdır. Həmin məlumatların "xxxx" MMC-yə məxsus olmasını əsaslandıran şərtlər: müəssisə tərəfindən rəsmi şəkildə aparılan mühasibat uçotu məlumatlarında bütün bank əməliyyatlarının, bütün işçi kontingentinin və onların vəzifə funksiyalarının, işçilərin ezamiyyətdə olduğu günlərin, müəyyən tarixlərdə istehsal edilmiş malların çeşidlər üzrə üst-üstə düşməsi və digər məlumatların eyni olması həmin məlumatların "xxxx" MMCyə məxsus olmasını təsdiq edir. Eyni zamanda "xxxx" MMC fəaliyyətini dayandırdıqdan sonra "xxxx" MMC-nin analoji fəaliyyətə başlaması və hər iki müəssisənin eyni ünvanda, eyni avadanlıqlarla fəaliyyəti və nəhayət hər iki müəssisənin vəzifəli şəxslərinin, baş mühasibin eyni şəxsin olması həmin məlumatların "xxxx" MMC-yə məxsus olmasını təsdiq edir. Müəssisənin vergi orqanın uçotbazasında olan məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən "xxxx" MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş sənəd və məlumatlar, eyni zamanda "xxxx" MMC-də aparılmış operativ vergi nəzarəti tədbiri tədbirləri zamanı elektron informasiya daşıyıcılarında olan məlumatlara baxış keçirilərkən götürülmüş və İddiaçı MMC-nin fəaliyyətinə aid olan məlumatlar (həmin məlumatlar fləşkarta köçürülərək götürülmüşdür) və vergilərin hesablanmasına əsas verən digər sənəd və məlumatlar əsasında müəssisənin istehsal və satış dövriyyələri müəyyən edilmişdir.

74. Belə ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********7472 nömrəli Qərara əsasən İddiaçı MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində götürülmüş sənədlər və müəssisə tərəfindən təqdim edilmiş yoxlamanın əhatə etdiyi dövrün əvvəlinə, yəni xx.xx.2018-ci il tarixə və operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2020-ci il tarixə müəyyən edilən malmaterial qalıqları nəzərə alınmaqla aparılmış hesablamalar zamanı müəssisədə istehsal olunan alkoqollu içkilərin 1233688,95 litr həcmində əksik gəlməsi müəyyən edilmişdir (hesablama cədvəli yoxlama materiallarına əlavə edilir). Müəssisədə alkoqollu içkilərin müxtəlif tutumlu butulkalara qablaşdırıldığı və həmin tutumların satılmış alkoqollu içkilərdə xüsusi çəkisi və satış qiymətləri nəzərə alınmaqla müvafiq hesablamalar aparılmışdır. Həmin hesablamalar nəticəsində yoxlamanın əhatə etdiyi xx.xx.2018xx.xx.2020-ci il dövrü üzrə aksiz vergisinin ümumilikdə 3947804.64 manat azaldılması müəyyən edilmişdir.

75. Eyni zamanda Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********1021 nömrəli Qərara əsasən "xxxx" MMC-də aparılmış operativ vergi nəzarəti tədbirləri zamanı götürülmüş elektron yaddaş daşıyıcıları (fləşkart) məlumatlarına baxış keçirilərkən İddiaçı MMC-yə aid olan məlumatların olduğu müəyyən edilmiş və həmin məlumatların araşdırılması zamanı müəssisə tərəfindən qeyri-rəsmi şəkildə aparılmış kassa əməliyyatları nəticəsində xx.xx.2020xx.xx.2020-ci il dövrü üzrə 653042.60 manat aksiz vergisinin vergi orqanına təqdim edilmiş bəyannamələrdə əks etdirilmədiyi müəyyən edilmişdir. Nəticədə xx.xx.2020xx.xx.2020-ci il dövrü üzrə aksiz vergisinin 653042.60 manat azaldılması müəyyən edildi. Qeyd edilənlər nəzərə alınaraq, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli "xxxx" MMC-də və "xxxx" MMC-də keçirilmiş oprativ vergi nəzarəti tədbirləri zamanı götürülmüş sənədlər və elektron məlumatlar əsasında aparılmış hesablamalar nəticəsində 2020-ci il üzrə aksiz vergisinin ümumilkdə 4600847.24 manat (3947804.64 +653042.60) azldılması müəyyən edilmişdir.

76. Qeyd edilən sənədlər və götürülmüş elektron yaddaş məlumatları əsasında aparılmış hesablamalar nəticəsində 2021-ci ilin yanvar-avqust ayları üzrə aksiz vergisinin ümumilkdə 429464.31 manat azaldılması müəyyən edilmişdir. Nəticədə yoxlamanın əhatə etdiyi dövrdə, yəni xx.xx.2018-xx.xx.2022-ci illər üzrə aksiz vergisinin ümumilkdə 5030311.55 manat (4600847.24+429464.31) azaldılması müəyyən edilmişdir. Yoxlama zamanı Vergi Məcəlləsinin 189.1-ci maddəsinin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Qeyd etmək lazımdır ki, aparılmış hesablamalar zamanı müəssisə tərəfindən alkoqollu içkilərin çeşidi və tutumları üzrə tətbiq etdiyi satış qiymətləri əsas kimi götürülmüşdür.

77. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən aksiz vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 5030311.55 manat azaldılmasına görə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 2515155.78 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

78. Yoxlamanın əhatə etdiyi dövrdə müəssisədə 2020-ci ilin avqust ayı üzrə aparılmış kameral vergi yoxlamasının nəticəsi yoxlama zamanı araşdırılmış və təsdiqlənmişdir.

79. Məhkəmə qərarında qeyd olununr ki, hazırkı iş üzrə isə cavabdeh Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar yoxlama aparsa da, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və yoxlamanın qanuniliyini əsaslandırmamışdır. Nəzərə almaq lazımdır ki, növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqimüəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehin səyyar vergi yoxlamasının aparılması ilə bağlı sənədlərdən də göründüyü kimi cavabdeh vergi orqanı tərəfindən səyyar vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə zidd olaraq təqvim günləri ilə deyil, iş günləri ilə aparılmışdır.

80. Məhkəmə Kollegiyası qeyd edir ki, səyyar vergi yoxlaması **********135200 saylı xx.xx.2021-ci il tarixli xidməti məlumata əsasən təyin edilmişdir. Həmin xidməti məktubda qeyd olunur ki, təhlil zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyənnamələrdə hesablanmış vergi məbləği onların fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun bəyan edilməmişdir. (Cədvəl əlavə olunur).

81. Həmçinin, Qanunvericiliyin təhlili nəticəsində formalaşmış olan hüquqi mövqeyə əsasən vergi orqanı tərəfindən səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyində nəzərdə tutulmuş prosessual müddətlə bağlı heç bir pozuntuya yol verilməmiş, yəni Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbləri pozulmamışdır.

82. Belə ki, vergi qanunvericiliyinin digər sahəvi qanunvericiliklə qarşılıqlı təhlili tam olaraq onu deməyə əsas verir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsində nəzərdə tutulmuş müddətlər, yəni günlərlə ifadə olunmuş prosessual müddətlər məhkəmənin barəsində şikayət olunan qərarında ifadə etməyə çalışdığı təqvim gününü deyil, məhz iş gününü nəzərdə tutur.

83. Məhkəmə Vergi məcəlləsinin 38.2-ci maddəsi ilə həmin məcəllənin 38.4-cü maddəsinin qarşılıqlı təhlilini düzgün aparmamış və hüquq müəyyənedici orqanın qeyd olunan normaları qəbul edərkən günlərlə ifadə olunan müddətlər ilə bağlı həqiqi məqsədlərini düzgün təfsir etməmiş və nəticədə yalnış qənaətə gələrək maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

84. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmçinin Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlamasının iş günündə və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilməsi şərti barəsində yoxlama aparılan vergi ödəyicisinin də iş rejiminin gözlənilməsini tələb edir, 30 günlük müddətin iş günləri ilə hesablanmalı olmasını nəzərdə tutmur.

85. Birinci instansiya məhkəməsi xüsusi olaraq qeyd etmişdir ki, vergi orqanı tərəfindən mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə edilməklə əlavə vergilərin hesablanması yolverilməzdir. Belə ki, qeyd olunan sənədlərin kimə məxsus olması, hansı tarixdə tərtib edilməsi və hansı hesabat dövrünü əhatə etməsi qeyri-müəyyəndir və bu xüsusat həmin sənədlərin vergilərin hesablanması zamanı mənbəyi bəlli olan məlumat qismində istifadə edilməsini istisna edir.Cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməmiş olsun, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmış olsun, (məs.: izahat almaq, operativ vergi nəzarəti imkanlarından istifadə etmək, müəssisənin qarşılıqlı fəaliyyətdə olduğu digər müəssisələrdən əlavə məlumat əldə etmək və s.), başqa sözlə, mötəbər, şübhədən kənar sübutlar təqdim etmiş olsun. Hazırkı iş üzrə isə cavabdeh ümumiyyətlə hər hansı sübut təqdim etməmişdir.

86. Məhkəmə Kollegiyası diqqətə çəkir ki, yuxarda qeyd edildiyi kimi müəssisə tərəfindən rəsmi şəkildə aparılan mühasibat uçotu məlumatlarında bütün bank əməliyyatlarının, bütün işçi kontingentinin və onların vəzifə funksiyalarının, işçilərin ezamiyyətdə olduğu günlərin, müəyyən tarixlərdə istehsal edilmiş malların çeşidlər üzrə üst-üstə düşməsi və digər məlumatların eyni olması həmin məlumatların "xxxx" MMC-yə məxsus olmasını təsdiq edir. Eyni zamanda "xxxx" MMC fəaliyyətini dayandırdıqdan sonra "xxxx" MMCnin analoji fəaliyyətə başlaması və hər iki müəssisənin eyni ünvanda, eyni avadanlıqlarla fəaliyyəti və nəhayət hər iki müəssisənin vəzifəli şəxslərinin, baş mühasibin eyni şəxsin olması həmin məlumatların "xxxx" MMCyə məxsus olmasını təsdiq edir.

87. Həmçinin birinci instansiya məhkəməsinin qərarının müvafiq dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10-cu maddəsinin 2.1.11-ci maddəsi ilə qarşılıqlı təhlili nəticəsində formalaşmış hüquqi mövqeyə əsasən nəzarət tədbirləri zamanı qanuni yolla əldə edilmiş elektron fayllar ilkin uçot sənədi hesab edilir.

88. “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10-cu maddəsinə əsasən mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir.

89. Həmin qanunun 2.1.11-ci maddəsinə əsasən ilkin uçot sənədləri–maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir.

90. Sözügedən qanunda qeyd olunduğu kimi elektron daşıyıcılarda olan təsdiqedici məlumatlar da ilkin uçot sənədi hesab edilmişdir.

91. Belə ki, yuxarıda qeyd olunan maddi hüquq normalarının təhlilindən görünür ki, elektron fayllar da “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10-cu və 2.1.11-c maddələrinin təsirinin altına düşməklə ilkin uçot sənədi hesab edilmişdir.

92. Məhkəmə Kollegiyası qeyd edir ki, məhkəməyə təqdim edilmiş sübutlar və şəxsi hesab vərəqəsi üzrə 2019-cu ildə vergi ödəyicisinin 512.185,52 manat vergi borcunun olması və iddiaçının Mülki Məcəllədə nəzərdə tutulmuş növbəlilik pozulmaqla məxaric əməliyyatlarının aparılması, eyni zamanda “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü və 3.4.4-cü maddələrinin tələblərinin pozulması halları təsdiq olunmuş, lakin məhkəmə tərəfindən təqdim edilmiş sübut nəzərə alınmamışdır.

93. Daha sonra məhkəmə Kollegiyası bildirir ki, məhkəmə qərarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyul 2023-cü il tarixli 9/4448 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyini əsas sübut kimi qəbul etmişdir.

94. Məhkəmə Kollegiyası qeyd edir ki, həmin iş üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyul 2023-cü il tarixli 9/4448 saylı ekspert rəyinin nəticə hissəsində "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********167603 saylı Qərarla hesablanmış Mənfəət vergisinin, ƏDV-nin və Aksiz vergisinin hesablanmasının düzgünlüyünün müəyyən olunmadığı, tədqiqatla yoxlamanın əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 1017,86 manat məbləğində ödəmə mənbəyində tutulan verginin və 0,13 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin az hesablanması qeyd olunmuşdur.

95. Həmçinin, məhkəmə Kollegiyası bildirir ki, səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 104-cü, 108-ci, 134-cü, 135-ci və 136-cı maddələrinin tələblərinə müvafiq olaraq vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş idarəsi tərəfindən "xxxx" MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş sənəd və məlumatlar, eyni zamanda "xxxx" MMC-də (VÖEN **********) aparılmış operativ vergi nəzarəti tədbirləri zamanı elektron informasiya daşıyıcılarında olan məlumatlara baxış keçirilərkən götürülmüş və İddiaçı MMC-nin fəaliyyətinə aid olan məlumatlar və vergilərin hesablanmasına əsas verən digər sənəd və məlumatlar əsasında müəssisənin istehsal və satış dövriyyələri müəyyən edilmişdir. Belə ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********7472 nömrəli Qərara əsasən "xxxx" MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində götürülmüş sənədlər və müəssisə tərəfindən təqdim edilmiş yoxlamanın əhatə etdiyi dövrün əvvəlinə, yəni xx.xx.2018-ci il tarixə və operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2020-ci il tarixə müəyyən edilən mal-material qalıqları nəzərə alınmaqla aparılmış hesablamalar nəticəsində müəssisədə istehsal olunan alkoqollu içkilərin 1233688,95 litr həcmində əksik gəlməsi müəyyən edilmişdir. Müəssisədə alkoqollu içkilərin müxtəlif tutumlu butulkalara qablaşdırıldğı və həmin tutumların satılmış alkoqollu içkilərdə xüsusi çəkisi və satış qiymətləri nəzərə alınmaqla müvafiq hesablamalar aparılmışdır. Aparılmış hesablamalar nəticəsində yoxlamanın əhatə etdiyi xx.xx.2018-xx.xx.2020-ci il dövrü (hissəsi) üzrə əlavə dəyər vergisinə cəlb edilməli dövriyyənin ümumilikdə 5675949.35 manat azaldılması müəyyən edilmişdir.

96. Eyni zamanda Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2022- ci il tarixli **********1021 nömrəli Qərara əsasən "xxxx" MMC-də (VÖEN **********) aparılmış operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş elektron informasiya daşıyıcıları (fləşkart) məlumatlarına baxış keçirilərkən İddiaçı MMC-yə aid olan məlumatların olduğu müəyyən edilmiş və həmin məlumatların araşdırılması zamanı müəssisə tərəfindən qeyri-rəsmi şəkildə aparılmış kassa əməliyyatları nəticəsində satışdan əldə edilmiş əlavə dəyər vergisinə cəlb edilən 2248309.75 manat dövriyyənin (o cümlədən 2020-ci ilin xx.xx.2020- xx.xx.2020-ci il dövrü üzrə 1374097.06 manat) vergi orqanına təqdim edilmiş bəyannamələrdə əks etdirilmədiyi müəyyən edilmişdir. Nəticədə 2020-ci ilin yekunu üzrə ƏDV-yə cəlb edilən dövriyyənİn 7050046.29 manat (o cümlədən 4600847.24 manat aksiz vergisi), gəlirin isə 2449199.05 manat (70500xx.xx-4600847.24) azaldılması müəyyən edilmişdir. 2020-ci il üzrə müəssisənin ümumi gəlirinin 3303526.79 manat (vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə göstərilmiş 854327.73 manat ümumi gəlir nəzərə alınmaqla) təşkil etdiyi müəyyən olunmuşdur.

97. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın mübahisələndirilən hissədə ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.

98. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6532/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı qisməniddianın təmin olunmuş hissəsində ləğv edilməli və həmin hissədə iddiaçının iddia tələbi rədd olunmalıdır.

99. Həmçinin, Azərbaycan Respublikası İPM-nin 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

100. Odur ki, Ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat məbləğində prosessual xərc iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X1 Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir.

101. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6532/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı qismən-iddianın təmin olunmuş hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd olunsun. Ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat məbləğində prosessual xərc iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X1 Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar