Məhkəmə qərarları › İş №2-1(103)-156/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-156/2023

24.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-156/2023 24.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X6 ibarət tərkibdə, X17 qızının katibliyi, İddiaçının vəkili Vəkil Elmar oğlu, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Şirkətinin filialının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın xarici subpodratçılara ödənilmiş məbləğlərə görə vergi və faizlərin hesablanması hissəsində ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1656/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı Şirkətinin filialı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin İddiaçı Şirkətinin filialı barəsində qəbul etdiyi xx.xx.2021-ci il tarixli, **********143962 nömrəli “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının (Azərbaycan Respublikası yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli qərarı əsasında dəyişdirilmiş formada) xarici subpodratçılara ödənilmiş məbləğlərə görə vergi və faizlərin hesablanması hissəsində ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati məhkəməsinin 2-1(112)-1656/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin İddiaçı Şirkətinin filialı barəsində qəbul etdiyi xx.xx.2021-ci il tarixli, **********143962 nömrəli “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı (Azərbaycan Respublikası yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli qərarı əsasında dəyişdirilmiş formada) xarici subpodratçılara ödənilmiş məbləğlərə görə vergi və faizlərin hesablanması hissəsində ləğv edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətində aşağıdakıları bildirməklə məhkəmənin qərarının ləğv edilməsini bildirmişdir:

1. “Swift Technical (Singapore) Pte Ltd” şirkəti ilə onun işçisi arasında bağlanmış əmək müqaviləsinə diqqət yetirsək orda iş qrafikinin, iş saatlarının, iş yerinin, vergitutma, əmək haqqının hesablanması, ödənişin qaydaları, tibbi sığorta və digər şərtlər təsbit edildiyini aydın görmək olar. Həmin müqavilədə işçinin öhdəlikləri ilə bağlı xüsusi qeyd olunur ki, işçi öz əmək fəaliyyətində məhz “Swift Technical (Singapore) Pte Ltd məmnuniyyəti üzrə çalışmalıdır.

2. işçilərin əmək haqlarının bir qismi məhkəmənin qərarında qeyd etdiyi kimi iddiaçı tərəfindən deyil, məhz onların işəgötürəni “Swift Technical (Singapore) Pte Ltd” şirkəti tərəfindən ödənilmişdir.

3. Miqrasiya Məcəlləsinin 3.0.13-cü maddəsinə əsasən iş icazəsi – Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilən icazədir. İş icazəsi üçün müraciət iddiaçı tərəfindən edildiyinə görə də, verilmiş iş icazələrinin üzərində işəgötürən qismində iddiaçının adı qeyd edilmişdir. İşəgötürən-işçi münasibətləri əmək müqaviləsi ilə tənzimlənir ki, yuxarıda göstərilən əcnəbi işçilərlə əmək müqaviləsi bağlamış və onlara münasibətdə işəgötürən “Swift Technical (Singapore) Pte Ltd şirkətidir.

4. Həmçinin Miqrasiya Məcəlləsinin 63.5-ci addəsinə əsaəsn hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri işə cəlb etdikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar.

5. İddiaçının qeyd edilən əcnəbi işçilərlə əmək müqaviləsi bağlamayıb onlar üçün iş icazəsinin alınması ilə kifayətlənməsi həmin işçilərə münasibətdə faktiki işəgötürənin “Swift Technical (Singapore) Pte Ltd şirkəti olmasını və iddiaçıya işçilik xidmətini göstərməsini təsdiq edir.

6. Cavabdeh vergi orqanı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müddəalarına istinad etməyib. İddiaçının əmək müqaviləsi bağlamadığı halda “Swift Technical (Singapore) Pte Ltd” şirkətinin işçilərini özünün işçiləri hesab etməsinin əmək qanunvericiliyinə zidd olduğunu bildirmişdir.

7. Məhkəmənin Əmək Məcəlləsinin 6-cı maddəsinin ç) bəndinə istinad etməsi sözügedən əcnəbi işçilərin iddiaçının deyil, onlarla əmək müqaviləsi bağlamış xarici subpodratçı olan “Swift Technical (Singapore) Pte Ltd şirkətinin işçiləri olduğunu və iddiaçıya işçilik xidmətini göstərməsini bir daha təsdiq edir.

8. “Xarici subpodratçılann vergiyə cəlb olunması haqqında” Protokolların 1.3-cü bəndinə əsasən xarici subpodratçılar hazırda tətbiq edilən ikiqat vergiyə cəlb olunmanın aradan qaldırılması haqqında hər hansı Sazişin müddəaları ilə, yaxud belə saziş mövcud deyilsə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən qəbul edilmiş və 1 noyabr 1997-ci il tarixdən yenidən işlənən Gəlir və Kapital üzrə Vergi Konvensiyasına müvafiq müqavilə mövcud olarsa, mövcud ola bilən güzəştlərdən istifadə edə bilər. Hər iki halda xarici hüquqi şəxsin belə güzəştlərdən istifadə etməsinə şərait yaratmaq üçün inzibati tədbir görməyə ehtiyac yoxdur. Göründüyü kimi Xarici subpodratçının mövcud ola bilən güzəştlərdən istifadə etməsi üçün: - İkiqat vergiyə cəlb olunmanın aradan qaldırılması haqqında hər hansı Saziş mövcud olmalıdır. - Belə saziş yoxdursa, Konvensiyaya müvafiq müqavilə mövcud olmalıdır. Hazırda Azərbaycan Respublikası Hökuməti və Sinqapur Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya mövcud deyil. X7 və İnkişaf Təşkilatı tərəfindən qəbul edilmiş və 1 noyabr 1997-ci il tarixdən yenidən işlənən Gəlir və Kapital üzrə Vergi Konvensiyasına müvafiq müqavilə mövcud deyildir. Bundan başqa, müəyyən edilmişdir ki, Azərbaycan Respublikası həm İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü deyil, həm də onun tərəfindən qəbul edilmiş və 1 noyabr 1997-ci il tarixdən yenidən işlənən Gəlir və Kapital üzrə Vergi Konvensiyasına qoşulmamışdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmənin sazişlərə uyğun qəbul edilmiş “Xarici subpodratçılann vergiyə cəlb olunması haqqında” Protokolların 1.3-cü bəndinə zidd olaraq Konvensiyanın müddəalarını mübahisələndirilən məsələyə tətbiq etməklə, öz qərarını əsaslandırmağa çalışması anlaşılan deyil. Mübahisələndirilən məsələyə Protokolların tələbinə əsasən istinad edilən Gəlir və Kapital üzrə Vergi Konvensiyasının deyil, bu Konvensiyaya müvafiq mövcud olan müqavilənin müddəaları tətbiq oluna bilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməsini, qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu bildirmiş, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir.

Apelyasiya intansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İş materiallarında olan: - Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışa əsasən İddiaçı Şirkətinin filialı xx.xx.2003-cü ildə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydə alınmışdır. - **********191521 nömrəli, xx.xx.2020-ci il tarixli “Səyyar vergi yoxlaması aktı”na əsasən cavabdeh tərəfindən iddiaçıda 2016-2019-cu il dövrlərində vergilərə və digər icbari ödənişlərə dair qanunveticiliyə əməl edilməsinin vəziyyətinin düzgünlüyünün yoxlanılması üçün növbəti səyyar vergi yoxlaması aparılmış və səyyar vergi yoxlamasının nəticələrinə görə səyyar vergi yoxlaması ilə ümumilikdə 6.119.169,12 manat (xarici subpodratçılardan ödəmə mənbəyindən tutulan vergilər üzrə 6.031.394,30 manat, müzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər üzrə 43.887,41 manat və məcburi dövlət sosial sığorta haqqı üzrə 43.887,41 manat) əlavə hesablanma, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 21.943,71 manat maliyyə sanksiyası və 995.388,54 manat faiz (Libor+4%) hesablanması təklif olunmuşdur, həmin yoxlama aktının 1.8-ci bəndində göstərilmişdir ki, yoxlanılan dövrdə iddiaçı müvəqqəti işçi qüvvəsi təminatı fəaliyyəti ilə məşğul olmuşdur. - Cavabdehin xx.xx.2021-ci il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar”ına əsasən iddiaçıya xarici subpodratçıların ödəmə mənbəyində tutulan verginin azaldılmasına görə 2016-cı ildə 858017,99 manat vergi, 186.555,83 manat faiz, 2017-ci ildə 3117443,09 manat vergi, 566.381,18 manat faiz, 2018-ci ildə 1627221,62 manat əlavə vergi, 207.053,59 manat faiz, 2019-cu ildə 428.712,60 manat vergi, 30.986,65 manat faiz hesablanmışdır, 2018-ci il üzrə MDSS – 9.731,47 manat əlavə hesablanmış, 4865,74 manat maliyyə sanksiyası tətbiq edilmişdir; 2019-cu il üzrə MDSS – 34.155,94 manat əlavə hesablanmış, 17.077,97 manat maliyyə sanksiyası tətbiq edilmişdir; muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin (Əlavə dəyər vergisi tərkibində) azaldılmasına görə 2018-ci il üzrə 9.731,47 manat vergi, 1.020,64 manat faiz; 2019-cu il üzrə 24.155,94 manat vergi, 3.387,65 manat faiz hesablanmışdır, cəmi 6.119.169,12 manat vergi əlavə hesablanmış, 995.388,54 manat faiz hesablanmış, 21.943,71 manat maliyyə sanksiyası tətbiq edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının (Azərbaycan Respublikası yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli qərarı əsasında dəyişdirilmiş formada) xarici subpodratçılara ödənilmiş məbləğlərə görə vergi və faizlərin hesablanması hissəsində “Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” xx.xx.2021-ci il tarixli tələbnamə ilə iddiaçıdan əlavə hesablanmış vergilər və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları” üzrə 6119169,12 manatın, vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları – 21943,71 manatın, vergilərin və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilməməsinə görə hesablanmış 995388,54 manat faizlərin 5 iş günü müddətində ödənilməsi İddiaçı Şirkətinin filialından tələb edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********109800 nömrəli qərarına əsasən İddiaçı Şirkətinin filialının inzibati şikayəti qismən təmin edilərək xx.xx.2020-ci il tarixli, **********191521 nömrəli səyyar vergi yoxlaması aktı əsasında cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********143962 nömrəli qərarı 172.325,55 manat məbləğində vergi və 28.131,72 manat məbləğində faiz (libor+4%) hissəsində ləğv edilmiş, qərar digər hissədə dəyişdirilmədən saxlanılmışdır. - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********146955 nömrəli qərarına əsasən cavabdehin xx.xx.2021-ci il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar”ına düzəliş edilməsi məqsədilə qərara alınmışdır ki, iddiaçıya ümumilikdə 5946843,56 manat vergi və 967074,81 faiz hesablansın, 21943,71 manat maliyyə sanksiyası tətbiq edilsin (xarici subpodratçılardan ödəmə mənbəyində tutulan vergi, MDSS, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi (ƏDV bəyannaməsi tərkibində). - İddiaçı Şirkətinin filialı ilə “Swıft Technıcal (Sıngapore) Pte Ltd” Şirkəti arasında imzalanmış xx.xx.2014-cü il tarixli “Şirkətlər qrupu daxilində insan resursları (İR) və əmək haqqı ödənişlərinin uçotu üzrə xidmətlər haqqında müqavilə”yə əsasən sonuncu iddiaçıya BP Exploration (Caspian SEA) Limited şirkəti ilə imzalanan Layihə İdarəetməsi Xidmətlərinin göstərilməsi haqqında CAS-MA024 nömrəli Əsas Müqavilənin məqsədləri üçün Podratçı əcnəbi (qeyri-azərbaycanlı) işçi qüvvəsi barəsində, o cümlədən aşağıda sadalanan, lakin bunlarla məhdudlaşmadan İR və əmək haqqı ödənişlərinin uçotu üzrə, xaricdə namizədlərin axtarılıb tapılması (Benefisiarın tələb etdiyi ixtisas dərəcəsinə uyğun olaraq) və onların Azərbaycan Respublikasında Benefisiarın xeyrinə işləməsinin təklif edilməsi, seçilmiş namizədlərin Azərbaycan Respublikasında Benefisiar ilə əmək münasibətlərinə daxil olması üçün onların nəqliyyat vasitəsinə mindirilməsi və göndərilməsinə aid olan hüquqi məsələləri namizədlərin daimi yaşayış ölkəsi ilə həll edilməsində Benefisiara köməklik göstərilməsi, seçilən və sonradan Azərbaycan Respublikasında Benefisiar tərəfindən işə götürülən namizədlər barəsində tələb olunan Mənşə ölkəsi sənədləşməsinin tərtib edilməsi, rəmiləşdirilməsi və saxlanılması; Namizədlərin Azərbaycan Respublikasında, Benefesiar tərəfindən məşğulluğu (Benefisiarın təqdim etdiyi məlumata uyğun olaraq) nəticəsində namizədlərin əmək haqqı cədvəlinin rəsmiləşdirilməsi, onların ümumi və xalis əmək haqlarının (maaşlar və s.) hesablanması; namizədlərin Azərbaycan Respublikasında Benefisiar üçün işləməsinə aid olan xalis əmək haqlarının onların bank hesablarına köçürülməsi, (bu Müqavilənin şərtlərinə uyğun olaraq bu cür köçürmə əməliyyatı Podratçının hesabına yerinə yetiriləcək, sonra isə yenidən Benefisiardan tutulacaqdır); Azərbaycan Respublikasında fəaliyyətləri başa çatan namizədlərin öz ölkələrinə qaytarılmasına və onların barəsində Mənşə ölkəsinin vergi və hüquq məsələlərinin həll edilməsində Benefisiara köməklik göstərilməsi xidmətlərini iddiaçıya göstərməyi öhdəsinə götürmüşdür, müqavilənin 1-ci bölməsinə əsasən isə iddiaçının hüquqları və öhdəlikləri kimi aşağıda göstərilənlər müəyyən edilmişdir: tələb olunan namizədlərin miqdarını və ixtisas dərəcələrini müəyyən etmək, Azərbaycan Respublikasında işləməsi üçün Benefisiar tərəfindən işə götürülən namizədlərin zəhmət haqqının ödənilməsi paketinin məbləğini və strukturunu müəyyən etmək, tələb olunan namizədlərin iş cədvəli rejimini müəyyən etmək, işə götürmək məqsədilə namizədləri seçmək, həmin namizədlərlə və bu cür işə götürülmüş namizədlər barəsində Podratçı ilə qurulmuş müqavilə münasibətlərini ləğv etmək, Benefisiar tərəfindən və ya onun məsuliyyəti daxilində seçilən və işə götürülmüş namizədlərin Azərbaycan Respublikasında öz işlərini yerinə yetirəcəyi məkanları və yerləri seçmək, işə götürülmüş namizədlərin Azərbaycan Respublikasında işləməsi məqsədilə lazımi şəkildə rəsmiləşdirilməsi üçün lazım olan bütün icbari normativ tələbləri (misal üçün viza, iş icazəsi və s.) icrasını təşkil etmək və lazımi şəkildə yerinə yetirmək, işə götürülmüş namizədlər tərəfindən yerinə yetiriləcək iş üçün lazım olan avadanlığı, alətləri və materialları təchiz etmək, işin hansı qaydada yerinə yetirilməli olduğu barədə işə götürülmüş namizədlərə təlimat vermək səlahiyyətlərinə malik olmaq, işə götürümüş namizədlərin fəaliyətinə aid olan intizam tənbeh tədbirlərini tətbiq etmək və s.bu kimi hüquq və öhdəliklər. - SOCAR Sərmayələr İdarəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ünvanlanmş xx.xx.2017-ci il tarixli məktubuna əsasən “BiPi Eksploreyşn (Kaspian Sİ) Limited” şirkəti tərəfindən İddiaçı Şirkəti filialı fəaliyyət göstərməsi nəzərdə tutulan əcnəbi mütəxəssislərə iş icazəsinin alınmasına köməklik göstərilməsi üçün SOCAR-a müraciət etmişdir. Bu səbəbdən də 12 nəfər əcnəbi mütəxəssisə Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazəsinin verilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. - “Tibbi xidmətlərin təmin edilməsi haqqında” xx.xx.2014-cü il tarixli razılaşmaya əsasən İddiaçı Şirkətinin filialı ilə “German İndustrial end Medical Consulting” arasında işçilərin tibbi müayinəsinin aparılması haqqında razılaşma əldə edilmişdir. - İddiaçı tərəfindən təqdim edilmiş ödəniş tapşırıqlarına əsasən əcnəbi işçilərə əmək haqları bank vasitəsilə iddiaçı tərəfindən ödənilmək üçün köçürülmüşdir, habelə əcnəbi işçilərin Azərbaycan Respubliasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş iş icazələrində (0043053,0023386 və digər) işəgötürən kimi İddiaçı Şirkətinin filialı göstərilmişdir. İşin hallarından aydındır ki, iddiaçıya cavabdeh tərəfindən ümumilikdə 5946843,56 manat vergi və 967074,81 faiz hesablanmış, 21943,71 manat maliyyə sanksiyası tətbiq edilmişdir (xarici subpodratçılardan ödəmə mənbəyində tutulan vergi, MDSS, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi (ƏDV bəyannaməsi tərkibində), hazırda iddiaçı cavabdehin vergilər və faizlər hesablanması qərarını xarici subpodratçılara ödənilmiş məbləğlərə görə vergi və faizlərin hesablanması hissəsində əsassız hesab edərək ləğv edilməsini xahiş etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün qiymət verilmədiyindən yanlış nəticəyə gəlinmişdir. İşin hallarına və apelyasiya şikayətinə əsasən, cavabdeh iddiaçıya mübahisələndirilən hissədə vergiləri hesablayan zaman “Swift Technical (Singapure) Pte Ltd” Şirkətinin karbohidrogen fəaliyyəti ilə əlaqədar iddiaçıya Azərbaycan Respublikasında göstərdiyi işçilik xidmətlərindən əldə etdiyi gəlirlərdən ödəmə mənbəyindən vergi tutulmasını əsas götürmüş və vergini hesablayan zaman “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinliyində X12 işlənməsi haqqında neft hasilatının pay bölgüsü”, “Xəzər dənizinin Azərbaycan sektorunda Şahdəniz perspektiv yatağının kəşfiyyatı, işlənməsi və neft hasilatının pay bölgüsü haqqında”, “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron X9, işlənməsi və hasilatının pay bölgüsü haqqında”, “Azərbaycan Respublikası Hökuməti və X20 Kəməri İştirakçıları arasında Tranzit Ərazisinə malik ölkənin hökuməti ilə bağlanmış sazişlərə istinad etmişdir. İşdən aydındır ki, "Svift Enjinirinq (Azərbaycan) Limited" Şirkətinin Filialı yoxlanılan dövrdə həmin Sazişlər çərçivəsində xidmətlər göstərmiş və filialın dövriyyəsinin 72.29%-i Azəri və Çıraq, 0,59%-i Şah Dəniz , 0,19%-i Abşeron yatağı və 26,93%-i CQBK Sazişi çərçivəsində xidmətlərdən ibarət olmuşdur. Yuxarıda qeyd olunan Sazişlərə dair qəbul edilmiş “Xarici subpodratçıların vergiyə cəlb edilməsi haqqında” Protokollara əsasən karbohidrogen fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasında İşlər və Xidmətlər yerinə yetirən Xarici Subpodratçılar kompensasiya edilən məsrəflər çıxılmaqla karbohidrogen fəaliyyəti ilə bağlı aparılan ümumi ödənişlərdən Azəri və Çıraq Sazişi üzrə 5%, X21 üzrə 6,25%, Abşeron yatağı üzrə 5,5% vergi tutulur. Bu Protokolların məqsədləri baxımından «Kompensasiya edilən məsrəflər» dedikdə, Malların satın alma ödənişlərindən fərqli olan, mənfəət əldə edilən əsas fəaliyyətinin bir hissəsi olmayan məsrəflər başa düşülür. Göründüyü kimi, X2 verginin hesablanmasına dair münasibətlər tənzimlənmişdir və ödənişlərdən tam məbləğdə ödəmə mənbəyində verginin tutulması nəzərdə tutulmuşdur. “Xəzər dənizinin Azərbaycan sektorunda «Şahdəniz» perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatı pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə ARDNŞ Kommersiya Ortaq Şirkəti, Bi-Pi Eksploreyşn (Azərbaycan) Limited, Elf Petroleum Azərbaycan B. V., LUKoyl İnternəşnl LTD, X13 ənd Konstrakşn, Statoyl Azərbaycan A.S., Törkiş X11 Limited şirkətləri arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublıkasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə ARDNŞ Kommersiya Ortaq Şirkəti, Bi-Pi Eksploreyşn (Azərbaycan) Limited, Elf Petroleum Azərbaycan B. V., LUKoyl İnternəşnl LTD, X13 ənd Konstrakşn, Statoyl Azərbaycan A.S., Törkiş X11 Limited şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda «Şahdəniz» perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və X19 haqqında Saziş (bundan sonra «Saziş» adlanacaq) qəbul və təsdiq edilmiş, onun həyata keçirilməsinə icazə verilmişdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən Sazişlə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 12 iyul tarixli qərarı ilə Bi-Pi Eksploreyşn (Azərbaycan) Limited, Elf Petroleum Azərbaycan B. V., LUKoyl İnternəşnl LTD, X13 ənd Konstrakşn, Statoyl Azərbaycan A.S., Törkiş X11 Limited şirkətlərinə verdiyi Azərbaycan Respublikası Hökumətinin təminatları və öhdəlikləri (bundan sonra «Hökumət təminatı» adlanacaq) qəbul edilmiş və onların həyata keçirilməsinə icazə verilmişdir. “Xəzər dənizinin Azərbaycan sektorunda «Şahdəniz» perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatı pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə ARDNŞ Kommersiya Ortaq Şirkəti, Bi-Pi Eksploreyşn (Azərbaycan) Limited, Elf Petroleum Azərbaycan B. V., LUKoyl İnternəşnl LTD, X13 ənd Konstrakşn, Statoyl Azərbaycan A.S., Törkiş X11 Limited şirkətləri arasında Sazişin 12.4-cü bəndində göstərilmişdir ki, (a) xarici Subpodratçılardan vergi aşağıdakı qaydada tutulur: (i) aşağıdakı 12.4 (b) bəndinə uyğun olaraq belə hesab edilir ki, X3lər fəaliyyəti ilə əlaqədar olaraq aldıqları ödəniş məbləğlərinin iyirmi beş faizi həcmində vergi qoyulan mənfəət əldə edirlər və sonradan həmin mənfəətə onun iyirmi beş faizi həcmində vergi qoyulmalıdır ki, bu vergi də ümumən həmin məbləğlərin 6,25%-ni təşkil edir.Belə ödəniş məbləğlərini verən hər hansı şəxs həmin ödənişlərdən 6,25 faiz vergi tutur və tutulan vergilərin ödənmə tarixindən sonra 30 gün müddətində dövlət büdcəsinə keçirir, bu vergilər həmin xarici subpodratçının vergi məsuliyyətini, habelə onun bəyannamə təqdim etmək və bütün vergilər ödəmək öhdəliklərini tamamilə əhatə edir, qeyd edilən sazişin 12.4-cü bəndinin (ııı) yarımbəndində qeyd edilmişdir ki, xarici subpodratçılara ödənişlərdən bu 12.4 (a) bəndində göstərilənlərdən savayı heç bir vergi tutulmur və vergi tutulmamalıdır. “Xəzər Dənizinin Azərbaycan sektorunda Şah Dəniz perspektiv yatağının kəşfiyyatı, işlənməsi və neft hasilatının pay bölgüsü haqqında" X5 vergiyə cəlb olunmasi haqqında Protokollara əsasən "Xarici Subpodratçı" - Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla yaradılmış və ya təşkil edilmiş və Azərbaycan Respublikasında karbohidrogen fəaliyyəti ilə bağlı olaraq təsərrüfat fəaliyyəti ilə məşğul olan hüquqi şəxs və ya təşkilat olan Subpodratçı deməkdir (Azərbaycan Respublikasının vətəndaşı olmayan və Xarici Əməkdaşlar olan fiziki şəxslər daxil olmaqla). Həmçinin Protokola uyğun olaraq "xxxx" — Podratçı Tərəflərin yaxud Əməliyyat Şirkətinin Azərbaycan Respublikasında karbohidrogenlərlə bağlı hər hansı fəaliyyəti deməkdir, bu fəaliyyətin Azərbaycan Respublikasında, yaxud onun hüdudlarından kənarda həyata keçirilməsinin fərqi yoxdur. Bundan başqa protokola əsasən "xxxx" — Podratçı tərəflə və ya Əməliyyat Şirkəti ilə və ya onların adından birbaşa və ya vasitəli müqavilə üzrə Sazişə dair mallarla təchiz edən, İşləri həyata keçirən və ya Xidmətlər göstərən istənilən fiziki və ya hüquqi şəxs deməkdir. “Vasitəli” ifadəsi Subpodratçı ilə birbaşa müqavilə əsasında material, avadanlıq, mallar təchiz edən, işlər görən yaxud xidmətlər göstərən hər hansı fiziki və ya hüquqi şəxsə şamil edilir. Qeyd edilənlərə əsasən, iddiaçı X19 üzrə Sazişlər çərşivəsində fəaliyyət göstərən Subpodratçıdır, cavabdeh həmçinin etirazda iddiaçıya Azərbaycan Respublikasında işçilik xidmətlərini göstərən şirkət kimi göstərdiyi “Swift Technical (Sinqapore) Pte Ltd” şirkəti isə Xarici Subpodratçıdır və onlarla bağlı vergi məsələləri yuxarıda qeyd edilən Sazişin müddəaları çərçivəsində tənzimlənir. Protokolun 1.1-ci bəndində nəzərdə tutulur ki, Karbohidrogen fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasında işlər və Xidmətlər yerinə yetirən Xarici Subpodratçılar kompensasiya edilən məsrəflər çıxılmaqla Karbohidrogen fəaliyyəti ilə bağlı alınan ödənişlərdən 25% vergi qoyulan mənfəət əldə edir və belə nəzərdə tutulan mənfəət, 25% mənfəət vergisi dərəcəsi ilə vergiyə cəlb edilir ki, bu məbləğ belə ödənişlərdən tutulan 6.25% Vergi həcmini təşkil edir. Həmçinin 1.1.1-ci bəndə əsasən isə Bu Protokolun məqsədləri baxımından «Kompensasiya edilən məsrəflər» dedikdə, Malların satın alma ödənişlərindən fərqli olan, mənfəət əldə edilən əsas fəaliyyətinin bir hissəsi olmayan məsrəflər başa düşülür. Bundan əlavə, bu məsrəflər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmişdirsə, vergiyə cəlb olunan mənfəət əldə edilməsini nəzərdə tutmur. Belə məsrəflər gediş-gəliş və yaşayış xərclərini də əhatə edir. Belə məsrəflər ilkin sənədlərlə və ya onların sürətləri ilə təsdiq edilməlidir. Göründüyü kimi protokola əsasən “Swift Technical (Singapore) Pte Ltd” şirkətinin işçilərinin Azərbaycan Respublikasındakı fəaliyyəti karbohidrogen fəaliyyəti hesab edilir, həmin xidmətlərin göstərilməsi şirkətin əsas fəaliyyətinə aiddir. Buna görə də Şirkətə ödənilmiş məbləğlərdən hər hansı xərclər çıxılmadan ödəmə mənbəyində vergilər tutulmalıdır. İddiaçı tərəf mövqeyini əsaslandırarkən iddiaçının faktiki olaraq ölkəyə gətirilən işçilərə münasibətdə işəgötürən kimi çıxış etməsini, onların sayını və ixtisas dərəcələrini, iş cədvəli rejimini müəyyən etməsini, onları seçərək iş yerlərini müəyyən etməsini, iş icazələrini öz adına almasını bildirmiş, əcnəbi işçilərin Azərbaycan Respublikasının ərazisində işləyə bilmələri üçün Dövlət Miqrasiya Xidmətinə iş icazələri alması üçün müraciət etmiş və bu sahədə köməklik göstərməsi üçün Azərbaycan Neft Şirkətinə müraciət etməsini, alınmış iş icazələrinin üzərində işəgötürən qismində iddiaçının göstərilməsini qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, əcnəbi işçilərin faktiki işəgötürəni qismində iddiaçı yox, məhz onlarla əmək müqaviləsi bağlamış, əmək haqlarını hesablamış və ödəmiş “Swift Technical (Singapore) Pte Ltd” şirkəti çıxış etmişdir. İş materiallarında olan, “Swift Technical (Singapore) Pte Ltd” şirkəti ilə onun işçisi arasında bağlanmış əmək müqaviləsinə əsasən, müqavilədə iş qrafikinin, iş saatlarının, iş yerinin, vergitutma, əmək haqqının hesablanması, ödənişin qaydaları, tibbi sığorta və digər şərtlər təsbit edilmiş və işçinin öz əmək fəaliyyətində öhdəliklərini məhz “Swift Technical (Singapore) Pte Ltd məmnuniyyəti üzrə çalışmalı olması xüsusi qeyd olunur. Eyni zamanda, iş materiallarından və tərəflərin izahatlarından aydın olur ki, işçilərin əmək haqları məhkəmənin müabahisələndirilən qərarında müəyyən etdiyinin əksinə, iddiaçı tərəfindən deyil, məhz faktiki işəgötürən “Swift Technical (Singapore) Pte Ltd” şirkəti tərəfindən ödənilmişdir. Belə ki, tərflər arasındakı razılaşmaya əsasən əmək haqlarının həcmi ödənilmə strukturu və s. “Svıft Enjınırınq (Azərbaycan) Lımıted” şirkəti tərəfindən müəyyən edilməklə, “Swift Technical (Singapore) Pte Ltd” şirkətinə köçürülmüş və sonuncu tərəfindən cəlb edilən əcnəbi işçilərin əmək haqları ödənilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, “İddiaçının “Swift Technical (Sinqapore) Pte Ltd” şirkəti tərəfindən təqdim edilmiş əcnəbi işçilərin işəgötürəni olmasını o da təsdiq edir ki, iddiaçı əcnəbi işçilərin Azərbaycan Respublikasının ərazisində işləyə bilmələri üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə iş icazələri alması üçün müraciət etmiş və bu sahədə köməklik göstərilməsi üçün Azərbaycan Neft Şirkətinə də müraciət etmişdir. Alınmış iş icazələrnin üzərində də işəgötürən qismində məhz iddiaçı qeyd edilmişdir.” Miqrasiya Məcəlləsinin 3.0.13-cü maddəsinə əsasən iş icazəsi - Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilən icazədir. İş icazəsi üçün müraciət iddiaçı tərəfindən edildiyinə görə, verilmiş iş icazələrinin üzərində işəgötürən qismində iddiaçının adı qeyd edilmişdir. İşəgötürən-işçi münasibətləri əmək müqaviləsi ilə tənzimlənir ki, yuxarıda göstərilən əcnəbi işçilərlə əmək müqaviləsi bağlamış və onlara münasibətdə işəgötürən “Swift Technical (Singapore) Pte Ltd şirkətidir. Həmçinin Miqrasiya Məcəlləsinin 63.5-ci addəsinə əsasən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri işə cəlb etdikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar. İddiaçının qeyd edilən əcnəbi işçilərlə əmək müqaviləsi bağlamayıb onlar üçün iş icazəsinin alınması ilə kifayətlənməsi həmin işçilərə münasibətdə faktiki işəgötürənin “Swift Technical (Singapore) Pte Ltd şirkəti olmasını və iddiaçıya işçilik xidmətini göstərməsini təsdiq edir. Eyni zamanda, birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən qeyd etmişdir ki, “Cavabdehin etirazında əmək qanunvericiliyinin müddəalarına istinadına gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 6-cı maddəsinin ç) bəndinə əsasən xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müddəaları şamil edilmir.” Kollegiya qeyd edir ki, məhkəmənin Əmək Məcəlləsinin 6-cı maddəsinin ç) bəndinə istinad etməsi sözügedən əcnəbi işçilərin iddiaçının deyil, onlarla əmək müqaviləsi bağlamış xarici subpodratçı olan “Swift Technical (Singapore) Pte Ltd şirkətinin işçiləri olduğunu və iddiaçıya işçilik xidmətini göstərməsini bir daha təsdiq edir. Məhkəmənin digər dəlili isə ondan ibarət olmuşdur ki, “... X19 haqqında Sazişlərin müddəalarının iddiaçıya və digər Subpodratçı və Xarici Subpodratçıya münasibətdə və onlar arasındakı münasibətlərə tətbiq edilməsinə imkan verdiyi Gəlir və Kapital üzrə Vergi Konvensiyasının yuxarıda istinad edilən müddəalarına əsasən də İddiaçı Şirkətinin filialına “Swift Technical (Sinqapore) Pte Ltd” şirkətinin iddiaçı ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi namizədlər iddiaçının işçiləridirlər və həmin işçilər “Swift Technical (Sinqapore) Pte Ltd” şirkətinin işçiləri olmadığından qeyd edilən işçilərin gördükləri iş “Swift Technical (Sinqapore) Pte Ltd” şirkəti tərəfindən təqdim edilən xidmət hesab edilə bilməz və buna görə də sonuncunun iddiaçıya Azərbaycan Respublikasının ərazisində xidmət göstərməsinə görə ödəmə mənbəyində vergi hesablanması ilə bağlı cavabdehin hərəkətlərinin hüquqi əsası mövcud deyildir.” Məhkəmə kollegiyası bildirir ki, “Xarici subpodratçılann vergiyə cəlb olunması haqqında” Protokolların 1.3-cü bəndinə əsasən xarici subpodratçılar hazırda tətbiq edilən ikiqat vergiyə cəlb olunmanın aradan qaldırılması haqqında hər hansı Sazişin müddəaları ilə, yaxud belə saziş mövcud deyilsə, İqtisadi Əməkdaşlıq və inkişaf Təşkilatı tərəfindən qəbul edilmiş və 1 noyabr 1997-ci il tarixdən yenidən işlənən Gəlir və Kapital üzrə Vergi Konvensiyasına müvafiq müqavilə mövcud olarsa, mövcud ola bilən güzəştlərdən istifadə edə bilər. Hər iki halda xarici hüquqi şəxsin belə güzəştlərdən istifadə etməsinə şərait yaratmaq üçün inzibati tədbir görməyə ehtiyac yoxdur. Göründüyü kimi, Xarici subpodratçının mövcud ola bilən güzəştlərdən istifadə etməsinin 2 halı nəzərdə tutulmuşdur: 1) İkiqat vergiyə cəlb olunmanın aradan qaldırılması haqqında hər hansı Sazişin mövcud olması; 2)Belə saziş yoxdursa, Konvensiyaya müvafiq müqavilənin mövcud olması. Hazırda Azərbaycan Respublikası Hökuməti və Sinqapur Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya mövcud deyil. X7 və İnkişaf Təşkilatı tərəfindən qəbul edilmiş və 1 noyabr 1997-ci il tarixdən yenidən işlənən Gəlir və Kapital üzrə Vergi Konvensiyasına müvafiq müqavilə mövcud deyildir. Bundan başqa, müəyyən edilmişdir ki, Azərbaycan Respublikası həm İqtisadi Əməkdaşlıq və inkişaf Təşkilatının üzvü deyil, həm də onun tərəfindən qəbul edilmiş və 1 noyabr 1997-ci il tarixdən yenidən işlənən Gəlir və Kapital üzrə Vergi Konvensiyasına qoşulmamışdır. Kollegiya qeyd edir ki, hazırda mübahisələndirilən məsələyə Protokolların tələbinə əsasən istinad edilən Gəlir və Kapital üzrə Vergi Konvensiyasının deyil, bu Konvensiyaya müvafiq mövcud olan müqavilənin müddəaları tətbiq oluna bilər. Qeyd edilənlərdən əlavə, iddiaçı tərəf mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən əvvəlki dövrlər üzrə aparılan yoxlamalarda əcnəbi işçilərə münasibətdə vergi tutulması əməliyyatı olmamışdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, cavabdeh vergi orqanı tərəfindən əvvəlki səyyar vergi yoxlamaları ilə hər hansı vergi məbləğlərinin hesablanmaması növbəti yoxlamalar zamanı həmin vergilərin hesablanmasını istisna etmir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, iddiaçı vergi ödəyicisinin vergi qanunvericiliyinin tələblərini pozmaqla vergidən yayınmış olması işin hallarından öz əksini tapır. Məhkəmə kollegiyası bildirir ki, yuxarıda qeyd edilən işin faktiki hallarına birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli yanaşılmamışdır. AR Konstitusiyasının 73-cü maddəsinin İ maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Xəzər Dənizinin Azərbaycan Sektorunda Azəri və Çıraq Yataqlarının və X8 X12 İşlənməsi və X19 Haqqında X5 vergiyə cəlb olunması haqqında protokolunun 1.1-ci bəndinə əsasən Karbohidrogen fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasında İşlər və Xidmətlər yerinə yetirən Xarici Subpodratçılar kompensasiya edilən məsrəflər çıxılmaqla Karbohidrogen fəaliyyəti ilə bağlı alınan ödənişlərdən 20% vergi qoyulan mənfəət əldə edir və belə nəzərdə tutulan mənfəət, 25% mənfəət vergisi dərəcəsi ilə vergiyə cəlb edilir ki, bu məbləğ belə ödənişlərdən tutulan 5% Vergi həcmini təşkil edir. Xəzər Dənizinin Azərbaycan sektorunda Şahdəniz perspektiv yatağının kəşfiyyatı, işlənməsi və X19 haqqında X5 vergiyə cəlb olunması haqqında protokolunun 1.1-ci bəndinə əsasən Karbohidrogen fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasında İşlər və Xidmətlər yerinə yetirən Xarici Subpodratçılar kompensasiya edilən məsrəflər çıxılmaqla Karbohidrogen fəaliyyəti ilə bağlı alınan ödənişlərdən 25% vergi qoyulan mənfəət əldə edir və belə nəzərdə tutulan mənfəət, 25% mənfəət vergisi dərəcəsi ilə vergiyə cəlb edilir ki, bu məbləğ belə ödənişlərdən tutulan 6.25% Vergi həcmini təşkil edir. Xəzər Dənizinin Azərbaycan X15 X9, İşlənməsi, və X19 haqqında Sazişin 12.4-cü bəndinə əsasən X1 fəaliyyəti ilə əlaqədar olaraq Azərbaycan Respublikasında görülən iş və xidmətlərdən aldıqları ödənişlərin 25% həcmində vergi qoyulan mənfəət əldə edir və sonradan həmin mənfəətə, 22% dərəcəsi ilə vergi qoyulmalıdır ki, bu vergi də ümumən həmin ödənişlərin 5.5 % təşkil edir. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 16.1.3 Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. 71.1. Vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Yuxarıda sadalananlara əsasən, kollegiya hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya münasibətdə qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********143962 nömrəli “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının (Azərbaycan Respublikası yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli qərarı əsasında dəyişdirilmiş formada) xarici subpodratçılara ödənilmiş məbləğlərə görə vergi və faizlərin hesablanması hissəsində qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına uyğun maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən, cavabdehin apelyasiya şikayəti isə əsaslı olduğundan apelyasiya şikayəti təmin edilməli, mübahisələndirilən qərar ləğv edilməli, iddia tələbi rədd edilməlidir. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək, iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1656/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı Şirkətinin filialının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2021-ci il tarixli, **********143962 nömrəli “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın (Azərbaycan Respublikası yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli qərarı əsasında dəyişdirilmiş formada) xarici subpodratçılara ödənilmiş məbləğlərə görə vergi və faizlərin hesablanması hissəsində ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar