Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1559/2022 23.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzinə qarşı “torpağa dair yerquruluşu planının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4979/2021 saylı, 27 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı MMC cavabdehlər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzinə və Bakı şəhəri İcra Hakimiyyətinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 1141 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942-Q məhəllədə İddiaçı Kiçik Müəssisəsinə (İddiaçı MMC-yə) “Ofis layihələndirilməsi və tikintisi üçün” 10x12 metr ölçüdə ayrılmış torpaq sahəsinə yerquruluşu planının verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Kiçik Müəssisəsi xx.xx.1994-cü il tarixdə hüquqi şəxs kimi vergi ödəyicisi olaraq vergi orqanlarında ilkin qeydiyyata alınmış, sonradan xx.xx.2016-ci il tarixdə təkrar qeydiyyatdan keçərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevirilmişdir. Göründüyü kimi İddiaçı İddiaçı X3 hüquqi varisidir. "xxxx" X3 müraciətinə əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996cı il tarixli, 1141 nömrəli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942-Q məhəllədə İddiaçı Kiçik Müəssisəsinə “Ofis layihələndirilməsi və tikintisi üçün” 10x12 metr ölçüdə torpaq sahəsi ayrılmışdır. Üzürlü səbəbdən qeyd edilən ofisin tikintisini iddiaçı apara bilməmişlər. Sonradan Bakı şəhər İcra Hakimiyyətinəmüraciət edərək, xx.xx.1996-cı il tarixli, 1141 nömrəli sərəncamın, Ayrıc aktının və yerləşmə cizgisinin təsdiq edilmiş surətinin verilməsini xahiş etmişdir. Bakı şəhər İcra Hakimiyyəti torpaq sahəsinin ayrılması barədə sərəncamın təsdiq olunmuş surətini verərək, digər sənədlərin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzinə təhvil verilməsini bildirmiş və bu səbəbdən sənədlərin Mərkəzdən alınmasını tövsiyyə etmişdir. Torpağın ayrılması ilə bağlı müvafiq sərəncam imzalanmamışdan əvvəl ayrılacaq torpaq sahəsinin yeri və ölçüləri müəyyən edilir. İddiaçı hesab edir ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942-Q məhəllədə ünvanında ayrılan torpaq sahəsinin planı və ölçüsü, digər aidiyyəti sənədlər hazırlanmışdır. Lakin məlum olmayan səbəblərdən həmin sənədlərin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzindən alınması tövsiyyə olunmuşdur. Bundan sonra xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzinə rəsmi qaydada vəkil sorğusu verilmişdir. Mərkəz tələb olunan sənədlərin arxivdə aşkar olunmaması səbəbindən xx.xx.2021-ci il tarixli, 02/536 nömrəli məktubla sənədlərin verilməsindən imtina etmişdir. Müəssisə tərəfindən ayrılmış sahədə ofisin tikilməsi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq lazım olan icazə sənədlərinin alınmasında Ayrıc aktının olması əsas şərtlərdən biridir. Cavabdehlər tərəfindən verilməli olan həmin sənədin qeyri orqandan alınması mümkün deyildir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 1141 nömrəli sərəncamı verilən zaman ayrılmış torpaq sahəsinə Ayrıc aktı və ya yerləşmə cizgisi tərtib edilməli idisə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərinə əsasən ayrılmış torpaq sahəsinə yerquruluşu planı tərtib edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4979/2021 saylı, 27 dekabr 2021-ci il tarixli qərardadı (hakim M.Hacıbəyova) ilə İddiaçı MMC -nin iddiasının cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı hissədə mümkün sayılmaması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4979/2021 saylı, 27 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin olunması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə müəssisə tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə sözügedən sərəncam barədə arxiv arayışının verilməsi barədə ərizə ilə müraciət olunmuş və Bakı şəhər İcra Hakimiyyəti Başıçısı Aparatının şöbə müdiri Y.Mövsümovanın imzaladığı xx.xx.2021-ci il tarixli 7-164/17 saylı məktubla Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1141 nömrəli, xx.xx.1996-cı il tarixli sərəncamının təsdiqlənmiş kserosurəti müəssisəyə göndərilmişdir. Bundan əvvəl də sərəncamın əsli müəssisədə olmuşdur. xx.xx.2020-ci il tarixdə AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə yuxarıda qeyd edilən torpaq sahəsinin elektron kadastr baza məlumatlarının təqdim edilməsi barədə müraciətə xx.xx.2020-ci il tarixli, **********41 nömrəli məktubla Ayrıc Aktı təqdim edilməməsi səbəbindən imtina edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq sahəsinin ayrılması üçün müraciət etmiş istənilən hüququ və ya fiziki şəxsə torpaq sahəsinin ayrılması barədə sərəncam verilməzdən əvvəl cavab müsbət olduğu təqdirdə ayrılacaq torpaq sahəsinin yerləşdiyi ünvan, torpaq sahəsinin ölçüləri, yerləşmə sxemi və s. zəruri məlumatlar, arayışlar, rəylər tərtib edilir. Bundan sonra bütün qeyd edilənlər sərəncamin mətnində göstərilməklə sərəncam və ona əlavə olunmuş sənədlər müraciəti müsbət həll edilmiş tərəfə verilir. Məhkəmənin məntiqdənkənar və absurd yanaşması təəccüb doğurmaya bilməz. Tərəfimizdən verilmiş sorğularda Bakı şəhər İcra Hakimiyyəti özünün xx.xx.2021-ci il tarixli. 7-3938/17 nömrəli məktubu ilə yerquruluşu planının, torpaq sahəsinin yerləşmə sxeminin onların arxivində olmadığını, hazırda belə bir sənədin hazırlanmasının onların deyil, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətinə aid edildiyini bildirmişlər. Bakı şəhər İcra Hakimiyyəti digər bir məktubla arxiv materiallarının AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təhvil verdiklərini bildirmişlər. Tələb edilən sənəd Bakı şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə eyni vaxtda müəssisəyə verilməli olduğu halda bu sənəd onların məsuliyyətsizliyi ucbatından verilməmiş, nəticədə müəssisənin hüquqları pozulmaqda davam edir. AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti- Planlşadırma Mərkəzində sorğumuza verilən xx.xx.2020-ci il tarixli. 02/5330 nömrəli cavabda isə arxivdə heç bir sənəd aşkar edilmədiyi bildirilir. Mərkəz özünün xx.xx.2021-ci il tarixli, XO-03-2021-03606 nömrəli məktubu ilə AR Torpaq Məcəlləsinin 65-ci maddəsinə istinad edərək məsələnin həlli məqəsdilə AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməyi tövsiyyə edir. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC də öz növbəsində xx.xx.2021-ci il tarixli, **********69 nömrəli məktubu ilə problemin həlli məqsədilə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, xx.xx.2021-ci il tarixli **********97 və xx.xx.2021-ci il tarixli, **********46 nömrəli məktubları ilə o dövrdə ərazinin inşaat pasportunun, eləcə də Ayrıc Aktının hazırlanmasının Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən həyata keçirilməli olduğu səbəbindən Bakı şəhər İcra Hakimiyyətinə müraciət etməli olduğumuzu bildirmişdir. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbini təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi öz izahatında bildirdi ki, iddiaçıya 1996-cı il tarixli sərəncamla verilən zaman cizgi-plan sərəncama əlavə edilməli idi, hazırda həmin sərəncam üzrə torpağa dair yerquruluşu planının verilməsi idarənin səlahiyyətinə aid deyil. Həmçinin həmin sərəncam Milli Arxiv İdarəsində də aşkar edilməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının hazırki iddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzinə qarşı mahiyyəti üzrə qərar qəbul etməklə birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenumun qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmamasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Belə ki, iş materiallarından görünür ki, iddiaçı hüquqi şəxs kimi kommersiya hüquqi şəxslərinin reyestrində qeydə alınmışdır, vergi ödəyicisidir, "xxxx" X3 İddiaçı MMC-yə çevrilməsi nəticəsində yaradılmışdır. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 21 avqust 1996-cı il tarixli, 1141 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2942-Q saylı məhəllədə 10x12 metr ölçüdə torpaq sahəsinin ayrılmasını əsas götürərərək cavabdehə ayrılmış torpaq sahəsinə dair Ayrıc Aktının və akta əlavə edilmiş yerləşmə cizgisinin təsdiq edilmiş surətinin verilməsi barədə vəkil sorğusu vasitəsilə, bundan başqa yerquruluşu işinin aparılması, sahənin döngə nöqtələrinin təyin edilməsi və plan-cizginin verilməsi barədə xx.xx.2021-ci il tarixli 02 nömrəli məktubla inzibati orqana müraciət etmiş, lakin iddiaçının müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 1141 nömrəli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942-Q məhəllədə İddiaçı Kiçik Müəssisəsinə “Ofis layihələndirilməsi və tikintisi üçün” 10x12 metr ölçüdə torpaq sahəsinə dair yerquruluşu planının (cizgi aktın) verilməsi ilə bağlı olduğundan bu tələb üzrə cavabdehlik daşıyan inzibati orqan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzi deyil, məhz sərəncamı qəbul edən inzibati orqan -Bakı şəhəri İcra Hakimiyyəti olmalıdır. İddiaçının hazırki tələbi Bakı şəhər İcra Hakimiyyətinə münasibətdə mümkün sayılmadığından və iddiaçı tərəfindən həmin məhkəmə aktından apellyasiya şikayəti verilmədiyindən Məhkəmə kollegiyası hazırda apellyasiya baxışı zamanı həmin qərardada münasibət bildirə bilmir. Məhkəmə kollegiyası bununla yanaşı qeyd edir ki, iş üzrə araşdırma zamanı Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış sorğuya cavab məktubu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 1141 nömrəli sərəncamının təsdiq edilmiş surəti təqdim edilmiş, lakin həmin sərəncama əsas olmuş sənədlər əlavə edilmədiyi qeyd edilmişdir. Göründüyü kimi, inzibati orqan iddiaçı barəsində torpaq sahəsinin ayrılmasına dair sərəncam qəbul edərkən cizgi aktını təqdim etməmişdir. İddiaçının tələbi üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin cavabdehlik daşımaması ilə bağlı Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş Ərazi Tikinti-X1 1.1-ci bəndinə əsasən Ərazi Tikinti- Planlaşdırma Mərkəzi (bundan sonra – Mərkəz) şəhərsalma, ərazi planlaşdırılması və arxitektura sahələrində (bundan sonra – müvafiq sahədə) xidmətlər göstərən, dövlət siyasətinin həyata keçirilməsində iştirak edən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 3.1-ci bəndinə əsasən Mərkəzin vəzifələrinə (3.1.15) yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahələri ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəy vermək; (3.1.17) Komitənin tapşırığı əsasında, sifarişçinin tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin təyinatı göstərilməklə icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) əks etdirən yazılı məlumat hazırlamaq; (3.1.18) Komitənin tapşırığı əsasında, müəyyən olunmuş qaydada müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi üçün tikinti layihəsinin, onun həyata keçiriləcəyi ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olubolmaması barədə rəy hazırlamaq; (3.1.19). Komitənin tapşırığı əsasında, tikinti layihələrinin, o cümlədən Bakı şəhərinin inzibati ərazisində tikintisi, quraşdırılması planlaşdırılan (tikintisinə icazə tələb olunan) reklam qurğularının şəhərsalmaya dair normativ sənədlərin tələblərinə uyğunluğuna dair rəy hazırlamaq;(3.1.20) Komitənin tapşırığı əsasında, tikinti obyektinin istismarına icazə verilməsi, habelə verilmiş tikintiyə icazənin müddətinin uzadılması ilə bağlı qərar verilməsi üçün təqdim olunmuş sənədləri təhlil etmək; (3.1.21) Komitənin tapşırığı əsasında adablaşdırma barədə qərarın təsdiq edilməsi üçün təqdim olunan sənədləri təhlil etmək; (3.1.22) Bakı şəhərinin inzibati ərazisində səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin yerləşdirilməsi və quraşdırılmasına dair rəy hazırlamaq; (3.1.23) yeraltı kommunikasiyaların yerləşdirilməsi planları və tikintişəhərsalma fəaliyyəti ilə bağlı arxiv sənədlərinin arxiv məlumatlarını, həmin sənədlərin təsdiq olunmuş surətlərini təqdim etmək aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi ödənişli xidmətlərin siyahısı”nda Mərkəzin arxivində saxlanılan sənədlərin surətlərinin verilməsi də nəzərdə tutulmuşdur. Müvafiq Fərmandan da aydın olduğu kimi Mərkəz ayrılmış torpaq sahəsinə yerquruluşu planının (cizgi aktının) verilməsi xidmətini göstərmir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin 25 oktyabr 2021-ci il tarixli **********97 nömrəli məktubunda qeyd edilmişdir: Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 1141 nömrəli Sərəncamının müddəalarına uyğun ərazinin inşaat pasportunun, o cümlədən Ayrıc aktının hazırlanması Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən həyata keçirilməli idi. O zaman qeyd olunan sənədlər tərtib olunmadığı üçün hal-hazırda torpaq sahəsinin ayrılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlərin görülməsi zəruridir.Keçmiş dövrdə rayon və şəhər icra hakimiyyəti başçıları tərəfindən fiziki və hüquqi şəxslərə ayrılmış torpaq sahələrinə aid yerquruluşu planlarının hazırlanması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətlərinə aid deyildir. Eyni zamanda qeyd edilir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin 4-cü hissəsinə əsasən yerquruluşu işləri müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi- Tikinti Planlaşdırma Mərkəzi cavabdehlik daşımadığından iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası həmçinin, iddiaçıya hüquqi yardım göstərərək aşağıdakıları qeyd edir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 20.1-ci maddəsinə görə hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin: - 1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir; - 3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur; - 4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Sözügedən Məcəllənin 65-ci maddəsinin: - 1-ci bəndinə görə torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir; - 2-ci bəndinə görə torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir; - 3-cü bəndinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır; - 6-cı bəndinə görə torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir; - 7-ci bəndinə görə torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır; - 8-ci bəndinə görə torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Azərbaycan Respublkası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanunvericilik torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə görə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə görə torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Göründüyü kimi, sadalanan qanunvericilik aktlarına əsasən hazırkı iddiaçıya qeyriyaşayış sahəsi tikmək üçün torpaq sahəsi ayrılan vaxtda və ondan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçılərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyətlərinin səlahiyyətinə aid edilmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 38.1, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4979/2021 saylı, 27 dekabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı MMC-nin Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 1141 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942-Q məhəllədə İddiaçı Kiçik Müəssisəsinə (İddiaçı MMC-yə) “Ofis layihələşdirilməsi və tikintisi üçün” 10x12 metr ölçüdə ayrılmış torpaq sahəsinə yerquruluşu planının verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1559/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1559/2022
23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver