Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1558/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Nağıyevanın sədrliyi (məruzəçi) ilə, Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiаçı İddiaçı oğlunun cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs - Cavabdeh Mənzil-Kommunal Təsərrüfatı Birliyi) maddi və və mənəvi zərərin ödənilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 24 iyun tarixli 2-1(81)- 85/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiаçı İddiaçı oğlu xx.xx.2018-ci il tarixdə cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 56 nömrəli evin yaxınlığında yerləşən 6x3 metr ölçüdə daşınmaz əmlakın (qaraj) Cavabdeh tərəfindən qanunsuz sökülməsi (mülkiyyətdən qanunsuz məhrum edilmə) nəticəsində dəymiş 36000 manat məbləğində maddi zərərin, həmçinin streslərə, istirablara, mənəvi psixi təsirlərə məruz qalmağı ilə bağlı 5000 manat mənəvi ziyanın, cəmi 41000 manat məbləğində kompensasiyanın Cavabdehndən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2-1(81)- 2373/2018 nömrəli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq və məhkəmə tikintitexniki ekspertizaları təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 32629 №-li məhkəmə ekspertizasının rəyi məhkəməyə daxil olmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 24 iyun tarixli, 2-1(81)-85/2019 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi qismən təmin edilmiş, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu 4-cü mikrorayon 56 nömrəli evin yaxınlığında yerləşən 6x3 metr ölçüdə daşınmaz əmlakın (qaraj) Cavabdeh tərəfindən qanunsuz sökülməsi (mülkiyyətdən qanunsuz məhrum edilmə) nəticəsində dəymiş 15000 manat məbləğində maddi zərərin ödənilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilib, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh hazırkı iddia tələbinin mümkünsüzlüyü nəticəsinə gələrkən hesab edir ki, iddiaçının iddia tələbi Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə yönəldilməli və aidiyyət üzrə rayon məhkəməsinə müraciət olunmalı idi. İddiaçıya məxsus qaraj rayon Mənzil-kommunal Təsərrüfatı Birliyinin rəhbərinin tapşırığına əsasən 65 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən digər münasib yerə köçürülmüşdür.Belə ki, 11 iyul 2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dinlənilmiş 65 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi X4 ifadəsində iddiaçıya məxsus yığma-metal qarajım Mir Cəlal küçəsi, 60 saylı binanın yanına onun tərəfindən köçürüldüyünü bildirmişdir. Bu barədə məhkəməyə cavabdeh tərəfindən dəfələrlə izahat verilməsinə, bu işin inzibati iş olmamasına və bu işdə cavabdeh rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin olması bildirilsə də hakim tərəfindən bu mötəbər sübutlarla təsdiq olunan fakt öz əksini tapmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 5 noyabr tarixli, 2-1(103)-2339/2019 nömrəli qərarı ilə (hakimlər V.Ağayev, A.Nuriyeva,C.Yusifov) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə kassasiya şikayətləri verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 2019-cu il 5 noyabr qərarının ləğv edilərək, iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 911/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Hüseynov, N.Rəsulbəyova, K.Bədəlov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 2019-cu il 5 noyabr tarixli, 2-1(103)-2339/2019 nömrəli ləğv edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq, sədrlik edənin ilkin olaraq inzibati orqana müraciəti zamanı hansı məbləğin tələb edildiyi sualına cavab olaraq, iddiaçının nümayəndəsi və vəkili 27000 manat maddi və 5000 manat mənəvi ziyanın ödənilməsini xahiş etdiklərini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işin materiallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb belə qənaətə gəlir ki, iddia 9000 manat maddi və 5000 manat mənəvi ziyanın ödənilməsi hissəsində qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırkı iddia tələbi üzrə iddiaçı ona 36000 manat məbləğində maddi zərərin, həmçinin streslərə, istirablara, mənəvi psixi təsirlərə məruz qalmağı ilə bağlı 5000 manat mənəvi ziyanın, cəmi 41000 manat məbləğində kompensasiyanın tutulmasını tələb etməkdədir. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İş materiallarında olan iddiaçının cavabdeh inzibati orqana olan xx.xx.2017-ci il tarixli müraciətindən (iş vər. 28) görünür ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 56 nömrəli evin yaxınlığında yerləşən 6x3 metr ölçüdə daşınmaz əmlakın (qaraj) Cavabdeh tərəfindən qanunsuz sökülməsi nəticəsində dəymiş 27000 manat məbləğində maddi zərərin və 5000 manat mənəvi ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində İddiaçı oğlunun sözügedən xx.xx.2017-ci il tarixli məktuba istinad edərək, cavabdehin imtinasını mübahisələndirir. Lakin göründüyü kimi, iddiaçı cavabdehə mövcud tələblə, yəni Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 56 nömrəli evin yaxınlığında yerləşən 6x3 metr ölçüdə daşınmaz əmlakın (qaraj) Cavabdeh tərəfindən qanunsuz sökülməsi nəticəsində dəymiş 27000 manat məbləğində maddi zərərin və 5000 manat mənəvi ziyanın ödənilməsi ilə bağlı müraciət etmişdir. Belə olan halda məhkəmə iddiaçının 36000 manat məbləğində maddi zərərin tutulması tələbilə cavabdeh inzibati orqana müraciət etmədiyi qənaətindədir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçı tərəf 9000 manat məbləğində maddi zərərin ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmədiyindən, hazırkı iddianın mümkünlük şərtləri mövcud deyil. İnzibati iddianın məhkəmə tərəfindən mümkün sayılmasının əsas şərtlərindən biri, mübahisənin inzibati-publik hüquq sahəsinə aid olması və ya bu münasibətlərdən irəli gəlməsidir. Qarajın sökülməsi nəticəsində iddiaçının tələb etdiyi mənəvi ziyan inzibati hüquq sahəsinə aid mübahisə üzrə yaranmadığından məhkəmə hesab edir ki, bu tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 6.1-ci və 6.2-ci bəndinə görə iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 35, 82, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq qəraraaldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 24 iyun tarixli, 2-1(81)-85/2019 nömrəli qərarı qərarı mənəvi ziyan tələbinin rədd edilməsi hissəsində ləğv edilsin. İddiaçı oğlunun cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs - Cavabdeh Mənzil-Kommunal Təsərrüfatı Birliyi) qarşı 9000 manat məbləğində maddi və 5000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1558/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1558/2020
17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver