Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1556/2023 28.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və X2 ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan və ölçünün tərtib edilməsi, torpaq sahəsinə icarə hüququnun qeydə alınması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2-1(112)-158/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 1,5 ha torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və icarə hüququnun qeydiyyata alınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin 552 saylı, xx.xx.2011-ci il tarixli “Zirə qəsəbəsində vətəndaş İddiaçı torpaq sahəsinin icarəyə verilməsi və orada müvafiq tikililərin aparılmasına icazə verilməsi barədə” sərəncamına əsasən Bakı şəhəri Zirə qəsəbəsi ərazisində yerləşən istifadəsiz, antisanitariya vəziyyətində olmuş 1,5 ha torpaq sahəsi təmiz sahəyə çevirərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, orada müvafiq tikililərin aparılması məqsədi ilə istifadə etmək üçün İddiaçı icarəyə verilmişdir. Sonradan həmin torpaq sahəsi ilə bağlı iddiaçı ilə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti arasında 11 noyabr 2011-ci il tarixli icarə müqaviləsi imzalanmışdır. Hal-hazırda da həmin qeyd olunan torpaq sahəsi iddiaçının icarəsində və istifadəsindədir. Həmin istifadəsiz və antisanitariya vəziyyətində olan torpaq sahəsində təmizlik işlərinin görülməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün iddiaçı həmin torpaq sahəsinin qanunvericiliyin və Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin sözügedən sərəncamının tələblərinə uyğun olaraq hasara alınması və yardımçı tikililərin aparılması məqsədilə mal-material alıb oraya aparmışdır. Bunun üçün iddiaçı külli miqdarda vəsait qoymuşdur. Qeyd olunan torpaq sahəsini hasara almaq istədikdə Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin əməkdaşları torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və icarə hüququnun qeydiyyata alınmasının şərt olduğunu bildirmişlər. Bundan sonra, iddiaçı cavabdeh orqana müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 1,5 ha torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və icarə hüququnun qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cıı il tarixli məktubla müraciətinin təmin olunmasından imtina olunmuşdur. İmtinanın əsası kimi həmin ünvanda yerləşən 1,5 ha torpaq sahəsinin 5508.0 kv.m hissəsinin naməlum şəxs tərəfindən mişar daşı ilə hasarlanması və torpaq sahəsinin Xəzər dənizindən 50.0 metr məsafədə yerləşməsi qeyd olunmuşdur. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, iddia edilən torpaq sahəsinin 5508.0 kv.m hissəsi digər şəxs tərəfindən mişar daşı ilə hasarlanmışdır. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş Əzizbəyov rayon İcra Hakimiyyətinin 552 saylı, xx.xx.2011-ci il tarixli sərəncamı ilə torpaq sahəsinin vətəndaşa icarəyə verilməsi nəzərdə tutulsa da, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyəti haqqında” Əsasnamənin 28-ci maddəsinə görə icra hakimiyyəti başçısının müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək, müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqların istifadə edilməsini planlaşdırmaq, müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təşkil etmək kimi səlahiyyətləri vardır. Cavabdeh orqan daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən cavabdeh dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2049/2020 saylı qərarı ilə (hakim F.Mədətli) iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 552 saylı, 11 noyabr 2011-ci il tarixli sərəncamı və 11 noyabr 2011ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı icarəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerəşən 1,5 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsinin vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manatın İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-819/2021 saylı, xx.xx.2021-ci il tarixli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Namiq Cəfərov və Vidadi Məmmədov) qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2049/2020 nömrəli qərarının ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerəşən 1,5 ha torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və icarə hüququnun qeydiyyata alınmasının cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin həmin qərardadının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1499/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-819/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2-1(112)-158/2022 saylı qərarı ilə (hakim P.Hüseynov) iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 552 saylı, 11 noyabr 2011-ci il tarixli sərəncamı və 11 noyabr 2011ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı icarəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerəşən 1.5 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsinin vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manatın İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə oxşar məzmunda tərtib edilmiş, əlavə olaraq göstərilmişdir ki, iddia edilən torpaq sahəsinin yerləşmə cizgisində dəqiq koordinatlar, istinad məlumatları və məsafələr göstərilməyib. Bundan başqa, müvafiq torpaq sahəsi Xəzər dənizinin 50,0 metr məsafəsində sahil ərazisində yerləşir. Həmçinin, vətəndaş tərəfindən təqdim edilmiş Əzizbəyov rayon İcra Hakimiyyətinin 552 saylı, xx.xx.2011-ci il tarixli sərəncamı ilə torpaq sahəsinin vətəndaşa icarəyə verilməsi nəzərdə tutulmudur. Belə ki, Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə Fərmanda Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsində göstərilən digər dövlət torpaqlarının istifadəyə və icarəyə verilməsi səlahiyyəti rayon (şəhər) icra hakimiyyəti orqanlarına aid edilir, şəhər tabeliyində olan rayon icra hakimiyyəti orqanlarına şamil edilmir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 1.5 ha torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və icarə hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən həmin ünvanda yerləşən 1.5 ha torpaq sahəsinin 5508.0 kv.m hissəsinin naməlum şəxs tərəfindən mişar daşı ilə hasarlanması və torpaq sahəsinin Xəzər dənizindən 50.0 metr məsafədə yerləşməsinə istinad edilməklə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra, o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 552 saylı, xx.xx.2011-ci il tarixli sərəncamı verilərkən qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli, 138 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 28-ci maddəsinə əsasən müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək, torpaq kadastrının aparılmasını təşkil etmək və müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqların istifadə edilməsini planlaşdırmaq icra hakimiyyəti başçısının səlahiyyətinə aid olmasına, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2083 nömrəli ekspert rəyinə və iş materiallarında olan digər sənədlərə istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 552 saylı “Zirə qəsəbəsində vətəndaş İddiaçı torpaq sahəsinin icarəyə verilməsi və orada müvafiq tikililərin aparılmasına icazə verilməsi barədə” sərəncamına əsasən İddiaçı Zirə qəsəbəsində istifadəsiz qalmış və antisanitariya vəziyyətində olan 1,5 ha torpaq sahəsinin abadlaşdırılaraq sahibkarlıqla məşğul olmaq məqsədilə istifadə etmək üçün icarəyə verilməsi, həmçinin orada müvafiq tikililərin aparılmasına icazə verilməsi qərara alınmışdır. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli icarə müqaviləsinə əsasən İcarəyəverən Xəzər rayon İcra Hakimiyyəti Xəzər rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 552 saylı sərəncamı əsasında Zirə qəsəbəsində yerləşən istifadəsiz 1,5 ha boş sahəni İcarəçi İddiaçı təmiz sahəyə çevrilərək orada sahibkarlıqla məşğul olmaq məqsədilə istifadə etmək üçün xx.xx.2110-ci il tarixinədək icarəyə vermişdir. İddiaçı qeyd olunan torpaq sahəsinin plan, ölçünün tərtib edilməsi və ona dair icarə hüququnun qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etsə də, müraciətin təmin edilməsindən imtina edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********32 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunur: Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 1.5 ha torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və icarə hüququnun qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2019-cu il tarixli ərizəyə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, sözügedən ünvanda yerləşən 1.5 ha torpaq sahəsinin 5508.0 kv.m hissəsi naməlum şəxs tərəfindən mişar daşı ilə hasarlanıb və torpaq sahəsi Xəzər dənizindən 50.0 metr məsafədə yerləşir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu zolağının 20-50 metrlik zolağının altında olan dövlətin mülkiyyətində olan torpaqlardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.6-cı maddəsinə əsasən dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. İşin materiallarında olan sxemdən görünür ki, Zirə qəsəbəsində Xəzər rayon İcra Hakimiyyətinin 552 saylı, xx.xx.2011 tarixli sərəncamı ilə vətəndaş İddiaçı icarəyə verilmiş torpaq sahəsinin sxemi və xəritədən çıxarışı Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Rayon təsərrüfatı şöbəsinin memarı tərəfindən təsdiq edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 552 saylı “Zirə qəsəbəsində vətəndaş İddiaçı torpaq sahəsinin icarəyə verilməsi və orada müvafiq tikililərin aparılmasına icazə verilməsi barədə” sərəncamının surətindən görünür ki, vətəndaş İddiaçı ərizə ilə RİH-ə müraciət edərək, Zirə qəsəbəsində istifadəsiz qalmış və antisanitariya vəziyyətində olan 1,5 ha torpaq sahəsinin abadlaşdırılaraq orada sahibkarlıqla məşğul olmaq məqsədilə istifadə etmək üçün icarəyə verilməsini, həmçinin orada müvafiq tikililərin aparılmasına icazə verilməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq, «Yerli İcra Hakimiyyəti haqqında» əsasnamənin 28 və 32-ci, «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddələrinin azad sahibkarlığın inkişafına köməklik göstərmək və vətəndaş İddiaçı müraciətini nəzərə alaraq vətəndaş İddiaçı Zirə qəsəbəsində istifadəsiz qalmış və antisanitariya vəziyyətində olan 1,5 ha torpaq sahəsinin abadlaşdırılaraq sahibkarlıqla məşğul olmaq məqsədilə istifadə etmək üçün icarəyə verilməsi, həmçinin orada müvafiq tikililərin aparılmasına icazə verilməsi, Rayon İH Başçısı Aparatının «Rayon Təsərrüfatı» şöbəsinə vətəndaş İddiaçı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarə müqaviləsinin bağlanmasını təmin etməsinin tapşırılması qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, İcarəyəverən Xəzər rayon İcra Hakimiyyəti Xəzər rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 552 saylı sərəncamı əsasında Zirə qəsəbəsində yerləşən istifadəsiz 1,5 ha boş sahəni icarəçi İddiaçı təmiz sahəyə çevrilərək orada sahibkarlıqla məşğul olmaq məqsədilə istifadə etmək üçün icarəyə verir. Müqavilə xx.xx.2110-ci il tarixinədək müddətə bağlanır. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Xəzər RİH-nin arxiv fondu üzrə xx.xx.2011-ci il tarixli, 552 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncama cizgi sənədi əlavə edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: İdarənin arxiv və elektron bazasında qeyd olunan 1,5 ha torpaq sahəsi ilə bağlı hər hansı bir xəritə məlumatları aşkar edilməmişdir. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, keçmiş X1 və İstismarı Birliyi tərəfindən vaxtilə əyani şəkildə (koordinatlarla və coğrafi istinad məlumatları olmadan) tərtib edilməklə yardımçı vasitə kimi istifadə etdiyi bağların bölgüsünə dair sxematik xəritələr istisna olmaqla digər təyinatlı (uqodiyalı) torpaq sahələrinin sxematik xəritə məlumatları “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsində saxlanılmır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zığ qəsəbəsində yerləşən 1.5 ha torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və icarə hüququnun qeydiyyata alınması ilə bağlı müraciətinə qoşma olaraq əlavə etdiyi sənəd surətlərinin təqdim edilməsi ilə bağlı müraciətinə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, vətəndaş İddiaçı xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə əlavə etdiyi sənədlər xx.xx.2019-cu il tarixli, **********32 qeydiyyat nömrəli məktubla birlikdə vətəndaşa qaytarılmışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilir: İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin koordinatları müəyyən edilməklə ölçülmüşdür. Araşdırma naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılmış və sxemlər hazırlanmışdır (sxemlər əlavə edilmişdir). İddiaçı iddia etdiyi və nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş sahilboyu mühafizə zolağına (0-50 metr) düşmür, Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu zolağından 20 metr (hal-hazırda quru hissədə məsafə 51.32 metrdir) məsafədə yerləşir. İddiaçı iddia etdiyi və nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara aid deyil. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilir: Bakı şəhəri, Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 552 saylı, 11 noyabr 2011-ci il tarixli sərəncamına əsasən Zirə qəsəbəsində İddiaçı icarəsinə verilmiş 1.5 ha torpaq sahəsinin koordinatları şərti olaraq təyin edilib. Belə ki, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş cizgidə dəqiq koordinatlar, istinad məlumatları və məsafələri göstərilməyib. Şərti göstərilmiş torpaq sahəsi Xəzər dənizindən 50 metr aralı məsafədə yerləşir. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsinin sahilboyu mühafizə zonasına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2016-cı ildə təsdiq edilmiş Qaydalarla 0-50 metr ölçüdə götürülüb. Torpaq sahəsi dövlət mülkiyyəti olmaqla sahil ərazisidir. Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş cizgidə dəqiq koordinatlar, istinad məlumatları və məsafələri göstərilməyib. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2083 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin baş mühəndisi Ramiz Babayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının 552 saylı, 11 noyabr 2011-ci il tarixli sərəncamına əsasən Zirə qəsəbəsində İddiaçı icarəsinə verilmiş 1.5 ha torpaq sahəsinin koordinatları şərti olaraq təyin edilib. Belə ki, Xəzər rayon İcra Hakimiyyəti tərəfindən verilmiş cizgidə dəqiq koordinatlar, istinad məlumatları və məsafələri göstərilməyib. Şərti göstərilmiş torpaq sahəsi Xəzər dənizindən 50 metr aralı məsafədə yerləşir. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsinin sahilboyu mühafizə zonasına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2016-cı ildə təsdiq edilmiş Qaydalarla 0-50 metr ölçüdə götürülüb. Torpaq sahəsi dövlət mülkiyyəti olmaqla sahil ərazisidir. Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş cizgidə dəqiq koordinatlar, istinad məlumatları və məsafələri göstərilməyib. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin koordinatları müəyyən edilməklə ölçülmüş, araşdırma naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılmış və sxemlər hazırlanmışdır, həmin torpaq sahəsi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş sahilboyu mühafizə zolağına (0-50 metr) düşmür, Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu zolağından 20 metr (hal-hazırda quru hissədə məsafə 51.32 metrdir) məsafədə yerləşir, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2016cı il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara aid deyil. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, həmin torpaq sahəsi Xəzər dənizindən 50 metr aralı məsafədə yerləşir, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsinin sahilboyu mühafizə zonasına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2016-cı ildə təsdiq edilmiş Qaydalarla 0-50 metr ölçüdə götürülüb, torpaq sahəsi dövlət mülkiyyəti olmaqla sahil ərazisidir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. Həmin Qanunun 12-ci maddəsinə əsasən torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: -51-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. -51-ci maddəsinin 3-cü hissəsinə əsasən icarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. -51-ci maddəsinin 4-cü hissəsinə əsasən icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. -65-ci maddəsinin 2-ci hissəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. -65-ci maddəsinin 5-ci hissəsinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. -65-ci maddəsinin 6-cı hissəsinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. -65-ci maddəsinin 8-ci hissəsinə əsasən torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. -66-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. -66-cı maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli, 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamə üzrə müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək; müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 552 saylı, xx.xx.2011-ci il tarixli sərəncamı verilərkən qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli, 138 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 28-ci maddəsinə əsasən müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək, torpaq kadastrının aparılmasını təşkil etmək və müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqların istifadə edilməsini planlaşdırmaq icra hakimiyyəti başçısının səlahiyyətinə aid olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 19.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bildirir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən mübahisəli torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair sübutlar nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya qaydasında işə baxan məhkəməyə təqdim olunmamışdır. Cavabdeh tərəfindən sərəncamın və müqavilənin həqiqətəuyğun olmadığı sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsinin düzgün olaraq qeyd etdiyi kimi həmin sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Bundan əlavə, mübahisəli torpaq sahəsi Xəzər dənizinin sahilboyu mühafizə zonasında yerləşmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2-1(112)-158/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Vüsalə Baxışova Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2-1(103)-1556/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1556/2023
28.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver