Məhkəmə qərarları › İş №2-1(103)-1556/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1556/2021

24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1556/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı “xxxx” MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “gömrük rəsmiləşdirilməsinin aparılması tələbinə dair” inzibati iş üzrə iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5086/2021 saylı 08.04.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” MMC cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25 sentyabr 2020-ci il tarixli, 705/2020-07 saylı İnvoys əsasında “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş 840 litr “Valaqro Viva” adlı (məhsulun İnvoysdakı kodu **********0111) malın ƏDV-yə cəlb edilmədən gömrük rəsmiləşdirilməsinin aparılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, eyni zamanda, ərizə ilə məhkəməyə müraciət edərək “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş “Valaqro Viva” və digər adlı (məhsulun İnvoysdakı kodu **********0111) malların ƏDV-yə cəlb edilmədən gömrük rəsmiləşdirilməsinin aparılmasının Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsi ilə bağlı məhkəmənin qəbul edəcəyi qərardan asılı olmayaraq, iddiaçının anbarında saxlanılmış “Valaqro Viva” və digər adlı malların mövsümü dövrü nəzərə alaraq realizə olunmasına icazə verilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İtalyanın “Valaqro SRA”-dan kənd təsərrüfatı bitkiləri üçün nəzərdə tutulan aqrokimyəvi maddə (Viva, Valaqro EDTA Cu) alaraq Azərbaycan Respublikasına idxal etmişdir. 25 sentyabr 2020-ci il tarixdə **********9740 nömrəli gömrük bəyannaməsində bəyan edilmiş Viva, Valaqro EDTA Cu preparatları cavabdeh tərəfindən laboratoriyaya verilmiş laborotoriya tərəfindən həyata keçirilən ekspertiza zamanı aparılan sınaq zamanı aqrokimyəvi maddələr mineral gübrə qanunla mineral gübrə olduğu halda üzvi-mineral gübrə kimi qeydə alınmış və vergiyə (ƏDV) cəlb edilməsi göstərilmişdir. Ekspert İdarəsinin həmin mallarla bağlı qəbul etdiyi rəyə istinad edərək cavabdeh həmin mallara görə MMC-ni vergiyə cəlb edir. Bu səbəbdən həmin malların satışı mümkün olmamışdır. Halbuki, mallar respublikaya daxil olduqdan sonra dərhal kənd təsərrüfatı sahəsində çalışan alıcılara satılır. “Valaqro Viva” və digər adlı mallar mövsümü xarakter daşıyır. Onun istifadəsi aprel-may aylarında kənd təsərrüfatı sahəsində çalışan fiziki və ya hüquqi şəxslər tərəfindən istifadə olunur. Bu müddət ərzində əgər bu məhsullar istifadə olunmasa onun növbəti ildə istifadə olunması qeyri-mümkün olacaqdır. Belə ki, hər bir alıcı mövsüm başlananda yeni mallar almaqla MMC-yə müraciət edirlər, keçən dövrdən qalan malları isə almaq istəmirlər. Bu baxımdan həmin malların realizə olunması aprel ayının 15-ə kimi başa çatmalıdır. Əks halda, həmin malların sonradan satışı mümkün olmayacaqdır. Belə ki, həmin mal sonradan MMC-nin anbarında qalaraq keyfiyyətini itirəcək və bu malların satılması mümkün olmayacaqdır. Bununla MMC-yə maddi ziyan dəyəcəkdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5086/2021 saylı 08.04.2021-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmişdir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək ləğv edilməsini və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla onunla əsaslandırılmışdır: “...Qərardad əsassız və qanunsuzdur. İPM-in 40.1-ci rəhbər tutaraq və iddiaçının hüquqlarının qorunması məqsədilə, iddiaçı idxal olunmuş “Valaqro Viva” və digər adlı (məhsulun İnvoysdakı kodu **********0111) malların ƏDV-yə cəlb edilmədən gömrük rəsmiləşdirilməsinin aparılmasının Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsi ilə bağlı məhkəmənin qəbul edəcəyi qərardan asılı olmayaraq, iddiaçının anbarında saxlanılmış “Valaqro Viva” və digər adlı malların mövsümü dövrü nəzərə alaraq, realizə olunmasına icazə verilməsi ilə bağlı qərar qəbul edilməsinə dair ərizə ilə 29 mart 2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilmədən, tərəfləri dinləmədən tərəflərin çəkişmə, hüquqi bərabərliyi prinsiplərinə əməl olunmadan ərizə rədd edilmişdir. Qərardadda göstərir ki, - müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi barədə qərardad işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməsi halında və ya iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qəbul edə bilər. Hazırki ərizə üzrə müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbulu üçün ilkin məhkəmə araşdırması zamanı iddianın uğurluluq ehtimalı aydın olmadığından müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilməməlidir. Məhkəmənin bu nəticəyə gəlməsini İPM-in 80.2-ci maddəsinin tələblərinə zidd olaaq əsaslandırmamış və qiymətləndirməmişdir. “xxxx” MMC malı xarici ölkədən alır və həmin mallar respublikaya daxil olduqdan sonra dərhal kənd təsərrüfatı sahəsində çalışan alıcılara satılır. “Valaqro Viva” və digər adlı mallar mövsümü xarakter daşıyır. Onların istifadəsi aprel-may aylarında kənd təsərrüfatı sahəsində çalışan fiziki və ya hüquqi şəxslər tərəfindən istifadə olunur. Bu müddət ərzində əgər bu məhsullar istifadə olunmasa onun növbəti ildə istifadə olunması qeyrimümkün olacaqdır. Belə ki, hər bir alıcı mövsüm başlananda yeni mallar almaqla, MMC-yə müraciət edirlər, keçən dövrdən qalan malları isə almaq istəmirlər. Bu baxımdan MMC-nin respublikaya gətirdiyi “Valaqro Viva” və digər adlı malların realiza olunması aprel-may aylarında başa çatmalıdır. Əks halda həmin malların sonradan satışı mümkün olmayacaqdır. Belə ki, həmin mal sonradan MMC-nin anbarında qalaraq keyfiyyətini itirəcək və bu malların satılması mümkün olmayaraqdır. Bununla MMC-yə maddi ziyan dəyəcəkdir. Bu səbəbdən iddiaçı malları aprel ayında realizə etməlidir. Bu baxımdan, idxal olunmuş “Valaqro Viva” və digər adlı(məhsulun İnvoysdakı kodu **********0111) malların ƏDV-yə cəlb edilmədən gömrük rəsmiləşdirilməsinin aparılmasının Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsi ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarından aslı olmayaraq, iddiaçının anbarında saxlanılmış “Valaqro Viva” və digər adlı malların mövsümü dövrü nəzərə alaraq, realizə olunmasına icazə verilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Y.Hüseynov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (sələhiyətli nümayəndəsi) gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 40.1-ci malddəsinə əsasən maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. İddiaçının iddia ərizəsindən göründüyü kimi, xaricdən idxal etdiyi 840 litr “Valaqro Viva” adlı malların, ƏDV-yə cəlb edilmədən, gömrük rəsmiləşdirilməsinin aparılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini tələb edir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi gələcəkdə iddiaçının xeyrinə məhkəmə qərarı qəbul olunacağı təqdirdə, həmin qərarın icrasında yarana biləcək çətinlikləri aradan qaldırsın. Lakin konkret halda, iddiaçının ərizəsində tətbiq edilməsini xahiş etdiyi müvəqqəti xarkterli müdafiə tədbirindən göründüyü kimi, onun anbarında saxlanılmış həmin malların realizə olunmasına icazə verilməsi barədə tədbirin görülməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Göründüyü kimi, iddiaçı idxal etdiyi malların gömrük rəsmiləşdirilməsini həyata keçirmədən, onların realizə, yəni, satışına icazə verilməsi barədə müvəqqəti tədbir görülməsi barədə ərizəsi məhkəmə tərəfindən təmin ediləcəyi təqdirdə, faktiki olaraq iddia tələbində arzuladığı məqsədinə nail olmuş olur. İddiaçının ərizəsində həmin tədbirin görülməsi zəruriliyini, ƏDV ödənilmədən gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi barədə onun xeyrinə məhkəmə qərarı qəbul olunarsa həmin qərarın icrasında yarana biləcək çətinliyin aradan qaldırılması ilə deyil, həmin malların realizə edilmədiyi təqdirdə ona maddi ziyan dəyəcəyi ilə əsaslandırmışdır. Halbuki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 14 mart 2018-ci il tarixli Qərarında da məhz Plenum qeyd etmişdir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2) bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. İddiaçının görülməsini tələb etdiyi tədbir isə Konstitusiya Məhkəməsinin Plenumunun qərarında təsbit olunan meyarlara cavab vermir. Yəni, həmin tədbir – heç də gələcəkdə iddiaçının xeyrinə qəbul edilə biləcək məhkəmə qərarının icrasını təmin etmir və ya onun icrasını çətinləşdirən halın qarşısını almır. İddiaçının xeyrinə qətnamə qəbul olunacağı təqdirdə, inzibati icraat və icra haqqında qanunvericiliyinin tələbləri qaydasında həmin qərarın icrasının təmin olunmasında heç bir əngəllik və onun icrasını çətinləşdirən halın mövcudluğu görünmür. Digər tərəfdən, konkret halda, İPM-in 41.2-ci maddəsinin tələbi baxımından iddianın uğurluluq ehtimalı aydın olmadığı və mahiyyəti üzrə ziddiyyətli məqamların araşıdırlması zərurətinin mövcudluğu, eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyasının 73cü maddəsinin İ hissəsinin tələbi baxımından, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərininin ödənilməsi, hər kəs kimi, iddiaçının da Əsas Qanundan irəli gələn vəzifəsi olduğunu nəzərə alsaq, onun hazırkı ərizəsinin təmin edilməsi və mübahisəli malların realizə olunmasına icazə verilməsi mükünlüyü istisna olunur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından da göründüyü kimi, qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə iddiaçının ərizəsini rədd etmişdir. Beləliklə də yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası birinci instanysia məhkəməsinin qərardadı ilə iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin rədd edilməsini mahiyyət etibarı ilə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də onun apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu, hüquqlarını pozduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5086/2021 saylı 08.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5086/2021 saylı 08.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar