Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1557/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışın qanunauyğunluğunun yoxlanılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11639/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçılar İddiaçı1 və qeyriləri cavabdehlər Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (həmin dövrdəki adı) tərəfindən X1 adına verilmiş xx.xx.2013-cü il tarixli seriya RX, ******* saylı Çıxarışın qanunauyğunluğunu yoxlayaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan, iddiaçılar tələbini cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı dəqiqləşdirərək X2 adına verilmiş 2-1(112)- 11639/2022 saylı xx.xx.2022-ci saylı çıxarışın verilməsinə səbəb olan hüquqverici bələdiyyə sənədləri ilə İddiaçı3 və Yavər Süleymanovun adına verilmiş hüquqverici bələdiyyə sənədlərini tutuşdurmaqla, həmin çıxarışın qanunauyğunluğunu yoxlayaraq müvafiq qərar qəbul edilməsi”ni tələb etmişlər. İddianın əsaslarına görə iddiaçılardan İddiaçı3 əlində Binəqədi səhər Bələdiyyəsinin 2005-ci il tarixdə verilmiş qanuni sənədləri olduğu halda, 2013-cü il tarixdə İddiaçı3 aid əraziyə ƏMDK tərəfindən Arif Baxşıyevin adına torpaq sahəsinə dair çıxarış verilmisdir.Yavər Süleymanov iddiaçı olmasa da, İddiaçı3 məxsus torpağa Yavər Süleymanovun da yanası torpağını birləsdirərək. Arif Baxşıyevə çıxarış verildiyindən İddiaçı3 çıxarışın qanunauyğunluğunu aydınlaşdırmaq ücün mübahisələndirir. İddiaçı1 və İddiaçı2 isə İddiaçı3 birlikdə həmin torpaq sahəsini Cavabdeh2 adlı səxsə sataraq, ondan pul almıslar. İndi Cavabdeh2 ortada başqa adamın adına çıxarışı görüncə, ödədivi pulu hər üc iddiaçıdan geri tələb edir. İddiacılar isə tam qənaətlidir ki, çıxarıs saxtadır.İddiaçı3 və Yavər Süleymanovun adlarına olan bitişik sahənin sənədləri qaydasındadır. Bu səbəbdən də çıxarıs inzibati akt olduğundan və İddiaçı3 öz sənədlərini yeganə düzgün hesab etdiyindən digər iki iddiaçı isə məlum torpaq sahəsinin satışında maraqlı şəxslər olduqlarından, əgər çıxarış qanunauyğun olarsa,Cavabdeh2 pullarını geri qaytarmağa məcbur ola biləcəklərindən inzibati məhkəməyə üz tutmuşlar. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11639/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya mümkündür. Şikayət aşağıdakılarla əsaslandırmışdır: “xx.xx.2022-ci il isi icraata götürən hakim iddiaçılara İPM-in 13-cü maddəsini rəhbər tutmaqla, bir sıra formal xətaların aradan qaldırılması aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi ücün xx.xx.2022-ci tarixədək iddiaçılara vaxt vermis, lakin bu məktubda inzibati orqanın əvəz edulməsi barədə onlara tələb qovmamış, bu səbəbdən də onlar xx.xx.2022-ci il tarixdə tələb hissəsini və iddia ərizəsinin bir sıra detallarını dəqiqləsdirərək.venidən məhkəməyə rəsmi səkildə təqdim etmislər. Çünki hesab edirlər ki, adı keçən çıxarışın qanunauyğunluğunu yoxlamaq tələbi də İPM-in aidiyyatı maddələrinin tələblərinə uyğundur. Sadəcə ixtilaf yaranmasın deyə onlar dəqiqləşdirmə apararaq, iddia ərizəsini rəsmən təqdim etdilər. Lakin hakim dəqiqləsdirməni də qəbul etmədi, xahiş hissəsini belə yazmışlar: ” Azərbaycan Respublikası ƏMDK (həmin dövrdəki adı) tərəfindən Arif ASahüsevnovic Baxşıyevin adına verilmiş xx.xx.2013-cü il tarixli.seriva RX.0295311 savlı çıxarışın verilməsinə səbəb olan hüquqverici bələdiyyə sənədləri ilə.İddiaçı3 və Yavər Süleymanovun adlarına verilmiş hüquqverici bələdiyyə sənədlərini tutuşdurmaqla, həmin çıxarışın qanunauyğunluğunu yoxlayaraq müvafiq qərar qəbul edəsiniz.” Əgər hakim, tələbin avdın olmadığına irad tuturdusa, daha hansı dəqiqləşmə ola bilər? Hakim, cavabdehin əvəz olunmasını xx.xx.2022-cu il tarixdə bizə göndərdiyi məktubda bildirməmis, lakin özünün yazdığına görə almadıqları sonrakı məktubunda bunu tələb etmisdir. Onlar isə hakimin şifahi dediklərinə əsasən, ikinci dəfə göndərilən məktubu əldə etməsələr də sonra cavabdehi dəyisdirərək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxslə əvəz etməklə, xx.xx.2022-ci il tarixdə rəsmən məhkəməyə təqdim etmişlər. Lakin əvəz etməsəydilər də hakim irəli sürülmüş tələblər üzrə işə baxmalı idi. Ən azından ona görə ki, bu inzibati orqanlar bir-birinə tabedirlər. Lakin inzibati orqanın, yəni Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin, mütləq 1 savlı Bakı ərazi İdarəsi ilə əvəz edilməsi tələbi barədə məlumatsızdılar. Bütün bunlar göstərir ki, AR İPM-in 35.1-ci maddəsinə isnad edən, yəni iddianın mümkün savılmaması qənaətinə gələn hakimin qərardadı yanlısdır. Bu halda, inzibati orqanın etdiyi yanlıs hərəkət İddiaçı3 və Yavər Süleymanovun məlum bələdiyyədən əldə etdikləri və bələdiyyənin də təsdiq etdivi məlum torpaq sahələrinə dair hüquqverici sənədlər ortada olduğu, eləcə də, onların qeyri-qanuni olmalarını ola bilmələrini.valnız, inzibati məhkəmə məlum çıxarışın alt sənədləri ilə üzləsdurməklə müəvvənlısdirməli və qərar verməli olduğu halda, iddianı mümkün sayılmamışdır.” Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 mübahisəli torpaq sahəsinin mülkiyyətçisi İddiaçı3 şəriki olduğunu, İddiaçı2 isə arada vasitəçilik (“makler”) etdiyini qeyd edərək, məqsədlərinin Baxşiyevın çıxarışına dair sənədlərin İddiaçı3 məxsus bələbiyyə sənədləri tutuşdurlmaqla kimin düz olduğunu müəyyənləşdirmək olduğunu bildirərək şikayətlərinin təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş, İddiaçı3 və cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçıları dinləyib, iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə onları apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəməyə verilən iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına müvafiq olan iddia növünə müvafiq olaraq, prosessual qanunvericiliyin tələbləri (iddia müddətinə, formasına və s. riayət olunmaqla) daxilində, müvafiq cavabdehliyi qanunvericiliklə müəyyən edilən inzibati orqana qarşı qaldırılmalı və bu zaman qanunla qorunan hüquq və azadlıqlarının pozulması (müvafiq sübutlar da əlavə edilməklə) formal olaraq əsaslandırıldığı halda, məhkəmə icraatı mümkündür. Konkret halda isə iddiaçıların hazırkı iddia tələbinin mümkünlük şərtləri ödənilmir. Belə ki, birincisi, iş materiallarından görünür ki, iş baxan birinci instansiya məhkəməsi tərəfindən iddiaçılara cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin - 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsi və bu cavabdehə qarşı iddia tələbinin dəqiqləşdirilməsi iki dəfə təklif edilsə də, iddiaçılar tərəfindən iddia həmin cavabdehə qarşı iddia tələblərini dəqiqləşdirməmişlər. İkincisi, hətta, hazırkı iddia tələblərini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestriinin 1 saylı Bakı Ərazi İdarəsinə yönəltmiş olsalar belə, bu qeydiyyat orqanının hansı qanunsuz hərəkətləri ilə iddiaçıların qanunla qorunan hüquqlarının pozulması, yəni, cavabdehin hansı inzibati aktının və onun hansı qanunla üzərinə düşən öhdəliyinin yerinə yetirilməməsi ilə onların hüquqlarının pozulduğu əsaslanıdırılmamışdır. Belə ki, iddia tələblərində onlar X2 adlı şəxsin adına verilmiş çıxarışın verilməsinə səbəb olan bələdiyyə sənədləri ilə iddiaçə İddiaçı3 (və Yavər Süleymanov adlı şəxsin) adına verilmiş hüquqverici bələdiyyə sənədləri tutuşdurulmaqla, Baxşiyevin adına verilmiş çıxarışın qanunauyğunluğunu yoxlayaraq müvafiq qərar qəbul edilməsini tələb etmişlər. Göründüyü kimi, iddiaçıların, onların hüqüqlarının pozulmasını aradan qaldırılmasını cavabdehə həvalə edilməsini ehtiva edən bir konkret tələbləri mövcud deyildir. Digər bir tərəfdən, hazırkı məh iclasında iştirak edən apellyatorlar İddiaçı1 və İddiaçı2 izahatlarından aydın olur ki, mübahisələndirən daşınmaz əmlakın (torpaq sahəsinin) qanuni istifadəçisi və ya mülkiyyətçisi deyillər, demələrinə görə torpağın əsil sahibi iddiaç İddiaçı3dur. Belə ki, birinci onun həmşəriki, ikinci isə vasitəçi (“makler”) kimi həmin torpaq sahəsi ilə bağlı aparılmış əməliyyatlarda iştirak emişdir. Belə olan halda, İddiaçı1 və İddiaçı2, ümumiyytlə, mübahisələndirilən torpaq sahəsi ilə bağlı iddia qaldırmaqda subyektiv hüquqa malik olmaları istisna olunur. Heç İddiaçı3 da belə, mübahisələndirilən əmlakla bağlı subyektiv hüquqa malik olmalarını təsdiq edə bilən hal nə iddia ərizəsində, nə də ona əlavə edilmiş sənədlərlə əsaslandırılmamışdır. Beləliklə də qeyd olunanlar iddiaçıların hazırkı iddia tələblərinin İPM-in 35.1-ci maddəsində nəzərədə tutulan əsaslandırılmış iddia kimi qiymətləndirilməsi üçün faktiki şərtlərin mövcudluğu müəyyən olunmur. Başqa sözlə, iddianın inzibati məhkəmə icraatı istisna olunur ki, belə olan halda da, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunması nəticə etibarı ilə, İPM-in 35.3-cü maddəsinin tələblərinə uyğun olmuşdur. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçıların apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin yanlış qənaətə gəldiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11639/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçılara izah edilir ki, qeyd olunan nöqsanlar aradan qaldırlımaqla yenidən subyektiv hüququ müəyyən olunan iddiaçı tərəfindən, yenidən ümumi qaydada məhkəmədə iddia qaldırıla bilər. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d i: İddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11639/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1557/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1557/2023
13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver